Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə25/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

V
 FƏSIL
 
SOSIAL STRUKTURUN 
SOSİOLOGİYASI 
1.
 
Sosial struktur anlayışı 
Müasir şəraitdə sosial strukturun sosioloji baxımdan öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Sosial struktur hər 
şeydən əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin ən mühüm göstəricisidir. O, bir tərəfdən 
cəmiyyətin iqtisadi, siyasi və mənəvi inkişafının yekunu kimi çıxış edir, digər tərəfdən isə həmin proseslərin inkişafına 
fəal təsir göstərir. Buna görə də yerli və dünya təcrübəsinin qəbul etdiyi kimi, cəmiyyətin sosial strukturunda baş verən 
dəyişiklikləri  öyrənmədən,  ictimai  fəaliyyət  sahəsində  uğur  qazanmaq  və  sosial  proseslərə şüurlu tənzimedici  təsir 
göstərmək qeyri-mümkündür. 
Struktur  (latınca  structura  -  quruluş,  yerləşmə,  qayda)  tamı  təşkil  edən  hissələrin  həmin  tamın  daxilində 
yerləşməsi, əlaqələri və daxili quruluşu deməkdir. 
Sosial struktur  cəmiyyətdə müvafiq sosial mövqe (status) tutan və mövcud sosial sistemdə qəbul olunmuş 
normalar  və  dəyərlər  məcmusuna  uyğun  olaraq  sosial  funksiyalar  yerinə  yetirən  elementlərin  əlaqəsi  və  qarşılıqlı 
təsirinin müəyyən üsuludur'. Sosial struktur cəmiyyətin obyektiv surətdə birliklərə, siniflərə və s. aynimasmı ifadə edir 
və bununla insanlarm bir-birinə münasibətində bir çox meyarlara görə müxtəlif vəziyyətdə olduqlanm göstərir. 
«Sosial struktuD) anlayışı məhdud və  geniş  mənada işlənilir. Birinci halda sosial struktur dedikdə konkret 
sistem, onun struktur elementləri (siniflər, sosial qruplar və təbəqələr, digər birlik formalan) arasındakı münasibətlər 
başa  düşülür.  Geniş  mənada  götürülən  sosial  struktur  isə  sosial-sinfi,  sosial-demoqrafik,  sosial-ərazi,  sosial-etnik, 
sosial-peşə strukturlannm məcmusunu əhatə edir. 
Sosial strukturun əsas xassələrini aşağıdakı göstəricilərdən çıxış etməklə nəzərdən keçirmək olar: 
1)
 
strukturluluq yaradan əsas elementlərin təbiəti və mahiyyəti
2)
 
onların ümumi, qarşılıqlı münasibətləri və asılılığı; 
3)
 
strukturun ünsürlərinin nizamhlığı, daxili rəngarəngliyi və dayanıqlığı; 
4)
 
ünsürlərin fundamentallıq səviyyəsi, mühümlülük dərəcəsi; 
5)
 
sözügedən  ünsürlərin  empirik  müşahidə  olunan  hadisələrə  münasibətdə  göstərdiyi  şərtləndirici, 
məhdudlaşdırıcı və nəzarətedici təsiri. 
Yuxanda qeyd olunan və digər meyarlar əsasında sosial struktur bu növlərə aynlır: 
-
 
inamı, əqidəni, ideallan və təxəyyülü bütöv bir tam kimi əlaqələndirən ideal (arzuolunan) struktur; 
-
 
özündə dəyərləri, normalan, tələb olunan sosial rollan əhatə edən normativ struktur; 
-
 
mövqelərin (statuslann) qarşılıqlı əlaqəsi üsulunu müəyyən edən təşkilati struktur; 
-
 
bu və ya digər konkret anda mövcud olan və müəyyən amillər (şəxsiyyətin cari marağı, gözləmədən yaranan 
resurslar və s.) üzündən sosial struktura qoşulan ünsürləri birləşdirən təsadüfi xarakterli struktur. 
Yuxarıdakılardan  üçüncüsü,  yəni  təşkilati  sosial  struktur  sosioloji  tədqiqatların  məqsəd  və  vəzifələri 
baxımından həlledici əhəmiyyət kəsb etdiyi üçün biz əsas diqqəti məhz həmin növə yönəldəcəyik. Sosial strukturun 
digər növlərinə gəlincə qeyd etməliyik ki, onlardan adətən təşkilati sosial strukturun mahiyyətinin və dinamikasının 
açılması üçün və bu vəzifənin tələb etdiyi səviyyədə istifadə olunur. [103 - 104] 
Sosial strukturun öyrənilməsində ən azı aşağıdakı iki paradiqma geniş yayılmışdır: 
a)
 
Sosial  institutlar  nəzəriyyəsi  (institutsional  paradiqma).  Bu  paradiqmaya  görə,  sosial  institutlar  yalnız 
bütövlükdə  götürdükdə  cəmiyyəti  müəyyən  edir,  onlar  öz-özlüyündə  personifıkasiyasız,  şəxssiz  təbiətə  malikdir. 
Tədqiqatçı  sosial strukturu  institutsional  baxımdan  mənalandırarkən  təkamülçü metodoloji  mövqedən  çıxış  etməyə 
bilməz, çünki hər bir sosial institut ictimai əhəmiyyət kəsb edən funksiya yerinə yetirir, bu funksiyanı isə bütöv və 
ümumi sistemdən ayrılıqda götürmək qeyri-mümkündür. 
b)
 
Sosial bərabərsizlik nəzəriyyəsi (funksional və konfliktoloji paradiqma). Bu qəbildən olan paradiqmalara 
görə, sosial bərabərsizlik sosial qruplann və fərdlərin funksional ölçülən göstəricilərindən daha çox onlann bir-birinə 
nəzərən  tutduqları  vəziyyətlərini  səciyyələndirir.  Belə  yanaşma  subyektlərin  müqayisə  edilməsini, 
qiymətləndirilməsini, konkretləşdirilməsini və personlaşdırılmasmı nəzərdə tutur. 
Sözügedən paradiqma daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə (funksionalizm), yaxud 
diferensiasiyaedici mülkiyyət münasibətləri və hakimiyyət ilə (marksizm) əlaqələndirilir. 
' ƏHiiHKJioneaıiHecKHH conHoaoraHecKinı cjıoBapt. M., 1995, c. 778. 
43 


Müasir sosiologiyada cəmiyyətin sosial strukturu problemi üzrə ən nüfuzlu, evristik əhəmiyyət kəsb edən və 
daha geniş yayılmış aşağıdakı dörd klassik nəzəri-metodoloji yanaşma möveuddur: 
1.
 
Marksist yanaşma 
Bu yanaşma eəmiyyət və onun strukturu haqqında sistemli, inteqral təsəvvürlərə əsaslanır. Bu nöqteyi- nəzərin 
mahiyyətini və başlıca məzmununu aşağıdakı əsas müddəa təşkil edir: 
sinfi  (sosial-sinfi)  bölgüyə  sosial  fərqlərin  bütün  məemusunu  anlamağın  özülü  kimi  yanaşılması,  onun 
cəmiyyəti, hətta fərdlərin özünü də qruplara və təbəqələrə ayırmağın əsası kimi götürülməsi. Marksizm, əlbəttə, bu 
tipdən olan [104 - 105] (yəni müxtəlif sosial qruplara bölünməni əsas tutan) digər strukturları (sosial-demoqrafik, ərazi, 
sosial-peşə,  sosial-mədəni,  milli-etnik  və  s.)  inkar  etmir.  Lakin  həmin  təlimdə  bütün  bu  bölgülər  tam  müstəqil 
vəziyyətdə deyil, sosial-sinfi struktur ilə bu və ya digər dərəeədə əlaqədə anlaşılır. 
2.
 
M. Veberin nəzəriyyəsi 
Bu nəzəriyyəyə görə, sosial struktur elə bir çoxölçülü sistemdir ki, burada siniflər və onlan törədən mülkiyyət 
münasibətləri ilə yanaşı sosial status və hakimiyyət də mühüm yer tutur. Başqa sözlə, cəmiyyət gəlir, hakimiyyət və 
nüfuz kimi meyarlara görə aynlan insan qruplan kimi özünü göstərən müxtəlif ünsürlərdən ibarətdir. 
Bu modeldə aşağıdakı fərqlər əsas götürülür: 
1) iqtisadi; 2) iqtisadi-siyasi; 3) sosial-psixoloji. 
M. Veberin nəzəri baxışlarında zəif cəhət, yuxanda göstərilən üç qrup əlamət, yəni sosial fərqlərin növləri 
arasında daxili əlaqələr məsələsinin işlənilməməsidir. Bu vəziyyət isə istər-istəməz həmin əlaqələrin zahiri və təsadüfi 
xarakter daşıması haqqında fikrə gətirib çıxanr. 
3.
 
Struktur-funksional təhlil (T. Parsons, R. Merton, E. Şilz və b.) 
T. Parsonsun fikrincə, sosial struktur fərdlərin sosial davranış normalan, sosial mövqeləri və yerinə yetirdikləri 
sosial rollan ilə şərtlənən qarşılıqlı təsirinin nətieəsidir. Başqa sözlə, eəmiyyətin bütövlüyü və vəhdəti fərdlər tərəfindən 
ümumi yüksək dəyərlərin anlamalannm yekunu kimi göstərilir. Sosial struktur cəmiyyətdə statuslar sistemi kimi çıxış 
edir. 
Cəmiyyətin struktur təşkilinin T. Parsons tərəfindən verilən funksional modelinə görə, hər bir sosial sistem 
dörd struktur iyerarxiyadan ibarətdir: 
a)
 
ilkin pillə - ünsürlərin, fərdlərin bilavasitə və «üzbəüz» qarşılıqlı təsiri ilə səeiyyələnir; [105 - 106] 
b)
 
idarəedici pillə. Burada ünsürlərin ilkin səviyyədə qarşılıqlı təsiri tənzim edilir və bu pillə strukturun xarici 
vəziyyətinə münasibətdə vasitəçi kimi çıxış edir; 
c)
 
institusional səviyyə. O, müxtəlif idarəçilik institutlarım, inzibati və bələdiyyə orqanlarım və s. əhatə edir; 
d)
 
cəmiyyətin təşkilinin ali, ümumdövlət (sosietal) səviyyəsi. Buraya əvvəlki aşağı səviyyələrə münasibətdə 
nəzarətedici və tənzimləyici funksiyalar yerinə yetirən dövlət və hakimiyyət orqanları daxildir. 
A. Radkliff-Braun da hesab edir ki, sosial struktur, həmin konkret zaman anında bütün fərdlərin daxil olduğu 
hər  cür  sosial  münasibətlərin  ümumi  məcmusundan  ibarətdir'.  Onun  fikrincə,  sosial  struktur  sosial  sistemin 
qeyri-prosesual səpkisidir. Qeyd edək ki, sosial antropologiyanın və struktur funksionalizmin sonrakı nümayəndələri 
sözügedən  müəllifin  bu  barədəki  mövqeyini  təshih  edərək  göstərirlər  ki,  «struktur  prinsipləri»  reallıq  olmayıb, 
abstraksiyalardır və buna görə də onlar empirik gerçəkliyin müxtəlif zaman kəsiklərinə tətbiq oluna bilər. 
Struktur-funksional təhlil nəzəriyyəsinin digər nümayəndəsi R. Merton sosial strukturu cəmiyyətin əsası kimi 
götürür. O, aşağıdakı struktur növləri irəli sürür: 
a)
 
böyük əhəmiyyət kəsb edən normativ-mədəni struktur
b)
 
ehtimal  olunan  struktur.  Burada  müəyyən  resurslara,  güzəştlərə  və  dəyərlərə  malik  olmağın  müxtəlif 
imkanlar iyerarxiyası əhatə olunur; 
c)
 
ideal  struktur  -  «ictimai  rəyin  vəziyyəti».  Mertona  görə,  «funksiyalar  və  disfunksiyalar,  yəni  ümumi 
orqanizmin  qorunub  saxlanılmasına  verdikləri  töhfə  baxımından  nəzərdə  tutulan  həyati  və  yaxud  üzvi  proseslər» 
cəmiyyətdə aparıcı rol oynayır. 
Sosial strukturun daxili əlaqələri sosial sistemin üzvlərinin xassələri ilə müqayisədə daha mühüm sosial məna 
[106 - 107] kəsb edir. Sosial strukturlar fərdlər arasındakı münasibətlərin xarakterini müəyyən edir. 
4.
 
P. Sorokinin «qarşılıqlı təsir» nəzəriyyəsi 
Лайсон T. , Гэррод Д. Социология. Словарь - справочник. M., 2000, с. 464. 
44 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə