Sona xəyal


            Sona Xəyal



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   2   3   4   5   6   7   8   9   ...   19

16 

         



Sona Xəyal  

      

 

 

HACI MAİLƏ

 

 



Mailin ruzisi dünyayə gələn dəm yazılıb. 

Özü aşiq doğulub, taleyinə qəm yazılıb.

 

 

Eşqdə mərtəbəsi olmalıdır hər kişinin, 



Kimi Məcnunə dönübdür, kiminə kəm yazılıb.

 

 



Aşiqin göz yaşını üzdə səhər gün qurudar, 

Gecələr gül-çiçəyin üstünə şəbnəm yazılıb.

 

 

Hər şey haqqında beş-on kəlmə deyibdir babalar, 



Eşqə dair olan işlərsə bir aləm yazılıb.

 

 



Hamının qəlbini hicranə düşəndə qəm alar, 

Sonanın könlü binadan qəmə həmdəm yazılıb.

 

8 mart, 1995 

 



 

İncimə keçsə əgər sonra həyatın Sonasız, 

Demə ki, olmayacaq zərrə nicatın Sonasız.

 

 



O qədər doğmaların var ki, tutar dövrü bərin, 

Qoymaz onlar qapana bir pəsəratın Sonasız.

 

 

At başından “ata-qız” söhbətini, fikr eləmə



Keçdi onsuz da toyun, həm də büsatın Sonasız.

 

 



Keçməsin həddi qəmin, Tanrı ola qoy köməyin, 

Dəyişər dövrə görə zövqü nişatın Sonasız.

 

 

Xəstə günlərdə səni görməyimiz müşkül isə, 



Nə böyük işdi keçə ruzi-vəfatın Sonasız.

 

25 oktyabr, 1996 



 

 



Bu dünyadə, könül, gül tək nə qədri gör solanlar var, 

Saçın, nakam ölənlərçün məzar üstə yolanlar var.

 

 



17 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

Çəkib əl nazü ne’mətdən, geyib paltar həqiqətdən

Uzaqlaşmış cəhalətdən, səda, dəhrə, salanlar var.

 

 



Aşıb daği, keçid düzdən, həqiqi yol tapıb izdən, 

Tutub mə’nanı hər sözdən, belə arif olanlar var.

 

 

Səsin zildən salar pəstə, gələr asta, gedər asta, 



Bilir arif yolu üstə necə döngə-dalanlar var.

 

 



Bu dünyanı alıb sarlar, alınmır sayə tərlanlar, 

Verir fərman yenə xarlar, gülüstanə dolanlar var.

 

 

Düşüb dərdə bu gün millət, çəkir körpə, ahıl zillət, 



Necə tapsın bəs hürriyyət ki, hər yerdə talanlar var.

 

 



Sona şad olmayır bir dəm, fəqət qəmdir ona həmdəm, 

Sizə gər söylədi çox qəm, ürəkdə həm qalanlar var.  



9 may, 1996 

 

 



İndi mənə bu ellər divanə desə, xoşdur, 

Bu dağladığın qəlbə viranə desə, xoşdur.

 

 

Səndən ötəri atdım çox dostumu mən hərgiz



Onlar bu təmənnayə əfsanə desə, xoşdur?

 

 



Vəslin mənə dərd vermiş, hicrin nə verər bunca? 

Kim görsə, belə qəlbə qəmxanə desə, xoşdur.

 

 

Bir kimsə səni mən tək sevmişmi bu dünyada? 



İndi bizə dost-düşmən biganə desə, xoşdur.

 

 



İndi dəxi eşq içrə Məcnun olacaq kəs yox, 

Ellər mənə Leyla tək cananə desə, xoşdur.

 

 

Bu inciləri Mail düzmüşsə sapa bir vaxt



Kimsə götürüb ondan, mərdanə desə, xoşdur.

 

 



Baxsa Sona diqqətlə öz yazdığı əşarə, 

Ustadı yazan şerə dürdanə desə, xoşdur. 



1995 


18 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

ƏLƏMDAR MAHİRƏ

 

 



 

Edib Mahir könül mülkün qəmə bir xanə, qəmxanə, 

İlahi eşqlən yazmış qəzəl dürdanə-dürdanə. 

 

Yazıb həqdən, nübüvvətdən, imamətdən, çün əlbəttə, 



Danışmaz boş yerə mahir olan əfsanə-əfsanə. 

 

Deyil mahirlik, ustadlıq yazılsın gündə bir dəftər



Əsl şair yazar hərdən qəzəl bir danə - bir danə. 

 

Əsl aşiq görər yarın yanar bir şəm’  mislində 



Ki, baxsa halinə bilsin nədir pərvanə, pərvanə. 

 

Düşər çöllü biyabanə, gəzər mə’şuq sorağında, 



Yaxıb atəşlərə könlün yanar mərdanə, mərdanə. 

 

Dözər hər cövrə ki, bir gün içə vəslin şərabindən, 



Qəbul etməz nə mey versən ona peymanə-peymanə. 

 

Sona, bir gün bilər aləm, atıb dünya qəmin Mahir 



“Səadət intizarında” gəzir meyxanə-meyxanə. 

 

12 dekabr, 1998 



 

 

 

 

 


19 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

TƏZMİNLƏR

 

 

Təzmin-qəzəllər

 

 

 

 

XƏLİLİDƏN

 

 

“Mən ki, dərvişəm, gədayəm, padişahi-aləməm, 

Ruhi-birəngəm, əgərçi rəngə gəldim, adəməm!” 

 

Dörd ünsürdən məni çün Xaliqim vermiş qərar



Təndə torpaq, canda od, başda həva, gözdə nəməm. 

 

Hansı fərdə, hansı elmə gər baxıb dərk eyləsən, 



Yaxşı, pis, alçaq, ya ali – hamısından əqdəməm. 

 

Hər görən hüsnüm, məni bir cür tərənnüm eylədi, 



Gahi nadanəm, gah aqil, gahi huşyar, gah dəməm. 

 

“Faili-muxtar” – deyə Qur’an mənə tərif verib



Amma ki, əhli-bəşərdə əksərən əqli-kəməm. 

 

Baxma ki, vermiş bizə tə’lim peyəmbərlər, Sona, 



Mən qiyamət qorxusundan bir ömür əhli-qəməm. 

 

14 avqust, 1998 



 

 

 

 

 

 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə