Sona xəyal


            Sona Xəyal



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   2   3   4   5   6   7   8   9   ...   19

         



Sona Xəyal  

      

 

 

tutulması, bütün parametrlərdə etik normalara sadiqlik, toxunduğu 

mövzudan asılı olmayaraq, öz müəllif nüfuzuna hörmət dəyərləriylə 

yanaşı poetik düşüncənin nuruyla işıqlandırılan batini məna aləminin 

rəngarəngliyini, gözəlliyini zahir edir.  

Ruşan Ruşanzadə 

şair, filosof 

 

* * * 

 

Özüm öz barəmdə düşünəndə etiraf eləyirəm ki, mən boş insan 



olmamışam. Canımda yazmaq qabiliyyətim, az da olsa iste’dadım 

olub. Həmişə  şair olmaq, yaradıcı insanlara yaxın olmaq arzusu dö-

yünüb içimdə. Bu əlçatmaz arzuma baxdıqca bə’zən bədbin, bə’zən də 

nikbin olmuşam. Bədbin anlarımda ümid köməyimə  gəlib. Nikbin 

anlarımdasa inanmışam ki, mütləq günlərin bir günü bu arzuma 

çatacam; mən  şair olacam. Lap nağıllardakı  qəhrəmanların azadlığa, 

ağ günlü gələcəyə çatmaq arzusuna bənzəyib bu inamım. O qəhrə-

manlara ağ gələcəyə, azad, arzuladıqları həyata çıxmağa simurğ quşu 

kömək elədiyi kimi mənə də arzuları nakam qalmış həyatımda “simurğ 

quşu” kömək olub. Həmişə xeyirxahlığa, başqalarının ağ gününə, 

xeyrinə can atan bir İnsan mənə kömək olub. E’tiraf eləyirəm ki, mən 

həyatda Sona müəlliməmə – Sona Xəyala rast gəlməsəydim, bu 

əlçatmaz arzum həmişə içimdə ağlayacaqdı. O İnsan olmasaydı mənim 

canımda olan yazmaq qabiliyyətim heç vaxt istiqamət ala 

bilməyəcəkdi. Allah-təala bir insana arzularına çatmaq qisməti yazırsa 

o insanla özü arasında bir vasitəçi göndərir. Məhz, Sona müəllimə 

Allahın göndərdiyi vasitəçi xeyirxah mələk kimi mənə arzularıma 

yetişməkdə kömək etdi. O, mənim gələcəyimi qurdu və bu gələcəyin 

uğurlu olacağına inandı. Sona Xəyal mənim  əlçatmaz arzuma 

çatmağım üçün istiqamət verdi. Mən oxumağın, yazmağın dərkini 

ondan öyrəndim. O İnsan mənim  əlçatmaz arzularımı  əlçatan elədi. 

Mən Sona müəllimənin mənim yoluma saldığı işıqda sözün qüdrətini 

gördüm, o qüdrətə sarı yarıinamlı, yarıinamsız irəlilədim və əlçatmaz 

arzuma əl uzadıb toxundum. Mən Ona bir insan ömrü dəyərində borc-

luyam. Bu borcu heç vaxt, heç nəylə ödəyə bilməyəcəyim üçün ömrü-

mün son nöqtəsi qoyulanda da e’tiraf eləyəcəyəm: “Mən bu dünyadan 

müqəddəs İnsan saydığım Sona müəlliməyə mə’nən borclu köçürəm”. 

ÜLVİYYƏ BAHİR 

Şair, publisist 

 



       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

NƏZİRƏLƏR 

 

 

 

NƏSİMİYƏ 

 

Səndən uzaq olub könül, nəqşi-xəyal içindəyəm, 

Gərçi fərağə dözmüşəm, hüznü məlal içindəyəm. 

 

Üzdəki rəngi-zərdi gör, qanlı gözümdə yaşə bax, 



Halimi bir görən bilər taki nə hal içindəyəm. 

 

Hər gecə çöllərdə durub göylərə əl açmağilən, 



Ay ilə ulduz arası sanki sual içindəyəm. 

 

Vəqti-səhər günəş çıxar, aləmi nura qərq elər, 



Fərqinə varmaram vəli özgə misal içindəyəm. 

 

Göz ki, görür xəyalini, yad eləyir vüsalini, 



Onda ki, məndə mən deyil, eyni-vüsal içindəyəm. 

 

Səndə mənəm, məndə sənəm, özgəyə yox könüldə yer



Səndə dönüklük olsa gər, qeyl ilə qal içindəyəm. 

 

At bu xəyalları, Sona, aç gözünü, həyata bax, 



Ötdü dəxi cavanlığın, fikri-məhal içindəyəm. 

29 yanvar, 1995 

 


10 

         



Sona Xəyal  

      

 

 

 



Bu cəhan çirkabdir, igrən könül, bu vardən, 

Məhv olubsa gər gülüstan, nə umarsan xardən? 

 

İndi səyyad tor qurur, ta ovlaya ahuləri, 



Vəqt olur zərbə alır öz atdıği oxlardən. 

 

Gər fəda etsən də cani, kimsə bilməz qədrivi, 



Bu fələkdəndür vəli yar kam alar əğyardən. 

 

Kimsəyə qılsın vəfa bir dust, görməzsən bunu, 



Tapmadın əhli-vəfa, əl çək vəfasız yardən. 

 

Hər nə arzun var, Sona, saxla özündə qəbrəcən, 



Axirət dünyası üstündür bizim ruzgardən. 

27 yanvar, 1995 

 

 



Bu dünyada vara, mülkə, könül, aldanma, al eylər, 

Qoyar dildarinə həsrət, yəqin bil qeylü qal eylər. 

 

Uzaqdan göstərib xoş üz, deyər “gəl, gəl” sənə dünya



Yaxın dursan, vurar yarə, səni aşüftəhal eylər. 

 

Düşünmə pul, qızıl, qaş-daş, ilahidən kəmal istə, 



Gələr məhşər günü yoxsa, səni nitqində lal eylər. 

 

Əgər eşqi şüar etsən, yerin olsa biyabanlar, 



Əlif qəddin bükər sevda, səni misli-sual eylər. 

 

Nə lazım dəhrdə dövlət və ya bihudə şan-şöhrət, 



O ki arifdü canıyçün bir az kəsbi-həlal eylər. 


11 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

Qazancından qala artıq, fəqirə, miskinə payla, 



Səxavətli yatar rahət, xəsis fikri-məhal eylər. 

 

Əgər dünyanın ətvarın Sonaya versələr birdən



Keçər ondan, fəqət bircə təmənnayi-vüsal eylər. 

26 yanvar, 1995 

 

 



Eşqini məndən nihan etmək dilərsən, etməgil, 

Könlümü dərdə məkan etmək dilərsən, etməgil. 

 

Gözlərim görməz dəxi səndən savay bir kimsəni, 



Sən onun yaşın rəvan etmək dilərsən, etməgil,  

 

Yandırıb hicran qəmində cismimi kül eylədin,  



İndi isə qəsdi-can etmək dilərsən, etməgil. 

 

Yarəmə üst-üstdən ox vurdun, nola insafə gəl, 



Ey könül sultanı, qan etmək dilərsən, etməgil. 

 

Mən sənin Leylin, nədən Məcnun kimi "get-get" deyib, 



Məni rüsvayi-cahan etmək dilərsən, etməgil. 

 

İndi nə Leyli, nə Məcnun var, nə də səhrayi-eşq, 



Hansı eşqi bəs bəyan etmək dilərsən, etməgil! 

 

Çək ayağın, get Sona, tərk et dəxi eşq aləmin,  



Yetməyi vəslə güman etmək dilərsən, etməgil.  

 

28 yanvar, 1995 

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə