MəDƏNİ-MƏNƏVİ İRSİMİZİn məHVİ və erməNİ terroru



Yüklə 41,01 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü41,01 Kb.
#31614


MƏDƏNİ-MƏNƏVİ  İRSİMİZİN  MƏHVİ  və  ERMƏNİ  TERRORU

r

Siz erm əniləri 8 yaşında sa f və məsum  qız kim i təsəvvür edirsiniz. 

Pərvanə Əliyeva,

Siz tamam ilə səhv mövqedəsiniz.  Erm ənilər öz qəddar davranışları ilə  

AMEA Memarlıq və  incəsənət institutunun dissertantı,

nə qədər qaniçən xalq olduqlarını göstərdilər. 

Gənc Alim və  Mütəxəssislər Şurasının sədri

E-mail:  aliyeval98i@ yahoo.com

Lord  Kerzon,

13  mart  1920

Ermənilərin  türk  dünyasına  qarşı  təcavüzünün  faciəli  nəticələri 

təkcə tarixi ərazilərimizin zəbt edilməsi, insanların öz yurd-yuvasında 

qaçqına  və  məcburi  köçkünə  çevrilməsi  ilə  məhdudlaşmır,  daş­

naklar tarixi-mədəni,  dini  abidələrə,  musiqi  irsinə  və  etnik-mədəni 

dəyərlərə  də  ağır  zərbələr  vurmuşlar.  Məlumdur  ki,  Azərbaycanın 

mədəniyyəti  və  memarlığı  da  xalqın  minillik  tarixinin  ayrılmaz 

hissəsi  kimi  islam  irsi  mənbələrindən  biridir,  işğala  məruz  qalmış 

ərazilərdə  erməni  təcavüzkarları  tərəfindən  islam  irsinə  vurulmuş 

ağır zərərlər, islam mədəniyyətinə aid dini-tarixi abidələrin, xüsusən 

məscidlərin,  alban  məbədlərinin, qədim  məzarlıqların,  arxeoloji  qa­

zıntıların,  muzeylərin,  kitabxanaların,  rəsm  qalereyalarının,  dövlət 

teatrlarının,  musiqi  məktəblərinin  tam  və  ya  qismən  dağıdılması, 

zəbt  edilmiş  muzeylərdən  çoxsaylı  qiymətli  əşyaların,  milyonlar­

la  kitab  və  tarixi  əlyazmaların  çıxarılması  və  məhvi  faktları  daim 

diqqətdə saxlanılmalı və beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır, 

islam  Əməkdaşlıq Təşkilatının  (İƏT) toplantılarında  da  Ermənistanın 

tgcavüzü  nəticəsində  işğal  olunmuş  torpaqlarımızda  islam  tarixi 

və  mədəniyyət  abidələrinin  məhvi  və  dağıdılması  haqqında  bir  sıra 

qətnamələr qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublika­

sının  erməni  vandalları  tərəfindən  işğal  olunmuş  ərazilərində  islam 

sivilizasiyasının tam  məhv edilməsinə yönəldilmiş vəhşi  hərəkətləri 

kəskin şəkildə pislənilir (1).

Mədəni  mülkiyyətin  həm  dinc  dövrdə,  həm  də  müharibə  zama­

nı  mühafizəsi  məsələlərində  1945-ci  ildə  nizamnaməsi  qəbul  edil­

miş  BMT-nin  Təhsil,  Elm  və  Mədəniyyət  Təşkilatının  (YUNESKO) 

rolu  böyükdür.  Təşkilatın  nizamnaməsinin  1-ci  maddəsinin  2-ci 

bəndində  onun  vəzifələrindən  biri  kimi  bəşəriyyətin  ümumdünya 

irsinin  -   kitabların,  incəsənət  əsərlərinin  və  tarixi-elmi  əhəmiyyətli 

abidələrin  qorunub  saxlanılmasının  və  mühafizəsinin  qayğısına 

qalınması  göstərilmişdir.  YUNESKO-nun  himayəsi  altında  qəbul 

edilmiş  14  may  1954-cü  il  tarixli  Haaqa  konvensiyasının  28-ci 

maddəsinə  əsasən,  iştirakçı  dövlətlər  öz  cinayət  qanunvericilikləri 

çərçivəsində  vətəndaşlığından  asılı  olmayaraq  bu  konvensiyanı 

pozmuş və ya  pozmağı  əmr etmiş  şəxslərin  üzə  çıxarılıb  barəsində 

cinayət  və  ya  inzibati  sanksiyalar  tətbiqi  üçün  lazımi  tədbirlərin 

görülməsini  öz  üzərinə  götürür.  YUNESKO-nun  dəstəyi  ilə  hazır­

lanmış  "Mədəni  mülkiyyətin  qanunsuz  olaraq  ölkəyə  gətirilməsi, 

ölkədən  çıxarılması  və  mülkiyyət  hüququnun  qanunsuz  şəkildə 

başqasına verilməsinin  qadağan  olunması  və  qarşısının  alınmasına 

yönəlmiş  tədbirlər  haqqında”  U   noyabr  1970-ci  il  konvensiyasının

2-ci maddəsi mədəni mülkiyyətin bununla bağlı bütün təhlükələrdən 

mühafizəsini təmin  edən ən təsirli  hüquqi  sənəd  statusunu  bir daha 

təsdiqləyir.  Azərbaycan  xalqının  mədəni  irsinin  yüz  illər  boyunca 

ermənilər  tərəfindən  mənimsənilməsi  ermənilik  mifologiyası  ilə 

sıx  bağlıdır.  Gəlmə  etnos  ermənilər  onlara  məxsus  olmayan  tor­

paqlara aid  ərazi  iddialarının  “əsaslandırılmasını”  həmin torpaqların 

həqiqi  sakinlərinə  məxsus  maddi  və  qeyri-maddi  irsin  qavranılma- 

sı,  mənimsənilməsi  və  erməniləşdirilməsi  ilə  əlaqələndirir,  özlərini 

xristian  mədəniyyətinin  yeganə  varisi  kimi  aparırlar.  İşğala  məruz 

qoyulan  ərazilərdə  dünyanın  gözü  qarşısında  Azərbaycanın  arxeo­

loji  irsi  yağmalanmaqda,  sözün  əsl  mənasında  arxeoloji  terror  baş 

alıb  getməkdədir.  Ölkəmiz  1999-cu  ildə  "Arxeoloji  irsin  qorunması 

haqqında"  Avropa  Kollektiv  Konvensiyasına  qoşulmuşdur.  Məqsəd 

arxeoloji  irsin  Avropa  kollektiv  yaddaşının  mənbə,  tarix  və  elmi 

araşdırmalar  aləti  kimi  qorunmasının  təminindən  ibarətdir.  Kon­

vensiyaya qoşulan hər bir tərəf arxeoloji  irsin kompleks qorunması, 

elmi  informasiyanın toplanması və yayılması, arxeoloji tədqiqatların 

və  saxlamanın  maliyyələşdirilməsi,  arxeoloji  irs  elementlərinin  qa­

nunsuz  dövriyyəsinin  qarşısının  alınması  və  bu  kimi  öhdəlikləri  öz 

üzərinə götürür (2).

1988-ci  ildən  sonra  Azərbaycan  mədəniyyətinə  qarşı  erməni 

vəhşiliyi  daha  da  gücləndi.  BMT  Baş  Məclisinin  elan  etdiyi,  BMT və 

YUNESKO-nun himayəsi ilə keçirilən “Mülkiyyətin inkişafının ümum­

dünya onilliyi" (1988-1997) Azərbaycan tarixinə mədəni  irsin qorun­

ması  onilliyi  deyil,  Azərbaycan  mədəniyyətinə  daha  açıq  və  dağıdıcı 

erməni  terroru  mərhələsi  kimi  daxil  oldu.  Təcavüzün  genişləndiyi 

1993-cü  ilin aprelindən etibarən Azərbaycanın ayrılmaz ərazisi  Dağ­

lıq Qarabağda,  Ermənistan sərhədindəki  bölgələrdə tarixi və mədəni 

abidələr  ermənilər  tərəfindən  müasir  silahlarla  yerləyeksan  edildi, 

şəhər və kəndlər dağıdıldı.

Erməni  tarixçilərinin  ən  böyük  təxribatlarından  biri  də  Qaf­

qaz  Albaniyası,  alban  xristian  abidələri  ilə  bağlıdır.  Alban  memar­

lıq  abidələrinin,  hətta  xristianlığaqədərki  dövrə  aid  daş  və  divar 

rəsmlərində  və  eləcə  də  süjet  xarakterli  oymalarda  daha  çox türk­

dilli  xalqlara  məxsus  elementlərdən  istifadə  hazırkı  dövrdə  erməni 

vandalları tərəfindən  daha çox zərər vurulması  ilə  nəticələnir. Azğın 

ermənilər məskunlaşdıqları  ərazilərdə tarix və  mədəniyyət abidələri 

üzərində türk ornamentlərini və simvollarını  birmənalı şəkildə qəbul 

etmirlər.  Çünki  alban  dövrü  abidələri  üzərindəki  ornament  və  sim­

volların  olduğu  kimi  qəbulu  onların  erməniləşdirilməsini  mümkün-

Mədəniyyət.AZ /1   • 2017 

55



süz  edir.  Azərbaycanın  işğal altındakı  ərazilərində xeyli  sayda  alban 

dövrünə  aid  dairəvi  məbədlər  -   memarlıq  abidələri  vardır.  Bunlar 

xristianlığaqədərki  abidələr  sayılır.  Yəni  xristian  dinindən  öncə  inşa 

edildiyindən  üzərlərində  heç  bir dini  simvollar,  inancları  andıran  at­

ributlar  yer  almamışdır.  Özlərinin  nə  memarlıq  quruluşlarında,  nə 

də  tikinti  üslublarında  dini  inancları  əks  etdirmir.  Belə  ki,  dairəvi 

məbədlər erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, 

Günəşə  ibadət  edən  albanlar tərəfindən,  yəni  hələ  xristianlığın  tam 

mənimsənilmədiyi və  səma cisimlərinə  ibadətlə  qarışdığı  dövrlərdə 

tikilib.  Həmin  dövr  memarlıq  üslubunun  bütün  ornamentlərində 

atəşpərəstliyin  təzahürləri,  göy  cisimlərinə  ibadətin  motivləri  öz 

əksini tapır.

Adıçəkilən  sahədə  Azərbaycan  tarixçiləri  dəyərli  araşdırmalar 

apararaq  ermənilərə  tutarlı  cavablar  vermişlər.  Bu  yöndə  dövlət 

səviyyəsində  də  kompleks  işlər  görülməkdədir.  Azərbaycan 

Respublikası Mədəniyyət və Turizm Nazirliyində Qafqaz Albaniyasının 

mədəni  irsinə  dair vahid məlumat bazasının və saytın  hazırlanması, 

bu  istiqamətdə  milli  və  beynəlxalq  layihələrin  dəstəklənməsi, 

ölkə  ərazisində  bütün  bölgələrdə  Qafqaz  Albaniyası  dövrünə  aid 

abidələrin  identifikasiyası, tədqiqi,  bərpası və  qorunması,  abidələrin 

ölkədə  və  xaricdə  tanıdılması  məqsədilə  təbliğat  materiallarının 

hazırlanması,  Qafqaz Albaniyası  abidələrinin YUNESKO-nun  “Dünya 

irsi siyahısı na təqdim edilməsi üçün sistemli şəkildə tədbirlər təşkil 

edilir,  kitablar  yazılır,  sənədli  filmlər  çəkilir.  Bu  məqsədlə  AMEA- 

nın  Memarlıq  və  İncəsənət  İnstitutunda  “Qafqaz  Albaniyasının 

incəsənəti  və  memarlığı”  şöbəsi  yaradılıb.  Azərbaycan  xalqının 

mədəni  irs nümunələrinin  erməniləşdirilməsi  ilə  bağlı  Ümumdünya 

Əqli  Mülkiyyət Təşkilatına müraciət ünvanlanıb. Yeri gəlmişkən, aşıq 

sənətinin,  muğam  sənətinin  YUNESKO-nun  “Qeyri-maddi  abidələr 

siyahısfna  salınması,  2010-cu  ildə  Bakının  "islam  mədəniyyəti 

paytaxtı”  olması  təqdirəlayiq  mədəni  hadisələrdən  biridir.  Təəssüf 

ki,  erməni  plagiatlığı  ilə  bağlı  müvafiq  qurumların təşkilata çoxsaylı 

müraciətlərinə  baxmayaraq,  düşmən  mövcud cəzasızlıq  şəraitindən

istifadə  edərək  Azərbaycanın  musiqi  mədəniyyətinə,  mətbəx 

mədəniyyətinə,  rəqs  və  xalçaçılıq  sənətinə  qarşı  mənəvi  terroru 

davam  etdirir.  Azərbaycanın  şəhərsalma  və  memarlıq  ənənəsi 

nümunələrinin  erməni  vəhşətindən  qurtulması  üçün  genişmiqyaslı 

kampaniyalar  aparılır,  beynəlxalq  təşkilatlar,  xüsusən  YUNESKO 

səviyyəsində  ciddi  surətdə  məsələlər  qaldırılır.  Tarixi-mədəni 

mərkəzlərimizdən  ən  qədimi  Şuşanın  taleyi  bu  sıradandır.  Şuşa 

24  ildir  ki,  erməni  vandalizminin  tüğyanı  nəticəsində  tamamilə 

dağıdılıb.  Bu  məkan  türk  şəhərsalma  və  memarlıq  mədəniyyətini 

özündə  daşıması  baxımından  Azərbaycanın  mühafizə  altına 

alınmış  4  tarixi  şəhərindən  biridir.  Dəyərli  obyektlər  sırasında 

saxlanması 

nöqteyi-nəzərdən 

beynəlxalq 

ənənəvi 


şəhərlər 

siyahısına  salınması  üçün  YUNESKO-ya  təqdim  olunub.  VIII  yüzilə 

qədər  Qafqazda  xristianlıq  hakim  idi.  Müasir  Azərbaycan  tarixən 

xristian  mədəniyyətini  yaşayan  və  yaşadan  müsəlman  ölkəsidir 

və  hər  iki  səmavi  dinin  zəngin  mirasına  sahibdir.  Əhalinin  gerçək 

tolerantlığının  və  multikulturalizmə  rəğbətinin  kökü  də  məhz 

burada  axtarılmalıdır.  Azərbaycan  həm  milli  mədəniyyətin,  həm 

əlaqəli  regional  mədəniyyətlərin,  həm  də  ümumtürk  mədəniyyəti 

və  digər  dünya  mədəniyyətlərinin  qovuşduğu  qlobal  əhəmiyyətli 

geosivilizasiya  məkanıdır.  Qeyd  olunanlar  nəzərə  alınaraq  dünya 

mədəniyyətlərarası  dialoq  mərkəzi  kimi  Azərbaycan  hökuməti 

tərəfindən,  Ermənistanın  işğal  etdiyi  ərazilərdə  Azərbaycanın 

mədəni-dini  irsinə  dəymiş ziyan  barədə  dünya  ictimaiyyətinin  geniş 

məlumatlandırılması  istiqamətində  ciddi  addımlar  atılır.  Beləliklə, 

Azərbaycan  dövlətinin  mədəni-mənəvi  irsimizin  müdafiəsi  ilə  bağlı 

apardığı  siyasət,  əslində,  mənəvi  varlığımızın  müdafiəsidir.  Mədəni 

irsimizin  yad  müdaxilələrdən  və  təxribatlardan  qorunması  etnik- 

mədəni tariximiz üçün böyük dəyər kəsb edir.



Bu iş Azərbaycan  Respublikasının Prezidenti yanında Elmin İn­

kişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir.

Qrant № EİF/GAM-3-2014-6(21)-24/21/5

 ❖

Ədəbiyyat



1.  Baxşəliyeva  G.B.  Heydər Əliyev və  islam  Əməkdaşlıq Təşkilatı / /  Heydər 

Əliyevin 90  illiyinə həsr olunmuş "Humanitar elmlərin aktual problemləri” 

konfransının materialları.  Bakı:  Mütərcim,  2013.

2.  Qiyasi  C,  Bozyel i.  Erməni mənəvi terroru. Adlar dəyişsə də, tarix qalır.  Bakı:  Kitab klubu,  2007.

3.  ismailov  F.  işğal  altındakı  Azərbaycan  ərazilərində  xristian  və  islam  dini  abidələrinin  qəddarlıqla  məhv  edilməsi.“Qafqazda  mədəni-dini 

irsin qorunması”  beynəlxalq elmi  konfransın tezislər toplusu  B., 2015,  s.  18-25.

Резюме

В  данной  статье  речь  идет о  защите  историческо-культурного  на­



следия азербайджанского народа от армянских вандалов. Защита 

культурного наследия на уровне международных организаций яв­

ляется одним из  приоритетных направлений  культурной  политики 

азербайджанского государства.

Ключевые слова:  геноцид, этническая чистка,  моральный террор, 

памятники  культуры,  акт вандализма, археологическое  наследие.

Summary

This article deals with the protection of historical and cultural he­



ritage  of the Azerbaijani  people  by Armenian vandals.  Protection 

of  Cultural  Heritage  at  the  level  of  international  organizations  is 

one of the priorities of the cultural policy of the Azerbaijani state  . 

Key  words:  genocide  ,  ethnic  cleansing  ,  moral  te rro r,  cultural 

monuments, an act of vandalism  , the archaeological legacy.

56 


Mədəniyyət. AZ / 1  • 2017

Yüklə 41,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə