Qudronun modiFİkasiya ediLMİŞ halloiZİTİN İŞTİraki iLƏ Hİdrokrekinq prosesiNİn gediŞİNƏ temperaturun təSİRİNİN



Yüklə 62,35 Kb.
Pdf görüntüsü
tarix02.03.2018
ölçüsü62,35 Kb.
#28794


108                                      KİMYA PROBLEMLƏRİ № 1 2015 

KİMYA PROBLEMLƏRİ № 1 2015

 

 



UOT  665.777.4.66.094.173. 

QUDRONUN MODİFİKASİYA EDİLMİŞ HALLOİZİTİN İŞTİRAKI İLƏ  

HİDROKREKİNQ  PROSESİNİN  GEDİŞİNƏ  TEMPERATURUN TƏSİRİNİN 

TƏDQİQİ 

 

G.S.Muxtarova 

AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu 

Az 1025, Bakı,  Xocalı prospekti, 30 

Fax: (+99412) 490-24-76; e-mail: 

gulermuxtarova@yahoo.com

 

 

Məqalədə qudronun keçid metalları ilə (Ni, Co) modifikasiya edilmiş suspenzləşdirilmiş 

halloizitin iştirakı ilə hidrokrekinq prosesinin nəticələri göstərilmişdir. Hidrokrekinq 

prosesinin gedişinə temperaturun təsiri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, temperatur 

400-dən 450

0

C qədər  артдыгда açıq rəngli neft məhsullarının çıxımı 52% kütləyə  qədər 

artır və alınan benzin fraksiyasının keyfiyyət göstəriciləri yaxşılaşır.  

Açar sözlər:  hidrokrekinq, qudron, halloizit, keçid metalları, temperatur,  benzin 

fraksiyası, dizel fraksiyası. 

Dünya neft emalı  sənayesinin qarşısında 

duran  əsas məsələlərdən biri yeni yüksək 

effektli və ekoloji təmiz proses və 

texnologiyalar işləyib hazırlamaqla neftin emal 

dərinliyini artırmaqdan ibarətdir.

 

Ağır neft 



qalıqlarından (mazut, qudron) yüksək 

keyfiyyəıtli motor yanacaqları almaq üçün 

hidrokrekinq prosesi ən effektiv proseslərdən 

biridir [1-3] .

 

 Görülən işin məqsədi neftin emalını 



dərinləşdirmək məqsədilə  əlavə açıq rəngli 

neft məhsulları almaq üçün Bakı neftlərindən 

alınan qudronun keçid metalları ilə (Ni, Co) 

modifikasiya edilmiş suspenzləşdirilmiş 

halloizitin iştirakı ilə 

aşağı 


təzyiqdə 

hidrokrekinqindən yanacaq komponentlərinin 

alınması prosesinin tədqiq edilməsidir. 

Halloizit ikitəbəqəli alümosilikat olub, 

submikron diapazonda əsasən boru quruluşuna 

malikdir və kimyəvi olaraq kaolinitə oxşayır. 

Halloizit ABŞ, Yeni Zelandiya, Koreya, Çin, 

Türkiyə  və s. ölkələrdə  təbii yataqlardan 

çıxarılır. Bu minerallar milyon illlər  ərzində 

atmosfer  şəraiti və hidrotermiki proseslərin 

təsiri nəticəsində kaolinitdən əmələ  gəlir. Bir-

birinə yaxın yerləşmiş silisium anhidridi ilə 

alüminium oksid təbəqələri arasındakı  qəfəsin 

uyğunsuzluğu nəticəsində yaranan 

deformasiyaya görə  təbəqələr nanoboruya 

bükülür ( burulur) [4].   

Qudronun hidrokrekinqindən alınan 

nəticələrin analizi prosesin karbonium-ion 

mexanizmi üzrə getdiyini göstərir. Qudronun 

emalında katalitik sistem karbohidrogenləri 

heterogen mexanizm üzrə parçalayır və 

reaksiya homogen fazada davam edir. Bu 

prosesdə  halloizitin modifikasiya edildiyi 

keçid metalları (Ni, Co) ilə yanaşı, qudronun 

tərkibində olan metal kationları da öz təsirini 

göstərir. Qudronun hidrokrekinq prosesində 

tərkibində çoxlu miqdarda doymuş 

karbohidrogenlər olan yüksək miqdarda açıq 

rəngli neft məhsulları alınır ki, bu da 

parçalanma və hidrogenin yenidən 

paylanmasının intensiv getdiyini göstərir. 

Əvvəlcədən aparılmış  tədqiqatlardan məlum 

olduğu kimi, koksun əmələgəlməsi ən intensiv 

reaksiyanın başlandığı ilk anlarda gedir. 

Əmələgəlmiş koks çöküntülərinin 

morfologiyası  dəyişir və onlar poliaromatik 

strukturlara çevrilir. Polien strukturunda olan 

koks poliaromatik strukturunda olan koksa 

çevrildikdə reaksiya zonasına aktiv hidrogen 

verilir. Beləliklə, əmələ gəlmiş koks qudronun 

emalı prosesində ümumi prosesin getməsinə 

katalizatorluq edir [5-7]. 

Prosesin material balansı, alınan 

fraksiyaların fiziki-kimyəvi xassələri, qazın və 

qalıq fraksiyasının xassələri cəd. 1–2-də 

verilmişdir. Alınan nəticələrin analizi göstərir 

ki, açıq rəngli neft məhsullarının çıxımı təzyiq 

və temperaturdan asılıdır. Belə ki, temperatur 

400 

0

C-dən 450 



0

C-yə qədər artdıqda (1.0 MPa 

təzyiqdə) açıq rəngli neft məhsullarının çıxımı 

27–dən 52 % qədər artır (cəd.1).

 

Tемператур 



400 

0

C-dən 450 



0

C-yə  qədər artdıqda qazın, 




                                                       G.S.MUXTAROVA                                                           109

benzinin və dizel fraksiyasının çıxımı uyğun 

olaraq 6-dan 12%-ə; 7.5-dən 27 %-ə;  19.5-dən 

26 % kütləyə  qədər artır. Qalıq fraksiyasının  

çıxımı 65%-dən  29 %-ə  qədər azalır, koksun 

miqdarı isə 2.0 %-dən 7 % kütləyə qədər artır. 

400 

0

C-də koksun miqdarı 2.0% təşkil edir, 



başqa sözlə, krekinq prosesi çox zəif gedir. 

Temperaturun sonrakı 460

0

C-yə 


artımında açıq rəngli neft məhsullarının çıxımı 

52 % kütlədən  48%-ə  qədər azalır, qazın 

mıqdarı isə 12 %-dən 19%-ə qədər artır. Yəni 

krekinq prosesi daha sürətlə (dərin) gedir.  

   

Cədvəl  1. Ni və Co ilə modifikasiya edilmiş halloizitin iştirakı ilə  qudronun hidrokrekinqi 

prosesinə temperaturun təsiri və prosesin material balansı 

 

Göstəricilər P=1.0 



МPа 

t = 400 


0

2.5% 



halloizit+Ni,Co 

P=  1.0 МPа 

t = 440 

0



2.5% 

halloizit+Ni,Co

 

P= 1.0 МPа 



t = 450 

0



2.5% 

halloizit+Ni,Co 

P= 1.0 МPа 

t = 460 


0

2.5% 



halloizit+Ni,Co

 

Məhsulların 



çıxımı,% küt: 

 

 



 

 

газ C



1

-C

4



 6 10.0 12 19 

Benzin fr. Q.b..-

200 

°C 


7.5 23.3  26  23 

Fraksiya  200-

360 

°C 


19.5 26.7  26  25 

Σfraksiya  



<360 

°C 


27.0 50  52  48 

qalıq >360

°C    

65.0 34.0  29.0  23 



koks 2.0 



10 

 

Temperaturun dəyişməsi alınan 



məhsulların karbohidrogen tərkibinə  də  təsir 

edir (cəd.2).

 

Belə ki, temperatur 440-dən 450 



0

C-ə  qədər yüksəldikdə    (təzyiq1.0  МPа)  

benzinin tərkibində aromatik karbohidrogenlər 

9.32-dən 7.21%-ə  qədər azalır, temperaturun 

sonrakı 460 

0

C-yə artımında isə 10.75 %-ə 



qədər artır. Başqa sözlə, dehidrogenləşmə 

prosesi gedir. Temperatur artdıqca krekinq 

reaksiyasının sürəti hidrogenləşmənin 

reaksiyasının sürətindən daha tez artır. 

Temperatur 400 

0

C-dən 450 



0

C-yə  qədər 

artdıqda benzinin tərkibində  izoparafinlərin 

miqdarı 34.0 %-dən 38.79 %-ə  qədər artır və 

benzinin oktan ədədi 71 p. təşkil edir. 

Temperatur 400 

0

C-dən 460 



o

C-yə  qədər 

artdıqda benzin fraksiyasında kükürdün 

miqdarı 0.07 %-dən  0.0549 %-ə  qədər, yod 

ədədi 15-dən 11 q J

2

/100 q-a qədər azalır. 



Dizel fraksiyasında kükürdün miqdarı  0.25%-

dən 0.18%-ə qədər, yod ədədi isə 25-dan 21-ə 

qədər azalır, setan ədədi 49-50p.təşkil edir.  

       


 

Cədvəl  2. Qudronun hidrokrekinqindən alınan benzin və dizel fraksiyalarının keyfiyyət   

göstəricilərinə temperaturun təsiri 

Göstəricilər 

P

= 1.0МPа 



2

H

t = 440


°C 

2.5% 


halloizit+Ni,Co 

P

= 1.0 МPа 



2

H

t = 450


°C 

2.5% 


halloizit+Ni,Co 

P

= 1.0 МPа 



2

H

t = 460


°C 

2.5% 


halloizit+Ni,Co 

Benzin fr. 

 

 



 

Sıxlığı 20

o

C, 


kq/m

0.715 0.679  0.704 



Karbohidrogen  

 

 



                                                                                             KİMYA PROBLEMLƏRİ № 1 2015


110        QUDRONUN MODİFİKASİYA EDİLMİŞ HALLOİZİTİN İŞTİRAKI İLƏ  

KİMYA PROBLEMLƏRİ № 1 2015

tərkibi: % 

parafin 30.611 

37.08 


37.62 

i-parafin 34.309 

38.79 35.60 

olefin 5.0 

3.52 

2.5 


naften 20.76 

13.4 


13.53 

aromatik 9.32 7.21 10.75 

Oktan ədədi 

(təd.üs.) 

69.86 71.65  71 

Kükürd, % küt. 

0.0709 

0.0633 


0.0549 

Yod ədədi,  

q J

2

/100 q 



15 

 

8 11 



 

sulfolaşma 8  7 

10 

Dizel fr. 

 

 



 

Sıxlığı 20

o

C, 


kq/m

3

 



0.842 0.840 0.8350 

Kükürd, % küt. 

0.2458

 

0.21 0.1864 



Yod ədədi,  

q J


2

/100 q 


25 21.8 21.0 

Donma 


temperaturu 

-25 -28  -30 

Alışma 

temperaturu 



+44 +46  +53 

sulfolaşma 20  20 

22 

Setan ədədi 49 



50  49.4 

Beləliklə, qudronun keçid metalları ilə 

modifikasiya edilmiş halloizitin iştirakı ilə 

hidrokrekinqi prosesindən alınan benzin 

fraksiyası stabil olmaqla tərkibində aromatik 

və doymamış karbohidrogenlərin miqdarının 

aşağı olması ilə xarakterizə edilir. Onun oktan 

ədədi tədqiqat üsulu ilə 70-71 p. təşkil edir. 

Dizel yanacağı da tərkibində aromatik 

karbohidrogenlərin az olması ilə xarakterizə 

olunur ki, bu da onun setan ədədinin 49-50 p. 

olmasına gətirib çıxarır. Hər iki fraksiya 

hidrotəmizləmə prosesindən sonra benzin və 

dizel yanacaqlarına komponent kimi istifadə 

oluna bilər. 

 

ƏDƏBİYYAT 



1.  Капустин  В.М.  О  разработке  проекта 

генеральной  схемы  развития  нефте- 

перерабатывающей 

промышленности 

России  до 2020 г. // Мир  нефтепро- 

дуктов. 2011, № 4, с. 36-42.

 Kapustin V.M. 

O razrabotke proekta generalnoj shemy 

razvitija neftepererabatyvajushhej promysh- 

lennosti Rossii do 2020 g. // Mir 

nefteproduktov. 2011, № 4, s. 36-42. 

2. В.А.Хавкин, Б.В.Винокуров, Л.Я.Гуляева 

и  др.  О  схемах  НПЗ  глубокой  перера- 

ботки  нефти  за  рубежом  и  в  России. // 

Мир нефтепродуктов. 2011, № 5, с. 3-7.  

     


V.A.Havkin, B.V.Vinokurov, L.Ja.Guljaeva i dr. 

O shemah NPZ glubokoj pererabotki nefti za 

rubezhom i v Rossii. // Mir nefteproduktov. 

2011, № 5, s. 3-7.    

3.  Нефедов  Б.К.  Современные  технологии 

переработки  нефтяных  остатков. // 

Катализ  в  промышленности. 2007, № 4, 

c. 31-37;  2008,   № 1, c. 33.  

     Nefedov 

B.K. 

Sovremennye 

tehnologii 

pererabotki neftjanyh ostatkov. // Kataliz v 

promyshlennosti. 2007, № 4, c. 31-37;  2008,   

№ 1, c. 33. 

4

. Joussein E., Petit S., Churchman J.  et al. 



Halloysite clay minerals – a review. // Clay 

Miner. 2005, V. 40, P. 383-426. 

5.  Котов А.С., Горлов Е.Г. Термолиз мазута 

и  гудрона  с  активирующими  добавками 

для  получения  светлых  нефтяных 




                                                       G.S.MUXTAROVA                                                           111

                                                                                             KİMYA PROBLEMLƏRİ № 1 2015

фракций. //Химия  твердого  топлива. 

2009, № 3. c. 30-36.

 Kotov A.S., Gorlov E.G. 



Termoliz mazuta i gudrona s aktivirujushhimi 

dobavkami dlja poluchenija svetlyh neftjanyh 

frakcij. //Himija tverdogo topliva. 2009, № 3. c. 

30-36. 

6.  Мухтарова  Г.С.  Термокаталитический 

крекинг  тяжелых  нефтяных  остатков  в 

присутствии  суспендированных  катали- 

заторов 

в 

различных 



газовых 

атмосферах. / Дис.  на  соис.  Уч.  ст.  д. 

философии  по  техническим  наукам. 

Баку, 2012, 164 с.

  

      Muhtarova G.S. Termokataliticheskij kreking 



tjazhelyh neftjanyh ostatkov v prisutstvii 

suspendirovannyh katalizatorov v razlichnyh 

gazovyh atmosferah. / Dis.  na sois. Uch. st. d. 

filosofii po tehnicheskim naukam. Baku, 2012, 

164 s. 

7.  


G.S.Muxtarova, R.İ.Hüseynova, M.E.Hü- 

seynova və b. Qudronun halloizitlə    

hidrokrekinqindən alınan kokslaşmış     

katalizator hissəciklərinin tədqiqi. //Kimya 

problemləri. 2014, № 1, səh.90-96.  

      G.S.Muhtarova, R.I.Huseynova, M.E.Husey- 



nova ve b. Gudronun halloizitle    hidro- 

krekinginden alinan kokslashmısh     katalizator 

hissejiklerinin tedqiqi. //Kimya problemleri. 

2014, № 1, s.90-96. 

 

 



ИССЛЕДОВАНИЕ ВЛИЯНИЯ ТЕМПЕРАТУРЫ НА ПРОЦЕСС ГИДРОКРЕКИНГА 

ГУДРОНА В ПРИСУТСТВИИ МОДИФИЦИРОВАННОГО ГАЛЛОИЗИТА 

Г.С. Мухтарова 

Институт нефтехимических процессов им. акад. Ю.Мамедалиева  

Национальной АН Азербайджана 

AZ 1025  Баку, пр.Ходжалы, 30; e-mail: 

gulermuxtarova@yahoo.com

 

 

Изучено  влияние  температуры  на  процесс  гидрокрекинга  гудрона  в  присутствии  галлoизита, 

модифицированного  переходными  металлами (Ni, Co). Показано,  что  выход  светлых 

нефтепродуктов  с  повышением  температуры  от 400 до 450

0

С    увеличивается  до 52 % мас.  и 

качественные показатели полученной бензиновой фракции  улучшаются. 

Ключевые  слова:  гидрокрекинг,  гудрон,  галлоизит,  переходные  металлы,  температура, 

бензиновая фракция, дизельная фракция. 

 

RESEARCH INTO INFLUENCE OF TEMPERATURE ON HYDROCRACKING 

PROCESS OF TAR IN THE PRESENCE OF  MODIFICATED HALLOYSITE  

G.S.Muktarova 

Institute of Petrochemical Processes 

named after. Yu.Mamedaliyev

 

Khojali pr., 30, Baku  AZ1025, Azerbaijan Republic;  e-mail: gulermuxtarova@yahoo.com 

The influence of temperature on hydrocracking of tar in the presence of halloysite modified by 

transitional metals has been analyzed. It found that as temperature increased from 400 to 450

°

 C 



the yield of light oil products rose up to 52% mass  and qualitative characteristics of gasoline 

fraction are improved  

Keywords: hydrocracking, tar, halloysite, transitional metals , temperature, gasoline fraction, 

diesel fraction. 

                                                                                                  Redaksiyaya daxil olub 16.12.2014. 

 

Document Outline

  • Титул-аз
  • Титул-рус
  • Mündəricat
  • Содержание
  • CONTENTS
  • Мамедов-Ахмедова-9
  • Гахраманов-12
  • Кулиев-Гаджиева-9
  • Мамедов-Джахандаров-5
  • Аббасов-6
  • Литвишков-7
  • Рзаева-5
  • Алиев-Элруби
  • Гейдаров-5
  • Фарзанех-6
  • Джафаров-5
  • Гурбанов-3
  • Гусейнов-5 (1) (1)
  • Мамедов-Велиева-4
  • Мамедгасанзаде-4
  • Шафагатова-4
  • Дурускари-3
  • Мухтарова-4
  • Правила

Yüklə 62,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə