Şöbənin IV kurs, 016A qrup tələbəsi Abdinova Mələk Məhəmməd qızının Biologiya ixtisası üzrə bakalavr dərəcəsi almaq üçün


Pelecanus crispus – Qıvrımlələk qutan



Yüklə 248,32 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü248,32 Kb.
#6267
1   2   3

3.3. Pelecanus crispus – Qıvrımlələk qutan

Görkəmi: İri su quşudur (kütləsi 12-13 kq-a çatır). Rəngi bozumtul ağdır. Qanadlarının ucu boz-qonurdur. Peysər hissəsində və boynunda lələklər qıvrımdır. Çənəsinin altında böyük dəri kisəsi vardır. Ayaqları boz, başı qonur-bozdur. Suda boynunu dik tutur (şək.3.3). Q=620-800 mm. Monotipik növdür(14).

Həyatı: Bu növ Azərbaycanda geniş yayılmışdır. Muğan düzünün qışlayan və yuvalayan quşu olub, ona su-bataqlıq sahələrində əsasən qışda rast gəlirik. Yayda isə Ağ göldə az miqdarda (10-15 cüt) yuvalayır. Gölün içərisində olan xırda adacıqlarda kiçik koloniya əmələ gətirir. Xəzər dənizinin Azərbaycan hissəsinin sahil zolağı boyu yayılıb. Əsas qışlama yerləri Qızılağac Dövlət Təbiət Qoruğunun su hövzələri və Kürün mənsəbinə həmsərhəd olan Xəzərin sahil sularıdır(24) .

Əsas yaşayış yerləri dənizin sahil zolağında balıqla zəngin olan su sahələridir.

Qutanın qidasını kütləsi 2-3 kq-a qədər olan balıqlar təşkil edir .Azərbaycanın su hövzələrində sayca az olan qıvrımlələk qutanların iri balıqlarla (çəki, külmə, həşəm, kütüm balıqları) yemlənməsinə baxmayaraq balıq təsərrüfatına o qədər də ziyan dəymir. Çox vaxt qrup halında ov edirlər, bəzən bunlara qarabatdaq da qoşulur. Belə halda balıq sürüsünü qarabatdaqlar suyun altından qovur, qutanlar isə qanadlarını suya çırpmaqla sahilə qovurlar və suyun dayaz yerində çaşdırıb ovlayırlar. Bu səhnəni Kiçik körfəzin Damba sahəsində görmək mümkündür.

Azərbaycanın Qırmızı kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına daxil edilib. Ekologiya nazirliyinin keçirdiyi sayğıya əsasən 1993-96-cı illərdə Azərbaycanda qışlayan qutanın sayı 500-550 olmuşdur. 2003-cü ilin yanvarında 2826, 2004-cü ildə isə 416 quş qeyd edilib. Sonuncu 2010-2011-ci illərdə azalmasının səbəbi qışın isti keçməsidir(23).


3.4. Anser anser-Boz qaz

Görkəmi. Azərbaycan faunasına daxil olan qazların hamısından iridir. Ümumi rəngi açıq-bozdur. Beli və quyruğunun üstü kül kimi bozdur. Bədənin yanlarında ağ və tutqun zolaqlar, qarnı üzərində isə qaramtıl ləkələr var. Cavan qazın rəngi solğun-tutqundur(15).

Həyatı. Arealı Avropada və Asiyada yerləşir. Qışlamaq üçün həmin qitələrin cənub hissələrinə miqrasiya edir. Azərbaycanda qışlayır və az miqdarda yuvalayıb nəsil verir. Buna görə oturaq quş hesab olunur. Çox ayıq-sayıq quşdur, adamı 200-300 m-dən yaxına buraxmır. Xəzər dənizi sahilində və Kür-Araz ovalığında məskunlaşır. Qışlayan populyasiyası noyabrdan yanvara qədər gəlir, fevral-mart aylarında uçub gedir. Azərbaycanda nəsilverən populyasiyası mart ayında qamış və alaq bitkilərinin rütubətli cəngəlliyində yuva tikir, 3-7 yumurta verir, iyun ayında cücüləri müşahidə edilir. Gündüz fəal olur, gecə dərin suya qonub yatır. Ov obyekti əhəmiyyətini saxlamışdır(26).


3.5. Anser albifrons-Ağalın qaz

Görkəmi. Boz qaza nisbətən kiçikdir. Dimdiyinin dibinin ətrafında ağ ləkə var, lakin təpəsinə çatmır. Ümumi rəngi qonur-bozdur. Qarnı üzərində köndələn yerləşmiş ləkələr var. Quyruqaltı ləkələri ağdır. Dimdiyi və ayaqları qırmızımtıl-sarıdır. Cavan quşun rəngində ləkələr yoxdur. Q=360-450 mm(16).

Həyatı. Arealı genişdir: Avropa, Asiya, Şimali Amerika. Qışlamaq üçün həmin qitələrin cənub hissəsinə miqrasiya edir. Azərbaycanda qışlayır və miqrasiya yolu buradan keçir. Xəzər dənizi sahilində və Kür-Araz ovalığında qışlayır. Mart ayında köçüb gedir.
3.6. Anser erythropus-Ağqaş qaz

Görkəmi. Azərbaycan faunasına daxil olan qazların hamısından kiçikdir. Alnı təpəsinə qədər ağdır. Ümumi rəngi ağımtıl-bozdur. Qarnı və quyruqaltı lələkləri ağdır. Döşündə tutqun ləkə var. Dimdiyinin ətrafları ağdır. Cavan quşun rəngi tüstü kimidir, tünd ləkələri yoxdur. Q=330-395 mm(15).

Həyatı. Avropada və Asiyada yayılıb. Tundra, meşə-tundra, hətta meşə zonasının şimal kənarlarında məskunlaşıb nəsil verir. Avropanın mərkəzi hissəsindən Çin, Misir, Hindistana qədər olan sahil düzənliklərində qışlayır. Azərbaycanda dekabrdan marta qədər olur. Əsas yeri Lənkəran düzənliyidir. Əvvəlki qazlar ilə birlikdə sürü halında qışlayır.
3.7. Cygnus olor-Fısıldayan qulələk

Görkəmi. Iri quşdur. Rəngi qar kimi ağdır. Dimdiyi qırmızı-qaradır, onun dibində üst tərəfdə qara şişkinlik var. Suda və yerdə olanda boynun əyib suaı işarəsinə oxşadır. Bərk fısıldayır(15).

Həyatı. Avropada və Asiyada yayılıb. Azərbaycanda Xəzər sahilində və aran rayonlarda olan iri göllərdə qışlayır, bəzisi ildə Ağ-göldə 10-15 cüt nəsil verir. Keçmişdə on minlərlə qışlamışdır. ətindən və yumşaq qu lələklərindən istifadə məqsədilə qanunsuz ovlandığından sayı azalmışdır. Indi 2-3 minə qədərdir. Ovlanması yasaq edilib, Qırmızı kitaba daxil edilib qorunur.
3.8. Cygnus-cygnus-Harayçı qulələk

Görkəmi. Fısıldayan qulələyə oxşayır, lakin ona nisbətən az kiçikdir. Xoş səsi var: “anqa-a; anqa-a”. Dimdiyi sarı, ucu isə qaradır. Suda və yerdə boynunu düz saxlayır. Dimdiyinin sarı hissəsi üçbucaq formasında qara rənginə daxil olur, qara və sarı rənglərin birləşməsi iti bucaq əmələ gətirir. Cavan quşun dimdiyi çəhrayıdır, onun yalnız ucu qaradır(24).

Həyatı. Avropada və Asiyada yayılıb. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya dövründə buradan keçir. Azərbaycanda 1993-cü ildə qışlamış 6560 qulələkdən yarıya qədəri fısıldayan, digər yarısı isı harayçı olmuşdur. Bunlardan 78%-i Qızılağacda, Abşeron sahillərində, Mahnudçalada, Bozqobu-Şərbətqobuda və Şirvanda olmuşdur. Dekabr ayında gəlib, fevralda-martda qayıdırlar. Qalın qar və bərk şaxtalı ildə aclıqdan zəiflədikləri üçün aprel ayına qədər qalırlar, müəyyən qədəri hətta qırılır(2).
3.9. Cygnus bewickii-Kiçik qulələk

Görkəmi. Harayçıya oxşayır, lakin ondan kiçikdir. Dimdiyində qara rəng daha çoxdur. Onun sarı və qara rənglərinin birləşdiyi hissə düzbucaq əmələ gətirir. Q=475-550 mm(16).

Həyatı. Avropada və Asiyada yayılıb. Əsasən Avropanın şimal-qərb sahillərində, az miqdarda isə Xəzər dənizində və Orta Asiyada qışlayır. Nadir quş kimi Qırmızı kitaba daxil edilib qorunur.

3.10. Anas crecca-Fitləyən ördək

Görkəmi. Kiçik ördəkdir. Başı qəhvəyidir, lakin üzərində yaşıl zolaqları var. Qanadları üzərindəki aynacığı yaşıldır. Suya qonanda qanadlarında ağ zolaqlar görünür. Xoş səsi var- “kryuu” və ya “krilyuu”. Dişi quşun üst tərəfi kürəni naxışlı-qonur, alt tərəfi isə ağımtıldır, yanlarında və çinədanə üzərində naxışlar var. Q=165-193 mm(6).

Həyatı. Avropada, Asiyada və Şimali Amerikada yayılıb. Azərbaycanın aran və dağətəyi rayonlarında hər cür su hövzəsində bu ördəyi görmək olar. Qışlamaq üçün gəlir. Dayaz su hövzələrini xoşlayır. Miqrasiya dövründə kütləvi quşdur, qışda isə nisbətən azalır. Həvəskar ovçuluq üçün əhəmiyyətlidir(3).
3.11. Anser strepera-boz ördək

Görkəmi. Orta boyli ördəkdir. Ümumi rəngi bozdur. Qanadları şabalıdı-qəhvəyidir və üzərində ağ aynacığı var. Səsi qısadır-“xek”. Dişi quş tutqun qonurdur. Belində ləkələr kürəni haşiyəlidir. Q=228-280 mm(15).

Həyat. Avropada, Asiyada və Şimali Amerikanın qərb hissəsində yayılıb. Azərbaycana qışlamaq üçün gəlir. Keçmişdə tək-tək cütləri burada qalıb nəsil vermiş, indi isə belə cütləri müşahidə olunmur. Miqrasiya vaxtında sayı qışlayanlara nisbətən dəfələrlə çoxdur. Miqrasiya edərkən ayrıca, qidalanarkən isə yaşılbaş və başqa ördəklərlə qarışıq sürülər əmələ gətirir. Su və su-sahil bitkilərinin vegetativ hissəsi və toxumları ilə qidalanır. Həvəskar ovçuluq üçün qiymətli quşdur(22).
3.12. Anas penelope-Fiyu (marek) ördək

Görkəmi. Kütləsi 500-900 q olur. Erkəyinin başı boz-qəhvəyi, təpəsi parlaq qızılı-sarıdır. Döşü çəhrayı-qəhvəyidir. Qanadları üzərində aynacığı yaşıldır. Fit kimi səs çıxarır-“vi-uuu”. Dişi quş boz-qonurdur. Qoltuq lələkləri boz səpkili-ağdır. Başı, boynu və döşü kürənə çalır. Q=323-270 mm(16).

Həyatı. Avropada və Asiyada yayılıb, qışda isə Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycanda payız miqrasiyası sentyabrda-noyabrda, yaz miqrasiyası isə mart-apreldə olur. Dayaz su hövzələrini və daşqınları xoşlayır. Azərbaycanda reproduksiyası faktlarla təsdiq olunmayıbdır. Miqrasiya dövründə kütləvi, qışda isə adi quşdur. Bitki ilə qidalanır. Həvəskar ovçuluq obyektidir(26).
3.13. Anas acuta-Bizquyruq ördək

Görkəmi. Bədəni boz, boynu üstdən qəhvəyi, altdan ağdır. Başı da qəhvəyidir, lakin peysərindən ağ zolaqlar uzanır. Bel tərəfi dalğavari naxışlı qonur-bozdur. Qanadları üzərində aynacığı açıq-qəhvəyidir. Quyruğu nazik, uzun, ucu biz kimidir. Xoş səsi var-“vyuyuri”. Q=240-290 mm(15).

Həyatı. Avropada, Asiyada və Şimali Amerikanın qərb hissəsində yayılıb. Qışlamaq üçün Qərbi Avropaya və cənuba tərəf Orta Asiyaya qədər miqrasiya edir. Azərbaycanda qışlayan quşdur. Sentyabr-noyabrda gəlir, mart ayında çoxu uçub gedir. Miqrasiya dövründə sayı çox olur, burada qalıb qışlayanlar isə nisbətən azdır. Bitki ilə qidalanır. Həvəskar ovçuluq üçün qiymətlidir.
3.14. Anas clypeata-Enliburun ördək

Görkəmi. Kütləsi 500-700 q olur. Başı yaşıldır. Dimdiyi çox yastı, uzun və enlidir. Dimdiyin rəngi erkək quşda qara, dişidə isə zeytuni qonurdur. Döşü parlaq ağdır. Bədəninin yanları və qarnı qəhvəyi-kürəndir. Səsi də fərqlidir: “tuk-tuk” və ya “klak-klak”. Q=205-260 mm(16).

Həyatı. Avropada, Asiyada və Şimali Amerikanın qərb hissəsində yayılıb. Qışlamaq üçün isti yerlərə, o cümlədən Afrikaya qədər köçür. Azərbaycana qışlamaq üçün gəlir. Payız miqrasiyası uzun çəkir, yaz köçməsi isə mart-apreldə olur. Miqrasiya vaxtında sayı çox olur, qışda nisbətən azalır. Bitki və onurğasız heyvanlar ilə qidalanır. Həvəskar ovçuluq əhəmiyyəti var.


3.15. Aythya ferina-Qırmızıbaş qaraördək

Görkəmi. Orta boylu ördəkdir. Başı şabalıdı-qəhvəyi, boynu kürən, döşü qara, bədəni bozdur. Aynacığı yoxdur. Səsi səciyyəvidir-“vi-varr”. Q=200-240 mm(14).

Həyatı. Avropada, Asiyada və Şimali Amerikanın qərb hissəsində yayılıb. Azərbaycana qışlamaq üçün gəlir. Payız miqrasiyası oktyabr-dekabrda, yaz miqrasiyası isə fevral-mart aylarında olur. Sayca çoxluq təşkil edən ördək növlərindən biridir. Bitki ilə qidalanır. Qiymətli ov quşudur.
3.16. Aythya fuligula-Kəkilli qaraördək

Görkəmi. Orta boylu ördəkdir. Erkəyi qaradır, ona görə “qaraördək” adlanır. Başında arxaya sallanan kəkili var. Qarın tərəfi ağdır. Səsi spesifikdir: “qyu-qyu-qyurr”. Dişisi qara-qonurdur. Q=185-210 mm(13).

Həyatı. Avropada, Asiyada yayılıb. Qışlamaq üçün Afrikaya qədər köçüb gedir. Azərbaycana da qışlamaq üçün gəlir. Payızda gec gəlir, yazda martda köçüb gedir. Beləliklə, respublikamızda cəmi 2-3 ay qalır. Həvəskar ovçuluq əhəmiyyəti var.
3.17. Aythya marila-Dəniz qaraördəyi

Görkəmi. Iri ördəkdir. Bədəninin üst tərəfi açıq-bozdur, kəkili yoxdur. Başı və döşü qaradır. Dimdiyinin dibində ağ xalqa var. Səsi sadədir: “vik-vik” və ya “veyarr”. Q=184-230 mm(14).

Həyatı. Avropa, Asiya və Şimali Amerikada tayqa və tundra zonası üçün xarakter ördək növüdür. Payızda başqa ördəklərlə bir vaxtda gəlir, yazda mart ayında köçüb gedir. Xəzərdə qışlayır. Yaz miqrasiyası vaxtında isə az miqdarda daxili sularda müşahidə edilir. Həvəskar ovçuluq əhəmiyyəti var.

3.18. Bucephala clangula-Güləyən meşəördəyi

Görkəmi. Kütləsi çox dəyişkəndir: 600-1400q. Erkəyinin başı və beli qara, bədəni ağdır. Dimdiyinin dibi hündürdür. Gözü ilə dimdiyi arasında iri ağ ləkə var. Qanad aynası ağ və böyükdür. Dişisinin başı tünd qəhvəyidir. Səsi spesifikdir: “rer-rerr” və ya “kvini-kirr”. Q=187-231 mm(16).

Həyatı. Şimali Amerikanın və Avropanın meşə zonasında olan çay və göllər üçün xarakter ördək növüdür. Qışlamaq üçün cənuba, o cümlədən Azərbaycana köçür. Burada əsasən Xəzər sahilində qışlayır. Daxili su hövzələrində azdır. Payız miqrasiyası gec, yaz köçməsi isə tez olur. Həvəskar ovçuluq əhəmiyyəti var.
3.19. Mergus merganser-Böyük pazdimdik

Görkəmi: Kütləsi 1500-1870q olur. Erkəyinin başı və boynunun üstü yaşıl, boynunun altı və döşü ağ, beli tutqun qaramtıldır. Dimdiyi qırmızıdır. Səsi dəyişilir: “aunq-a” və ya “ryux-rax”. Dişisinin başı kürəni-qəhvəyidir və boynunun orta hissəsində kəskin fərqlənir . Üst dimdiyinin hər tərəfində olan “dişciklər” 15-dən çox deyildir . Q=262-290 mm(15).

Həyatı: Azərbaycanda əsas qışlama yerləri Lənkəran rayonunda (Böyük və Kiçik Qızılağac körfəzləri) iri göllərdir.Böyük pazdimdik su hövzələrinin yaxınlığında yuvalayır, balıqlarla zəngin çaylara daha çox üstünlük verir. Çox vaxt o yuvasını qoca ağacların koğuşunda qurur. Koğuşun yerdən hündürlüyü 1m-dən 18 m-ə qədər ola bilər. Bəzən o köhnə tikililərdə, daş yuvaların uçulmuş hissələrində yuva qurur. Böyük pazdimdiyin yuvasına həmçinin sahilboyu qayaların çatlarında və yerdə, kolların üzərində rast gəlmək olar. 8-9, bəzən 13 yumurta qoyur. Yumurtanın rəngi ağdır, qabığı hamardır, ölçüsü 55,4-74,5x37-50 mm, orta çəkisi 84 q-dır. Hər gün 1 yumurta qoyur. Kürtyatma sonuncu yumurta qoyulduqdan sonra başlanır və 32 günə qədər davam edir. Yuva yeri axtarışında və onun qurulmasında erkək iştirak etmir, bəzi vaxtlar yuvanın ətrafında durur, təhlükə hiss etdikdə diqqəti özünə cəlb edir(19).

3.20. Aquila clanga-Böyük qartal

Görkəmi. Bozqır qartalından kiçikdir. Birrəng qara-qonurdur. Səsi bərkdir-“kiyak-kiyak”. Cavan quşun üst tərəfi açıq rənglidir və üzərində damcı formalı ləkələr var(14).

Həyatı. Avropada və Asiyada yayılıb. Azərbaycanda dağda və aranda miqrasiya vaxtında olur, düzənliklərdə tək-tək qışlayır.
3.21. Aquila heliaca-Məzar qartalı

Görkəmi. Böyük qartaldır, qanadları enlidir. Ümumi rəngi tünd qonurdur, lakin başının üstü açıq-sarıdır, “papağa” oxşayır. Çiyinlərində iri ağ ləkələr var. Səsi it hürməsini xatırladır-“tiyaf-tiyaf-tiyaf”. Cavan quşun qarın tərəfi uzununa naxışlıdır. Pəncə lüləsi lələklə örtülüdür. Quyruğunda kürəni lələklər birləşib köndələn zolaqlar əmələ gətirir(16).

Həyatı. Avropada və Asiyada yayılıb. Qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi rayonların qaya, yarğan və seyrək ağac olan açıq sahələrində məskunlaşır, aranda qışlayır. Nadir quşdur, 200-250 km marşrutda bir quş rast gəlir. Leş ilə qidalanır. Qırmızı kitaba daxil edilib qorunur(2).

3.22. Aquila chrysaetos-Bərküt qartal

Görkəmi. Iri qartaldır. Boynunun arxasında və peysərində qızılı-narıncı rəngli, sərt və ucu iti ləkələr var. Quyruğunun dibi ağımtıldır. Səsi kobud xırıltılıdır-“kyek-kyek-kyek”. Qanadlarının tini ağımtıldır. Ayaqları sarıdır. Cavan quşun quyruğu ağdır, lakin kənarlarında tünd rəngli zolaq var(15).

Həyatı. Geniş yayılıb: Avropa, Asiya, Şimali-Qərbi Afrika, Şimali Amerika. Azərbaycanda dağlarda məskunlaşıb və oturaq yaşayır. Lakin qışda aranda da görünür. Ağacda və qayada yuva tikir. Qidasını dovşan, tülkü, quş və leş təşkil edir. Nəsli kəsilmək qorxusu olan quşdur. Azərbaycanda cəmi 15 cüt qalıb. Qırmızı kitaba daxil edilib qorunur(2).
3.23. Assipiter gentilis-Böyük qırğı

Görkəmi. Qarğadan iridir. Bel tərəfi qonur-bozdur, qarın tərəfi isə açıq rənglidir və üzərində nazik köndələn tünd zolaqlar var. Gözləri və ayaqları sarıdır. Cavan quşun beli oxra rəngli haşiyəsi olan lələklərlə örtülüdür. Qarın tərəfində lələklərin ucu damcı formalı iri ləkə ilə qurtarır(16).

Həyatı. Geniş yayılıbdır: Avropa, Asiya, Şimal-Qərbi Afrika, Madaqaskar, Şimali Amerika. Azərbaycanın dağ meşələrində oturaq quşdur. Hündür ağacda yuva tikir. Qaz, tetra, ular kimi iri quşları ovlaya bilir. Lakin nadir quş olduğu üçün qorunur. Qırmızı kitaba daxil edilmişdir(2).
3.24. Falco cherrug-Ütəlgi qızılquş

Görkəmi. Birrəng quşdur. Beli paslı qonur, qarın tərəfi isə ağdır və üzərində damcı formalı naxışlar var. “Bığları” yoxdur. Quyruğu uzundur, üzırindı sarı və tünd qəhvəyi rəngli köndələn zolaqlar var. Bədənin yanlarındakı tünd rəngli cizgilər yuxarıdan aşağıya tərəf iriləşir(15).

Həyatı. Avropada və Asiyada yayılıb, qışlamaq üçün cənuba tərəf Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir. Əsasən quş ilə qidalanır. Nadir quş olduğu üçün Qırmızı daxil edilib qorunur(2).
3.25. Falco columbarius-Ördəktutan qızılquş

Görkəmi. Kiçikdir və qanadları qısadır. Üst tərəfi və başı tünd göy, alt tərəfi isə ağımtıl-kürəndir və üzərində cizgilər uzanır. Quyruğu zolaqlıdır. Dişi quşun bel tərəfi qonur, qarın tərəfi isə uzununa naxışlı ağımtıldır(14).

Həyatı. Avropada, Asiyada və Şimali Amerikada yayılıbdır. Qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya dövründə buradan keçir. Payız miqrasiyası sentyabrda-noyabrda, yaz köçməsi isə mart-apreldə olur. Qışlayan fərdləri aranda və dağətəyi rayonlarda məskunlaşır. Ördəktutan adlanmasına baxmayaraq, Əsas qidası xırda quşlardır.
3.26. Falco peregrinus- Adi qızılquş

Görkəmi. Qafqaz qızılquşu da adlanır. Göyərçindən xeyli iridir. Rəngi ziddiyyətlidir: başının üstü, beli, qanadları və quyruğu göyümtülə çalan boz, alt tərəfi isə açıq rənglidir və üzərində köndələn naxışlar var. Döşündəki naxışlar damcı formalıdır. “Bığları” parlaq qaradır. Ayaqları sarıdır. Cavan quşun lələkləri kürəni haşiyəlidir, qarnı üzərindəki naxışlar uzununa zolaqlar əmələ gətirir(15).

Həyatı. Geniş yayılıb-Avropa, Asiya, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerikanın cənub-qərb hissəsi. Azərbaycanda yüksək dağlarda məskunlaşıbdır. Sıldırım qayalıqları xoşlayır. Nəslinin kəsilməsi qorxusu yaranıb, respublikada cəmi 15-18 cütü nəsil verir. Qışda şimal rayonlardan gələnlərin hesabına sayı nisbətən arıt və aranda da olur. Quş ilə qidalanır: göyərçin, kəklik, ördək, cüllüt və s. quşları havadan ovlayır. Nadir quş kimi Qırmızı kitaba daxil edilib qorunur.


3.27. Corvus frugilegus-Zağca qarğa

Görkəmi. Rəngi göy metala çalan qaradır. Yetkin quşun dimdiyinin ətrafı lələksiz çirkili-ağ dəridir. Cavan quşun dimdiyinin dibi lələklidir və önə yönəlmiş sərt bığları aydın görünür. Q=287-350 mm. Səsi xırıltılıdır: “kraaa”(15).

Həyatı. Avropada və Asiyada yayılıb. Qışlamaq üçün cənuba tərəf miqrasiya edir, lakin soyuq şimal rayonlarda kənd və şəhərlərdə qalıb qışlayanı da olur. Azərbaycanda oturaq quşdur. Reproduksiya dövründə aran rayonlarda təbii və mədəni sahələrdə hündür ağac, açıq sahə və içməli su olan yerlərdə koloniya əmələ gətirir. Sonralar isə açıq sahələrdə sürü halında qidalanır, gecələmək üçün əlçatmaz ağaclara və sıx qamışlığa qayıdıb gecələyir. Bu dövrdə dağətəyi rayonlara da qalxıb qida axtarır. Nəsil vermək, qidalanmaq və gecələmək üçün şəhərlərdən geniş istifadə edir. Qidasını yerdən və ağacdan götürür. Yerli ovçuluq əhəmiyyəti var, əti yeyilir. Sayı çoxdur(25).
3.28. Troglodytes troglodytes-Adi bilibittan

Görkəmi. Azərbaycanda ən kiçik quşdur, bədəni qoz boydadır. Çox hərəkətlidir. Quyruğu qısadır və onu həmişə yuxarı qaldırıb dik saxlayır. Qanadları qısa və dəyirmidir. Üst tərəfi, qanadı və quyruğu köndələn naxışlı şabalıdı-qonur, alt tərəfi isə köndələn naxışlı bozumtuldur. Kəskin səsi var: “çerr-çerr”. Q=43-55 mm(16).

Həyatı. Geniş yayılıb-Avropa, Asiya, Şimal-Qərbi Afrika, Şimali Amerika. Azərbaycanda dağətəyi və dağlıq rayonlarda məskunlaşıb, cəngəllik olan müxtəlif şəraitdə yaşayır. Oturaq quşdur, lakin soyuqlar düşındı arana da enir. Tək-tək və ya cüt-cüt görünür. Yerə və kola qonur. Şar formalı yuvasını şibyə basmış gövdə üzərində, ağac kökü altında və ya quru çırpı arasında qurur. Giriş yolu yuvanın yanında olur. Ildə iki dəfə nəsil verir. Xırda cücülər və başqa onurğasızlarla qidalanır(9).


3.28. Regulus regulus-Sarıbaş kralquş

Görkəmi. Bilibittan boyda kiçik quşdur. Lələkk örtüyü yumşaq, quyruğu qısadır. Üst tərəfi zeytuni-yaşıl, alt tərəfi ağımtıldır. Çiyinlərində bir cüt ağımtıl köndələn zolaq var. Başının üstü limonu sarıdır və enli qara zolaqla haşiyələnibdir, lakin alnına çatmır. Təpəsində parlaq-sarı ləkələr uzanır. Qanadları üzərində bir cüt köndələn ağ zolaq çəpinə uzanır. Qaşı yoxdur. Quyruqüstü zeytuni-yaşıldır. Dişi quşun başının üstü sarıdır, cavan quşun başının üstü isə beli ilə rəngdədir. Səsi sakitdir “tsi-tsi-tsi”. Mahnısı da çox bərk deyil. Q=50-58 sm(15).

Həyatı. Geniş yayılıb: Avropa, Asiya, Şimali Amerika. Meşə quşudur. Azərbaycanda dağ meşələrində məskunlaşıb, oturaq yaşayır. Lakin qışlamaq üçün çox hissəsi dağətəyi və aran rayonlara enir, mart ayında yenə də dağlara qalxır. Əsas qidasını cücülər təşkil edir. Reproduksiya dövründə cüt-cüt olur, sonra sürü əmələ gətirir.
3.29. Turdus viscivorus-Çil qaratoyuq

Görkəmi. Iri qaratoyuqdur. Üst tərəfi, qanadları və quyruğu zeytuni-boz, alt tərəfi ağdır, lakin üzərində damcı formalı qara naxışlar var. Qanadlarının altı və qoltuqaltı lələklər birrəng ağdır. Boğazı da naxışsızdır. Cavan quşun belində açıq rəngli cizgilər uzanır. Reproduksiya dövründə cüt-cüt, başqa vaxtda sürü halında yaşayır. Ehtiyatlı quşdur. Səsi bərk cırıltıdır: “trrr”. Mahnısı fleyta səsinə oxşayır. Q=141-176 mm(14).

Həyatı. Ağacda tuva tikir. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılıb. Qışlamaq üçün Avropa və Asiyanın cənubuna tərəf miqrasiya edir. Azərbaycanda dağ meşələrində məskunlaşıb, oturaq yaşayır, lakin qışda bir hissəsi dərələrə və dağətəyi rayonlara enir. Meşənin işıqlı kənar hissəsini xoşlayır. Onurğasızlarla qidalanır, payızda və qışda giləmeyvə yeyir.
3.30. Porzana porzana-Kiçik təqibçi

Görkəmi. Sığırçın az iridir. Bel tərəfi qaradır və üzərində zeytuni-qonur, nazik-uzun ağımtıl cizgilər var. Çinadanı və döşü üzərindəki lələklərin də haşiyəsi ağ və zeytunidir. Bədənin yanları qonurdur və köndələn ağımtıl zolaqları var. Qarnının orta hissəsi ağımtıldır. Körpə cücəsi qara qu lələklərlə örtülü olur. Q=102-124 mm(14).

Həyatı. Avropa, Asiya və Şimali-Qərbi Afrikada rütubətli çəmənlik və bataqlıq cəngəlliklərdə nəsil verir. Arealının cənub hissələrində qışlayır. Azərbaycana qışlamaq üçün gəlir. Əsasən aran rayonlarında qışlayır.
3.31. Tetrax tetrax-Adi bəzgək

Görkəmi. Ev toyuğu boydadır. Kiçildilmiş doydağa oxşayır, lakin hrə yeri naxışlıdır. Bel tərəfi boz, qarın tərəfi isə ağdır. Boynu qaradır, lakin iki yerdə “boyunluğu” var. Qanadlarında ağ “aynacığı” uzaqdan görünür. Cəld uçuşur və qanad çalmasından səs əmələ gəlir. Q=245-280 mm(16).

Həyatı. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda XX yüzilliyə qədər reproduksiya dövründə adi, qışda isə kütləvi quş olmuşdur. Indi miqrasiya dövründə və qışda olur və sayı azalır. 1990-cı illərdə respublikamızda hər il orta hesabla 30 min bəzgək qışlamışdır. Sayı azalmaqda olduğu üçün Qırmızı kitaba daxil edilib qorunur(2).

3.32. Calidris alba-Üçbarmaq qumluqca

Görkəmi. Sığırçından böyükdür. Qışda bel tərəfi açıq-boz, qarın tərəfi ağdır. Arxa barmağı yoxdur, ayaqları qaradır. Cavan quşun beli ağ cizgili-qonur, qarın tərəfi ağ olur. Q=115-127 mm(15).

Həyatı. Avropanın, Asiyanın və Amerikanın tundra zonasında nəsil verir. Qışlamaq üçün Afrikaya və Avstraliyaya qədər köçür. Azərbaycana qışlamaq üçün gəlir. Gec gəlib, tez qayıdır. Ona görə miqrant kimi tanınmışdır. əsasən Lənkəran düzənliyində qışlayır. Cücü yüyir.
3.33. Gallinago gallinago-Adi tənbəlcüllüt

Görkəmi. Sığırçından iridir. Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qaradır. Qarnı ağdır. Kənar sükan lələkləri kürəndir, köndələn zolaqları var və ucu ağdır. Qanadlarının böyük örtük lələklərinin, çiyin lələklərinin, çalma və sükan lələklərinin ucu ağ haşiyəlidir. Gözlərindən keçən və onun altında ağ fonda qara zolaq uzanır. Yorucu səsi var-“ta-ke...ta-ke-ta-ke”. Q=122-136 mm(16).

Yüklə 248,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə