Şöbənin IV kurs, 016A qrup tələbəsi Abdinova Mələk Məhəmməd qızının Biologiya ixtisası üzrə bakalavr dərəcəsi almaq üçün



Yüklə 248,32 Kb.
səhifə3/3
tarix21.10.2017
ölçüsü248,32 Kb.
#6267
1   2   3

Həyatı. Avropada, Asiyada və Şimali Amerikada yayılıb. Azərbaycanda miqrasiya dövründə çox, qışda isə nisbətən az olur. Aran və dağətəyi rayonlarda qışlayır. Bitki və onurğasız heyvanlarla qidalanır. Həvəskar ovçular tərəfindən təsadüfi ovlanır.
3.34. Scolopax rusticola-Meşə çiligdimdiyi

Görkəmi. Göyərçin boydadır. Ayaqları gödək, dimdiyi çox uzundur. Bel tərəfi pas kimi kürəndir və üzərində tünd və açıq səpgilər var. Qarın tərəfi bozdur və üzərində qonur rəngli köndələn naxışlar var. Iri və qara gözləri peysərinə tərəf çəkilibdir. Cavan quş daha çox kürəndir və alnında köndələn zolaqlar var. Q=177-198 mm(16).

Həyatı. Avropada və Asiyada yayılıb. Qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda miqrasiya dövründə olur və qışlayır. Payız köçməsi sentyabr-oktyabrda, yaz köçməsi martda-aprelin əvvəlində olur. Meşə quşudur. Aranda və dağətəyi rayonlarda ağac və göl olan sahələrdə məskunlaşır. Palıd meşəsini xoşlayır. Soxulcan, cücü, bitki toxumları və giləmeyvə ilə qidalanır. Qidasını yerdən götürür. Qiymətli ov quşudur.

3.35. Numenius arquata-Böyük əyridimdik

Görkəmi. Qarğa boydadır. Rənginə görə kiçik əyridimdiyə oxşayır. Lakin başında və döşündə qonur-boz fonda qara naxışlar var. Quyruqüstü lələkləri ağdır. Q=283-330 mm(15).

Həyatı. Avropa və Asiyanın meşə-bozqır zonası bataqlıqlarında nəsil verir. Avropanın qərb hissəsində, Aralıq dənizi sahillərində, Afrikada və Asiyanın cənubunda qışlayır. Azərbaycana qışlamaq üçün gələn və buradan keçib gedən populyasiyaları var. Xəzər dənizi sahilində miqrasiya mart ayında, payızda isə avqustdan oktyabra qədər müşahidə edilir. Onurğasız heyvanlarla qidalanır.
3.36. Limosa limosa-Böyük oxcüllüt

Görkəmi. Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı və qarın tərəfi köndələn zolaqlı-bozdur. Quyruğu qara, onun dibi isə ağdır. Dimdiyi uzun və düzdür. Havada olarkən qanadlarının hərəsində bir ədəd enli ağ zolaq görünür, ayaqları quyruğundan çox geriyə çıxır. Cavan quşun belində lələklər açıq haşiyəli qaramtıl-qonur, qarnı çirkli-ağ, döşü oxraya çalan tüstü rənglidir(14).

Həyatı. Avropa və Asiyada rütubətli çəmənliklərdə nəsil verir. Britaniya adalarına, Afrikaya, Avstraliyaya və Yeni Zelandiyaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və buradan keçib daha uzaqlara köç edir. Bitki və cücü yeyir. Sayı azdır.
3.37. Larus ichthyaetus-Güləyən qağayı

Görkəmi. İri quşdur, qarğadan xeyli iridir. Başı qonurtəhət-qara, qanadlarının ucu qara, beli və qanadları boz, qalan hissələri ağdır. I drəcəli çalma lələkləri dibindən ucundakı qara ləkəyə qədər ağdır. Ayaqları sarımtıl, dimdiyi qırmızı-sarıdır və qara zolağı var. Qışda başında ağ cizgilər olur. Cavan quş qonur, qarın tərəfi ağ, quyruğunun ucu qaramtıl olur. Səsi kobuddur-“au”. Q=435-520 mm(15).

Həyatı. Avropada və Asiyada yayılıb, qışlamaq üçün Hindistana və Hind-Çinə qədər köçür. Azərbaycana da qışlamaq üçün gəlir. Əsasən Xəzərin sahilində, bəzən daxili sularda müşahidə edilir. Balıq yeyir, lakin sayı az olduğu üçün zərəri yoxdur.
3.38. Larus argentatus-Gümüşü qağayı

Görkəmi: Boz qarğadan xeyli böyükdür. Qanadları gümüşü çalarlı-bozdur, yalnız ucu ağ-xallı qaradır. Baş lələkləri ağdır. Yetkin quşun başı, boynu, qurşağı, quyruğu və qarın tərəfi ağdır(15).

Həyatı: Yuvalama arealı Xəzər dənizi və Qara dənizin sahilini, Orta Asiyanı və İranı əhatə edir. Hindistanda və Misirdə qışlayır.

Xəzərin sahil zolağının Azərbaycan hissəsində çoxlu miqdarda yuvalayır. XIX əsrin sonu və XX əsrin əvvəllərində Qızılağac körfəzində böyük koloniyaları olmuşdur. Gümüşü qağayılar öz yuvalama yerlərinə martın ortalarında gəlir, martın son günlərindən isə cüt-cüt ayrılıb yuva tikməyə başlayır. Adətən 3, bəzən 2 yumurta qoyur.



Soyuqlar düşdükdə gümüşü qağayılar uçub gedir, az miqdarda qışlamaq üçün Xəzərin cənub-qərb sahilində Qızılağac körfəzində qalır.
3.39. Larus canus-Boz qağayı

Görkəmi: Gümüşü qağayıya oxşayır, lakin ondan kiçikdir. Dimdiyi və ayaqları yaşıltəhər-sarıdır. Başında cizgilər var. Qışda ala-bəzək xallı olur. Cavan quşun bel tərəfi qonur, qarın tərəfi açıq rənglidir, quyruğunun ucunda açıq rəngli zolaq var . Q=320-400 mm(15) .

Həyatı: Geniş yayılmışdır: Avropa, Asiya, Şimali Amerika. Qışlamaq üçün arealının cənub tərəfinə miqrasiya edir . Azərbaycanda əsasən köçmə dövründə olur və az miqdarda qışlayır. Bu qağayılara adətən Lənkəran düzənliyində təsadüf edilir. Səsi aqressivdir. 2010-2011-ci illərdə Qızılağac körfəzində yanvarın 23-dən fevralın 6-na kimi apardığımız tədqiqatlar zamanı Nərimanabad I və II qəsəbələrinin arasında yolun Böyük körfəzə aid olan hissəsində rast gəlinmişdir(22).
3.40. Mərməri ördək – Anas angustirostris

Görkəmi: Kütləsi orta hesabla 400-600 q-dır. Tək, cüt-cüt və sürü halında yaşayır. Erkəyinin balaca kəkili vardır. Rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr, döşündə isə eninə qaramtıl naxışlar vardır. Dmdiyindən başlayan ağ zolaq gözlərinin bərabərindən arxaya tərəf keçir. Bu ləkə erkək quşda daha tutqun rəngdə olur. Dimdiyi uzun və bozdur. Dişisinin dimdiyi qaradır. Pəncələri qonurdur. Quyruğu pazvari, azca dəyirmiləşmişdir(15).

Həyatı: Yuvalama arealı Afrikanın Şimalını, Pireney yarımadasının cənubunu, Aralıq dənizinin şərq sahillərini, İraqı, İranı, Əfqanıstanı, Pakistanı, Zaqafkaziyanı, Volqa və ural çaylarının deltalarını, Sırdərya və amudərya çayları boyu əraziləri əhatə edir. Aralıq dənizi sahillərində, Asiyanın cənub qərbində, Hindistanın şimalında və Xəzərin cənubunda qışlayır.
3.41. Melanocorypha leucoptera-Ağqanad bozqırtyrağayı

Görkəmi. Başının üstü, çiyinləri, boynunun yanları və quyruqüstü lələklər kürəndir. Papağı açıq-kürəndir. Beli qonur-bozdur. Quyruğu, qanadları və belindəki cizgilər qaramtıl-qonurdur. Bədənin alt tərəfi ağdır. Quyruğunun kənarlarında ağ zolaq uzanır. Qanadları üzərində köndələn enli ağ zolaq var. II dərəcəli çalma lələkləri yarısına qədər ağdır. Çinadanın yanlarında qara ləkə yoxdur. Q=105-122 mm(16).

Həyatı. Əsasən Avropada, qismən də Asiyada yayılmışıdr. Azərbaycanda köçmə dövründə olur və Xəzər dənizi sahilində nadir quş kimi qışlayır.
3.42. Alauda arvensis-Adi tarla turağayı

Görkəmi. Sərçədən az iridir. Bədənin üst tərəfi bozumtul-qonurudr və üzərində enli qonur cizgilər uzanır. Alt tərəfi çirkli-ağımtıldır, döşündə nazik qonur cizgilər var. Quyruğunun kənarları açıq rəngli zolaqlıdır. Başında enli kəkil var. Adi səsi zəifdir: “çri-ik” və ya “çrr-ik”. Q=99-124 mm(16).

Həyatı. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığından yüksək dağlara qədər yayılmışdır. Açıq sahə quşudur. Qışda müəyyən qədəri arana enir, hətta Azərbaycana nisbətən daha isti ölkələrə miqrasiya edir.

3.43. Anthus pratensis-Çəmənlik haçaqanadı

Görkəmi. Meşə haçaqanadına çox oxşayır, ancaq arxa barmağının caynağı uzundur və əyrisi azdır. Qanadlarının alt örtüyü və qoltuq lələkləri ağdır, lakin haşiyəsi limonu-sarıdır. Cavan quş sarımtıl zeytuni rəngə çalır. Mahnısı monotondur və havada oxuyur: “it-it-itititi”, çağırması qısadır: “pit”. Q=71-87 mm (15).

Həyatı. Avropada və Asiyada yayılıb. Qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana da qışlamaq üçün gəlir. Oktyabrda gəlib, mart-apreldə qayıdır. Əsasən aran rayonlarda qışlayır, miqrasiya vaxtında isə çox yerdə görünür.
3.44. Fringilla coelebs-Adi hörücü (meşəsərçəsi)

Görkəmi. Sərçə boyda quşdur. Dimdiyi çox da yoğun olmayan konusvaridir. Qanadları və quyruğu qara-qonur, quyruğun kənarlarında və çiyinlərində olan zolaqlar ağdır. Bahar fəslində erkək quşun başının üstü boz-göy, belidi şabalıdı, alnı qara, bədənin alt tərəfi qırmızı-qəhvəyi olur. Payızda başının üstü qonurlaşır. Reproduksiya dövründə cüt-cüt, başqa vaxtlarda sürü halında yaşayır. Yerə, ağaca və kola qonur. Səsi zildir: “pinik-pinik”. Mahnısı zəngulədir və sonu “fiit-fiit-lya-vi-çiu-kik” ilə qurtarır. Q=85-94 mm(15).

Həyatı. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ-meşə qurşağında və dağətəyi regionlarda yaşayır. Oturaqdır. Qışlamaq üçün müəyyən qədəri aran rayonlarına miqrasiya edir. Meşədə, bağda və parkda məskunlaşır. Ağacda yuva tikir, onu şibyə ilə gizlədir. Qidasını bitki toxumu və cücülər təşkil edir. Sayı çoxdur(28).
3.45. Frigilla montifringilla-Qarlıq hörücüsü

Görkəmi. Əvvəlki növə oxşayır. Erkəyinin başı, beli, qanadları və quyruğu bahar fəslində qara, payızda qonurtəhər olur. Boğazı, quyruqüstü lələkləri, çiyinlərindəki zolaqlar və qarnı ağdır. Döşü və çiyinlərindəki enli zolaqlar narıncıdır. Dişi quşun və cavanların rəngi solğundur. Səsi kəskindir: “çji” və ya qısa-“tk-tk-tk”. Mahnısı kobuddur: “çjjj”. Q=81-96 mm(15).

Həyatı. Avropada, Asiyada yayılıb. Qışlamaq üçün cənuba tərəf miqrasiya edir, o cümlədən Azərbaycana gəlir. Burada aran və dağətəyi rayonlarda qışlayır. Bitki toxumları və cücülər ilə qidalanır. Sayı çoxdur.
3.46. Buteo buteo-Adi sar

Görkəmi. Bel tərəfi tünd-qonur, qarın tərəfi açıq rəngdir. Ayaqları göyümtül-sarıdır. Quyruğu zolaqlıdır. Q=341-435 mm(15).

Həyatı. Avropada, Asiyada yayılıb., qışlamaq üçün Afrikaya qədər köçüb gedir. Azərbaycanda oturaq quşdur. Burada əsasən dağ meşəsində məskunlaşır, lakin meşənin işıqlı kənar hissələrini xoşlayır. Açıq sahədə ov edir, ağacda yuva tikir. Qışda çox hissəsi düzənliyə enir. Sayına görə adi quşdur. Qidasını iri cücülər, krtənkələ, ilan, siçan və leş təşkil edir. Çox faydalı quşdur.
3.47. Tringa nebularia-Böyük ilbizcüllüt

Görkəmi. Göyərçin böyüklükdə iri cüllütdür. Dimdiyi yuxarıya azca əyridir. Gövdəsinin üstü qonur-bozdur., döşündə naxışlar var, qurşağı və qarın tərəfi ağdır. Qanadlarının altı zolaqlıdır. Qışda bel tərəfi açıq-boz, qarın tərəfi ağ olur. Cavan quşun belindəki lələklər açıq haşiyəlidir. Q=175-198 mm(15).

Həyatı. Avropada və Asiyada meşə-tundra və meşə zonasının şimal hissələrində olan sahil və bataqlıqda nəsil verir. Qışlamaq üçün Afrikaya və Avstraliyaya qədər köçür. Azərbaycanda miqrasiya vaxtında olur. Köçməsi avqust-sentyabrda və apreldə olur. Qışda əsasən Xəzərin Lənkəran sahillərində və az miqdarda daxili sularda məskunlaşır. Həvəskar ovçuluqda istifadə olunur.
3.48. Tyto Alba – Ağ bayquş

Görkəmi. Başı böyük və tüklü, quyruğu qısa qanadları enli və uzundur. Açıq rənglidir.Qanadları açıq vəziyyətə yarımnövdn asılı olaraq 75- 110 sm olur.

Üz hissəsi ürək formalıdır,gözləri qaradır. Dişiləri 34-30 sm, erkəklər 32-38 smdir. Kütləsi 470-570 qramdır. Dişi və erkək fərdlər bir-birinə çox bənzəyir.Qısa ömürlüdür. Maksimum 25 yaşına qədər ildə bir dəfə nəsil verir. Alçaqdan , qanad çalaraq uçur, ovunu hiss etdikdə havada süzür(16).



Həyatı. Antraktidadan başqa demək olar ki bütün qitələrdə yayılmışdır. Daha çox çəmənlik, düzənliklərdə rast gəlinir. Britaniya və Avropanın demək olar ki hər yerində, Asya, Afrika və Şimali Amerikanın də bir çox bölgələrində yayılmışdır. Azərbaycanda Qızılağac qoruğunda son illərdə rast gəlinir(27).
3.49. Ala anqut – Tadorna tadorna

Görkəmi. Kütləsi 850-1400 q-dır. Reproduksiya dövründə cüt-cüt, miqrasiya zamanı isə sürü halında yaşayırlar. Çinədanı, belinin arxa hissəsi, çiyin qurşağı, quyruğunun üst örtük lələkləri və sükan lələkləri ağ rəngdədir. Başı, boynu, sükan lələklərinin ucu, döş və qarnın ortasından keçən enli zolaq qaradır. Döşün arxa hissəsini və yanaqlarını, belin qabaq hissəsini solğun kürən rəngli enli zolaq əhatə edir. Dimdiyi enli, yastı və qırmızıdır, erkəyin dimdiyinin dibində şiş vardır. Ayaqları çəhrayıdır. Dişinin səsi boğuq “qa-qa”dır, erkəyi isə fit çalır(15).

Həyatı. Monqolustanda, Orta Asiyada, İranda, Cənubi Qafqazda, Qara dənizin şimal sahillərində, İngiltərədə, Almaniyada, Rusiyada və Norveçdə yuvalayır. Birmada, Hindistanda, Pakistanda, İran körfəzi boyunca sahilyanı ərazilərdə, Aralıq dənizi adalarında və sahilindəki ölkələrin ərazilərində, Qərbi Avropada qışlayır. Xəzər dənizi Azərbaycan hissəsinin bütün sahil zolağı boyu rast gəlinir. Əsas yuvalama və qışlama yerləri isə Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkındakı Böyük və Kiçik Qızılqaz gölləri, Yenikənd subasarı və Ağzıbir gölüdür(10,11).

IV FƏSİL

QIZILAĞAC QORUĞUNDA QIŞLAYAN QUŞLARIN QORUNMASI VƏ PRAKTİK ƏHƏMİYYƏTİ

Qızılağac qoruğu MDB məkanında su quşlarının ən böyük qışlaq yeridir. Qış aylarında buraya milyonlarla ördək ,qaşqaldaq,qağayı və s. quşlar tökülür.Bu quşların qışladığı yerlərdə çoxlu yırtıcı quşlar (qartallar, belibağlılar, qızılquş və s.) olur. Qızılağac Dövlət Təbiət qoruğunda 4 milyona qədər quş qışlayır. Sərçəkimilər dəstəsinin nümayəndələrini də nəzərə alsaq qoruqda qışlayan quşların sayları daha çox olar(15).

Quşların qidasında müxtəlif balıq növlərinin miqdarı eyni deyil-bəzilərinə tez-tez, digərinə nadir, üçüncülərə tək-tək rast gəlinir. Qızılağac qoruğunda qışlayan quşlardan balıq təsərrüfatına ziyanı yalnız balıqla qidalanan və ya daha çox balıqla qidalanan quşlar vururlar. Bu quşlara qıvrımlələk və çəhrayı qutan, böyük və kiçik qarabatdaq, gümüşü qağayı və nazik pazdimdik aiddir.

Pazdimdiklərdən ən adi növ nazik pazdimdikdir. Mədəsində 92,3% balığa, 76,9% cücülərə rast gəlinib. Qızılağac Dövlət Təbiət qoruğunda qısa müddətli yaşamasına görə balıq təsərrüfatına təsiri hiss olunmayandır.

Qutanların bütün nümayəndələri yalnız balıqla qidalanır. Qutanlar uçuşda az vaxt keçirirlər. Yaz uçuşu müddətində onların qidasında xramulya, çəki, qıjovçu balığı tapılmışdır. Qutanların burada balıq təsərrüfatlarına ziyanları dəymir. Qızılağac qoruğunda qışlama dövründə olduğunu və bu mövsümdə balıqların azlığını nəzərə alıb onların verə biləcəyi ziyanı o qədər də çox deyil(4).

İri qarabatdaq əsasən oturaqdır, miqrasiya edir və qışlayır. Qarabatdağın qidasına qutanın qidasında qeyd olunmuş balıqlar daxildir. Qışlayan quşlardan Qızılağac qoruğunda ən çox rast gəlinən və ən çox ziyan verən bu iki növ-Kiçik və Böyük qarabatdaqdır. Onların sayının tənzimlənməsi vacibdir .

Kiçik qarabatdağın qida rasionunda ən çox əhəmiyyəti olan külmə, kütüm, kefal, hambuziya və s. balıqlardır. Bu quşun qida rasionunda ən çox əhəmiyyəti çəki, çömçə balığı, qıjovçu balıq və göyünün sürfələri kəsb edir(4).

Leyləkkimilər dəstəsindən ən çox qışlayan növlərə boz vağ, adi qarıldaq və müəyyən dərəcədə böyük ağ vağ daxildir. Bu növlər fəsildən asılı olaraq daha çox qarışıq qidalarla qidalanırlar.Bu baxımdan qışlayan quşların rolu çox müxtəlifdir. Ekosistemdə su hövzələrinin məhsuldarlığını artıraraq digər su orqanizmlərinin güclü inkişafını stimulə edirlər. Su hövzələrinin məhsuldarlığına müəyyən təsərrüfat forması şəraitində təsərrüfat əhəmiyyətli orqanizmlərin onların ətraf mühit ilə qarşılıqlı əlaqəsinin nəticəsi kimi baxılır. Deməli, ixtiofaq quşların təsərrüfat əhəmiyyətinə su hövzələrində və onlarla əlaqəli yerlərdə baş verən bütün proseslərə nəzər salmadan baxmaq olmaz. Quşların digər qrupları fəsildən asılı olaraq həm balıq, həm də su və quru heyvanlarının digər qruplarından qida kimi istifadə edirlər.

Qışlayan quşlara və onların yaşayış yerlərinə təsir edən təbii amillərdən biri də Qızılağac körfəzində suyun səviyyəsinin vaxtaşırı dəyişməsidir. Suyun səviyyəsinin enməsi Böyük Qızılağac körfəzinin konfiqurasiyasına da təsir etmişdir. Nəticədə, buraya tülkü, çaqqal, canavar daxil olub, quşları (gümüşü qağayıların 10 minə yaxın koloniyasını) məhv etmişlər (4).

Qışlayan quşlara neqativ təsir göstərən amillərdən biri də onların qanunsuz ovlanmasıdır. Ov zamanı quşlara birbaşa və dolayı yolla təsir göstərilir. Bunu ovlanan quşların sayına görə müəyyən etmək olur. Bəzən yemək üçün belə ehtiyac olmamasına baxmayaraq bu quşlara güllə atılır. Bu da onların sayının azalmasına səbəb olur.

Xəzərin Azərbaycanın sahil zolağında və quşların köçüb Azərbaycana gəldiyi ölkələrin ərazilərində insan fəaliyyətinin, Xəzərin səviyyəsinin enməsinin və bəzi illərdə qışın sərt keçməsinin neqativ təsirindən təkcə Qızılağac Dövlət Təbiət Qoruğunda qışlama dövründə qışlayan quşların sayı xeyli azalmışdır(16).

XXI əsrdə bəşəriyyət qarşısında duran ən çətin problemlərdən biri bioloji müxtəlifliyi və onun genefondunu qoruyub saxlamaqdır. Respublikamızda bioloji müxtəlifliyin və onun genetic fondunun qorunub saxlanılması məqsədilə 2003-cü ildə Respublika Prezidentinin fərmanına əsasən xüsusi Dövlət Komissiyası yaradılmışdır(1).

Quşların qorunmasında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) Qırmızı siyahısı və Azərbaycanın Qırmızı kitabı xüsusi əhəmiyyət kəsb edir. Həm Qırmızı kitab, həm də BTMİ-nin Qırmızı siyahısı nadir, nəslinin kəsilmək təhlükəsi olan növlərin müasir vəziyyəti haqqında məlumat mənbəyidir. Qırmızı kitaba daxil edilmiş növlərin qorunması gücləndirilmişdir. Bu da bəzi növlərin sayının artmasına səbəb olmuşdur(2).

Azərbaycanın Qırmızı kitabına qışlayan quşlardan 11 növ (Pelecanus onocrotalus, Pelecanus crispus,Cygnus olor,Cygnus bewikii, Anas anqustirostris,Aquila heliacal, Aquila chrysaetos,Accipiter gentilis, Falco cherrug, Falco peregrinus,Tetrax tetrax) daxildir. Bunların 4 növü (Pelecanus onocrotalus, Pelecanus crispus,Anser erythropus,Anas anqustirostris) həm də BTMİ-nin Qırmızı siyahısına daxildir. BTMİ-nin Qırmızı siyahısında Azərbaycanda rast gəlinən qışlayan quşlardan daha 1 növün (Egretta alba) Azərbaycanın Qırmızı kitabına daxil edilməsi məqsədəuyğundur .



NƏTİCƏ

  1. Qızılağac Dövlət Təbiət Qoruğunda 7 dəstəyə, 15 fəsiləyə, 30 cinsə aid 49 növ qışlayan quş yayılıb.

  2. Qızılağac qoruğunda qışlayan quşlardan 9 növü (Pelecanus crispus, Anas Angustirostris,Aquila heliaca, Falco cherrug,Aquila clanga,Accipiter gentilis,Falco columbarius,Buteo Buteo,Anser erythropus) BTMI, 11 növü (Pelecanus onocrotalus, Pelecanus crispus, Cygnus olor, Cygnus bewickii, Anas Angustirostris,Aquila heliaca, Aquila chrysaetos, Falco cherrug, Falco peregrinus, Tetrax tetrax, Accipiter gentilis)Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

  3. Qızılağac qoruğunda qışlayan quşlardan fon əmələ gətirənlər aşağıdakılardır: (Numenius arquata, Anthus pratensis, Larus argentatus, Gallinago gallinago, Mergus merganser, Podiceps grisegena, Aythya fuligula, Anas clypeata, Anas penelope, Anas acuta)


Xülasə

Qızılağac Dövlət Təbiət Qoruğu qışlamaq üçün Azərbaycana gələn bir çox su-bataqlıq quşlarının miqrasiya istiqamətində yerləşir.Qızılağac qoruğunda qışlayan quşlar 7 dəstəyə , 15 fəsiləyə, 30 cinsə aid 49 növdür. Qızılağac qoruğunda qışlayan quşlardan 9 növü (Pelecanus crispus, Anas Angustirostris,Aquila heliaca, Falco cherrug,Aquila clanga,Accipiter gentilis,Falco columbarius,Buteo Buteo,Anser erythropus) BTMI, 11 növü (Pelecanus onocrotalus, Pelecanus crispus, Cygnus olor, Cygnus bewickii, Anas Angustirostris,Aquila heliaca, Aquila chrysaetos, Falco cherrug, Falco peregrinus, Tetrax tetrax, Accipiter gentilis)Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir.



Gizilaghaj State Nature Reserve is stated in migration direction of the water-marsh birds which are coming for winter in. Birds spending winter in Gizilaghaj State Nature Reserve are divided to 7 order, 15 family, 30 genus and 49 species. 9 species of winter spending birds included in the BTMI and 11 species were included in the Azerbaijan’s Red Book.

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasının ətraf mühitinə dair qanunlar toplusu/ H.S.Bağırovun redaktəsi ilə , Bakı, “El-Aliance”, 2002, I cild, 404 s.

  2. Azərbaycan SSRİ-nin Qırmızı kitabı (quşlar). “İşıq” nəş., Bakı, 1989, s. 52-125

  3. Babayev İ.R., Abbasov A.M.. Qızılağac Dövlət Təbiət qoruğunda sudaüzən quşların qışlamada sayı, yayılması və onlara təsir edən amillər. Zoologiya institutunun əsərləri, XXVIII cild // məq. top.- Bakı, “Elm”, 2006, s. 123-131

  4. Babayev İ.,Əsgərov F.,Əhmədov F.Bioloji müxtəliflik: Xəzərin Azərbaycan hissəsinin sudaüzən quşları.Bakı,“Nurlar” Mərkəzi, 2007, 136 s.

  5. Babayev İ.R., Abbasov A.N. Azərbaycanın cənub-şərqində su-bataqlıq quşlarının yaşayış yerlərinin müasir vəziyyəti // Görkəmli alim və ictimai xadim akademik H.Ə.Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransının tezisləri, Bakı, 2002, 72-73 s.

  6. Babayev İ.R. Xəzər dənizinin cənub-şərqi Şirvan düzünə həmsərhəd hissəsində qışda sudaüzən quşların növ tərkibi, sayı, yayılması və onlara təsir edən amillər. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, I cild (məqalələr toplusu). Bakı: “Elm”, 2008, s. 601-606

  7. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.) Azərbaycan faunası. VI cild. Quşlar. Bakı, Elm, 1977, s. 315

  8. Qasımov Ə.H. Xəzər dənizi – Baki , Elm, 1999, 208 s.

  9. Fətullayeva G.C., Hümbətova S.E. Xəzərin cənub-qərb sahilində və bəzi adalarda qağayılara (Laridae) dair müşahidələr. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, I cild (məqalələr toplusu). Bakı: “Elm”, 2008, s. 630-633

  10. Məmmədov A.T. Azərbaycanda kolonial quşların ekoloji tədqiqat səviyyəsi. “Eksperimental biologiyanın inkişaf perspektivləri” mövzusunda elmi konfransın Proqram və materialları. Bakı, BDU, may 2002. s. 209

  11. Məmmədov A.T. “Azərbaycanda quşların qarışıq koloniyaları” BDU-nun xəbərləri, təbiət elmləri seriyası, №1. 2003, s. 106-111

  12. Məmmədov A.T.,Mustafayev Q.T. “Azərbaycanda kolonial quşların müasir ekoloji vəziyyəti” Akademik H.Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş elmi metodik konf. mat., Bakı, 3-5 dekabr 2002, s. 128.

  13. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları (təyinedici-monoqrafiya). Bakı: Çaşıoğlu nəşriyyatı, 2005, 420 s., şəkilli.

  14. Mustafayev Q.T., Məhərrəmova N.A. Ornitologiya. Dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2005, 444 s., şəkilli.

  15. Mustafayev Q.T., Tuayev D.Q. və b. Azərbaycanın faunası, VI cild, Quşlar, Bakı, Elm, 1977, 317 s.

  16. Mustafayev Q.T., Məhərrəmova N.A. “Ornitologiya”(dərslik). Bakı, Çaşıoğlu, 2004, 436 s.

  17. Mustafayev Q.T. Azərbaycanda ornitofaunanın taksonomik spektri. Bakı, 2004, 35 s.

  18. Mustafayev Q.T., Qarabəyli F.Z., Məhərrəmova N.A. Onurğalı heyvanların ekologiyası (dərslik). Bakı, BDU, 2001, 197 s.

  19. Mustafayev Q.T., Tağıyev Ə.N. Qızılağac körfəzində qışlayan quşların trofik əlaqələri. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. II cild (məqalələr toplusu).- Bakı, “Elm”, 2010, s. 927-931

  20. Mustafayev Q.T., Tağıyev Ə.N. Qızılağac körfəzində qışlayan quşların trofik əlaqələri. Azərbaycan zooloqlar cəmiyyətinin əsərləri. II cild (məqalələr toplusu). - Bakı, “Elm”, 2010, s. 927-931

  21. Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı, Maarif, 1998, s. 40

  22. Tağıyev Ə.N. Kiçik Qızılağac körfəzində fon əmələ gətirən bəzi quşların trofik əlaqələri. Zoologiya İnstitutunun Əsərləri, XXVIII cild //məqalələr toplusu-Bakı, Elm, 2006, s. 883-886

  23. Tağıyev Ə.N. Qızılağac körfəzində və ona həmsərhəd ərazilərdə qışlayan quşların növ tərkibi və say kateqoriyaları. Azərbaycan zooloqlar cəmiyyətinin əsərləri. II cild (məqalələr toplusu). - Bakı, “Elm”, 2010, s. 967-972

  24. Бабаев И.Р. Размещение и численность редких видов водно-болотных птиц на прибрежной полосе Азербайджанского сектора Каспия // Международная конференция «Биологические разнообразие Кавказа» посвященная 60-летию со дня рождения зас.дея.н.к. РФ, академика РЭА, проф.Абдурахманова Г.М., Махачкала, 2002, с. 62

  25. Бабаев И.Р. Современное состояние редких водно-болотных птиц на различных участках Каспия / Материалы научно-практической конференции «Современные проблемы экологии, методы и средства их рещения». Баку, Госкомэкология, 1993, с. 72

  26. Мустафаев Г.Т., Султанов Э.Г. и др. Класс Птицы- Aves. // Животный мир Азербайджана. Том III. Позвоночные. Баку, Элм, 2000, с. 261-435

  27. Мустафаев Г.Т. Птицы наземных экосистем Азербайджана. Автореф. докторск. дисс., Москва, МГУ, 1985, 54 c.

  28. Мустафаев Г.Т. Птицы Азербайджана (таксономия, распространение). Баку, БГУ, 2005, 40 c.

Yüklə 248,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə