ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   7   8   9   10   11   12   13   14   ...   118

 
34 
 
sonra  ona  «dilli-dilavər»  bir  elçi  göndərir,  vasitəçi  salır,  çoxlu  hə-
diyyələr təqdim edir. Burada onu da qeyd etmək lazımdır ki, elçilik-
də vasitəçi sifətilə təşrif buyuran adamın özünün danışıq qabiliyyəti 
və ünsiyyətdə olarkən qız evinə təsiretmə bacarığından da çox şey 
asılıdır. Leylinin valideynləri öz razılıqlarını bildirsələr də, hələ oğ-
lan evinin gözləməli olacaqlarını söyləyirlər. Çünki qədim el adəti-
nə görə elçi gələn oğlan evinə birinci dəfədən «hə» deyilməzdi. Qı-
zın valideynləri bu vaxt tam cavab verməyib bir daha məsləhətləş-
mək lazım olduğunu bildirərdilər. Bu qız evinin öz ləyaqətini saxla-
ması ilə əlaqədar idi» (3, 75 – 76). 
Qızbəyənmə  və  elçilik  kimi  adətlərin  icrasında  valideynlərin 
xüsusi rolunu qeyd etmək lazımdır. Belə ki, gənc ailənin yaranma-
sında maddi və mənəvi təminat məsələləri məhz onların üzərinə dü-
şən  məsuliyyətli  iş  olaraq  qalır.  Qız  evinə  müxtəlif  mərasimlərlə 
əlaqədar təqdim olunacaq hədiyyələr və başlıq pulu şəxsən oğlanın 
özünün deyil, məhz onun ata-anasının və qohum-əqrəbasının öhdə-
sinə  düşür.  Elçilik  adəti  ailənin  bütün  üzvlərini  vahid  bir  məqsəd 
yolunda səfərbər edir və birgə fəaliyyətə sövq edir. Ona görə də qız 
bəyənilərkən də son söz yenə valideynlərə məxsusdur. Nikah olduq-
ca  ciddi  bir  məsələ  sayıldığından  gəlinin  seçilməsi  məsələsində 
ictimai fikirlə yanaşı, həmçinin uzun ömür yolu keçib böyük həyat 
təcrübəsi  qazanan  valideynlərin  rəyinə  xüsusi  qiymət  verilirdi.  El-
çiliyi valideynlərin arzularına çatması, övladlarının xoşbəxtliyə qo-
vuşmasını  görmək  yolunda  atılan  addım  kimi  dəyərləndirmək 
lazımdır.  Bu  adət  həm  də  əziyyətlə  övlad  böyütmüş  ata  və  ananın 
şəxsiyyətinə hörmətdir. Belə bir işdə valideynlərin də övladlarına və 
onların duyğularına qarşı hörmətlə yanaşa bilməsi, onların seçimini 
razılıqla  qarşılaması  daha  yaxşı  olar.  Bu  xüsusiyyət  öz  əksini 
Nizaminin «Leyli və Məcnun» əsərində də göstərir.  
Elçiliyi qurulacaq ailə həyatının açarı hesab etmək olar. O, mü-
tərəqqi  xarakterə malik  olmaqla toy  mərasiminə gedən  yolun  müj-
dəçisidir,  bir  vəsilədir,  ailə  xoşbəxtliyinə  gedən  yolun  zəruri  olan 
başlanğıc  mərhələsidir.  Elçilik  oğlan  evində  öncədən  düşünülmüş 
xeyirli  niyyətin  qız  evinə  bəyan  edilməsi  şəklində  təzahür  edir.  O, 


 
35 
 
həm  qız,  həm  də    oğlan  evinin  arasında  yaranan  xoş  ünsiyyət  və 
əlaqənin  təməl  daşıdır,  həmçinin  gələcək  qohumluq  münasibətləri-
nin inkişafına əsaslı zəmin yaradır və bu işdə körpü rolunu oynayır. 
Elçilik  vasitəsilə  gələcək  ünsiyyətə  yol  açılır,  əlaqələr  zəruriləşir. 
Əgər  elçilikdə  iştirak  edən  tərəflər  eyni  elin  -  obanın  bir  -  birini 
uzun müddət tanıyan ailələridirsə, buradakı  ünsiyyətdə bir o qədər 
də problem yaranmır. Ailələrin bir-birilərinə olan qarşılıqlı münasi-
bətlərini öncədən müəyyənləşdirmək də mümkündür. Lakin müxtə-
lif bölgələrin icmalarına malik olub bir-birilərinin adət və ənənəsinə 
bələd olmayan ailələr arasında münasibətlər qurulursa, onda elçilik 
zamanı ilk tanışlıq başlayır və bu gələcək qohumluq əlaqələrindəki 
fəaliyyətin  nizamlanmasında  əhəmiyyətli  rol  oynayır.  N.Gəncəvi 
«Xosrov  və  Şirin»  əsərində  elçiliyin  əhəmiyyətini  vurğulayaraq 
qeyd edir: 
 
Səni vəfalı və namuslu görsə, 
El qaydası ilə gəlib səni məndən istər. (11, 116) 
 
XIV əsr Azərbaycan poeziyasının görkəmli şairi Yusif Məddah 
«Vərqa və Gülşah» poemasında elçiliyə getməzdən əvvəl də ağsaq-
qalların bir yerə toplaşaraq məsləhətləşməsi məsələsinə  ötəri toxu-
naraq elçilik mərasiminə hazırlıq haqqında belə yazır:  
 
Ol  xəlayiqlər cəm oldu bir yerə
Qövmi ta Gülşahi Vərqayə verə. 
Dedilər ki, ey rəislər biz qamu
Cümləmiz ana razıyüz, ey əmu, 
Məsləhətdir kim, baxasan halinə, 
Verəsən Gülşahı Vərqa əlinə, 
Ta muradına dəgələr bular
Həm sizə rəhmət qıla pərvərdigar. 
Məsləhətdür deyü qıldılar qəbul, 
Ol rəislər evlərinə qıldı yol. 
Gəldilər evlərinə, oturdular, 
Ol mübarək iş üçün od urdular. (2, 151) 


 
36 
 
Göründüyü  kimi,  şair  burada  yığcam  şəkildə  elçilik  adəti  ilə 
əlaqədar ağsaqqalların məsləhətləşməsi barədə söz açmışdır. Müasir 
dövrümüzdə  də  xüsusən  kənd  ailələrində  bu  cür  məsləhətləşmələr 
qalmaqdadır. Məsələn, Qarabağ bölgəsində bu məsələ daha qabarıq 
şəkildə  özünü  göstərir.  Lahıcın  ailə  məişətindəki  ənənələri  tədqiq 
edən A.Əlizadə də təsdiq edir ki, keçmişdə olduğu kimi, indi də oğ-
lunu evləndirməyə qərar verən ata (əksər hallarda) hörmətli ağsaq-
qalları  yığıb  öz  məqsədini  bildirir  və  onların  da  bu  işə  fikir  bildir-
mələrini  xahiş  edir.  Lakin  qızın  seçimində  valideyn  əsasən  öz  dü-
şündüklərini rəhbər tuturdu (19, 147–148). 
M.Füzulinin ailə ilə bağlı fikirləri vardır. O, ehtiraslı və alovlu 
məhəbbətlə  sevməyi,  Leyli  ilə  Məcnunun  qarşısıalınmaz  meylini 
təsvir etmişdir. Bu xüsusda Ç.Qacar haqlı olaraq yazır: «Vergili eşq 
şairi ilahi eşqi, yaradana - yaranana sevgini, poetik obrazlarla, zər-
gər  incəliyi  ilə  işləyərək  qeyri-adi  sənət  səviyyəsinə  ucaltmışdır.» 
(5, 211) Füzuli canfəda bir məhəbbəti tərənnüm edir. Onun aləmin-
də  yüksək  eşq  duyğusunun  əsasında  qarşılıqlı  bağlılıq,  sədaqət, 
fədakarlıq, əzabkeşlik və əzmkarlıq durur. Şair zəmanəsinin gerçək-
liklərini canlandırmağa çalışsa da, haradasa dövrün adət və ənənələ-
rini təsvir etsə də, əslində bütün yaradıcılığı boyu daha çox görmək 
istədiyi dünyanı vəsf etməyə çalışmışdır. Onu da əlavə edək ki, bu 
cəhətdən  Füzulinin  yaradıcılığı  açıqdır,  aydındır,  səmimiyyətlə 
yoğrulmuşdur.  Belə  ki,  «Füzuli  lirikasında  məhəbbət  fərdi,  cinsi 
duyğuların təsvirindən uzaq olub, dərin ictimai-fəlsəfi məzmun kəsb 
etmişdir.» (6, 370)  
İlk olaraq onu qeyd etməliyik ki, şair ailənin təməlində eşqi əsas 
götürür və onu əbədiyaşar bir hiss kimi «Leyli və Məcnun» əsərində 
ölümsüzləşdirir.  Şair  əsərin  qəhrəmanı  Məcnunu  insanlar  olmayan 
səhraya  aparıb  çıxarır.  Heyvanlarla  ünsiyyət  bağlayan  Məcnun  in-
sanlardan uzaqlaşaraq tənha həyat tərzi sürməyə çalışır. Onu  yaşa-
dan  isə  yalnız  Leyliyə  olan  sevgisidir.  Leyli  onu  həyata  bağlayan 
qüvvə, ilham pərisi və sevinc mənbəyidir. Düzdür, bir canfəza Leyli 
yolunda Qeys məcnun olur, əsər çoxlu ölüm hadisələrilə, bir sözlə, 
faciə  ilə  nəticələnir.  Lakin  Füzulinin  qayəsi  bu  deyildir.  Çünki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə