ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   15   16   17   18   19   20   21   22   ...   118

 
62 
 
qadınlar  tünd  rəngli  xaralardan  paltar  geyər,  başlarına  isə  dügürd 
kalağayıdan  çalma  salardılar.  Ertəsi  gün  hamama  gedərdilər.  (13, 
109) Yengə xınanı yoğururdu və gəlin gedən qızın saçına da əvvəl-
lər xınadan qoyurdular, lakin indi qoymurlar. (17)  
Məlumatlardan aydın olur ki, xınayaxdı zamanı (toydan bir gün 
qabaq) masa üzərinə qırmızı rəngdə örtük salınır. Güzgü, şam, xına 
sinisi  onun  üzərinə  qoyulur.  Gəlinin  yanında  sağdış,  soldış  oturur. 
Qız  anası  onlara  hədiyyə  olaraq  çiyninə  salmağa  şal  və  ya  yaylıq 
təqdim edir. Oğlan evi tərəfindən gətirilən xonçada qızın çiyninə sa-
lınan şal olur. Əvvəlki vaxtlardan indikinin fərqi odur ki, xınanı ba-
laca  qablarda  paylayırlar.  Hamamdan  sonra  evə  gəlib  xınayaxdı 
olur. Oğlan evinin xonçasında gətirilən parçaların ucundan kəsirlər 
ki, işlənsin, qalmasın. Xonçanı atlas ipəklə örtürdülər. Toyda al qır-
mızı gəlinlik geyinirdilər. (18)  
Bu adətlər bütün bölgələrdə eyni əhəmiyyət kəsb edirdi. Məsə-
lən, Lənkəranda «qız evində böyük toya (xınayaxdıya) hazırlıq ge-
dirdi. Həmin hazırlığa qədər hər gün axşamçağı məhəllə qızları gə-
lin  qızın  ətrafına  toplanıb  çalğısız  nəğmələr  oxuyardılar,  ağacdan 
asılmış  ipdən  yellənərdilər.  Buna  küp  yellənməsi  deyilərdi.»  (21, 
392) Xına qoyan gəlin köçən qıza hədiyyə verməlidir. (22, 165) 
Xınayaxdı zamanı şamlar yandırılır və özü sönənədək gözləni-
lir. Gəlinin başına duvaq salınır. XIX-XX əsrin əvvəllərinnə aid xı-
nayaxdı  mərasimini  təsvir  edən  R.Babayeva  göstərir  ki,  rəqslərdən 
sonra  oyunlar  başlayırdı.  Yalnız  qadınların  iştirak  etdiyi  bu  xına-
yaxdı  mərasimində  əyləncəli  oyunlar  göstərilirdi.  (23,  182)  Abşe-
ronda  xınayaxdıdan  bir  gün  əvvəl  «sərpayı»  adlanan  məclis  düzəl-
dilir  və  qızın  rəfiqələri,  yaxınları,  qohumları  yığışırlar.  (23,  184-
185) Məclisi idarə edənə də «sərpayı» deyilir. Azərbaycanın müxtə-
lif  bölgələrində  xınayaxdı  mərasimi  zamanı  özünü  göstərən  bəzi 
fərqli  xüsusiyyətlər  var  idi  ki,  bu  da  əsasən  icra  qaydalarında 
müşahidə edilirdi. Məsələn, Qubada mövcud olan xınayaxdıya görə, 
«Gəlin  xına  tökülmüş  ovucunu  duvağın  altından  dışarı  çıxararaq 
əlini  başına  qoyur.  Və  xınalı  ovucu  açıq  olaraq  ağzı  yuxarı  durur. 
Bu sırada bir oğlan uşağı gəlir, gəlinin ovucundakı xınadan bir bar-


 
63 
 
maq sıyırıb alır. Bu da gəlinin erkək ovladı olacağına səbəb ola bi-
lirmiş.  Gəlin  bir  qədər  ayaq  üstə  durduqdan  sonra,  dünya  görmüş 
qarıların icazəsi ilə o, sağdış və soldışı ilə başqa bir otağa keçirlər.» 
(24, 58) Qıza bəzək vurulması qaş və üz alınması və saçının düzəl-
dilməsi ancaq xınayaxdı zamanı olurdu. (19) 
Xına ilə bağlı təsvirlər bayatılarda da yer almışdır. Məsələn, 
 
Əllərin xına gözlər, 
Ovçular sona gözlər, 
Atma hicran oxunu
Eləmə qan, a gözlər! (15, 174)  
   
  
Türkdilli ədəbiyyatda xına ilə bağlı maraqlı məlumatlar vardır. 
Orhan Çeltikçi qeyd edir ki, qədim turklər xınadan vəba xəstəliyinə 
qarşı  istifadə  etmişlər.  Bundan  əlavə,  xına  baş  və  göz  ağrılarında 
mühüm  vasitə  sayılmışdır.  Qulunc  yelinin  müalicəsində  də  xınanı 
sabunla  qarışdırıb  dizə  sürtürdülər.  Hətta  onun  su  ilə  qatışığından 
qarqara  edilər  və  ağız  yaralarının  müalicəsində  istifadə  edərdilər. 
Uşaqlardakı çiçək xəstəliyinə müsbət təsir etdiyini də müəllif qeyd 
edir. Hətta xınanın müxtəlif maddələrlə qarışdıraraq bronxitdə, əldə-
ki  çatlamalar zamanı istifadə olunduğu məlumdur. (14, 30) Rahmi 
Yılmazın  əxilərdə  adət  və  ənənələrlə  bağlı  verdiyi  məlumatlarında 
deyilir  ki,  rəvayətlərə  görə  xına  ağacı  Həvvanın  göz  yaşlarından 
yaranmışdır. (27) 
Bir bitki kimi xına dünyanın müxtəlif ərazilərində yetişir. Hətta 
tədqiqatlar sayəsində məlum olmuşdur ki, Misir ehramlarındakı mu-
miyalarda xına rənginin izlərinə rast gəlinmişdir. Bu da onu deməyə 
əsas verir ki, ondan daha qədimlərdə istifadə edilmişdir.  
Etnoqrafik müşahidələr Türkiyə ərazisində keçirilən xına gecə-
sinin Azərbaycandakı kimi mahiyyət daşıdığını söyləməyə əsas ve-
rir. Orada da bizlərdə olduğu kimi oğlan evi xına gətirir, qızın rəfi-
qələri yığışır, əyləncə başlayır və bu zaman nəğmələr (manilər) söy-
lənilir. Hətta Ərzurum bölgəsində mərasimdə iştirak edən qadınlara 


 
64 
 
hədiyyə olaraq balaca yaylıq (əl dəsmalı) paylayırlar. Məsələn, Tür-
kiyədə belə mahnılar məhz xınayaxdıda oxunur: 
 
Yüksək-yüksək təpələrə ev qurmasınlar, 
Aşırı-aşırı məmləkətə qız verməsinlər.  
Anasının bir dənəsini xor görməsinlər
Uçanda quşlara məlum olsun, mən anamı özlədim 
Həm anamı, həm babamı, həm köyümü özlədim. 
 
Və ya Aralıq dənizi bölgələrində söylənilən bayatılarda deyilir: 
 
Çakmak çakmağa gəldik
Xına yaxmağa gəldik. 
Ağlama xatun teyzə, 
Qızın almağa gəldik. (14, 32) 
  
Müasir dövrdə Türkiyə ərazisində xına evlənənlərlə bərabər ey-
ni  zamanda  əsgərliyə  gedənlərə,  sünnətli  uşaqlara,  yaşlı  qadınlara, 
qurban  heyvanlarına  tətbiq  olunur.  Bu  paralelləri  aparmaqda  məq-
səd türk xalqlarında xınayaxdı adətinin əhəmiyyətini göstərməkdir. 
İraqın  Kərkük  vilayətində  xınayaxdı  mərasimi  zamanı  «gəlini 
əynində  «xınalıq  əlbəsəsi»  bir  ağac  üstündə  oturdardılar.  Ayaqları 
altına bir teşt su qoyardılar, üzünə güzgü tutardılar. Bu da aydınlıq 
demək idi. Qızın bir ovucuna şəkər qoyulardı. Bu da şirinlik demək 
idi. Onun əlinin içi, əl və ayaq barmaqları xınalanırdı. Gəlini xınala-
yandan sonra hamı barmağını basardı. Bu da murad üçün idi. Sonra 
gəlin  ayağa  qalxıb  hamının  əlini  öpərdi.  Gecəyarısına  qədər  qız 
evində musiqi çalınar, gəlin rəfiqələri ilə əylənər, nəşələnərdi. Evdə 
şamlar yandırılardı. Bu da gəlinin həyatı ər evində işıqlı olsun deyə 
edilərdi» (29, 38). 
Xınayaxdı  mərasimi  Əfqanıstanda  da  icra  olunur.  Səhər  açılan 
kimi  ayrı-ayrılıqda gəlin və bəy evində «xinə bəndan» (xına yaxdı) 
mərasimi  olur.  Əl  və  ayaq  xınaya  qoyulur,  evlənənlərin  qabağına 
şam,  təmiz  su  və  güzgü  qoyulur.  Ayağı  sayalı,  təmiz  niyyətli  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə