ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   9   10   11   12   13   14   15   16   ...   118

 
41 
 
Fərhadı o görərək əhvalını yazıbmış, 
Övladından, nəslindən həm də o danısıbmış. (15, 27) 
  
Arif Ərdəbilinin «Fərhadnamə»sində toy mərasimi ilə bağlı mə-
qamlara  yer  verilərkən  toydan  qabaqkı  mərhələ  olan  elçilik  adəti 
haqqında  da  söhbət  açılır.  Bu  barədə  şairin  əsərini  tədqiq  edən 
Nüşabə Araslı yazır: «Ziyafət zamanı Fərhad şəklini Çində görmüş 
olduğu Gülüstanı görür. O, fürsət düşdükcə öz məhəbbətini qıza bil-
dirməyə çalışır. Gülüstan da bunu hiss edir. O da Fərhada hüsn–rəğ-
bət  bəsləyir.  Sonra  Fərhad  öz  məhəbbətini  açıb  Şaura  deyir.  Şaur 
Fərhad tərəfindən Gülüstan üçün elçilik edir. Bu zaman o qızın ata-
sına Fərhadın Çin şahzadəsi olduğunu söyləyir. Ancaq usta qəti bil-
dirir ki, o, qızını daş sənətinə özü kimi yaxşı bələd bir sənətkara ve-
rəcəyinə and içmişdir. Onlar belə qərara gəlirlər  ki,  Fərhad  elə sa-
bahdan  daş  sənətini  öyrənmək  üçün  usta  ilə  işə  başlasın.»  (14,  62) 
Bu  şərt  qarşısında  Fərhad  yenilmir,  əksinə  qarşısında  məsuliyyətli 
bir vəzifənin  durduğunu bütün  varlığı  ilə hiss  edir. Bu xüsusda N. 
Araslı belə yazır: «Bu məhəbbət Fərhada ilham verir, onu daş sənə-
tini öyrənməyə ruhlandırır. Fərhad məhz öz məhəbbətinin şiddəti ilə 
az  bir  müddətdə  məşhur  sənətkarı  istedad  və  bacarığı  ilə  heyrətdə 
qoya bilir. Poemada birinci hissədə qarşılıqlı məhəbbət ifadə olunur. 
Arif  Gülüstanın  da  saf  məhəbbətlə  sevdiyini  göstərir.»  (14,  67) 
Buradan  görünür  ki,  bəzi  hallarda  elçilikdə  oğlan  tərəfin  razılıq 
cavabını əldə etməsi   üçün hətta qız evinin qoyduğu bir sıra icrası 
uzun vaxt tələb edən ağır şərtləri belə yerinə yetirmək lazım gəlir.       
Əbu Bəkr əl–Oütbi əl-Əhəri yazır: «Şeyx Həsən oraya getdikdə 
şahzadə  Əli  Padşahın  qardaşı  Məhəmməd  bəyin  qızını istədi,  bun-
dan  sonra  Məhəmməd  bəyin  məqamı  yüksəldi  və  onun  adı  aləmə 
yayıldı».  (28,  41)  Bu  onu  göstərir  ki,  elçilik  vasitəsilə,  qohumluq 
əlaqələri  yaradıldıqdan  sonra  hətta  müəyyən  məqama  çatanlar  da 
olurdu.   
H.Sarabski  dövrünün  adət  və  ənənələrinə  yer  verərək  əsrlər 
boyu eyni mahiyyət daşıyan və İçərişəhərdə XX əsrin əvvəllərində 
də dəyişməz qalan qızbəyənmə adəti haqqında məlumat vermişdir. 


 
42 
 
Qızbəyənmə haqqında H.Sarabskinin məlumatlarından da bəlli olan 
məsələ  vardır.  Burada  əks  olunan  mərasim  həm  də  orta  əsrlərlə 
səsləşir. Orta əsrlərdə olduğu kimi XX əsrin əvvəllərində də qız bə-
yənmə eyni qaydada oğlan anasının qayğısı ilə həll edilirdi. Sarab-
ski  göstərir ki,  belə işlərdə xüsusi qadınların rolu olurdu.  Belə qa-
dınlar oğlan və qız evi arasında vasitəçi rolu oynayırdılar. Yeri gəl-
mişkən qeyd edək ki, qız evinə çağrılmadan qəfil qonaq gedib səli-
qə-sahmana nəzarət etmək də oğlan anasının qayəsi olurdu. (24, 90-
91) Müəllif  oğlan anasının diliylə belə qeyd edir: «əsl mənim evi-
min adamıdır. Dilsiz-ağızsız, sərri-sahmanlı, hər şeyin  yerini bilən, 
yırtıqlı-yamaqlı,  şirəli-şəftəli,  bir  dəqiqədə  ələyər,  yoğurar,  yapar. 
Qız  döyü  balam  yıxılmış  evin  dirəyidir.  Belə  tikəni  əldən  vermək 
olmaz…Hələ  günü  bugün  dur  mənilən  qəfildən  gedək  evlərinə.» 
(24,  85)  Bu  o  məqsədlə  edilirdi  ki,  qızın  bəzəyi-düzəyi  olmasın. 
Həm  də  evdə  təmizliyə  riayət  olunmasına,  geyimin  səliqəliliyinə 
xüsusilə diqqət verilirdi.   
 
Nəmçilər, ay nəmçilər, 
Qapını kəsib elçilər. 
Anam deyir vermərəm
Atam deyir dur görək. (24, 91) 
 
Sarabskinin qeydlərindən aydın olur ki, qız evi də «hə» cavabı 
verməzdən  əvvəl  dayısını  çağırırdılar,  yaxın  qohumlarla  məsləhət-
ləşirdilər.  
Azərbaycanda  «günün  vaxtları  (dan,  ajım,  övnə,  ikindi,  yaxud 
günbatan)  içərisində  ikindidən  yaxud  alaqaralıqdan,  alatoranlıqdan 
sonra  cəşt  (axşam  saat  8-10  arası)  elçilik  üçün  münasib  vaxt  sa-
yılırdı.» (20, 356) 
Müsəlmanlarda «İslam elçilik və nişanı xitbə adı altında tanıyır. 
Xitbə odur ki, kişi qadına, yaxud onun vəlisinə-himayəçisinə (hima-
yəçi  ata, baba,  əmi, qardaş,  yaxud digər  yaxın  qohumlar ola bilər) 
evlənmək  təklif  etsin.  Qadının,  yaxud  onun  himayəçisinin  razı 
olduğu təqdirdə xitbə bitir, baş tutur. Xitbə elə bir ilkin razılaşmadır 


 
43 
 
ki, ona əsasən qız oğlanın olur, oğlan da qızın.» (30, 89) Tatarlarda 
elçilik surat adlanır.  
Oruc  bəy  Bayatın  məlumatlarından  aydın  olur  ki,  qız  bəyənən 
oğlanlar bəzən istəklilərinə bəzəkli məktublar göndərirlər. Hətta öz 
məhəbbətlərinin  böyük  gücünü  göstərmək  üçün  bədənlərinin  bəzi 
yerlərini  yandırırlar  və  sonra  isə  qızın  qarşısına  çıxıb  göstərirlər. 
Qız isə oğlana dəsmal, yaranı bağlamağa ipək şal və geyim göndə-
rir.  Daha  çox  yanıq  yeri  göstərən  gənc  qadının  ürəyini  qazanaraq 
onunla daha tez nikaha girə bilir. (36, 36) Naxçıvanda oğlan evi qı-
zın  «hə»sini  almazdan  əvvəl,  onların  həyətindən  bir  daş  oğurlayıb 
gətirdikdən sonra bir həftə gözləyər. Əgər oğlan evi xeyir çəksə, qı-
zın ayağının «düşümlü» olduğunu sınayar və elçi gedərlər. (37, 54) 
Yuxarıda  deyilənlərə  belə  bir  xulasə  vermək  olar  ki,  qızbə-
yənmə  və  elçilik  kimi  adətlər  ailə  daxili  qəti  formalaşmış  qərarın 
yekunlaşmış  nəticəsidir.  Bu  adətlər  xeyirli  vəsilə  ilə  bir  ailənin 
digərinə xoş münasibətini əks etdirən bir vasitədir, bir başlanğıcdır. 
Eyni zamanda bu adətlər ailə həyatını istiqamətləndirir və evlənəcək 
insanın  həyat  tərzinə  müəyyən  mənada  möhür  vurur.  Həmçinin 
nəzərə almaq lazımdır ki, bu adətlər öz növbəsində hər iki ailənin də 
maraqlarının  əsasını  təşkil  edir.  Ailə  məhz  elçiliklə  başlanan  bir 
bünövrə  üzərində  qurulur.  Uzun  əsrlər  gəlib  keçsə  də,  zaman  bu 
adətlərin  məzmununu  və  mahiyyətini  əsla  dəyişməmişdir.  Belə  ki, 
«keçmişdə olduğu kimi əvvəlcə qız evinə ana, xala, bibi gedir. Bu, 
«ağız bilmək», «ağız aramaq», «öyrənmək» adlanır (16, 182).  
Beləliklə də, orta əsrlər dövrünün ailə münasibətlərində mühüm 
rola malik olan qızbəyənmə və elçiliklə yanaşı, digər adət və ənənə-
lərin də öyrənilməsi vacib məsələdir. Qızbəyənmə və elçilik adətləri 
orta əsrlər dövründə olduğu kimi, müasir dövrümüzdə də eyni əhə-
miyyət daşımaqda davam edir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə