ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   10   11   12   13   14   15   16   17   ...   118

 
44 
 
 
Şirin Xosrovun şəklinə baxır. 
Xosrov  Şirinin görüşünə gedir. 


 
45 
 
 
NİŞAN   MƏRASİMİ 
Toyla bağlı mərasimlərdən biri də nişanlanmadır. İndiyədək da-
vam edən nişan mərasiminin xarakterik xüsusiyyətləri əsasən ondan 
ibarətdir ki, o hər iki tərəfin yaxın qohumlarının iştirakı ilə keçirilir. 
Nişan mərasimi oğlan tərəfin xərci hesabına edilirdi.  
Elçilikdən sonra başlanan bu mərasimdə bəlgə gətirilər və şad-
yanalıq  olardı.  Nişanda  qız  üçün  gətirilən  ən  vacib  əşya  üzük,  baş 
örtüyü və şirniyyat şeyləri olardı (7). Üzüyün rəmzi mənası əbədi-
likdir, baş örtüyü isə qızın başının məhz nişanlandığı adama bağlan-
dığına  işarədir.  Şirniyyat  da  münasibətlərin  şirin  olması  diləyidir. 
Bundan əlavə, oğlan evi tərəfindən hər kəs öz imkanına görə qıza və 
onun yaxın qohumları üçün xonçada müxtəlif geyim əşyaları təqdim 
edilirdi. Beləliklə, bundan sonra qız nişanlı hesab edilir və başqa bir 
ailənin onun adını tutmağa ixtiyarı olmurdu. Nə qədər ki, nişan mə-
rasimi  olmurdu,  qıza  başqaları  tərəfindən  elçi  gəlmək  mümkün  sa-
yılırdı. Lakin bəlgə qoyulduqdan sonra qız artıq başqasına aid oldu-
ğu üçün onun adını çəkmək adətə görə düzgün sayılmırdı.  
Nişanlanmış qızın ailə və cəmiyyətdə statusu dəyişərdi. Belə ki, 
o ölçülü–biçili davranış nümayiş etdirərdi. Qız oğlan tərəfin adam-
larından gizlənər, utanıb çəkinərdi. Nişandan sonra da oğlanla qızın 
görüşməsi  qadağan  idi.  Qız  nişanlı  qaldığı  müddətdə  ona  bayram-
larda pay aparılırdı. Yeri gəlmişkən qeyd edək ki, əsrlərdən bəri icra 
olunan  bir  adətdir  ki,  nişanlı  qıza  Qurban  bayramı  zamanı  qoyun 
alınır və qız evinə göndərilirdi. Bu adət indi də davam edir.  
Təhlillər  onu  deməyə  əsas  verir  ki,  elçiliklə  nişan  mərasimləri 
bir-birindən fərqli mahiyyət daşımışdır. Elçilikdən sonra razılıq əldə 
olunan, lakin hələ barmağına üzük taxılmayan qıza bayramlıq apar-
mazdılar,  lakin  nişanlanmış  qıza  aparardılar.  Yeni  çıxan  meyvələr-
dən  məhz  nişanlı  qıza  «nübarlıq»  göndərilirdi.  Hətta  Naxçıvanda 
payızın  son-çillə  gecəsi  nişanlı  qıza  «çillə  payı»  aparılırdı.  Burada 
müxtəlif meyvələr, hədiyyə, şirniyyat ilə bərabər çillənin rəmzi he-
sab olunan qarpız da göndərilirdi. (2, 59) Xüsusən, Novruz bayramı 


 
46 
 
zamanı  qız  evinə  bayramlıq  payı  təqdim  olunurdu.  Adətən  novruz 
bayramı  gələndə  gəlin  üçün  aparılan  bayram  xonçasına  şirniyyat 
şeyləri qoyulurdu. Lakin bölgələr üzrə fərqlər mövcud idi. Belə ki, 
Lənkəran-Astara bölgəsində düyü ilə bərabər, quş əti, balıq da qo-
yardılar. Balığın ağzına hil qoyardılar, indi isə gəlin üçün üzük qo-
yurlar. Bayramlarda nişanlı qıza pay aparılması ənənəsinin Təbrizdə 
keçmiş zamanlarda mövcudluğu maraq doğurur. Oğlan evi bayram 
zamanı «nəsib çörəyi adlanan» südlü çörək və kökə bişirib qız evinə 
yola salardılar. (20, 16) 
Bütün  bu  deyilənlər  onu  göstərir  ki,  nişan  mərasimi  qızın  rəs-
mən başqa ailəyə mənsubiyyətinin, oğlan evinə aid olmasının rəmzi 
sayılır.  Nişanla  toy  mərasimi  arasındakı  zaman  kəsiyində  bir  sıra 
adətlər  icra  olunurdu.  Bayramlarda  pay  aparmaqla  yanaşı,  qız  evi 
«ayaqaçdı»  edirdi.  Burada  məqsəd  gələcək  kürəkənin  çəkinmədən 
qız evinə gedib-gələ bilməsi idi. Yəni bu vədədən sonra oğlanın qız 
evinə gəlməsinə böyüklərin razılığı ilə izin verilirdi. Oğlanın sonra-
lar açıqca gəlib-getməsi mümkün sayılsa da, bir sıra etik normaları 
gözləmək  vacib  idi.  Oğlanın  qız  evində  hədsiz  çox  oturması,  bö-
yüklərin yanında qızla söhbətləşməsi qınanırdı, o, gecəni orada qala 
bilməzdi.  Gələndə  oğlan  özüylə  meyvə,  şirniyyat,  nişanlısı  üçün 
bəxşişlər və s. gətirirdi. Amma qız üçün «ayaqaçdı» mərasimi keçi-
rilmirdi. Onun oğlan evinə getməsi adətə görə düzgün sayılmırdı. 
Nişanla  toy  arasındakı  vaxt  ailələrin  bu  işə  hazırlıq  dərəcəsin-
dən  asılı  olurdu.  Əgər  hər  iki  tərəf  toy  tədarükünə  tam  hazır  olar-
dısa, onda gün təyin olunar və mərasim başlardı. Ümumən isə qızı 
çox nişanlı saxlamaq, toyun vaxtını uzatmaq el arasında yaxşı sayıl-
mırdı. Ona görə də, əksər hallarda hər iki tərəf çalışırdı ki, toyu tez 
başa çatdırsınlar. 
Nişan zamanı qıza gətirilən geyimdən o, gündəlik vaxtlarda isti-
fadə edə bilərdi, xüsusilə də baş örtüyü və nişan üzüyü taxmaq məs-
ləhət  görülürdü. Oğlan evinin gətirdiyi nişan xonçası və  ya boxça-
sında qıza gətirilən əşyalar qəbul edilir, içinə oğlan üçün lazım olan 
geyim  əşyaları  qoyulur  və  onun  evinə  aparılırdı.  Bu  bəzi  yerlərdə 
(Naxçıvanda  və  s.)  «tabaq  qaytarmaq»,  Abşeronun  bəzi  yerlərində 


 
47 
 
isə «vəzəud» adlanırdı. Yəni qıza gətirilən şeylərin müqabilində oğ-
lan  tərəfə  onun  qarşılığını  vermək  mənası  daşıyırdı,  yoxsa,  geri 
qaytarmaq anlamı kəsb etmirdi. Müasir dövrdə isə qıza gətirilən ni-
şan tortunun üzərində qız və oğlanın adları yazılır, tort ortadan iki-
yəyə bölünür, qızın adı yazılan hissə oğlan evinə göndərilir, oğlanın 
adı yazılan hissə isə qız tərəfdə qalır.  
Adətən  nişanlı  qıza  oğlan  evi  ayrıca  xonça  hazırlayır.  Buna 
«xonça  tutmaq»  deyirlər.  Xüsusən,  nişan  mərasimi  zamanı  tutulan 
xonçaya  qoyulan  sovqat  içərisində  şirniyyat,  xuşgəbar,  zinət  əşya-
ları və başqa şeylər sinilərə qoyulur və al rəngli ipək parça ilə bağ-
lanırdı.  
XX  əsrin  40-cı  illərinə  qədər  Quba  kəndlərində  mövcud  olan 
adətə görə «nişanlanmış qızı ailəsinin və xüsusilə dayısının razılığı 
ilə üzünə ağ və ya qırmızı kəlayağı salıb növbəti bir toyda oynadır-
dılar.  Oğlanın  toyda  iştirak  edən  qohumları  qıza  şabaş  verir,  pulu 
onun kəlayağısının uclarına bağlayır və əllərini doldururdular. Möv-
cud adətə görə, qızın əllərinə yığılan pullar xanəndələrə, kəlayağısı-
nın uclarına bağlananlar isə özünə çatırdı. El adətinə əsasən, həmin 
pullar qızın cehizinə xərclənirdi.» (3, 69) 
Nişanlı  qızlar  cehizlərinin  hazırlanmasında  bilavasitə  özləri  də 
iştirak  edərdilər.  Uzun  əsrlər  boyu  qadınlar  məişətdə  digər  işlərlə 
yanaşı,  xalça  toxumaqla  və  tikmə  sənəti  ilə  məşğul  olurdular.  Bir 
sənət  kimi  toxuculuğu qadınlar qızlarına da öyrədirdilər. Ona  görə 
də ailə daxilində qızlar öz cehizlərini müəyyən vaxta qədər hazırla-
mış olurdular. Xüsusən, nişan qoyulduqdan sonra cehizdə əskik nə 
varsa,  onları  tamamlamaq  lazım  gəlirdi.  Qədim  zamanlarda  pərdə, 
süfrə,  yataq  dəsti,  kisə,  müxtəlif  tikmələr  və  evə  lazım  olan  digər 
ləvazimatlar əl ilə tikilər, məharət göstəricisi sayılardı. Hətta nişanlı 
qızın hazırlıq işlərində özü ilə bərabər yaxın qohumlar və rəfiqələri 
canla-başla iştirak edərdilər.  
Gəlinə verilən cehiz içərisində ən mühümü canamaz, çıraq, san-
dıq,  yorğan,  döşək,  balış  və  s.  olurdu.  Qalan  şeylər  ailənin  maddi 
imkanı baxımından tədarük edilirdi.    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə