Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Onların (Kəfh əsabının) iti də iki əlini (qabaq pəncələrini) mağaranın astanasına uzanıb yatmışdı»



Yüklə 0,52 Mb.
səhifə10/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
İmam Əlinin fəzilətləri

«Onların (Kəfh əsabının) iti də iki əlini (qabaq pəncələrini) mağaranın astanasına uzanıb yatmışdı».1
Alimlərin bir dəstəsi, o cümlədən Seyyid Rəzi onun üçün mərsiyə oxuyubdur.
«Fəiyyə» qəsidəsini Əbu Əbdillah Hüseyn ibn Əhməd yazıbdır. O, bu qəsidədə Əmirəl-möminin Əli (ə)-ı tərifləyir və Həzrətin düşmənlərini tənqid edir. Həzrət Əli (ə)-ın çoxlu fəzilətlərini öz qəsidəsində qeyd edibdir.
Mən burada Əbu Əbdillah Hüseyn ibn Əhməd haqqında bir hadisəni sizin üçün yazıram:
Sultan Məsud Bəbəyhi, yaxud Əzuzud-dövlə Deyləmi bir gün Əmirəl-möminin Əli (ə)-ın hərəminin divarlarını tikdirib qurtardı. Sonra hərəmə daxil olub onun qapısının astanasını öpdü. Orada Seyyid Mürtaza kimi böyük alimlər də hazır idilər. Əbu Əbdillah Hüseyn ibn Əhməd irəli gəlib öz «Faiyyə» qəsidəsini oxumağa başladı. O, Həzrət Əli (ə)-ın düşmənləri haqqında nalaiq sözlərlə yazdığı qəsidəni oxumaq istədikdə Seyyid Murtaza narahat olub onunla sərt rəftar edərək dedi: Həzrət Əli (ə)-ın hərəmində nə üçün bu cür nalaiq sözləri işlədirsən?!
Əbu Əbdillah Hüseyn ibn Əhməd ürəyi sınığ halda evinə qayıtdı. Gecə yuxuda Əmirəl-möminin Əli (ə)-ı gördü. Həzrət Əli (ə) ona dedi: Narahat olma, mən özüm Seyyid Murtəzanı sənin yanına göndərəcəyəm və o, səndən üzür istəyəcək. Seyyid Murtəza sənin evinə gəlib üzür istəməyincə onun yanına getmə!
Seyyid Mürtaza həmin gecə yuxuda gördü ki, İnamlar Peyğəmbərin (s) ətrafında oturublar. Seyyid Mürtəza tələsik onlara tərəf getdi və salam verdi. Lakin Onlar Mürtazaya etina etmədilər. Bu, Seyyid Mürtaza üçün çox ağır idi. O, ərz etdi: - Ey mənim ağalarım, mən sizin qulunuzam və övladlarınızdanam. Nə üçün məni dindirmisiniz?
Peyğəmbər (s) buyurdu: - Çünki, sən bizim şairimiz Əbu Əbdillah Hüseyn ibn Əhmədin qəlbini sındırdın. Onun evinə get və ondan üzür istə! Sonra onu sultanın yanına aparıb bizim ona olan məhəbbətimizi sultana da xəbər ver!
Seyyid Mürtaza yuxuda diksinib ayıldı. Əbu Əbdillah Hüseyn ibn Əhməd gilə gedib qapını döydü. İbn Əhməd evin içərisindən səslənib dedi: - Ey əziz seyyidim, səni mənim yanıma göndərən şəxs əmr etdi ki, sən evimə daxil olmayınca mən çölə çıxmayım.
Seyyid Mürtaza dedi: - Gözüm üstə.
Sonra evə daxil olub ondan üzürxahlıq etdi. Onu sultanın yanına apardı. Seyyid Mürtaza və ibn Əhməd gördükləri yuxunu sultan üçün danışdılar. Sultan İbn Əhmədə böyük hörmət edəndən sonra, həmin qəsidəni axıra qədər oxumağı ondan xaiş etdi. Qəsidə 64 beytdi.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə