Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə11/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   7   8   9   10   11   12   13   14   ...   43
İmam Əlinin fəzilətləri

SƏKKİZİNCİ FƏSİL

Əbulfərəcin «Əğani» kitabında Mədainidən rəvayət olunur ki, bir gün Seyyid Hümeyri Kufədə atına minib dedi: - Hər kəs Həzrət Əli (ə) haqqında elə bir fəzilət nəql etsə və mən onu şeirə çəkməmiş olsam, bu atı və öz üstümdə olan bütün şeyləri ona bağışlayacağam.


Hədis rəvayətçiləri Əmirəl-möminin (ə)-ın fəzilətləri haqqında olan hədisləri nəql etməyə başladılar. Seyyid Hümeyri də onların nəql etdikləri fəzilətlərin məzmununda yazdığı şeirləri oxuyurdu. Nəhayət, bir nəfər kişi Əbul Vail Muradidən belə bir rəvayət nəql etdi:
Mən Əmirəl-möminin Əli (ə)-ın yanında idim. O Həzrət namaz qılmaq üçün dəstəmaz alırdı. Həzrət corabını ayağından çıxartdı. Gözlənilmədən bir ilan o cənabın ayaqqabısına daxil oldu. Bir neçə dəqiqədən sonra Həzrət Əli (ə) ayaqqabısını geymək istədi. Birdən bir qarğa sürətlə şığıyıb Həzrətin ayaqqabısını dimdiyinə götürərək göyə uçdu. Bu vaxt ayaqqabının içindəki ilan yerə düşdü.
Seyyid Hümeyri bu hədisi eşitməmişdi və bu məzmunda şeir yazmamışdı. Buna görə də öz əhdinə vəfa edib atı və yanında olan bütün şeyləri həmin kişiyə bağışladı.


DOQQUZUNCU FƏSİL

Müvəffəq ibn Əhməd Əli ibn Əbu Talib (ə)-dan rəvayət edir ki Rəsulullah (s) «Xeybər»i fəth edən günü (Əli (ə))-a buyurdu:


Əgər mənim ümmətim, nəsraninin İsa ibn Məryəm haqqında dedikləri xoşagəlməz sözləri sənin haqqında deməsəydilər, sənin fəzilətin haqqında elə söz deyərdim ki, bütün müsəlmanlar ayaqqabının altındakı torpağı öpüb və sənin yerə tökülən dəstəmaz suyunu şəfa suyu kimi istifadə edərdilər. Lakin sənin fəzilətinə bu qədər kifayət edir ki, sən məndən və mən səndənəm; mənim irsim sənə çatır, sənin irsin mənə çatır. Harun Musadan olduğu kimi sən də məndənsən, yalnız bu fərqlə ki, məndən sonra peyğəmbər gəlməyəcək.
Ya Əli, sən mənim borclarımı ödəyənsən və dinimin yolunda cihad edənsən. Axirətdə sən hamıdan mənə yaxın olacaqsan. Qiyamət günü mənim hovuzuma sən xəlifəlik edəcəksən və münafiqləri, ikiüzlüləri orada uzaqlaşdıracaqsan. İlk dəfə sən mənim hovuzumun yanına gələcəksən. Ümmətimin arasında hamıdan qabaq sən Behiştə daxil olacaqsan.
Sənin şiələrin nurdan düzəlmiş minbərlərdə oturacaqlar. Onlar mənim ətrafımda uzanacaqlar və sevinc dolu qəlblərlə oturacaqlar. Mən onlara şəfaət verəcəyəm və onlar Behiştdə mənim qoşunlarım olacaqlar.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə