Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


Həzrət Əli (ə)-ın yeməyi arpa çörəyi ilə zeytun yağı idi. Amma başqalarına ləzzətli yeməkləri paylayırdı



Yüklə 0,52 Mb.
səhifə13/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   9   10   11   12   13   14   15   16   ...   43
İmam Əlinin fəzilətləri

Həzrət Əli (ə)-ın yeməyi arpa çörəyi ilə zeytun yağı idi. Amma başqalarına ləzzətli yeməkləri paylayırdı.
Bir dəfə Ədiyy ibn Hatəm Həzrət Əli (ə)-ın yanına getdi. O, Həzrətin qarşısında saxsıdan düzəlmiş köhnə bir qabı gördü. Qabın içində bir az su və onun yanında quru çörək tikəsi ilə duz var idi. Ədiyy dedi: - Ya Əmirəl-möminin (ə), mən görürəm ki, sən bu uzun müddətli günlərdə ac qarnına müsəlmanların işlərində çalışırsan, gecə isə sübhədək oyaq qalır, ibadət edir və Allaha bəndəlik edirsən. Belə isə bu sənin iftarındırmı?!
Həzrət buyurdu:

علل النفس بالقنون والا طلبت منک فوق ما یکفیها


Öz nəfsini qənaətçiliyə adət etdir və onu qənaət etməyə öyrət, əgər bu cür etməsən nəfs lazım miqdardan da artıq səndən tələb edəcək.
Əhnəf ibn Qeys rəvayət edir: Mən bir dəfə Müaviyənin yanına getmişdim. Onun üçün o qədər şirin gətirdilər ki, mən təəccüb etdim. Sonra süfrə açıb cürbə-cür yeməklər düzdülər. Mən həmin yeməklərin adını da bilmirdim. Buna görə də yeməklərin adını bir-bir Müaviyədən soruşdum və o, cavab verirdi. Müaviyə öz yeməklərini tərifləməyə başladı. Məni ağlamaq tutdu. Müaviyə dedi: - Nə üçün ağlayırsan?
Dedim: - Bir hadisə yadıma düşdü.
Dedi: - Hansı hadisə?
Dedim: - Bir gecə Həzrət Əli (ə)-ın yanında idim. İftar vaxtı çatdı. O Həzrət məni öz yanında saxladı. Sonra İmam Əli (ə) ağzı bağlı qabdakı xörəyi istədi. Xörəyi gətirdilər. Qabın ağzı bağlı olduğu üçün soruşdum: «Bu nədir?»
Buyurdu: - Arpa unundan hazırlanmış xörəkdir.
Dedim: - Qabın ağzını nə üçün bağlatdırıbsan, qorxdun ki, ondan götürərlər?
Buyurdu: - Xeyir, qorxdum ki, Həsən ya Hüseyn ona yağ vurarlar, buna görə də qabın ağzını bağlatdırdım.
Dedim: - Məgər xərəyə yağ qatmaq haramdırmı?
Buyurdu: - Xeyr, amma ədalətli imama vacibdir ki, xalq arasında ən fəqir şəxsdən də sadə yemək yesin.
Müaviyə dedi: - Elə bir şəxs haqqında danışırsan ki, heç kəs onun fəzilətini və üstünlüyünü inkar edə bilməz.
Əsbəğ ibn Nabatə deyir ki, Həzrət Əli (ə) buyurdu: Əgər bu köhnə paltarlarımla, öz dəvəm və vəsilələrimlə sizin şəhərə gəlsəm, sonra sizin şəhərdən çıxanda öz gətiediklərimdən əlavə bir şey aparsam, bilməlisiniz ki, Allah və müsəlmanların malına xəyanət etmişəm.1
Rəvayət olunur ki, bir gün Həzrət Əli (ə) parca bazarına getdi. Bir kişiyə dedi ki, bu iki paltarı mənə sat.
Həmin kişi dedi: - Ya Əmirəl-möminin, hər nə istəsən mənim varımdır.
Həzrət Əli (ə) bildi ki, satıcı onu tanıyıbdır. Buna görə də onun yanından gedib bir oğlanın dükanına girdi. Ondan iki paltar aldı, birini üç dirhəmə, o birisini iki dirhəmə. Sonra buyurdu: Ey Qəmbər2 bu üç dirhəmlik paltarı sən gey!
Qəmbər dedi: - Bunu siz özünüz geyin, çünki, minbərə çıxıb xalq qarşısında moizə edirsiniz.
Həzrət buyurdu: - Ey Qəmbər, sən cavansan, gərək yaraşıqlı paltar geyəsən. Əgər sənin paltarından qiymətlisini geysəm, Allah dərgahında xəcalət çəkərəm. Rəsulullah (s) buyururdu ki, özünüz geydiyiniz paltarlardan qulamlarınız üçün də alın və özünüz yediyiniz yeməkləri onlara da yedizdirin.
Satıcı oğlanın atası gəldi. O, ərz etdi: Ya Əmirəl-möminin (ə) oğlum səni tanımayıbdır. O, səndən iki dirhəm artıq alıbdır!
Həzrət buyurdu: - Bu iki dirhəmi mənə qaytarma, almayacağam. Çünki, nə o məni, nə də mən onu aldatmamışam, bu müamiləyə ikimiz razı olmuşuq.
Süveyd ibn Qəflə rəvayət edir: Mən Əmirəl-möminin Əli (ə)-ın yanına getdim. Gördüm ki, Həzrətin qabağında bir kasa vardır. Kasanın içərisində çox acı aş var idi. Həzrət quru arpa çörəyini onun içinə doğrayıb yeyirdi. O, mənə təklif etdi ki, yemək yeyim. Dedim: Oruc tutmuşam.
Buyurdu: Rəsulullah (s)-dən eşitmişəm ki, hər kəs oruc tutduğu üçün istədiyi xörəyi yeməsə (xörək yeməkdən özünü qorusa), Allah-Taala ona Behiştin yemək-içməyini qismət edəcək.
Süveyd deyir: - O Həzrətin kənizi Fizzə idi. Fizzə Həzrətin yanında durmuşdu. Mən ona dedim: Vay olsun sənin halına, ey Fizzə! Məgər Allahdan qorxmursanmı? Nə üçün Əmirəl-mömininə (ə) verdiyiniz çörəyin (arpa çörəyinin) ununu yaxşı təmizləmirsiz, ələmirsiniz?!
Fizzə dedi: - Ağa özü bu cür tapşırıbdır.
Həzrət Əli (ə) məndən soruşdu: - Fizzəyə nə dedin?
Mən Fizzəyə dediklərimi Həzrət üçün təkrar etdim.
Həzrət buyurdu: - Atam, anam Rəsulullaha (s) qurban olsun! O, heç vaxt yediyi çörəyin ununu təmizlətdirmədi.
Əsbəğ ibn Nəbatə rəvayət edir: Əgər Əmirəl-möminin (ə) yanına bir şey gətirsəydilər, Həzrət onu «beytul-mala»1 qoyardı. Sonra onu fəqir-füqəraya paylayar və buyurardı:

یا صفراء یا بیضاء لا تغرینی غری غیری



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə