Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   2   3   4   5   6   7   8   9   ...   13

11 

 

Səraxsi, Əbu Səhl əs Suluki, Əbu Nasr əl Kəvvazi əş Şirazi, Əbu Bəkr 



əl  Curcani  əl  İsmaili,  Əbu  Abdullah  Hamaveyh  əs  Səyrafi,  Əbu 

Abdullah bin Xafif əş Şirazi, Əbu Bəkr əl Qaffal və başqa böyük zatlar 

vardır. 

Digər bir Əhli Sünnə imamı Əbu Mansur əl Maturidinin Əşariyə 

tələbə olması haqda deyilənlərə gəlincə, bunun tutarlı bir qaynağı 

yoxdur. 


Biri-birilərinin 

müasirləri 

olmalarına 

baxmayaraq 

görüşdüklərinə  dair  də  tutarlı  tarixi  bir  əsas  yoxdur.  Maturidinin 

Əşariyə tələbə olması inandırıcı da gəlmir. Ona görə ki, imam Əbu 

Mansur  əl  Maturidinin  əqidə  sahəsindəki  şeyxləri  məlumdur. 

Üstəlik  Əbu  Mansur  əl  Maturidinin  kəlam  sahəsində  ən  az  Əşari 

qədər  qədəmi  ağır  biri  olduğunu  nəzərə  alsaq,  onun  Əşariyə 

tələbəlik etməsi real görsənmir. Hər halda bu haqda heç bir tutarlı 

əsas yoxdur. Ən doğrusunu Allah bilir.  

 

Əsərləri 

İmam  Əbul  Həsən  əl  Əşari  əsərlərinin  bolluğuyla  tanınan  bir 

alimdir.  Bəzi  qaynaqlarda  onun  üç  yüzə  yaxın  fərqli  mövzularda 

kitab yazdığı deyilir. Əbul Yusr əl Bəzdəvi isə Əşarinin iki yüzə yaxın 

kitabını gördüyünü qeyd edir.

4

 Buna baxmayaraq təəssüflər olsun 



ki  günümüzə  gəlib  çatan  əsərləri  çox  azdır.  Şeyxin  yazdığı 

kitablardan bəziləri aşağıdakılardır:  

1. Təfsirul Quran. Yetmiş cild olduğu deyilir. Üç yüz cild olduğuna 

dair də məlumatlar var.   

2. Ər Risələ İlə Əhlis Səğr. Bu risaləni Azərbaycanlı İslam alimlərinin 

əqidəylə bağlı suallarına cavab olaraq qələmə aldığı deyilir. 

                                                           

4

 Əbul Yusr əl Bəzdəvi, Usuluddin, 13. 




12 

 

3. Əl İbanə An Usulid Diyənə. 



4.  Ər  Raddu  Alə  İbnir  Ravəndi.  Məşhur  zındıq  İbnur  Ravəndiyə 

rəddiyə olaraq qələmə aldığı əsərdir.  

5. Əl Fusul Fir Raddi Aləl Mulhidin Vəl Xaricinə anil Millə.  

6. Əl Qami Li Kitəbil Xalidi Fil İradə.  

7. Kitəbul İctihəd Fil Əhkam. Adı fiqh üsuluna dair bir əsər olduğunu 

xəbər verir.  

8.  Kitabul  Əxbar  Və  Təshihihə.  Adı  hədisə  dair  bir  əsər  olduğunu 

xəbər verir.  

9. Kitabul İdrak Fi Fununi Min Lətifil Kəlam.  

10. Kitabul İməmə. İmamət inancı haqda qələmə alınmışdır.  

11. Ət Təbyin An Usuliddin.  

12. Əş Şərh Vət Təfsil Fir Raddi Alə Əhlil İfki Vət Tadlil.  

13. Əl Luməul Kəbir.  

14. Əl Luməus Sağir.  

15. Kitabu Xalqil Əməl.  

16. Kitəbul Mucəz.  

17.  Əl  Lumə  Fir  Raddi  Alə  Əhliz  Zeyği  Vəl  Bidə.  Günümüzə  çatan 

risalələrindən  biridir.  Əl  Luməus  Sağir  və  əl  Luməul  Kəbir 

kitablarından ayrı bir kitabdır.

5

 



18. Ədəbul Cədəl. 

                                                           

5

 İbn Asəkir, Təbyinu Kəzibil Muftəri, 130. 




13 

 

19. Cuməlu Məqalətil Mulhidin. 



20. Ən Naqd Aləl Cubəi. Şeyxi Cubəiyə yazdığı rəddiyədir. 

21. Ən Naqd Aləl Bəlxi. 

22. İdahul Burhan Fir Raddi Alə Əhliz Zeyği vət Tuğyan. 

23. Risələtul İmən. 

24. Əl Funun Fir Rəddi aləl Mulhidin. 

25. Ən Nəvadir Fi Dəqaiqil Kəlam. 

26. Əl Cövhər Fir Rəddi Alə Əhliz Zeyği Vəl Munkər. 

27. Məqalətul Fələsifə. 

28. Cəvabul Xurasaniyyin. 

29. Məqalətul İsləmiyyin. Günümüzə çatan kitablarından biridir. 

30. Cəvəzu Ruyətilləhi Təalə Bil Əbsar. 

31. İstihsənul Xavdi Fi İlmil Kəlam. Tərcümə etdiyimiz bu risalədir. 

32.  Kitəbur  Rəddi  Aləl  Mucəssimə.  Mücəssimlər  əleyhinə  qələmə 

aldığı əsəridir. 

33. Kitəbul Ulum.  

  

Alimlərin Onun Haqqında Dedikləri  

İmam Beyhəqi deyir: 

"Əbul  Həsən  əl  Əşari  Allahın  dinində  hər  hansı  bir  yenilik 

çıxarmayıb, heç bir bidət də gətirməyib. Əksinə səhabə, tabiun və 



14 

 

onlardan  sonra  gələn  imamların  usuluddin/əqidə  haqqındakı 



sözlərini almış, daha geniş şərh və bəyanla onları dəstəkləmişdir".

6

  



İmam Əbul Qasim əl Quşeyri deyir:  

"Əbul  Həsən  Əli  bin  İsmail  əl  Əşari,  hədis  əshabından  olan 

imamlardan  bir  imam,  məzhəbi  də  hədis  əshabının  məzhəbidir. 

Usuluddin barədə Əhli Sünnənin yoluna uyğun danışmış, zəlalət və 

bidət  əhlindən  olan  müxaliflərə  rəddiyələr  vermişdir.  Qiblə 

əhlindən olan Mötəzilə, rafizilər və digər bidətçilərə, eləcə də qeyri 

müsəlmanlara qarşı elmi bir qılınc idi. Kim ona tən edər, qınayar, 

lənətlər  və  yaxud  söyərsə  bütün  Əhli  Sünnəyə  qarşı  pis  danışmış 

olar".

7

 



İmam Əbu İshaq əl İsfərayini belə deyir:  

"Şeyx  Əbul  Həsən  əl  Bəhilinin  yanında  dənizin  yanında  olan  bir 

damla  kimi  idim.  Şeyx  Əbul  Həsən  əl  Bəhilinin  bu  cür  dediyini 

eşitdim:  Mən  Əşarinin  yanında  dənizin  yanındakı  bir  damla  kimi 

idim".

8

 



Şeyx  Tacuddin  əs  Subki  "Tabəqat"ında  bu  imam  haqda 

danışarkən deyir:  

"Əhli  Sünnə  vəl  Cəmaatın  şeyxi,  mütəkəllimlərin  imamı, 

Rəsulların seyyidi olan Peyğəmbərimizin –sallAllahu aleyhi və əlihi 

və  səlləm-  sünnəsinin  yardımçısı,  dinin  müdafiəçisi,  insanların 

aləmlərin Rəbbi üçün qalxacaqları günə kimi təsiri qalacaq bir səylə 

                                                           

6

 Tacuddin əs Subki, Tabaqatuş Şafiiyyətil Kubra, 3/397. 



7

  İbn  Asəkir,  Təbyinu  Kəzibil  Muftəri,  113;  Tacuddin  əs  Subki,  Tabaqatuş 

Şafiiyyətil Kubra, 3/374. 

8

  İbn  Asəkir,  Təbyinu  Kəzibil  Muftəri,  125;  Tacuddin  əs  Subki,  Tabaqatuş 



Şafiiyyətil Kubra, 3/351. 


Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə