Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   2   3   4   5   6   7   8   9   ...   13

15 

 

müsəlmanların  əqidələrini  qorumağa  çalışan  bir  kimsədir.  İmam, 



dahi,  müttəqi  biridir.  Şəriəti  iftiraçıların  ortaya  atdığı  fikirlərdən 

qorumuşdur. İslam millətinin yardımına qalxmış, onlara çox güclü 

bir şəkildə yardım etmişdir".

9

 



 

 

 



                                                           

9

 Tacuddin əs Subki, Tabaqatuş Şafiiyyətil Kubra, 3/347.  



 


16 

 

Risalə Haqda 



 

Risalənin  adı  “İstihsənul  Xavdi  Fi  İlmil  Kəlam”dır.  Hərfi  mənası 

kəlam  elminə  dalmanın  bəyənilməsi  deməkdir.  Lakin  uyğun 

səslənən bir ad olsun deyə  onu “Kəlam Elminə  Dalmanın Önəmi” 

kimi tərcümə etdim. 

Risalənin  mövzusu  adından  da  göründüyü  kimi  kəlami  üslubu 

müdafiə  xarakterlidir.  Müəllif  risalədə  kəlami  üslubu  bidət  və 

zəlalət sayanların əsas şübhələrini çürüdür. 

Kitab  bir  neçə  dəfə  çap edilibdir.  İlki  hicri  1323-cü  ildə  (miladi 

1905) Heydərabadda aşağıdakı sənədlə çap edilmişdir: 

İmam  Cəmaluddin  Əbul  Həsən  bin  İbrahim  bin  Abdullah  əl 

Quraşi ----- Fəqih Fəxruddin Əbul Məali Muhəmməd bin Əbul Fərəc 

bin  Muhəmməd  bin  Bərakə  əl  Mövsili  -----  İmam  Əbu  Mansur  əl 

Mübarək  bin  Abdullah  bin  Muhəmməd  əl Bağdadi  -----  İbnul  İxva 

adıyla tanınan Hafiz Cəmaluddin Əbul Fadl Abdur Rahim bin Əhməd 

bin  Muhəmməd  bin  Muhəmməd  bin  İbrahim  bin  Xalid  -----  Şeyx 

Əbul  Fadl  Muhəmməd  bin  Yəhya  ən  Natili  -----  Əbu  Nasr  Abdul 

Kərim bin Muhəmməd bin Harun əş Şirazi ----- Əli bin Rüstəm ----- 

Əli bin Mehdi ----- Əbul Həsən əl Əşari. 

İkinci  dəfə  yenə  Heydərabadda  “Məclisu  Dəiratil  Məarifin 

Nizamiyyə”nin  mətbəəsində  hicri  1344-cü  ildə  (miladi  1924) 

yuxarıdakı sənədlə çap edilmişdir. 

Xristyan  şərqşünas  Riçard  Yusuf  Makkarsi  də  ikinci  çapa 

əsaslanaraq  hicri  1372-ci  ildə  (miladi  1953)  risaləni  müəllifin  “əl 

Lumə” kitabıyla birgə çap etmişdir. 

Eyni  sənədə  əsaslanaraq  hicri  1415-ci  ildə  (miladi  1995) 

Beyrutun Darul Məşari nəşr evində edilən çapa müqəddimə yazan 

Muhəmməd Vəli risaləni öz şeyxi Abdullah əl Hərariyə hərfbəhərf 




17 

 

oxuduğunu qeyd etmiş, şeyxinin də onu bir neçə sənədlə rəvayət 



etdiyini demişir. O sənədlərdən biri aşağıdakı kimidir:  

Əhməd bin Abdul Muttalib əl Həbəşi əş Şafi ----- Babası Davud 

bin Əbu Bəkr əş Şafi ----- Zəbid şəhərinin müftisi Abdur Rahmən bin 

Süleyman bin Yəhya əl Əhdəli əş Şafi ----- Atası Süleyman bin Yəhya 

əş  Şafi  -----  Şafi  fəqihi  Məsəvi  bin  İbrahim  əl  Huşeybəri  -----  Şafi 

fəqihi  İsmail  bin  Muhəmməd  əl  Huşeybəri  -----  Şafi  fəqihi  Abdul 

Vahid əl Huşeybəri ----- Şafi fəqihi Yəhya bin Əhməd əl Huşeybəri --

---  Şafi  fəqihi  Muhəmməd  bin  Əbu  Bəkr  əl  Əşxar  -----  İmam  İbn 

Həcər  əl  Heytəmi  -----  Şeyxul  İslam  Zəkəriyya  əl  Ənsari  ----- 

Muhəmməd  bin  ən  Nəcm  Muhəmməd  bin  Fəhd  əş  Şafi  -----  Dilçi 

Məcduddin əl Feyruzabadi ----- Hafiz Siracuddin əl Qəzvini ----- Qazi 

Əbu  Bəkr  Muhəmməd  bin  Abdullah  ət  Taftazani  -----  Şərafuddin 

Əbu Bəkr bin Muhəmməd əl Həravi ----- İmam Fəxruddin ər Razi ---

-- Atası Ziyauddin Ömər bin Hüseyin ----- Əbul Qasim Süleyman bin 

Nasir əl Ənsari ----- İmamul Hərameyn Əbul Məali əl Cuveyni ----- 

Əbul Qasim əl İsfərayini ----- Ustad Əbu İshaq əl İsfərayini ----- Əbul 

Həsən əl Bəhili ----- Əbul Həsən əl Əşari.

10

 



Risalənin  Əbul  Həsən  əl  Əşarinin  ən  son  qələmə  aldığı 

risalələrdən olduğu da deyilir.

11

 Lakin ilk sənəddə risaləni Əşaridən 



Əli bin Mehdinin rəvayət etdiyini nəzərə alsaq onun Əşari Bəsrədə 

ikən  qələmə  alındığını  demək  olar.  Çünki  Əli  bin  Mehdi,  Əşarinin 

məşhur  tələbəsi  Əbul  Həsən  ət  Tabəridir.  Tacuddin  əs  Subkinin 

təhqiq  etdiyi  kimi  doğru  olan  Mehdinin  onun  atası  yox  babası 

olmasıdır. Yəni əslində adı Əli bin Muhəmməd bin Mehdidir. Əbul 

Həsən ət Tabəri isə Əşariyə Bəsrədə ikən tələbəlik etmişdir. 

                                                           

10

 Muhəmməd Vəlinin bu risaləyə yazdığı müqəddiməsi, 34-35. 



11

  Əhməd  Abdur  Rahim  əs  Səyih,  İbn  Furakın  “Məqalat”ına  yazdığı 

müqəddimə, 5. 



18 

 

Bəzi  araşdırmaçılar  risalənin  Əşariyə  aid  olmadığını  demişlər. 



Misal  üçün  filosof  Abdur  Rahmən  Bədəvi  bunu  iki  səbəbə 

əsaslandırır: 

1.  Risalənin  üslubu  Əşarinin  bizə  gəlib  çatmış  digər  kitablarının 

üslubundan fərqlidir.  

2.  Kəlam  elminə  dalmaq  və  yaxud  dalmamaq  problemi  Əşarinin 

dövründən sonrakı zamana aiddir. Buna görə də Əşarinin bu haqda 

xüsusi bir risalə qələmə alması məqul deyil.

12

 



Bunları qeyd etdikdən sonra isə belə deyir:  

“Bu  səbəbdən  tərcih  etdiyimiz  budur  ki,  bu  risalə  Əşarinin 

zamanından  çox  da  sonra  yaşamamış  əşari  birisinin  yazdığıdır. 

Risalə Əşarinin tərzinə yaxındır. Ola bilər daha tez bir zamanda hicri 

beşinci  və  yaxud  altıncı  əsrlərdən  artıq  Əşariyə  nisbət  edilməyə 

başlamışdır”.

13

 

Deyirəm: Abdur Rahmən Bədəvinin gətirdiyi birinci əsasa gəlincə 



bu yanlışdır. Risalə tam Əşarinin üslubuna uyğun yazılıb. Hətta bəzi 

yerləri  Əşarinin  “əl  Lumə  Fir  Raddi  Alə  Əhliz  Zeyği  Vəl  Bidə”  və 

“Risələtun İlə  Əhlis Səğr” kitabında dediklərinə  çox bənzəyir. Bəzi 

yerləri birinci kitabdakılarla hərfən eynidir. O bənzər yerləri risalədə 

qırmızı  və  yaşıl  rənglə  qeyd  etmişəm.  Üstəlik  gördüyünüz  kimi 

Bədəvi  özü  də  risalənin  Əşarinin  tərzinə  uyğun  olduğunu  bu 

sözündə  elə  bir  bənd  sonra  deyir.  Eyni  kitabın  başqa  yerində  də 

risalənin  Əbul  Həsən  əl  Əşarinin  üslubuyla  yazıldığını  qeyd  edir. 

Allahın izni ilə aşağıda onun bu sözünü də qeyd edəcəyəm.  

                                                           

12

 Abdur Rahmən Bədəvi, Məzəhibul İsləmiyyin, 520. 



13

 Eyni qaynaq, 521. 




Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə