Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   2   3   4   5   6   7   8   9   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 14 -
dirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsa-
sında  daha  optimal  texnoloji  prinsipin  həyata  keçi-
rilməsi sayəsində elm qısa müddətdə fayda verə bi-
lər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tətbiqinə 
çəkilən  xərclərlə  tətbiqdən  alınan  gəlir  arasında 
müsbət balans yaranır ki, bu da xalis gəliri müəyyən 
edir. Burada çəkilən xərclər ona görə az ola bilər ki, 
söhbət  yeni  elmi  biliyin  kəşfindən  deyil,  başqaları 
(başqa  ölkələrdəki  tədqiqatlar)  tərəfindən  əldə  edil-
miş  hazır  biliklərin  sadəcə  tətbiq  yollarının  araş-
dırılıb tapılmasından və tətbiq prosesinin texniki ic-
rasından  gedir.  Daha  doğrusu,  deyilənlər  elmin 
özündən daha çox,  elm ilə istehsal arasındakı əlaqə 
proseslərinə aiddir.  
“Elm” anlayışına daxil olan tətbiqi elmlər isə, 
istehsalın  cari  tələblərinə  cavab  olmayıb,  daha  çox 
dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi elmlər fun-
damental  elmlər  sahəsində  əldə  olunmuş  biliklərin 
üzərində qurulur. Burada söhbət bu və ya digər kon-
kret istehsal müəssisəsinin rekonstruksiyasından de-
yil, bütövlükdə müəyyən tip istehsal müəssisələrinin 
ümumi  ehtiyaclarının  yeni  tələblər  əsasında  ödənil-
məsinə yönəldilmiş fəaliyyətdən gedir. Bu fəaliyyət 
istehsal  sahəsində  yox,  elmin  öz  hüdudları  çərçivə-
sində aparılır. Ona görə də, burada alınan yeni bilik-
lərin haradasa mütləq tətbiq olunacağına və gəlir gə-
tirəcəyinə qarantiya yoxdur. Tətbiqi elm öz bəhrəsi-
ni  verir,  lakin  bundan  faydalanmaq,  istifadə  etmək 


Elm  və onun təşkilati formaları 
 
 
- 15 -
vəzifəsi  istehsalçıların  üzərinə  düşür.  Sənaye  mü-
əssisələrinin  tərkibində  bu  məqsədlərə  xidmət  edən 
layihə-konstruktor  büroları  və  hətta  xüsusi  “elm” 
bölmələri  fəaliyyət  göstərir  ki,  bunlar  da  bir  qayda 
olaraq “sahə elmləri” adı altında əhatə olunur.    
Tətbiqi  elmlər  sahəsində  fəaliyyət  bilavasitə 
konkret  müqavilələr,  sifarişlər  əsasında  aparılmasa 
da, onların hansı istehsal sahəsində, hansı təsərrüfat 
forması  üçün  istifadə  olunacağı  irəlicədən  məlum-
dur.  Bu  baxımdan,  tətbiqi  elmlərin  yerli  iqtisadiy-
yatın  istiqamətlərinə  və  tələblərinə  uyğun  yönəldil-
məsi  prinsipcə  mümkündür.  Dünyanın  bütün  öl-
kələrində tətbiqi elmlərin əsas hərəkətverici qüvvəsi 
yerli  iqtisadiyyatın  ehtiyaclarıdır.  Heç  bir  ölkədə 
bütün  tətbiqi  elm  sahələrində  fəaliyyət  göstərilmir 
və bu mümkün də deyil. Əlbəttə, dünya hökmranlığı 
iddiasında olan super ölkələr öz məhsulları üçün bü-
tün dünya bazarlarını açıq saxlayırlar. Amma bunun 
üçün  təkcə  elmi-texnoloji  rəqabət  və  iqtisadi  me-
xanizmlər  kifayət  deyil;  bu  məqsəd  üçün  siyasi  və 
hətta hərbi-siyasi vasitələr də işə salınır.  
Azərbaycanda  da  tətbiqi  elm  həmişə  sənaye 
ilə, kənd təsərrüfatı ilə, mədəniyyətin müxtəlif sahə-
ləri  ilə  qarşılıqlı  əlaqə  şəraitində  inkişaf  etmişdir. 
İkinci dünya müharibəsində yüksək oktanlı benzinə 
böyük ehtiyac yarandığı bir vaxtda məhz neft şəhəri 
Bakıda  professor  Yusif  Məmmədəliyev  bu  sahədə 
bir  sıra  yeni  kəşflərin  və  ixtiraların  müəllifi  oldu. 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 16 -
Sonralar da neft kimyası sahəsində praktik əhəmiy-
yətli elmi axtarışlar uğurla davam etdirildi və Azər-
baycan  Elmlər  Akademiyası  sistemində  akademik 
Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin nü-
mayəndələri akademik Əli Quliyev, akademik Mur-
tuza  Nağıyev  və  s.  bu  sahədəki  elmi  axtarışları 
uğurla davam etdirdilər. Azərbaycan elmi bu gün də 
neft-kimya  sahəsindəki  ənənələri  qoruyub  saxlama-
ğa çalışır.  
Azərbaycan kənd təsərrüfatının inkişafı, xüsu-
sən, 70-ci illərdən başlayaraq, Heydər Əliyevin rəh-
bərliyi dövründə o vaxtın tələbləri səviyyəsində aq-
rosənaye  kompleksinin  qurulması  bu  sahədəki  tət-
biqi  elmlərin  inkişafına  böyük  təkan  vermişdir.  La-
kin  təsərrüfatın  inkişafı  ilə  yanaşı  torpaqşünaslıq 
məsələləri, təbiətin qorunması və ekoloji böhrandan 
çıxış  yolları  da  dövrün  aktual  praktik  problemləri 
sırasına daxil olmuşdur. Bu sahədə akademik Həsən 
Əliyevin  yaratdığı  elmi  məktəb  bu  gün  də  uğurla 
davam etdirilir.  
Neft geologiyası və neft quyularının qazılması 
ilə  əlaqədar  olaraq  tətbiqi  mexanikanın,  ümumiy-
yətlə  mexanika-riyaziyyat  elmlərinin  inkişafı  da 
əlamətdar  haldır.  Bu  sahədə  aparılan  tədqiqatların 
milli iqtisadiyyatımız, xüsusilə, neft sənayesinin in-
kişafı  ilə  bağlı  mühüm  tətbiqləri  vardır.  Bu  gün 
Azərbaycanda neft sənayesinin yeni bir impulsla in-
kişafı  həmin  tədqiqatların  aktuallıq  dərəcəsini  daha 


Elm  və onun təşkilati formaları 
 
 
- 17 -
da artırır.  
Belə  misalları,  əlbəttə,  yenə  davam  etdirmək 
olar.  Amma  əsas  qənaət  bundan  ibarətdir  ki,  yerli 
iqtisadiyyatın  ehtiyaclarına  uyğun  olan  tətbiqi  elm 
sahələrinin  inkişafına  diqqət  daha  da  artırılmalı,  bu 
sahələrdəki işlər həm maddi, həm də mənəvi aspekt-
lərdə stimullaşdırılmalıdır.  
Fundamental  elmlərdə  isə  nəinki  konkret  tət-
biqi  sahələr,  hətta  tətbiq  istiqamətləri  də  irəlicədən 
müəyyənləşdirilə bilmir. Burada elmi axtarışların si-
farişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçün-
dür”  prinsipi  əsas  tutulur.  Əlbəttə,  burada  əldə  olu-
nan biliklər də istifadəsiz qalmır. Hər hansı yeni el-
mi  bilik  nə  vaxtsa,  hansı  ölkədə  isə,  hansı  istehsal 
sahəsində  isə  istifadə  olunacaqdır.  Lakin  ünvan  və 
zaman qeyri-müəyyəndir.  
Beləliklə,  fundamental  elmlər  milli  ideallar-
dan daha çox, ümumbəşəri ideallara xidmət edir. Bu 
sahələrdə  də  Azərbaycanın  böyük  elm  adamlarının, 
xüsusilə  Elmlər  Akademiyasında  çalışmış  və  riya-
ziyyatda və təbiətşünaslıqda yeni istiqamətlərin əsa-
sını  qoymuş  görkəmli  şəxsiyyətlərin,  məsələn,  aka-
demik  Zahid  Xəlilovun,  akademik  Əşrəf  Hüseyno-
vun və s. böyük xidmətləri qeyd edilə bilər.  
Əlbəttə, bəşər övladı olaraq bizim hər birimiz 
ümumbəşəri  tərəqqidə  iştirakçı  olduğumuz  üçün 
fəxr  etməliyik;  lakin  şüurlu  surətdə,  yaxın  və  uzaq 
məqsədləri  anlamaqla.  Belə  ki,  müasir  fizikanın, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə