Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   2   3   4   5   6   7   8   9   10   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 26 -
Əlbəttə, elm ilə istehsal arasındakı münasibət-
lərin  düzgün  tənzimləndiyi  cəmiyyətlərdə  elmə  qo-
yulan vəsaitin artması olduqca səmərəli olur. İnkişaf 
etmiş  ölkələrdə  elm  ən  çox  gəlir  gətirən  sahələrdən 
biridir.  Elmə  qoyulan  hər  manatın  gətirdiyi  gəlir 
faizlərlə deyil, misillərlə ölçülür. Lakin bunun üçün 
əvvəlcə  elmi  potensialın  səfərbər  olunması  və 
məqsədli surətdə yönəldilməsi lazımdır.  
Dünyada  elmin  təşkili  praktikasında  Elmlər 
Akademiyası həqiqətən ən diqqətəlayiq formalardan 
biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş surətdə 
həyata keçirilməsinin böyük üstünlükləri vardır. La-
kin  nəzərə  alınmalıdır  ki,  bu  cür  mərkəzləşmiş  sis-
tem daha çox dərəcədə sosializm cəmiyyəti üçün sə-
ciyyəvi  idi.  Bəli,  sosializmin  bu  sahədə  kapitalizm 
cəmiyyətinə nisbətən həqiqətən üstünlükləri var idi. 
Lakin  iqtisadiyyat  sahəsində  dövlət  monopoliyasın-
dan imtina edilməsi və bazar münasibətlərinə keçil-
məsi şəraitində elmin mərkəzləşmiş qaydada fəaliy-
yəti  bir  sıra  çətinliklərlə  bağlıdır.  Biz  bu  mahiyyət 
fərqini nəzərə almadan, guya hər şeyin əvvəlki qay-
dada  qala  biləcəyi  fikri  ilə  özümüzü  aldada  bilmə-
rik. Burada əvvəlcə iki müxtəlif ictimai-iqtisadi sis-
temin üstün cəhətlərinin inteqrasiyası kimi çox mü-
rəkkəb  bir  prosesin  elmi-metodoloji  əsasları  işlənib 
hazırlanmalıdır.    
  Bəli,  vahid  ümumbəşəri  elm  prosesinə  daxil 
ola  bilməyən,  elə  bil  ancaq  özü  üçün  yaradılmış 


Elm  və onun təşkilati formaları 
 
 
- 27 -
lokal  elm  strukturları  əsl  elm  sayıla  bilməz.  Böyük 
elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri 
dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin 
və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə 
xəttindən geridə qalanlar müasir elmi prosesə qoşul-
mayaraq  yalnız  artıq  keçilmiş  yolların  künc-buca-
ğında  yer  tuta  bilərlər,  lakin  bu,  elm  hesab  edilə 
bilməz. 
Müəyyən bir xalq və  ya ölkə üçün elm  yalnız 
ayrı-ayrı  adamların  mənəvi  tələbatı,  intellektual əy-
ləncəsi  olmayıb,  sənayenin,  təsərrüfatın,  ümumiy-
yətlə  istənilən  ictimai  fəaliyyət  sahəsinin  inkişafına 
xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-
tədqiqat  sahələri  ilə  müxtəlif  praktik  fəaliyyət  sa-
hələri arasında isə bir körpü olaraq müvafiq texnika 
və  texnologiya  sahəsi  dayanır.  Bu,  olduqca  böyük, 
bütün ölkə miqyasında həyata keçən mürəkkəb icti-
mai prosesdir. Lakin bütöv bir ölkə, hətta ən böyük 
ölkələr üçün də müstəqil elm məkanından danışmaq 
mümkün  deyil.  Hətta,  keçmiş  SSRİ  kimi  nəhəng 
ölkə də özünün tam müstəqil elmini yarada bilmədi. 
Ona  görə  də,  hər  bir  ölkə  öz  elm  strategiyasını  im-
kanlarına  uyğun  olaraq  qurmalıdır.  Bu  baxımdan, 
Azərbaycan öz miqyası ilə müqayisədə xeyli böyük 
elmi  potensiala  malikdir.  Bu  potensialın  yaranma-
sında Elmlər Akademiyasının böyük rolu olmuşdur. 
Hazırda  Azərbaycan  elmin  bir  sıra  sahələrində  bü-
tün  dünya  miqyasında  qabaqcıl  mövqe  tutur.  Bu 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 28 -
uğurların səbəblərini araşdırmaq və onları möhkəm-
ləndirmək lazımdır.  
Biz  Milli  Elmlər  Akademiyasının  statusunun 
daha  da  yüksəldilməsi,  nüfuzunun  artması,  burada 
əsl  elmi  yaradıcılıq  atmosferinin  bərpa  olunması 
tərəfdarıyıq.  Bu  gün  ən  vacib  məsələlərdən  biri 
Akademiyaya  seçkilərin  müntəzəm  elmi  meyarlar 
əsasında keçirilməsi, onun özəyini təşkil edən həqi-
qi və müxbir üzvlərin nisbətən gənc, istedadlı alim-
lər hesabına artırılması, sönməkdə olan yaradıcı mü-
hitin  bərpa  olunması,  Akademiyanın  ümumi  yığın-
cağının  və  Rəyasət  Heyətinin  səlahiyyətlərinin  artı-
rılmasıdır. Bu gün cəmiyyətdə “akademik” imicinin 
bərpasına  böyük  ehtiyac  vardır.  Ümumiyyətlə,  cə-
miyyətdə  nüfuzlu  elm  adamlarının,  böyük  intellekt 
sahiblərinin  fikri  nə  qədər  çox  nəzərə  alınsa,  bir  o 
qədər  yaxşıdır.  Lakin  elmin  inkişafını  yalnız  Milli 
Elmlər  Akademiyası  ilə  bağlamaq  qüsurlu  yanaş-
madır.  Çünki  bu  inkişaf  həm  təhsil  sistemi  ilə,  xü-
susən  də  ali  məktəb,  magistratura  və  doktorantu-
radakı  fəaliyyətlə,  həm  müasir  texnologiyaya  əsas-
lanan  sənayenin  inkişafı  ilə,  həm  də  digər  fəaliyyət 
sahələrinin  nəzəri  səviyyədə  dərk  olunması  təşəb-
büsləri  ilə  sıx  surətdə  bağlıdır.  Bu  təşəbbüslər  çox 
müxtəlif  təşkilati  formalarda  həyata  keçirilir.  Keç-
miş  SSRİ-də  elmin  inkişafı  əsasən  Elmlər  Akade-
miyası  ilə  ona  görə  bağlanırdı  ki,  MEA-nın  yeganə 
fəaliyyət  sahəsi  elmi  tədqiqat  idi.  Lakin  qarışıq  sa-


Elm  və onun təşkilati formaları 
 
 
- 29 -
hələrdə  də  elmin  öz  payı  var.  Lakin  çox  təəssüf  ki, 
bəzi Akademiya funksionerləri qətiyyətlə iddia edir-
lər ki, guya MEA-dan başqa heç yerdə, o cümlədən 
universitetlərdə  əsl  elmi  yaradıcılıq  mühiti  ola  bil-
məz. Bu, çox səhv təsəvvürdür. Çünki elmi mühitsiz 
təhsil müəssisəsi universitet sayılmamalıdır. Univer-
sitetin başqa ali məktəblərdən əsas fərqlərindən biri 
də onun nəzdində elmi-tədqiqat institutlarının olma-
sıdır.   
İndi biz müstəqil Azərbaycan Respublikasında 
elmin  inkişaf  perspektivlərini  araşdırarkən  köhnə 
təşkilati  formalar,  onların  müsbət  ənənələrinə  hör-
mətlə yanaşmaqla bərabər, yeni, zamanın tələblərinə 
daha çox cavab verən optimal təşkilati formalara da 
biganə qalmamalıyıq. Qanunların məqsədi yaradıcı-
lıq axtarışlarının, o cümlədən təşkilati forma axtarış-
larının məhdudlaşdırılması deyil, əksinə, fayda verə 
biləcək  istənilən  yeni  formaya  hüquqi  imkan  veril-
məsi  olmalıdır.  Bu  baxımdan  biz  elm  və  təhsilin 
birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən 
ümumi  prinsipləri  ön  plana  çəkməyə  və  süni  məh-
dudiyyətləri aradan götürməyə çalışmalı, bürokratik 
mexanizmləri  sadələşdirməliyik.  Xatırlatmaq  istər-
dim  ki,  Milli  Elmlər  Akademiyası,  heç  şübhəsiz, 
Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xid-
mətləri olan, böyük kadr potensialına malik nəhəng 
bir qurumdur. Ona görə də yarım əsr ərzində topla-
nılmış təcrübəni nəzərə almadan yeni bir qurum ya-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə