Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   35   36   37   38   39   40   41   42   43

Elm və təhsil 
 
 
- 171 -
zədlik  dissertasiyasına  uyğun  gəlir.  Sovet  sistemin-
dəki  doktorluq  dissertasiyasının  müdafiəsi  isə  Qərb 
modelində  sadəcə  olaraq  mövcud  deyil.  Görünür, 
artıq  alim  adını  almış  adamın  yenidən  kürsüyə 
çıxarılaraq imtahan edilməsinə ehtiyac duyulmur. 
 
 
Elmi səviyyənin dərəcələnməsi problemi 
 
Sovet təhsil sistemində ali ixtisas təhsili almaq 
istəyənlərin  hamısı  üçün  ümumi  olan  beş  illik  ali 
təhsildən  sonra  elmi  yaradıcılıq  yolunu  seçənlər 
üçün  üç  illik  aspirantura  təhsili  nəzərdə  tutulurdu. 
Aspirantura  təhsilin  ən  yüksək  pilləsi  idi.  Düzdür, 
namizədlik  dissertasiyasını  müdafiə  etdikdən  sonra 
daha bir dissertasiya yazıb müdafiə etmək – "elmlər 
doktoru"  adını  almaq  mümkün  idi.  Lakin  bunun 
üçün xüsusi bir təhsil pilləsi yox idi. "Doktorantura" 
sözü  formal  xarakter  daşıyırdı  və  görünür,  Qərb 
dünyasında  aspiranturaya  adekvat  təhsil  pilləsi 
"doktorantura" adlandırıldıqdan  sonra bu söz bizdə 
də leksikona daxil olmuş, lakin başqa mənada işlən-
mişdir.  Bu  söz  doktorluq  dissertasiyası  adı  ilə  səs-
ləşdiyindən,  guya  aspiranturadan  sonrakı  təhsil  tə-
səvvürü yaradırdı. Əslində isə belə təhsil pilləsi heç 
sovet  dövründə  də  yox  idi.  Doktorluq  dissertasi-
yasını  bir  qayda  olaraq  ali  məktəblərdə  dərs  deyən 
və  ya  elmi-tədqiqat  institutlarında  elmi  işçi  kimi 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 172 -
çalışan 
elmlər 
namizədləri 
müstəqil 
surətdə 
yazırdılar.  Bunun  üçün  sadəcə  olaraq  dissertasiya 
mövzusunun  Elmi  Şurada  təsdiq  olunması  kifayət 
idi.  "Doktorantura"  imitasiyasını  yaradan  isə  çox 
vaxt  bir  illik  yaradıcılıq  məzuniyyətləri  və  ya 
paytaxtdakı tədqiqat mərkəzlərinə müxtəlif müddət-
li  yaradıcılıq  ezamiyyətləri  olurdu.  Bu  isə,  təbii  ki, 
təhsil pilləsi kimi başa düşülə bilməzdi. Çünki dok-
torluq  dissertasiyasının  yazılması  dövründə  iddiaçı-
ya nəinki dərslər keçilməsi nəzərdə tutulmurdu, həm 
də  müəllim-şagird  münasibətini  xatırlada  biləcək 
rəhbər-iddiaçı münasibəti də  yox idi. Başqa  cür  ola 
da bilməzdi. Artıq elmi yaradıcılıq vərdişi qazanmış 
və  alimlik  dərəcəsi  almış  adama  yenə  də  rəhbərlik 
etmək,  ona  tədqiqat  yolunu  göstərmək  sadəcə  ola-
raq,  onun  elmi  yaradıcılıq  müstəqilliyinin  əlindən 
alınması olardı. 
Elmi-tədqiqat  sahəsində  bizdən  xeyli  irəlidə 
gedən  Avropa  ölkələrində,  ABŞ-da  və  Yaponiyada 
öyrətmək  adı  ilə  tədqiqatçını  daha  çox  çərçivələrə 
salmaq deyil, tədqiqatçıya daha çox müstəqillik ver-
mək, onun sərbəstlik dərəcəsini artırmaq üçün yollar 
axtarılır. Bu ölkələrdə elmi dərəcələrin verilməsi sə-
lahiyyəti də bizdəki kimi çoxpilləli bürokratik struk-
turlara  deyil,  Elmi  Şuraların  kompetensiyasına  aid-
dir.  Elmi  dərəcələr  və  adlar  bütün  ölkə  miqyasında 
vahid  standartlar  və  meyarlar  əsasında  eyni  bir  ko-
missiya  tərəfindən  deyil,  müxtəlif  universitetlərin 


Elm və təhsil 
 
 
- 173 -
Elmi Şuraları tərəfindən verildiyindən iddiaçı seçim 
imkanına malikdir. Belə ki, hər hansı bir komissiya, 
Elmi  Şura  iddiaçının  nailiyyətini  qiymətləndirmirsə 
və  burada  subyektiv  amillər  varsa,  iddiaçı  başqa 
universitetdə, başqa komissiya qarşısında öz şansını 
reallaşdırmaq  imkanına  malikdir.  Bizim  ölkədə  isə 
Ali  Attestasiya  Komissiyası  deyilən  mərkəzləşmiş 
qurum  subyektivlik  göstərərsə,  iddiaçının  heç  bir 
seçim imkanı qalmır.  
Təhsil  haqqında  yeni  qanunda  təhsillə  bağlı 
elə bir ciddi yenilik gözə dəyməsə də, elm və fəlsəfə 
ilə bağlı çox kəskin addımlar atıldı.  
Əvvəla,  elmi  fəaliyyət  və  elmi  səviyyənin 
göstəricisi olan dissertasiya müdafiələri və elmi də-
rəcələr bütövlükdə və tamamilə təhsilin strukturuna 
daxil edildi. Yəni elmi dərəcə almış bir şəxs hələ də 
ali təhsilini başa vurmamış sayılır və ali təhsilin da-
ha  yüksək  mərtəbəsinə  çatmaq  üçün  yeni  bir  təhsil 
pilləsinə  –  doktoranturaya  daxil  olaraq  təhsilini  da-
vam etdirməli və “elmlər doktoru” adını qazanmalı-
dır.  Lakin  biz  xalis  elmi  yaradıcılıq  prosesinin  təh-
sillə  qarışıq  salınması  üzərində  dayanmayaraq,  diq-
qəti  başqa,  ilk  baxışda  nəzərə  çarpmayan,  lakin  ol-
duqca mühüm bir məsələyə yönəltmək istəyirik. İn-
di  belə  bir  durum  yaranmışdır  ki,  alim  olmaq  istə-
yənlər  bu  haqqı  iki  dəfə  qazanmalıdırlar.  Əslində 
sovetlər dövründə də belə idi. Lakin biz guya islahat 
apararaq  Avropa  standartlarına  yaxınlaşmaq  istəyi-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 174 -
rik. Və buna görə də nə isə bir yenilik edirik. Amma 
diqqətlə  yanaşdıqda  məlum  olur  ki,  dəyişən  yalnız 
ad imiş. Əvvəllər “elmlər namizədi” adlanan dərəcə 
indi  Ph.D  –  “fəlsəfə  doktoru”  adlanacaqmış.  “Elm-
lər doktoru” isə  yenə elə öz  yerində qalırmış. Onda 
sual  oluna  bilər  ki,  heç  nə  dəyişməyibsə,  bizi  nara-
hat edən nədir? Bizi narahat edən odur ki, bu formal 
dəyişiklik  nəticəsində  biz  sadəcə  olaraq  bütün  dün-
yada qəbul olunmuş dəyərlər sisteminə hörmətsizlik 
nümayiş  etdiririk.  Belə  ki,  bütün  dünyada  (Rusiya 
və biz istisna olmaqla) elmin tarixən formalaşmış və 
hamı  tərəfindən  qəbul  olunmuş  meyarları  vardır. 
Əvvəllər öz elmi səviyyəsinə görə ən yüksək şəxslə-
rə magistr dərəcəsi verilmişdir. Və bu dərəcə sadəcə 
təhsil  pilləsi  kimi  deyil,  elmi  yaradıcılıq  səviyyəsi-
nin  təsbit  olunması  üçün  verilmişdir.  Bu,  elmdə  ən 
yüksək ad olmuşdur. Maraq üçün qeyd edək ki, Ru-
siyada  “namizəd”  anlayışı  məhz  magistrliyə  nami-
zəd  olmağı  göstərmişdir.  Sovetlərin  ilk  illərində  də 
bu  belə  davam  etmiş  və  yalnız  “magistr”  əvəzinə 
“elmlər doktoru” termini işləndikdən sonra “magis-
trliyə namizəd” də “elmlər namizədi” olmuşdur. La-
kin  Avropada  magistrlər  arasında  da  xüsusilə  seçi-
lən,  ən  yüksək  elmi  nailiyyətlər  əldə  edən  şəxsləri 
fərqləndirmək  üçün  yeni,  daha  yüksək  bir  pillə  dü-
şünülmüşdür.  Hər  bir  elm  sahəsinin  zirvəsi  həmin 
elmin  fəlsəfəsi  olduğuna  görə  bu  dərəcə  “fəlsəfə 
doktoru” adlandırılmışdır.  


Elm və təhsil 
 
 
- 175 -
Lakin  biz  nə  etdik?  Məhz  fəlsəfəyə  qarşı  bir 
hörmətsizlik nümayişi olaraq onu elmin aşağı pilləsi 
adlandırdıq. Ən absurd məqamlardan biri də odur ki, 
indi bizdə Ph.D dərəcəsi almış şəxslər elmin sonrakı, 
sən  demə,  daha  mötəbər  bir  səviyyəsinə  qalxmaq 
üçün  təzədən  təhsilini  davam  etdirməli  və  bunun 
üçün doktorantura deyilən ali təhsil formasının ikin-
ci  pilləsinə  qəbul  olunub  oxumalıdırlar.  Təhsil  qa-
nununda  təsbit  olunmuş  bu  məsələlər  bizdə  elm  ilə 
təhsil  arasındakı  ciddi  fərqlərin  hələ  də  başa  düşül-
mədiyini  göstərir.  Bir  o  çatmır  ki,  magistraturaya 
qəbul  “testləşdirildiyi”  kimi,  doktorantura  və  onun 
ikinci pilləsi də “testləşdirilsin” və alim hazırlanma-
sının heç bir ölkədə misli görünməmiş yep-yeni tex-
nologiyaları işə salınsın.  
Bunlar  hələ  sonranın  işidir.  “Qurudu  əzərik, 
ona da dözərik.” İndi isə bir daha «fəlsəfə doktoru» 
əhvalatından  danışmaq  istərdik.  Yeni  adlandırma 
sistemi  ilə  əlaqədar  KİV-də  maarifçilik  işi  aparıl-
madığından  bu  sahədə  terminlər  çox  vaxt  qarışıq 
salınır.  Bəzi  jurnalistlər  də  televiziyada,  mətbuatda 
keçmiş elmlər namizədlərini indi guya yeni adla ça-
ğıraraq, onları «fəlsəfə elmləri doktoru» kimi təqdim 
edirlər. Sən demə, ölkəmizdə hamı elə filosof imiş. 
Ölkəmizdə  elmi-tədqiqat  işlərinin  dəyərləndi-
rilməsi və  alimlərin qradasiyası sahəsində dissertasi-
yadan  başqa  göstəricilər,  ölçü  vahidləri  və  meyarlar 
demək olar ki, yox dərəcəsindədir. Bir elmlər dokto-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 176 -
runu başqasından fərqləndirən əsas əlamətlər, meyar-
lar  sistemi  işlənib  hazırlanmamışdır.  Daha  yüksək 
elmi  mərtəbə  hesab  olunan  Akademiya  üzvlüyü 
məsələsi  isə  seçki  əsasında  həyata  keçirildiyindən, 
yüksək  elmi  göstəricilərin  ekspertizası  və  bu  zaman 
tətbiq olunan “ölçmə mexanizmi” formalaşmamışdır.    
Mərkəzi  sistem  “elm  üçün  elm”  prinsipi  ilə 
formalaşır.  Yəni  burada  əsas  məqsəd  elmin  özünün 
qarşıya  qoyduğu  problemləri  həll  etməkdir.  Elmi 
işlərə  qiymət  verməyin  də  meyarları  məhz  “elm 
üçün  elm”  mövqeyindən  müəyyənləşdirilmişdir. 
Yəni  burada  elmi  işə  istehsalatda  tətbiqdən  və  iq-
tisadi  faydadan  daha  çox,  böyük  miqyaslı  elmi  ax-
tarışlarda rol oynaya bilmək, elmin özü üçün faydalı 
olmaq  baxımından  yanaşılır.  Bu  cəhət  məhz  fun-
damental  elmlər  üçün  səciyyəvidir.  Fundamental 
tədqiqatlar  tezcə  öz  praktik  tətbiqini  tapa  bilmə-
diyinə  görə,  onların  elmi  dəyərinin  qiymətləndiril-
məsi xüsusi metodika tələb edir. Bunun üçün müəy-
yən  bir  elmi  nəticəyə  gətirən  tədqiqat  prosesinin 
spesifikasından əlavə, bu nəticənin elmi biliklər sis-
temində tutduğu  yeri və  yeni nəzəriyyələr üçün oy-
nadığı potensial rolu dəyərləndirmək tələb olunur.
1
    
                                                 
1
 Daha  ətraflı,  bax:  С.С.Халилов.  Рецензия  на  книгу: 
«Проблемы  оценки  эффективности  фундаментальных  ис-
следований:логико-методологические аспекты» Ю.Б.Тата-
ринова. М., Наука, 1986 // Вопросы философии. 1988. № 5.   


Elm və təhsil 
 
 
- 177 -
Tətbiqi  elmlərdə  isə,  əlbəttə,  hədəf  elmin 
özündən daha çox, onun iqtisadi səmərəsidir. Lakin 
burada  da,  elmi  fəaliyyət  bir  neçə  mərhələni  əhatə 
etdiyinə  görə,  yekun  nəticə  alınana  qədər  aparılan 
tədqiqatlara  ancaq  elmin  öz  meyarları  baxımından 
qiymət  verilə  bilər.  Əlbəttə,  qiymətləndirmənin  ən 
etibarlı forması müvafiq sahə üzrə ən mötəbər alim-
lərin rəyidir. Yəni hər bir elmi iş ekspertizadan keçi-
rilir, onun elmi dəyəri məhz həmin sahənin mötəbər 
mütəxəssisləri  tərəfindən  qiymətləndirilir.  Əlbəttə, 
bu üsul daha etibarlı olardı, o zaman ki, mənəvi mü-
hit sağlam olaydı. Yəni  elmi tələblər  yeganə meyar 
olaydı. Ölkəmizdə və ümumiyyətlə Şərq dünyasında 
elmin  dəyərləndirilməsini  çətinləşdirən  ən  mühüm 
məsələlərdən  biri  məhz  obyektivliyin  və  prinsipial-
lığın çatışmamasıdır. Görünür bu səbəbdən də daha 
çox  dərəcədə  formal  göstəricilərə,  texniki  şərtlərə 
üstünlük  verilir.  Xüsusən  elmi  dərəcə  verilməsi  za-
manı  formalizm  mahiyyəti  üstələyir  və  istedadlı 
adamların elmə gəlişi çətinləşir.  
Maraqlıdır  ki,  ölkəmizdə  dissertasiya  işlərinə 
qoyulan  tələblər  bütün  qiymətləndirmə  formalarını 
əhatə  edir.  Yəni  elmi  işdən  həm  yeni  ideya,  həm 
kommunikasiya  (beynəlxalq  elm  şəbəkəsinə  daxil 
olmaq), həm aprobasiya, həm də tətbiqi nəticələr tə-
ləb olunur. Yəni dissertasiya işi böyük elm sistemi-
nin  modelinə  uyğun  surətdə  təsəvvür  olunur.  Hal-
buki,  hər  bir  konkret  tədqiqat  əsəri  böyük  elm  sis-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 178 -
teminin  əhatə  etdiyi  bütün  mərhələləri  özündə  əks 
etdirə bilməz. O, yalnız böyük zəncirin müəyyən bir 
halqasına uyğun gələ bilər. Yəni bu baxımdan özlü-
yündə  lokal,  bitmiş  bir  sistem  olan  tədqiqat  əsəri  – 
dissertasiya  işi  əslində  böyük  sistemin  bir  hissəsi 
kimi heç nəyə lazım olmur. Ona görə də, əksər hal-
larda  dissertasiya  işlərinin  arxivə  getməkdən  başqa 
bir  aqibətini  görmək  çətindir.  Halbuki,  elm  adamı-
nın  səviyyəsi  böyük  elmə  qatılma  dərəcəsi  və  bu 
prosesdə  rolu  ilə  müəyyənləşdirilməlidir.  Bizim  öl-
kədə  isə  ən  böyük  kəşf  də  etsən,  elmi  ideyanın  nə-
ticələri həqiqətən tətbiq olunaraq böyük iqtisadi sə-
mərə də gətirsə, ən mötəbər jurnallarda məqalələrin 
də çıxsa (amma bu məqalələrin sayı 20 deyil, tutaq 
ki, 17 olsa – halbuki Eynşteyn nisbilik nəzəriyyəsini 
cəmi bir məqalədə şərh etmişdi) elmi dərəcə ala bil-
məzsən.  Çünki  bunun  üçün  ancaq  formal  bir  pro-
sedur  yolu  keçilməli,  bütöv  elm  modeli  imitasiya 
olunmalıdır.  Bəli,  elm  olmayanda  onun  imitasiyası 
yerini tutur. Və belə bir şəraitdə ara-sıra böyük elmi 
işlər  görülürsə,  onlar  da  imitasiya  formalizminin 
baryerini keçə bilmir.  
Bu  dediklərimiz  ancaq  dissertasiyalara  qoyu-
lan tələblərlə bağlıdır. Bəs müdafiədən sonra? Son-
rakı  tədqiqatların  qiymətləndirilməsi  hansı  prinsip 
üzrə  aparılır?  Yəni  bizdə  elmi  ekspertizanın  hansı 
formaları  tətbiq  olunur?  İş  stajı,  ümumiyyətlə  mə-


Elm və təhsil 
 
 
- 179 -
qalələrin sayı, kitabların sayı və neçə-neçə dəyərsiz 
kitablar yığını... 
Bizdə hələ də elmlə elmi maarifçilik arasında-
kı  sərhəd  nəzərə  alınmır.  Səbəbi  isə  budur  ki, 
maarifçilik,  elmi  biliklərin  tədrisi  və  təbliği  heç  ol-
masa  kimə  isə  lazımdır.  Məsələn,  universitetlərdə 
əlavə  dərs  vəsaiti  kimi,  yaxud  da  intellektli  evdar 
qadınlar  üçün  elmi-kütləvi  ədəbiyyat  əvəzi  olaraq. 
Elm  adamlarının  isə  başqalarının  yazdığını  oxuma-
ğa vaxtları yoxdur, onlar ya rusdilli mənbələri oxu-
yub icmal düzəldir, başqalarının fikrindən yeni-yeni 
kitablar  yazır,  ya  da  pul  qazanmaq  üçün  əlavə  bir 
işlə məşğul olur. Hətta oxusalar da, heç kim tənqidi 
təhlil mövqeyindən oxumur. Azərbaycanda indi hət-
ta  müəyyən  ənənəsi  olan  ədəbi  tənqid  sahəsində  də 
“tənqid”dən əsər-əlamət yoxdur, o ki qala elmi ədə-
biyyata  münasibət  sahəsində.  Bir  sözlə,  “heç  kim 
heç  kimin  kitabını  oxumur”.  Görünür  elə  buna  gö-
rədir ki,  çıxan kitabların böyük əksəriyyəti elmi  ki-
tabxanalara göndərilmir.  
Yaranmış  belə  vəziyyət  elmi  meyarlara  ye-
nidən  baxılmasını,  elmi  ekspertiza  işinin  daha  sə-
mərəli təşkili üçün tədbirlər görülməsini, elmin əla-
qələndirilməsi  sahəsində  yaranmış  boşluğun  aradan 
qaldırılmasını və s. bu kimi operativ tədbirlərin ger-
çəkləşdirilməsini  tələb  edir.  Yəni  ölkəmizdə  heç 
olmasa  nisbi  müstəqil  elm  sistemindən  danışmaq 
istəyiriksə,  bunun  üçün  ilk  növbədə  sistemliliyi 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 180 -
təmin  edən  şərtlər  ödənilməlidir.  Bəs  bu  şərtlər 
nədən ibarətdir? Elm digər fəaliyyət sahələrindən nə 
kimi spesifik əlamətlərlə fərqlənir? Bax, bu suallara 
cavab tapmaq üçün bizcə, dünyada artıq 50 ildir ki, 
bəlli  olan  elmşünaslıq  fənninin  heç  olmazsa  əsas 
prinsiplərini mənimsəmək lazımdır.
 
 


 
 
 
 
 
 
 
 
Son söz əvəzi 
 
Bütün ölkə miqyasında  elmi fəaliyyət qurum-
larının uçotu, mövcud durumun ölkəmizdə elmin in-
kişaf  konsepsiyasına  uyğunluq  dərəcəsinin  dəyər-
ləndirilməsi,  elmi  institutların  yenidən  bölüşdürül-
məsi  və  sistemləşdirilməsi  bu  sahədə  qarşıda  duran 
əsas vəzifələrdəndir. 
Nəzərə  alınmalıdır  ki,  elmi  tədqiqat  işi  bir 
şeydir, onun idarə olunması, ölkənin ictimai-iqtisadi 
həyatı  ilə  əlaqələndirilməsi,  sosial  tələbatın  nəzərə 
alınması, optimal maliyyə sisteminin tətbiqi və s. bu 
kimi  məsələlər  tamamilə  fərqli  şeylərdir.  Ona  görə 
də,  bu  sonuncuların  elmi  tədqiqat  müəssisəsinin 
özünə  həvalə  edilməsi  tamamilə  müxtəlif  xarakterli 
fəaliyyət  sahələrini  eyni  mərkəzdən  idarə  etmək  tə-
şəbbüsüdür ki, bu da çətin ki, müsbət nəticə versin. 
Bunu nəzərə alan ölkələr elmin idarə olunması üçün 
ayrıca  bürokratik  qurumlar  yaradırlar.  Əksər  ölkə-
lərdə  Elm  və  Texnika  Komitələri  və  ya  Elm  Nazir-
liyi, Elm və Təhsil Nazirliyi tipli qurumlar fəaliyyət 
göstərir.  Azərbaycan  SSRİ  tərkibində  olanda  elmi 
fəaliyyətlərin,  elm  və  texnikanın  əlaqələndirilməsi, 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 182 -
habelə  elmin  ictimai-iqtisadi  funksiyalarının  tən-
zimlənməsi SSRİ Nazirlər Kabinetinin Elm və Tex-
nika  Komitəsi  tərəfindən  həyata  keçirilirdi.  SSRİ 
EA isə ancaq elmi tədqiqatların daxili məzmunu ilə 
bağlı  məsələləri  əlaqələndirirdi.  Azərbaycan  müstə-
qillik  əldə  edəndən  sonra  elmi  texniki  fəaliyyət  sa-
həsinin  idarə  olunması  üçün  Elm  və  Texnika  Ko-
mitəsi  yaradıldı. Amma  bu qurumun fəaliyyəti hələ 
kifayət  qədər  formalaşmamış  ləğv  edildi.  Bundan 
sonra uzun müddət elmi idarəçilikdə bir boşluq özü-
nü  göstərdi.  Nazirlər  Kabinetinin  şöbəsi  təbii  ki, 
belə  bir  geniş  miqyaslı  funksiyanın  yerinə  yetirə 
bilməzdi.  Çıxış  yolu  kimi  Elmlər  Akademiyasının 
səlahiyyətləri  genişləndirildi  və  AMEA-nın  Nizam-
naməsinə  görə,  bütün  ölkə  miqyasında  elmi  fəaliy-
yətin əlaqələndirilməsi işi ona tapşırıldı. Lakin təbii 
ki, Akademiya elmi müəssisə olmaqla və əsas funk-
siyası elmi fəaliyyət olduğuna görə, öz təbiətinə uy-
ğun  olmayan  belə  bir  idarəçilik  funksiyasını  yerinə 
yetirə  bilmədi.  Hətta  o  bunu  etmək  istəsə  də,  bu 
məqsədlə Akademiyaya  geniş çeşiddə ştat vahidləri 
və əlavə vəsait tələb olunur. 
Beləliklə,  həm  Təhsil  Nazirliyi  sistemində, 
həm sahə elmlərində, həm də Elmlər Akademiyasın-
da təşkilatı islahat aparılmasına, daha doğrusu, onla-
rın  nisbi  müstəqilliyini  qalmaqla  vahid  mərkəzdə 
birləşdirilməsinə böyük ehtiyac vardır.  


 
 
 
 
 
 
 
 
M ü n d ə r i c a t 
 
Ön söz ................................................................ 
3
 
Elm və onun təşkilati formaları ...................... 
7
 
Elm və cəmiyyət ........................................................ 7 
Elmi  potensialın qorunub-saxlanması zərurəti .... 11 
Fundamental və tətbiqi elmlər ............................... 22 
Elm və praktika ....................................................... 31 
AMEA və digər akademiyalar ................................ 38 
Elmlər Akademiyası  və  Yazıçılar Birliyi .............. 48 
Elm, ideologiya və dövlətçilik şüuru ............ 
53
 
İ
ctimai elmlərə iki fərqli münasibət ....................... 55 
Elmə sosial sifariş ................................................... 72 
Fəlsəfə və ictimai elmlər ......................................... 81 
İ
qtisadiyyat, elm və ideologiya ............................... 90 
Humanitar sahə və humanitar elmlər ................. 106 
     
Elm: insandan kainata və geriyə –                       
insan rifahına ............................................................ 110 
Elm: mənəvi və praktik meyarlar ......................... 113 
Elm və təhsil ................................................. 
115
 
Təhsil müəssisəsində elmi fəaliyyət...................... 116 
Ali təhsildən sonrakı təhsil və gənclərin elmi ...... 132 
tədqiqata cəlb olunması ........................................ 132 
Elmi kadrların yetişdirilməsində                            
təhsilin rolu ................................................................ 143 


 
 
- 184 -
Akademiya ilə universitetlərin fəaliyyəti 
ə
laqələndirilməlidir .................................................... 154 
Təhsil və elmin hüquqi tənzimlənməsi................. 162 
Elmi səviyyənin dərəcələnməsi problemi ............. 171 
Son söz əvəzi .................................................. 
181
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə