Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 55 -
 
İ
ctimai elmlərə iki fərqli münasibət 
 
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda 
dövlət  quruculuğu  sahəsində  qazanılmış  böyük 
nailiyyətlər,  ölkədə  ictimai-siyasi  sabitliyin  təmin 
edilməsi, sonrakı illərdə  iqtisadiyyatın hərtərəfli in-
kişafı və bu sahədə keçid mərhələsinin başa çatdırıl-
ması  indi  qarşımızda  açılan  yeni  inkişaf  mərhələ-
sindən xəbər verir. Bu yeni mərhələdə uğurlu strate-
giya  hazırlaya  bilmək  üçün  ölkənin  bütün  intellek-
tual  potensialının  səfərbər  olunması  və  vahid  məq-
səd ətrafında birləşdirilməsinə böyük ehtiyac yaran-
mışdır.  Yeni  dövr  bütün  dünyada  olduğu  kimi, 
Azərbaycanda  da  qabaqcıl  ideyaların,  intellektin 
prioritetliyi  dövrüdür.  Artıq  yüksək  iqtisadi  bazis 
yaratdıqdan sonra Azərbaycan dövləti bu yeni təməl 
üzərində  inkişaf  etmiş  ölkələrə  xas  olan  ictimai  tə-
rəqqi  modelinə  keçmək  əzmində  olduğunu  sübuta 
yetirməlidir.  “Biliklərə  əsaslanan  cəmiyyət”  modeli 
ABŞ, Yaponiya və bir sıra Avropa ölkələrində artıq 
özünü  doğrultmuş  və  yeni  inkişaf  perspektivləri 
açmışdır.  Əlbəttə,  bu  modelin  əsasında  ilk  növbədə 
dəqiq elmlərin, təbiətşünaslığın uğurlu tətbiqi sayə-
sində  texniki  elmlərin  və  yeni  texnologiyaların  in-
kişaf  etdirilməsi,  elmi-texniki  inqilabın  nailiyyətlə-
rinə  əsaslanan    elm  tutumlu  sənayenin  xüsusi  çəki-
sinin artırılması, təsərrüfatın bütün sahələrində  yeni 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 56 -
informasiya  texnologiyalarından  istifadə  edilməsi 
dayanır.  Yəni  burada  söhbət  humanitar  və  ictimai 
elmlərdən  deyil,  fundamental  və  tətbiqi  elmlərdən, 
habelə  texniki  innovasiyalardan,  yeni  texnologiya-
lardan, nou-haulardan gedir.  
Onda sual oluna bilər ki, biz bu yeni mərhələ-
yə  qədəm  qoymaq  istəyərkən  nəyə  görə  elə  birbaşa 
təbiət  elmlərindən  deyil,  humanitar  və  ictimai  elm-
lərin vəziyyətinə münasibətdən başlamalıyıq? 
Bax, ən əsas məsələ də elə budur ki, cəmiyyə-
tin  ümumi  inkişaf  tendensiyalarını  araşdırmadan, 
yaşadığımız  dövrün  ümumi  səciyyəsini  vermədən, 
hər  bir  intensiv  iqtisadi və  texnogen  inkişaf  mərhə-
ləsindən  sonra  cəmiyyətin  daxili  ahəngini  təmin  et-
mək  üçün  xüsusi  tədbirlər  görmədən,  yeni  keyfiy-
yətli  elmi-texniki  və  iqtisadi  islahatlara  başlanması 
arzu  olunan  nəticələrə  gətirməyə  də  bilər.  Biz  tex-
niki  inkişafdan  daha  dəyərli  olan  mədəni-mənəvi 
sərvətlərimizi risk altına ata bilmərik.   
Ona görə də, böyük iqtisadi reformaları bütün 
nailiyyətlərin əsasında dayanan insan amilini nəzər-
dən  qaçırmadan,  texnogen  sivilizasiyanın  birtərəfli 
qaydada  inkişafından  dolayı  mənəvi  dəyərlərin  sı-
xışdırılmasına  yol  vermədən  həyata  keçirmək  tələb 
olunur.  Amma  yaranan  vəziyyətin  təhlili  nə  göstə-
rir?  Böyük  iqtisadi  nailiyyətlər  müqabilində  huma-
nitar  və  ictimai  elmlər  sahəsində  inkişaf  tempi  çox 
aşağıdır  və  cəmiyyətimizin  ahəngdar  tərəqqisinə 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 57 -
nail olmaq üçün humanitar düşüncənin rolunun artı-
rılmasına  böyük  ehtiyac  hiss  olunur.  Bax,  noyabrın 
21-də  keçirilən  müşavirədə  akademik  Ramiz  Meh-
diyevin  irəli  sürdüyü  məsələlər  də  bu  ehtiyacın  tə-
min olunmasına yönəlmişdir.   
Lakin ictimai elmlərin rolu və əhəmiyyəti mə-
sələsi  nəinki  adi  şüur  səviyyəsində,  hətta  qabaqcıl 
elm  adamlarımızın  baxışlarında  da  öz  əksini  çox 
vaxt  düzgün  tapmır.  Qloballaşmanın  bayraqdarları 
olan  Qərb  dairələri  tərəfindən  yeridilən  ideologiya 
şüurların daha çox rasionallaşdırılmasına, “elm” adı 
altında da əsasən təbiətşünaslığın və texniki  elmlə-
rin  nəzərdə  tutulmasına  çalışır.  Elmin  ümumbəşəri 
xarakteri,  yəni  bütün  planet  miqyasında  yeganə  bir 
elm olması, bu qlobal  elmin məhz ən güclü dövlət-
lərin maraqlarına xidmət etməsi üçün şərait yaradır. 
Kiçik dövlətlər böyük dövlətlər tərəfindən idarə olu-
nan  elmi  proseslərə  ancaq  köməkçi  qismində  qatıla 
bilir.  Bəşəriyyətin  bütün  intellektual  potensialının 
vahid  mərkəzdən  idarə  olunması  bir  neçə  vasitələri 
ilə həyata keçirilir. Bunlardan biri “beyinlərin axını” 
prosesidir. Yəni mühitsizlik ucbatından bütün xalq-
ların  istedadlı  alimləri  gözəl  elmi  mühit  yaradılmış 
ölkələrə  axışır.  Digər  bir  üsul  isə  istedadlı  alimləri 
elə  öz  ölkələrində  işlətmək,  böyük  layihələrin  qol-
budağını  “milli  elm”  illüziyası  yaratmaq  iddiasında 
olan dövlətlərin öz maddi vəsaiti və intellektual po-
tensialı  hesabına  həyata  keçirməkdir.  Onsuz  da  bu 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 58 -
“qol-budaq” müstəqil surətdə tətbiq olunmaq imka-
nına  malik  deyil.  Böyük  elmin  faydasını  ancaq  bö-
yük dövlətlər görə bilirlər.  
Bəs “öz elmi” olmaq iddiasında olan və olma-
yan  xalqların  ümumbəşəri  elmin  nailiyyətlərindən 
faydalanmaq  imkanları  nə  dərəcədə  fərqlidir?  Bu, 
xüsusi bir sualdır. Biz belə incəliklərə və təfərrüata 
getmədən,  sadəcə  bu  fikri  vurğulamaq  istəyirik  ki, 
istənilən  sahədə  olduğu  kimi,  ümumbəşəri  elmdən 
faydalanmaq məsələsində də milli maraqların müəy-
yənləşdirilməsi ancaq fəlsəfənin və ictimai elmlərin 
köməyi  ilə  mümkündür.  Bu  baxımdan,  ölkəmizdə 
müxtəlif  elm  sahələri  arasında,  xüsusən  fəlsəfə,  tə-
biət  elmləri  və  cəmiyyətşünaslıq  arasında  optimal 
münasibətlərin  müəyyənləşdirilməsinə  böyük  ehti-
yac  vardır.  “Azərbaycan”  qəzetinin  bu  məsələlərə 
diqqət  göstərməsi  də,  bizcə,  təqdirəlayiq  bir  haldır 
və  zamanın  tələbi  kimi  dəyərləndirilməlidir.  Aka-
demik  Fikrət  Əliyevin  Dr.  Şahin  Ağayevlə  birlikdə 
yazdığı  “Elmi  kadr  hazırlığının  problemləri”
1
 adlı 
məqaləsində həqiqətən bir sıra ciddi problemlərə to-
xunulmuş, ən azı statistik göstəricilər haqqında mə-
lumat  verilmiş,  ölkəmizdə  təbiət  və  ictimai  elm  sa-
hələrində mövcud duruma ümumi nəzər salınmış və 
bu  sahələr  arasında  konkret  rəqəmlər  əsasında  mü-
qayisələr aparılmışdır. Məqalədə aparılan təhlillərin, 
                                                 
1
 “Azərbaycan” qəzeti, 26 noyabr, 2010. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə