Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə23/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

 
106
Fərqinə varsaq bir qədər
    görərik nəticəsini oxşar, bənzər. 
Var məğruru, fədakarı, ləyaqətlisi, 
      var sadəsi, işgüzarı, səxavətlisi. 
Həmişə ucadan gəlsin, 
                             qoy onların səsi. 
Var qorxağı, axmağı, xəsisi, 
var yaltağı, köləsi, xəbisi. 
Çiynində baş yaşatmır, 
                       kəllə daşıyır beləsi. 
Şərəfsiz yaşamaqdansa, 
                      insan öləsidir, öləsi. 
 
 
 
BOĞAZDAN YUXARI NİTQ SÖYLƏYƏNLƏR 
 
Siz ey, yerli-yersiz mədh deyənlər
haqqı sındıranlar, şəri öyənlər. 
Əyri sözləriylə düzü əyənlər, 
boğazdan yuxarı nitq söyləyənlər. 
 
Hər gün kürsülərdə, hər gün efirdə, 
fərqi yox, Vətəndə, ya da səfərdə. 
Çaşdırın kütləni növ-növ tədbirdə 
boğazdan yuxarı nitq söyləyənlər. 
 
Yalançı nitqlərdə pəhləvan olduq, 
yalançı nitqlərdə qəhrəman olduq. 
Yalan dinləməkdən bədgüman olduq 
boğazdan yuxarı nitq söyləyənlər. 
 
Bir yol kişiləşin, bir yol durun da
yetsin bəlkə sonu bu azarın da. 
Daha söz qalmadı söz bazarında, 
boğazdan yuxarı nitq söyləyənlər. 


 
107 
Tutmasın şan-şöhrət, qoy gözünüzü, 
yetər aldatdınız öz-özünüzü. 
Nə vaxt eşidərik düz sözünüzü, 
boğazdan yuxarı nitq söyləyənlər? 
 
Bəsdirin, yığdığınız bizi boğaza,  
bu yolla çox şeyi verdik güdaza. 
İndi, ta üz tutun Aya, ulduza 
boğazdan yuxarı nitq söyləyənlər. 
                                                             1991 
 
 
 
ALLAH QOYSA 
 
Uşaq ikən arzuların qanadında böyüyürdüm, 
ən adi bir sevincimlə, uğurumla öyünürdüm. 
Hər fikrimi, niyyətimi 
ilk olaraq mən anama danışardım: 
Böyüyəndə kim olaram, nə edərəm. 
Hər hissimi, hər duyğumu söyləməyə çalışardım. 
Hər dəfə də mənim yüz cür istəyimə 
anam ancaq bir ifadə işlədərdi: 
Allah qoysa! 
Nə söyləsəm – Allah qoysa, 
nə istəsəm – Allah qoysa! 
Bu minvalla mənim uşaq yaddaşımda 
iz salmışdı «Allah qoysa», 
Ümidimin, gümanımın fəzasına 
yol tapmışdı «Allah qoysa». 
İllər ötdü, mən böyüdüm, 
ömür yetdi yaşın yetkin hissəsinə. 
Xəyal uçdu istəyimin zirvəsinə. 
Könlüm quşu qanadlandı, butalandı duyğularım, 
ürəyimdə yüz həvəsim, coşub-daşdı qayğılarım. 
Həyat məni azdıraraq qoydu yolun yarısında, 
acı ruzgar sıxdı, əzdi, məngənələr arasında. 
Bir səs verən tapılmadı harayıma, «hey» səsimə, 


 
108
təslim oldum zaman adlı bir hakimin diktəsinə. 
Unuduldu uşaqlığım, neçə arzum, neçə andım, 
istəyimin qarşısında sarsılaraq mən utandım. 
Bir zamanlar ürəyimdə gecə-gündüz at çapan «söz», 
məni tez-tez Məlikməmməd nağılına aparan «söz» 
əriyərək cılızlaşdı, adiləşdi bir anlığa, 
çıxarmadı bir arzumu qaranlıqdan aydınlığa. 
Nə fanatam, nə dindaram, nə sufiyəm, nə romantik
hər kəlməmdə, hər duyğumda var bir azca həyatilik. 
Ürəyimdə bir az boşluq, bir az ümid, bir az inam, 
taleyə həm inanır, həm inanmıram. 
Odur hərdən qayğı ilə gözləyirəm yeni ayı, yeni ili, 
nə Allahın xoş sabahı görünməyir,  
                                       nə arzumun son mənzili. 
 
 
 
MƏN BU CÜR İNSANAM.. 
 
Həmişə cəsarəti və xarakteri ilə seçilən bir dostumuz, əza 
məclislərinin birində, sahə naziri içəri daxil olarkən, ətrafına 
rəğmən, ayağa durmur. Onun bu hərəkətini özünə qarşı ehtiram-
sızlıq kimi qəbul edən nazir bərk əsəbləşir. 
Dostumuz isə heç nə olmayıbmış kimi, nazir üçün farağat du-
ran ətrafındakıların məzəmmətinə bu cür cavab verir: 
–    O, Prezident deyil ki, gəlişi ilə hamını ayağa qaldırsın. 
Bura el məclisidir və hərə özünə görə bir evin ixtiyar kişisidir.  
Sonralar bu qərarına görə başı çox ağrısa da, etdiyi hərəkət 
üçün həmişə rahatlıq hissi keçirirdi. 
 –  Əks halda, özüm öz məsləkimə kölgə salardım –  deyir.  
Tanrı Türkün yenilməz kişilərini qorusun! 
 
Mən həm çox sadəyəm, həm də çox sərtəm, 
kimsədən qorxum yox, mətinəm, mərdəm, 
alar cavabını kim olsa, o dəm, 
çaşıb qürurumla oynayan görsəm, 
mən bu cür insanam, tərs oğlu tərsəm. 


 
109 
Əslim var, köküm var işıqlı, əzəm, 
haqqım var başı dik, üzü ağ gəzəm. 
Rəqiblə Boz qurdtək durram göz-gözə, 
bu cür öz sonrakı nəslimə dərsəm, 
mən bu cür insanam, tərs oğlu tərsəm. 
 
Mənim bir üzüm var, hər üzə gülməz, 
ağlımdan keçməyən dilimə gəlməz. 
Əlbət, bu hissimi anlaya bilməz 
şərəfsiz, ağlı kəm ya duyğusu kəm, 
mən bu cür insanam, tərs oğlu tərsəm. 
 
O nə Prezitentdi, nə də hakimdi, 
nazirdi, alimdi, olsun, hər kimdi. 
Mənimçün sıradan bir kəsdi, kimdi? 
Sınaram, onunçün ayağa dursam, 
mən bu cür insanam, tərs oğlu tərsəm. 
 
Hərdən dilim olub özümə qənim
hərdən xarakterim qatı düşmənim. 
Hər dəfə artdıqca dodaq büzənim 
məndən gen dolanıb nə qədər sərsəm, 
mən bu cür insanam, tərs oğlu tərsəm. 
 
Çox üzlər görmüşəm bu çox yaşımda, 
neçə qəza-qədər ötüb başımdan. 
Heç vaxt olmamışam şər savaşında, 
əslimdən dönərəm bu cür iş görsəm, 
mən bu cür insanam, tərs oğlu tərsəm. 
 
Ərsoyam, özümə görə ad-sanım, 
belə yaşamışam, bu yaşda sınım? 
Hələ paslanmayıb qılıncım, qınım, 
ölərəm, özümü alçalmış görsəm, 
mən bu cür insanam, tərs oğlu tərsəm. 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə