Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   2   3   4   5   6   7   8   9   ...   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

17 


Atropat Midiyasının ən iri tayfalarından biri — midiyalıların 

(madahların) dini görüşlərinin daşıyıcısı olan maqlar od kultunun 

xidmətçi kahinləri, zərdüşti təlimini təbliğ edənlər və qədim 

ənənələrin, Avestanın müqəddəs kitablarının qoruyucusu olmuşlar. 

Alimlərin bir çoxu Əhəməni sülaləsinin ilk şahlarının zərdüştiliyi 

maqlardan götürdüklərini ehtimal edir. 

 

Midiya, sonralar isə Atropatenanın mənəvi və ümumiyyətlə mədəni 



həyatında maq kahinlərin (atravanların) əhəmiyyəti çox böyük 

olmuşdur. Atropatenanın başında e.ə. 4-cü əsrdən başlayaraq 

teokratik hakim Atropat durmuşdur. Atropat şəxs adı deyildir, ona 

Avestada rast gəlinir və o, ―od qoruyucusu‖ mənasını bildirir. Bütün 

bunlar Atropatenanın hələ Sasanilərdən xeyli əvvəl zərdüştiliyin 

mərkəzi olduğunu sübut edir. 

Zərdüştilikdə odun və od kultunun əhəmiyyətini 

qiymətləndirməmək mümkün deyildir. Avestada və zərdüştilikdə od 

o qədər böyük rol oynamışdır ki, zərdüştiləri çox zaman 

―atəşpərəstlər‖ adlandırırlar. Od (Atar, sonralar Azər) ilahi ədalətin 

— Artanın (Avestada Aşa) ifadəsi, yaxud simvolu hesab olunurdu. 

Zərdüşti səcdəgahlarında odu sönməyə qoymur, ona səcdə edilir, 

onun şərəfınə məbədlər ucaldılırdı. 

 

Sasanilər dövründə maqların çoxluq təşkil etdiyi Atropatenada odun 



və od məbədlərinin rolu xüsusilə böyük olmuşdur. 3-7-ci əsrlərdə 

— zərdüştilik Sasanilərin rəsmi dövlət dini olduğu zaman Cənubi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

18 



Azərbaycanın rolu daha da artmış və o, üç əsr yarımlıq dövr ərzində 

zərdüştiliyin və zərdüşti kahinlərinin dayağına çevrilmişdir. Burada, 

Atropatenanın dini mərkəzi olan Şiz şəhərində Sasanilərin üç 

müqəddəs ziyarətgahından biri — şahın və döyüşçülərin od məbədi 

Adurquşnasp (Azərgüşnasp) yerləşirdi ki, buraya Sasani şahları 

tacqoyma mərasimindən sonra ziyarətə gəlirdilər. 

 

Son onilliklərin tədqiqatları zərdüştilik ideyalarının Şimali 



Azərbaycan ərazisində də dərin kök saldığını və geniş yayıldığını 

göstərir. 

 

Abşeronun bir çox yaşayış məskənlərində yanan təbii yanar qazlar 



— ―əbədi‖ odlar qədim zamanlardan buraya Şərqin müxtəlif 

ölkələrindən zərdüşti möminləri və zəvvarları cəlb etmişdir. Bu 

odlar Xəzərin sahili boyu təpələrin ətəklərində yanırdı, təbii odlar 

qrupu ətrafında yaranmış iri yaşayış məskəni isə tədricən müqəddəs 

odların ―yanar‖ paytaxtı — Bakı şəhərinə çevrilmişdir. Bir çox 

yerlərdə müqəddəs odları burada xeyli səcdəgah və od məbədləri 

yaratmış atəşpərəstlər qoruyurdular. Bakı şəhərinin adına Şərq 

müəlliflərində 10-cu əsrdən başlayaraq rast gəlinir, eramızın ilk 

əsrlərində (Sasanilər dövründə) isə o, hələ Baqavan şəhəri kimi 

tanınırdı. Qədim mərasim tikililərinin tədqiqatçısı D.Axundovbelə 

hesab edirdi ki, qədimdə bu şəhər Atəşi-Baquan (―Baquanın 

odları‖), yəni ―allah şəhəri‖, yaxud ―allahın yeri‖ adlanırdı və 

burada atəşpərəstlərin baş məbədlərindən biri — sonralar ―Qız 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

19 


qalası‖ adlandırılmış yeddisəcdəgahlı səkkizmərtəbəli qala-məbəd 

yerləşirdi. Bu möhtəşəm məbədi bəzi tədqiqatçılar Ahura 

Mazda (―müdrik allah‖), altı Ameşa Spenta (―ölməz müqəddəslər‖) 

və Mitra ilə əlaqələndirirlər. Qədimdə baş məbədin ətrafında 

mazdaizm və mitraizm panteonlarının allahlarına həsr edilmiş çoxlu 

sayda kiçik məbədlər və bütxanalar da mövcud olmuşdur. 

 

Midiyalılar və kaspilər kimi, albanlar da mitraizmin və mazdaizmin, 



sonralar isə zərdüştiliyin ardıcılları olmuşlar və onların abidələri də 

həmin dinlərin qanun və tələblərini təcəssüm etdirmişdir. Ayin və 

xatirə-mərasim tikililəri həmişə qədim kahin kanonları və 

göstərişlərinə əsasən inşa edilirdi. Bu mərasim tikililəri sonralar 

xristian və islam dinlərinin çoxlu sayda məbədlərinin və digər xatirə 

tikililərinin meydana gəlməsinin əsasını təşkil etmişdir. Mərasim və 

xatirə memarlıq abidələri, həmçinin, şübhəsiz ki, erkən və inkişaf 

etmiş orta əsrlərdə Albaniya incəsənəti özündə xristian, zərdüşti, 

mitraizm və islam dinlərinin elementlərini daşımışdır. Bu, onunla 

izah olunur ki, 4-cü əsrdə xristianlığı qəbul etmiş qonşu 

Gürcüstandan fərqli olaraq Albaniyada uzun müddət xalqın bir 

hissəsi zərdüştiliyə, mitraizmə və müxtəlif ayinlərə etiqad etməkdə 

davam edirdi. Musa Kalankatuklu Albaniyada xristianlığın üstün 

gəlməsini dəfələrlə qeyd etsə də, görünür, zərdüştilik Albaniya 

ərazisində kifayət qədər geniş yayılmışdır. Bunu həmin ərazidə 

aşkar edilmiş orta əsr məbədləri və od səcdəgahları bir daha sübut 

edir. 4-cü əsrdə (Sasanilər dövründə) Albaniyada məbəd memarlığı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

20 



müəyyən dəyişikliklərə məruz qalır: məbədin əsas otağı (bir qayda 

olaraq, dördbucaqlı zal) özünəməxsus günbəzşəkilli otaqla - ―dörd 

tağ‖, yaxud ―dörd hücrə‖ əvəz olunmuşdur. 

 

Albaniyada od məbədləri çox zaman ―atəşgah‖, 



yaxud ―çartaq‖ adlanırdı. Orta əsrlərə aid belə od məbədlərindən -

çartaqlardan biri Yuxarı Çardaqlar kəndi (Zaqatala rayonu) 

yaxınlığında aşkarlanmışdır; tədqiqatçıların fikrincə, onun 

yanında ―aşağı çartaq‖ da movcud olmuşdur. Memarlıq görkəminə 

görə Yuxarı Çardaqlardakı ―çartaq‖ Abşeron yarımadasındakı 

qədim od məbədlərinə çox yaxındır. Lənkəran rayonununQovuran 

kəndində tapılan od səcdəgahının Yuxarı Çardaqlardakı və 

Suraxanıdakı od səcdəgahlarına oxşarlığı da maraq doğurur. 

Qovuran kəndinin yerləşdiyi Muğan vilayətinin adı ―xalq 

etimologiyası‖nın nəticəsidir ―muğ‖ — ―maq‖ sözü ilə bağlıdır. 

Ərəb müəllifləri, o cümlədənƏbül Fida Muğan vilayətində çoxlu 

sayda maqların (atəşpərəstlərin) yaşadığı kəndlərdən bəhs edirlər. 

Eyni zamanda, Qovuran toponiminin etimologiyası da Gavuran – 

―gavurlar (gəbrlər) yeri‖ sözü ilə əlaqəlidir. Bu faktlar orta əsrlərdə 

Muğanda zərdüşti əhalinin mövcudluğunu təsdiqləyir. 

Arxeoloqların Dərbənd şəhəri yaxınlığında aşkarladığı bir neçə 

zərdüşti qəbirləri Azərbaycanın bu zonasında da zərdüştiliyin 

yayılmasını sübut edir.  

 

Qədim Suraxanı məbədləri və atəşpərəstləri haqqında burada 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə