Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   2   3   4   5   6   7   8   9   ...   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

13 


olan dövrün izləri bir daha sübut edir ki, Avesta ilə Riqvidanın 

yazılmış olduğu dövr arasında o qədər də fasilə olmamışdır. İkinci 

bir tərəfdən qatların dili və üslubu da onun qədim olduğunu 

göstərən əsas faktdır. Lakin bu heç də o demək deyil ki, Avestann 

digər hissələri qədim dövrün abidələri deyil.‖ Avestada dəfələrlə 

madayların adı çəkilsə də farsların adına təsadüf edilmir. Avestada 

İran ölkəsi Ariya adlandırılır. Ariya ölkəsi yalnız Hörmüz körfəzi 

(Fars körfəzi) ətrafı ərazini əhatə edirdi və arilər (irandillilər) də 

yalnız bu ərazidə yaşayırdılar. Onların məskun olduğu yerlərdən 

Şimalda isə Azərbaycan türklərinin ulu əcdadları olan müxtəlif türk 

mənşəli etnoslar yaşayırdılar. Arilər həmin dövrdə mübadilə 

(dəyişmə) üsulu ilə ticarət edir,hələ də sikkə pulun nə olduğunu 

bilmirdilər. Bununla bərabər onlar yerli əhalinin mədəniyyətini və 

adət-ənənələrini mənmsəməyə çalışrdılar. Arilərdə odu müdafiə 

edənlərin (atrobanların) haqqı isə natural şəkildə ödənilirdi. 

 

Avestanın bizə gəlib çatmış hissələri aşağıdakılardan 



ibarətdir:Getha (Qatlar) Yəsna Vidivdad (Vəndidad) Yəşt Xurda 

Avesta 


 

Nə qədər dini xarakter daşısa da Avesta Azərbaycan eləcə də bir 

çox Şər ölkələrinin qədim tarixi haqqında ən mühüm tarixi 

mənbələrdən biri, nəhəng ədəbi abidədir. Avesta tarix mədəniyyət 

abidəsi kimi dəyərli mənbədir. Burada biz tarixi mənbə kimi yaxşı 

qaynaqlana bilərik... 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

14 



 

 

 



 

 

 



 

 

 



 

Zərdüştilik 

 

Zərdüştilik dünya vəhy dinlərindən ən qədimidir və çox güman ki, 



onun bəşəriyyətə birbaşa, yaxud dolayısı ilə təsiri başqa dini 

etiqadlardan daha çox olmuşdur. Bir çox tədqiqatçının hesab etdiyi 

kimi, zərdüştilik e.ə. 2-ci və 1-ci minilliyin ayrıcında meydana 

gəlmişdir. Bu monoteist dinin banisi Zərdüşt ideologiya tarixində 

ilk dəfə olaraq, dini formada olsa da, sosial Şər problemini 

qaldırmış, qətiyyətlə Xeyirlə Şəri bir-birindən ayırmış və 

fərqləndirmiş, bu kateqoriyaların qarışıq salınmamasını tələb 

etmişdir. Zərdüşt sosial Şər ilə mübarizənin mümkünlüyünü, bu 

mübarizədə hər kəsin öz seçimi olduğunu elan etmişdir. O, ilk dəfə 

olaraq dünyanın yarandığı andan axirət gününə kimi bir istiqamətdə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

15 


xətti inkişaf etdiyini göstərmiş (bu isə Zərdüştdən əvvəlki hind-

Avropa dinlərinə məlum deyildi), Xilaskarın gəlişini və ölülərin 

cismən dirilməsini, o dünyada möminləri cənnət, günahkarları isə 

cəhənnəm əzabları gözlədiyini moizə etmişdir.  

 

Zərdüşt ilk dəfə olaraq bildirmişdir ki, ali məqsəd bütün 



yaranmışlardan fərqlənən, Xeyiri, yaxud Şəri seçmək iradəsinə və 

tarixin gedişinə təsir göstərmək bacarığına malik olan insanın 

yaradılmasıdır. Zərdüştiliyin daxilində formalaşmış ideyalar hazırda 

mövcud olan dünya dinlərində — xristianlıqda və islamda mühüm 

yer tutur. Eramızın ilk əsrlərində zərdüştilik buddizmə də təsir 

göstərmişdir: gələcək xilaskar — Budda Maystrei fıquru bu dində 

məhz həmin dövrdə meydana çıxmışdır. 

 

Zərdüştilik ideyaları qədim yunan və orta əsrlər islam fəlsəfəsinə də 



mühüm təsir göstərmişdir. 

 

Zərdüştün və zərdüşti dini təliminin dəqiq vətəninin 



müəyyənləşdinlməsi məsələsi bu günə kimi tədqiqatçılar arasında 

mübahisə predmeti olaraq qalmaqdadır. Əgər əvvəllər zərdüşti 

ənənəsinin özü, qədim yunan və orta əsr müsəlman müəllifləri, 

həmçinin bir çox sonrakı tədqiqatçılar birmənalı olaraq bu dinin və 

peyğəmbərin özünün vətənini Azərbaycanda görürdülərsə, 20-ci 

əsrin ikinci yarısından başlayaraq xarici və yerli alimlərin bir qismi 

onu ya Şərqi Midiyada, ya Volqanın şərqindəki Asiya çöllərində, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

16 



bəzən də Tyan-Şan, Pamir-Altay, Hindiquş da daxil olmaqla 

Mərkəzi Asiyanın dağətəyi vilayətlərində yerləşdirməyə üstünlük 

verir və Azərbaycanı tamamilə bu siyahıdan kənarda qoyurdular. 

Onların fikrincə, Azərbaycan yalnız sonralar — artıq Sasanilər 

dövründə zərdüştiliyin mərkəzi olmuşdur. 

 

 Qədim dövrdə və erkən orta əsrlərdə zərdüştilik geniş ərazilərdə — 



İranda, Azərbaycanda, Orta Asiyada, Əfqanıstanda, Yaxın və Orta 

Şərqin bir sıra vilayətlərində yayılmışdır. Müxtəlif tayfa və 

xalqların məskunlaşdığı bu böyük ərazinin əhalisi zərdüştiliyə 

etiqad edirdi və o, burada min beş yüz il ərzində yeganə də olmasa, 

dominant din olmuşdur. 

 

Zərdüştilik Azərbaycan xalqının tarixində və mədəniyyətində 



silinməz iz buraxmışdır. Bu dini təlim Cənubi Azərbaycanın 

ərazisində artıq e.ə. 1-ci minilliyin ilk əsrlərindən yayılmağa 

başlamışdır. Burada hələ zərdüştiliyəqədərki zamanların köhnə 

mazdaizm dinləri, həmçinin dualizm, maqların təlimi, oda sitayiş və 

digər dini etiqadlar zərdüştiliyin formalaşmasında müəyyən rol 

oynamışlar. 

 

Azərbaycanın ən qədim sakinlərindən olan kaspilərin dəfn 



mərasimləri, Onların şəxs adlarında zərdüşti elementlərinin olması 

hələ Əhəmənilər dövründə (e.ə. 6-4 əsrlər) kaspilər arasında 

mazdaizmin və zərdüştiliyin yayılmasını təsdiq edir. Kiçik və ya 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə