Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   2   3   4   5   6   7   8   9   ...   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 



 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Avesta” tarixi mədəniyyət abidəsi kimi 

 

Avesta Azərbaycanda, İranda, Orta Asiyada, Əfqanıstanda və 



Hindistanda geniş yayılmış Zərdüştlük dininin (daha sonralar həm 

də Atəşpərəstliyin) müqəddəs kitabı olmuşdur. Kitab bir neçə dəfə 

məhv edildiyindən dövrümüzə tam şəkildə çatmamışdır. 

Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əski əsrlərdə mövcud 

olmuş nüsxələrindən biri Makedoniyalı Aleksandr tərəfindən 

yandırılmışdır. 

 

Bizə bəllidir ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

10 



Feopomp Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştilik dininin 

qədim kitablarını öyrənirdi. Plini [1] məlumat verir ki, zərdüştlik 

dininin ən yaxşı bilicilərindən biri olan Hermippin (e.ə. III əsr) 

sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2 

milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən 

Sasani hökmdarı I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və 

xüsusilə qədim yunan dilinə (Dekartda iddia edilir ki, "Avesta"nın 

və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə tərcüməsi 

vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi 

dilinə tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz 

qədim yunan dilinə tərcümə edilmiş "Avesta" Feopomp üçün 

öyrənmə obyektinə çevrilmişdi. 

 

Nəhayət, "Avesta"nın, ən azı onun ayrı-ayrı hissələrinin yazılı 



mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə mövcud 

olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik 

ki, yazıda maddiləşmiş "Avesta" olmasaydı, qədim yunan 

fəlsəfəsinə və iudaizm dininə o, çətin ki, təsir edə bilərdi. Beləliklə, 

yunan müəlliflərinin hesab etdikləri kimi 2 milyon misranı özündə 

ehtiva edən və yaxud zərdüştilik ənənəsinin və sonralar ərəb və 

farsdilli müəlliflərin iddia etdikləri kimi, 12 min öküz (inək) dərisi 

üzərində qızıl hərflərlə yazılmış "Avesta"nın (və yaxud onun ayrı-

ayrı hissələrinin) yazılı mətni Makedoniyalı Aleksandrın yaşayıb 

fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olmuşdur. Yunan-

Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

11 


çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, 

kitablardan ayrı-ayrı fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı 

Parfiya hökmdarı Arşaki Vologez (görünür, I Vologez) bərpa 

etməyə cəhd göstərmişdi. 

 

Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda 



heç də hər şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 

min sözdən artıq ola bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş 

hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya 

olunmuşdu. 

 

Qeyd edilməlidir ki, İ.Purdavud bütün əsərlərində birmənalı olaraq 



Avestanın Şimal-Qərb dilində (sonralar Atropaten dili adlanan 

atropatenlilərin dilinin qədim türk dilinə yaxın olması lakin fars 

dillərinin təsirinə məruz qalması sübut edilmişdir) yazıldığını iddia 

edir. Lakin bir çox alimlər onun bu barədə gətirdiyi faktları 

qənaətbəxş hesab etmirlər. İqrar Əliyevin fikrincə Avestanı nə 

İranın Şərqinə, nə də Qərbinə aid etmək düzgün deyildir. Çünki, 

Avestanı İranda yaşayan bütün millətlərin ortaq mədəniyyəti kimi 

qəbul etmək daha məqsədəuyğundur. 

 

İ.Purdavud tərəfindən 1928-ci ildə Bombeydə çapa hazırlanmış 



Xurda-Avesta da mühüm elmi əhəmiyyətə malikdir. 

 

İran ədəbiyyatçılarından Məhəmməd Müin də bir sıra əsərlərini 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

12 



avestaşünaslığa həsr etmişdir. M.Müin odun əhəmiyyətini qeyd 

etdikdən sonra belə bir nəticəyə gəlir ki: "Arilər oda başqa 

tayfalardan daha artıq hörmət edirdilər. Ümumiyyətlə, mənbələrin 

göstərdiyinə görə, od müxtəlif dini əqidələrə malik olan insanların 

həyatında da mühüm rol oynamışdır.‖ İranın geniş ərazilərində və 

Güney Azərbaycan ərazisində yaşayan Azərbaycan türklərinin də 

həyatında od mühüm yer tutsa da onlar arasında daha çox Tanrıçılıq 

yayılmışdı. 

 

Avestanın dili haqqında M.Müin yazır: ‖Sasani dövründə tərirb 



edilib,bizə gəlib çatan Avestanın məzmunu Zərdüştün dini 

ayinlərinin külliyyatından ibarətdir. Avestanın yazıldığı dil isə 

Avesta dili adı ilə məşhurdur.‖ 

 

İlkin Avestanın yazıldığı dil Sasanilər, habelə Parfiya dövründə 



artıq işlənmirdi. Dilçilərin tədqiqatına görə Avestanın dili İran 

dilləri qrupuna daxildir. M.Müin Avestanın dilini Bəlx, Midiya və 

Skif dili adlandıranların nəzəriyyələrini rədd edir və onu Avesta dili 

adlandırır. Sonrakı tədqiqatlar M.Müinin bu münasibətinin haqlı 

olduğunu sübut etdi. Belə ki ,aparılan kompleks tədqiqatlar 

nəticəsində Midiya dili (madayların dili) və skif dilinin qədim türk 

dillərindən olması və madayların və skiflərin dəqim türk etnosları 

olmasını sübut etdi. 

 

M.Müin Bartolomeyə istinad edərək göstərir: ―Qatların dili, onda 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə