Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix08.09.2018
ölçüsü0,52 Mb.
#67536
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 
33
kitablar qədər azad, ideologiyasının böyüklüyü qədər 
böyükdü. Mən bu gün dar ağacından asılacam, amma 
kitablar və ideologiyalar həmişə olacaq.” 
O gün nə  qədər ağladığımı bir Allah bilir. Gö-
zümdən sel kimi yaş gedirdi. Onun o yaralı və mənalı 
məktubu hamını ağlatmışdı. Ən dəhşətlisi odur ki, mək-
tubu oxuyandan sonra bizi avtobuslara yığıb onun və 
iki başqa adamın asılma mərasiminə baxmağa apar-
dılar. Sulduzun “Serahi” deyilən bir yerində, daha doğ-
rusu şəhərdən bir az qıraqda, açıq bir meydanda asıla-
caqdılar. Çox adam o edama baxmağa gəlmişdi. Edam 
mərasimində dəfələrlə olmuşdum. O adamları görəndə 
özümdə fikirləşirdim ki, “axı niyə insanların ölümünə 
baxmağa hamı gəlir, amma ehtiyac olanda biri də tapıl-
mır!?” Meydanın ortasında üç dar ağacı düzətmişdilər. 
Elə bil dünən idi. O üç nəfəri gətirəndə bütün camaat 
vəlvələyə gəldi. Bir çoxları onların asılmağından sevi-
nirdi. Axı dolayı yolla baxanda, onlar İranın parçalan-
masına deyil, Azərbaycanın  ərazisinə iddialı adamlar 
kimi tanınırdılar. Ona görə  də camaat Həjiri və dost-
larını hoya basırdı.  
Həjir sakit görünürdü, amma dostlarının biri 
demək olar ki, asılmaqdan öncə ölmüşdü. Leşini gətirib 
dar halqasını boynuna saldılar. İkincisininsə tükləri biz-
biz durmuşdu. Məlum idi ki, ölüm qorxusundan ölüm 
halına düşüb! Üzü mənə tanış gəldi. Bir az da diqqətlə 
baxdım. Aha! Yadıma düşdü. Bir neçə ay qabaq Sul-
duzun kürdlər məhəlləsi deyilən bir yerində dondurma 
yeməyə getmişdim. Axşam vaxtlarıydı. Bir neçə kürd 
də “paludə” deyilən bir desert yeyirdi. Fikrim uşaqlıq 


 
34
aləmində  gəzirdi. Ancaq o kişilər qabağımdaki mizdə 
oturmuşdular deyə, gözüm onlara sataşırdı. Kürdlərə 
məxsus olan və olduqca gen bir paltar geyinmişdilər. 
Paltarın altındaki silahları hiss olunurdu. Deserti yeyib, 
pulu vermədən getmək istədilər. Mağaza sahibi onlara 
etiraz edib – “pulumu verin” – dedi. Onlarsa çox 
rahatlıqla silahlarını  çıxarıb mağazanı gülləbaran 
etdilər. Dedilər: – ” Bu da pulun” – və çıxıb getdilər. O 
gün çox qorxmuşdum. Bu hadisələri Həjirə deyəndə, o 
həmişə özünə filosof qiyafəsi verib deyərdi: ”Biz kürd 
millətinin azadlığı  uğrunda döyüşürük, silahısa yalnız 
düşmənə tuşlayarıq. O silahlı kürdlər bizdən deyillər. 
İranin satqınlarıdırlar.” 
Onları  təpiklə  də olsa dar ağacına tərəf aparıb ipi 
boyunlarına saldılar. Məhkəmənin hökmünu oxuyan-
dan sonra göyə qaldırdılar. Həjir azadlığı  və ideologi-
yalarıyla birlikdə öldü. Camaatı fışqa səsi götürmüşdü. 
Bir nəfər dedi: “Üç kürd azaldı!” Dostusa cavabında 
dedi: “O qədər çoxdular ki, yüz-yüz assan da bitməz-
lər.” Kürdlərdə bir neçə arvad alıb, sonrasa hərəsindən 
bir neçə uşaq olması adi bir hal idi. Ona görə də sayları 
olduqca sürətlə çoxalırdı. Kürdlər dünyaya “Hər ailə-
dən bir uşaq vətənə qurban verilməlidir” şüarıyla uşaq 
gətirərdilər. Heç vaxt vətəni və dövləti olmayanların 
vətənə sevgisi, vətənlilərdən daha çox idi. Sulduz türk 
şəhəriydi, tarixlər boyu da belə olub, amma biz onu 
hardasa saxlaya bilməmişik. Kürdlərsə bizim topra-
ğımızda öz uşaqlarına vətənpərvərlik dərsi keçirdilər!  


 
35
Polislərin biri mikrofonun arxasına keçib camaaata 
xitab elədi: “Ay camaat, kimin nə  kəffarəsi
1
  yəni var 
tullasın.” Hərə əlini cibinə salaraq dəmir puldan-zaddan 
çıxarıb Həjirgil tərəfə tulladı. Mən də o zamanın pu-
luyla iki tümən çıxarıb-tulladım. Çox təsadüfi  şəkildə 
pul gedib düz Həjirin üzünə  dəydi.  İndi də bunun sir-
rində qalmışam, mənim pulum necə oldu ki, onun 
üzünə  dəydi?! Axı  mən o qədər də sürətlə atmamış-
dım... 
Evə qayıdanda atama gün ərzində olanları danış-
dım. O kişilərin sözünü də təkrarladım. Atam əlini ba-
şıma çəkib dedi: “Oğlum, Həjir bizim millətimizin düş-
məniydi. Amma ziyalı və ağıllı bir düşmən idi. Hörmə-
tin saxla... yadında olsun ki, diktator türkə də, kürdə də 
eyni gözlə baxır!” Ancaq sonralar mənə sübut oldu ki
diktator heç də hamıya bir gözlə baxmır. Həmişə han-
sısa millətin vasiyəsiylə başqa millətləri əzməyə çalışır. 
Hətta ən ideoloji diktaturalar da hansısa bir milli faşiz-
min  əsasında qurulublar. Din və ya demokratiyanın 
ikisi də  pərdə kimi hansısa pislikləri örtmək üçündür. 
Atama pulu onun üzünə  çırpdığımı deyə bilmədim. 
Həjirin hörmətini edam günü saxlaya bilməsəm də, ki-
tablarını bağçada, sözlərinisə beynimdə saxlamışam! 
 
 
                                                            
1
 kəffarəsi - dövlət tərəfindən edam olunanlara tullayırdılar. Guya 
yığılan pul kasıblara paylanacaq və beləliklə, onların günahlarının 
bağışlanmasında kömək olacaq. 


 
36
 
 
 
 
 
 
 
 
 
n sevdiyimiz işlərdən biri, gedib Cabbar və 
Bağdagülə baxmaq idi. Cabbar və Bağdagül 
ər-arvad idilər.  Şəhərin tanınmış  dəliləriydilər. Cabbar 
vaxtilə xan olubmuş. Özünün neçə parça kəndi və hek-
tarlarla  əkin sahələri varmış. Eşitdiyimə görə, uşaqları 
da olub, amma hökumət Cabbarın torpaqlarını alandan 
və onu dəli elədikdən sonra həm arvadı, həm də uşaq-
ları onu tərk etmişdilər. Bağdagül elə anadangəlmə 
ağıldan kəm olub. Cabbar tək olmasın deyə, onları 
evləndirmişdilər. Bu iş həm Allaha xoş gedirdi, həm də 
Cabbara! Hər axşam gəlib küçəmizin başında dayanıb, 
bağıra-bağıra hökuməti söyməyə başlayardılar. Cabbar 
söyərdi, Bağdagülsə başını yelləyərək Cabbarın söz-
lərini – “həyə, həyə” – deyə  təsdiq eləyərdi. Cabbarın 
adını çaşıb çağırsaydın pis günə qalardın. Əlindəki də-
mir  əsasını elə  fırlayıb arxanca tullayırdı ki, bəxtin 
gətirməsəydi mütləq haransa sınardı. Cabbar bir-iki 
dəfə bax beləsinə əsa tullayıb. Sol əliylə çöqəninindən
1

                                                            
1
 çöqəninindən - əsa 
Ə 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə