Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 
 
~ 26 ~ 
 
təşkil edirdi
12

 
 
 
Dördüncüsü, müharibə illərində almanlara əsir düşmüş 
Sovet adamlarının 270 min nəfəri müharibə bitdikdən sonra 
vətənə  geri  dönməkdən  imtina  edərək  Amerikaya  emiq-
rasiya  etmişlər. Onların 141  min nəfərini litvalılar,  latışlar 
və  estonlar,  128  min  nəfərini  isə  ukraynalılar  və  ruslar 
təşkil edirdi.         
Beşincisi, 1941-1942-ci illərdə alman işğalına uğramış 
Sovet  ərazilərindən  milyonlarla  əhali  SSRİ-nin  şərq 
rayonlarına  evakuasiya  edilmişdilər  ki,  onların  da  xeyli 
hissəsi  yeni  yaşayış  yerlərindən  geri  dönməmişlər.  Məsə-
lən, təkcə Belarusiyadan 1,5 milyon nəfər əhali Volqaboyu, 
Ural və Sibir bölgələrinə evakuasiya edilmişdilər. 
 
Altıncısı,  müharibə  illərindən  başlayaraq  1950-ci  ilə 
qədər,  xüsusilə  də1944-1945-ci  illərdə  Stalinin  milli  ayrı-
seçkilik siyasəti nəticəsində SSRİ-nin qərbində yaşayan bir 
sıra  etnoslar  bütünlüklə,   bəziləri    də    qismən  öz  doğma 
torpaqlarından Qazaxıstana, Orta Asiyaya və Sibirə sürgün 
edildilər.  Bütünlüklə  sürgün  edilənlər  almanlar,  Krım 
tatarları, çeçenlər, inquşlar, qaraçaylılar, balkarlar, kalmık-
lar  və  Axıska  türkləri  idi.  Polyaklar,  yəhudilər,  yunanlar, 
bolqarlar,  Baltik  xalqları  qismən  sürgün  edildilər.  Bütöv-
lükdə üç milyon nəfərdən artıq əhali milli mənsubiyyətinə 
                                                 
12
«Народы  России.Энциклопедия»  -  М.:  Болшая  Российская 
Энциклопедия, 1994, c.61, 246  


 
 
~ 27 ~ 
 
görə  arzuolunmaz  hesab  edilərək  SSRİ-nin  şərqinə  sürgün 
edildilər. 
 
Beləliklə, yuxarıda göstərilən faktlardan məlum olur ki, 
1940-1950-ci illər arasındaki dövrdə SSRİ-də əhalinin azal-
ması  xeyli  dərəcədə  əhalinin  deportasiyası  və  ya  miqra-
siyası ilə bağlı olmuşdur. Müharibə dövründə və müharibə-
dən sonraki 5 ildə təxminən 5,5 milyon nəfər əhali zorla və 
ya könüllü SSRİ-ni tərk etmiş, bir milyona  yaxın əhali isə 
SSRİ-yə köçmüşdür. 
Qeyd  edək  ki,  SSRİ-yə  gələnlərin  120  min  nəfəri 
erməni  idi.  Onların  da  95  min  nəfəri  Ermənistanda  məs-
kunlaşmışlar
13

Əhali  yerdəyişmələri  nəticəsində  ən  çox  əhalisi azalan 
respublikalar  isə  Ukrayna,  Litva  və  xüsusilə  də  Belarusiya 
olmuşdur.  Qeyd  edək  ki,  Belarusiyada  əhalinin  sayının 
azalması 1950-1954-cü illərdə də davam etmişdir. Belə ki, 
Sovet  höküməti  işğal  etdiyi  Köniqsberq  bölgəsi  (indiki 
Kalininqrad  bölgəsi),  Litva,  Latviya,  Estoniya  və  Finlan-
diya ərazilərindən deportasiya edilmiş və emigrasiya etmiş 
əhalinin  tərk  etdiyi  yaşayış  məntəqələrinin  slavlarla  məs-
kunlaşdırılması  prosesinə  belarusları  da  geniş  şəkildə  cəlb 
etmışdi. Görünür ki, bu da Belarusiyanın adı çəkilən ərazi-
lərlə qonşu olması və ya coğrafi yaxınlığı ilə bağlı idi. 
                                                 
13
 «Народы  России.  Энциклопедия»  -  М.:  Болшая  Российская 
Энциклопедия, 1994, с.62 


 
 
~ 28 ~ 
 
Bütövlükdə apardığımız araşdırmalar göstərir ki, müha-
ribə  dövründə  Ukrayna  və  Belarusiyada,  eləcə  də  Litvada 
mülki  əhalinin  qırılması  ilə  bağlı  azalma  faizi  SSRİ  üzrə 
olan ümumi göstəricidən, xüsusilə də Azərbaycanla müqa-
yisədə olduqca aşağı olmuşdur. Paradoksal bir sual ortalığa 
çıxır:  Necə  olur  ki,  3  ildən  artıq  (1941-1944-cü  illər)  bir 
dövrdə  faşist  Almaniyasının  işğalı  altında  olan  və  böyük 
dağıntılara  məruz  qalan  Belarusiya  və  Ukraynada,  eləcə 
də  digər  müharibə  görmüş  bölgələrdə  mülki  əhalinin 
qırılması  ilə  bağlı  azalması  Azərbaycanla  müqayisədə 
olduqca aşağı olmuşdur?!  
Öncə onu qeyd edək ki, bizim hesablamalarımıza görə 
Azərbaycanda  1941-ci  ilin  iyununda  əhalinin  sayı  3.380 
min  nəfərdən  cox  olmuşdur.  Müharibə  başlayan  kimi 
Azərbaycanda yaşayan almanlar (1939-cu ildə onların sayı 
23  min  nəfər  idi)  Qazaxıstana  və  Sibirə  sürgün  edildi. 
Ancaq  eyni  zamanda  on  minlərlə  əhali  müharibə  bölgə-
lərindən  Bakıya  evakuasiya  edilmişdir.  Müharibə  illərində 
Bakı  hospitallarında  400  min  nəfərə  yaxın  əsgər  və  zabit 
müalicə  olunmuşdur.  Beləliklə,  Ukrayna  və  Belarusiyadan 
fərqli olaraq Azərbaycana gələn əhali gedənlərdən daha çox 
olmuşdur  və  bizim  hesablamalarımıza  görə  süni  əhali 
yerdəyişmələrinin təsirini aradan qaldırdıqdan sonra 1945-
ci ilin sonuna Azərbaycanın əhalisi 2,6 milyon nəfərdən bir 
qədər  çox  olmuşdur.  Yəni,  müharibə  dövründə  Azər-
baycan  əhalisinin  sayı  780  min  nəfər  və  ya  23,1%  azal-


 
 
~ 29 ~ 
 
mışdır.  Xatırladaq  ki,  Sovet  Ordusuna  səfərbər  edilənlərin 
sayı  600-650  min  nəfər  olmuşdur.  Onların  da  275  min 
nəfəri  müharibədə  həlak  olmuşdur.  Beləliklə,  müharibə 
dövründə  mülki  əhali  itkisi  yarım  milyon  nəfərdən  çox 
olmuşdur,  yəni  müharibədə  ölənlərdən  iki  dəfə  çox.  Bu 
əhali  itkisinin  böyük  əksəriyyəti  kənd  əhalisinin  payına 
düşürdü.  Belə  ki,  kənd  yerlərində  əsgərlik  yaşı  çatmış 
bütün  kişi  əhalisi  müharibəyə  göndərilmişdi.  Halbuki 
şəhərlərdə, xüsusilə də Bakıda dövlət idarələrində və müəs-
sisələrində  işləyən  kişi  əhalisinin  xeyli  hissəsi  hərbi 
səfərbərlikdən  azad  edilmişdi.  Ən  başlıcası  isə  o  idi  ki, 
şəhərlərdə əhali kart sistemi ilə minimum səviyyədə də olsa 
ərzaqla  təmin  edilirdi.  Kəndlərdə  isə  əhaliyə  nəinki  ərzaq 
kartları  verilmirdi,  üstəlik  onlar  demək  olar  ki,  ərzaq  əldə 
edə  biləcəyi  təsərrüfat  mənbələrindən  də  məhrum  edilərək 
Allahın  ümidinə  buraxılmışdılar.  Ona  görə  də  kənd  yer-
lərində  əhali  aclıqdan  və  xəstəlikdən  kütləvi  şəkildə  qırı-
lırdı.  Həmin  dövrü  yaşamış  kənd  sakinlərinin  söylədik-
lərinə görə o illərdə, xüsusilə 1944-cü ildə ölənlərin sayı o 
qədər  çox  idi  ki,  onları  dəfn  etmək  bir  problemə  çevril-
mişdi.  Belə  ki,  meyitləri  qəbiristanlığa  qədər  daşımağa 
taqəti olan adam tapılmırdı və  bu cür  hallarda  meyitlər  öz 
həyətlərində və ya yaxın ərazilərdə dəfn edilirdi. 
Müqayisə  üçün  apardığımız  demoqrafik  araşdırmalar 
göstərir  ki,  qonşu  Gürcüstanda  və  Ermənistanda  müharibə 
dövründə  mülki  əhalinin  sayı  nəinki  azalmamış,  hətta  bir 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə