Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   2   3   4   5   6   7   8   9   ...   32

 
 
~ 10 ~ 
 
Azərbaycan  Respublikası  ərazisində  ilk  əhali  sayımı 
1897-ci ildə keçirilmişdir. Daha doğrusu 1897-ci ildə Rusi-
ya imperiyası hökümətinin keçirmiş olduğu ilk Ümumrusi-
ya əhali sayımı Azərbaycan Respublikası ərazisini də əhatə 
edirdi. Belə ki, 19-cu əsrin əvvəllərində Şimali Azərbaycan
yəni hazırki Azərbaycan Respublikasının ərazisi Rusiyanın 
işğalına  məruz  qalmış  və  onun  inzibati  ərazi  vahidlərinə 
çevrilmişdi.  Azərbaycanın  tarixində  əhali  haqqında  ilk 
dolğun  demoqrafik  qaynaq,  məhz  1897-ci  il  əhali  sayımı 
materiallarından  ibarətdir.  Ona  görə  də  biz  bu  əsərdə 
Azərbaycanın  demoqrafik  inkişafının  1897-ci  ili  başlanğıc 
nöqtəsi kimi qəbul edərək  öyrənilməsini daha məqsədəuy-
ğun hesab etmişik. Ancaq qısa da  olsa 1897-ci ilə qədərki 
dövrdə  Azərbaycanın  (Azərbaycan  Respublikasının  indiki 
ərazisi)  əhalisinin  sayında  baş  verən  dəyişiklikləri  gözdən 
keçirək. 
Şimali  Azərbaycanın  ərazisi  1828-ci  ildə  Qacarlar 
dövləti  ilə  Rusiya  arasında  bağlanan  Türkmənçay  müqa-
viləsi əsasında tamamilə Rusiya imperiyasının hakimiyyəti 
altına  keçdi.  1801-ci  ildən  başlayaraq  1828-ci  ilə  qədər 
faciələrlə  davam  edən  Rusiyanın  Azərbaycana  qarşı  apar-
dığı  işğalçı  müharibələr  şübhəsiz  ki,  Azərbaycanın  yerli 
əhalisinin böyük itkilərə uğramasına səbəb olmuşdu. Digər 
tərəfdən  müqavilə  bağlanan  andan  Şimali  Azərbaycan 
ərazisi etnik və dini mənsubiyyət əsasında iri miqyaslı əhali 
yerdəyişmələrinə məruz qalmışdır. Əlbəttə ki, bütün bunlar 


 
 
~ 11 ~ 
 
Azərbaycanda  əhalinin  sayının  dinamikasına  güclü  təsir 
göstərmişdir.  Ancaq  təəssüf  ki,  həmin  illərə  aid  əhalinin 
sayı  haqqında  rəsmi  statistik  məlumatlar  olmadığına  görə 
əhalinin  sayının  dinamikası  haqqında  dolğun  fikir  söylə-
mək mümkün deyildir. Sovet tarixi mənbələrinə görə Azər-
baycanın  əhalisinin  sayı  haqqında  ilk  rəsmi  statistik 
məlumat  1863-cü  ilə  aiddir.  Belə  ki,  1863-cü  il  yanvarın 
biri üçün verilən məlumata görə Azərbaycanın əhalisi 1.190 
min  nəfər  olmuşdur.  1886-cı  ilin  rəsmi  statistikasına  görə 
isə  Azərbaycanda  artıq  1.600  min  nəfər  əhalinin  yaşadığı 
təsbit  edilmişdir
3
.  Nəhayət  11  il  sonra  fevralın  9-da  (o 
zamanki  təqvimə  görə  yanvarın  28-də)  keçirilən  əhali 
sayımına  görə  Azərbaycanda  1.806,7  min  nəfər  əhali 
yaşamışdır. Bu rəqəmlər əsasında 1863-1897-ci illəri əhatə 
edən  dövr  ərzində  Azərbaycan  əhalisinin  sayının  dina-
mikasına  dair  apardığımız  araşdırmalar  göstərir  ki,  1863-
1886-cı  illərdə  Azərbaycanda  əhalinin  sayı  daha  yüksək 
templərlə  artmışdır.  Belə  ki,  bu  23  il  ərzində  əhalinin 
sayının  orta  illik  artımı  1,52%  təşkil  etmişdir.  Halbuki 
sonraki  11  ili  əhatə  edən  1886-1897-ci  illərdə  orta  illik 
artım  tempi  1,12%  olmuşdur.  Bizcə  bu  fərq  heç  də  təbii 
artımdakı  fərqlərlə  deyil,  miqrasiya  proseslərindəki 
fərqlərlə izah edilə bilər. Belə ki, məhz 1863-1886-cı illəri 
əhatə  edən  dövrdə  Rusiya  və  Osmanlı  dövləti  arasında 
                                                 
3
 Демографический энциклопедический словарь, Москва, «Совет-
ская энциклоредия», 1985, ст.12. 


 
 
~ 12 ~ 
 
sonuncunun  ərazi  itkiləri  ilə  sonlanan  bir  neçə  dəfə 
müharibə  olmuş  və  hər  dəfə  bu  müharibələrdən  sonra 
cənubi  Qafqaza,  o  cümlədən  Azərbaycana  Osmanlı  dövlə-
tinin torpaqlarından erməni əhalisi köçürülmüşdür.  
1897-ci  ildən  sonraki  114  ili  əhatə  edən  dövrdə  Azər-
baycan  Respublikasının  əhalisinin  sayı  bu  dövrdə  gedən 
tarixi,  sosial-iqtisadi  və  siyasi  proseslərin  gedişatından  və 
xarakterindən  asılı  olaraq  bəzi  hallarda  kəskin  şəkildə 
azalmış, bəzi dövrlərdə sürətlə artmış, bir  müddət də stabil 
artım  dinamikasına  malik  olmuşdur.  Ona  görə  də 
Azərbaycanda əhalinin sayının dinamikasının araşdırılması 
son 114 ildə baş verən önəmli iqtisadi və siyasi hadisələrə 
uyğun  şəkildə  dövrlərə  bölünərək  aparılması  daha 
məqsədəuyğundur. 
1897-1914-cü  illər  arasındakı  dövr  bizim  müəyyən 
etdiyimiz  ilk  dövrdür.  Bu  dövr  ilk  əhali  sayımı  aparılan 
tarixdən  Birinci  Dünya  Müharibəsinin  başlanmasına 
qədərki  dövr  kimi  əlamətdardır.  Bu  dövrdə  əhalinin  sayı 
29,5%  və  ya  532,5  min  nəfər  artaraq  2.339,2  min  nəfərə 
çatmışdır  (bax:  cədvəl  1).  Orta  illik  artım  1,53%  təşkil 
etmişdir  ki,  bu  da  həmin  dövrdə  Rusiya  imperiyası  üzrə 
analoji  göstəricidən  azca  aşağı  idi.  Ancaq  Rusiyada  bu 
artım demək olar ki, yalnız təbii artımın payına düşürdüsə, 
Azərbaycanda əhali artımının 45 faizə yaxını miqrasiyanın 
 
 
 


 
 
~ 13 ~ 
 
Cədvəl
 1. 
 
Azərbaycan Respublikası əhalisinin sayının dinamikası 
(1897-1970-ci illər)
4
 
 
illər 
əhalinin sayı (min nəfərlə) 
bütün əhaliyə 
nisbətən %-lə 
bütün 
şəhər 
kənd 
şəhər 
kənd 
1897 
1.806,7 
   305,1 
1.501,6 
16,9 
83,1 
1913 
2.339,2 
   555,9 
1.783,3 
23,8 
76,2 
1917 
2.353,7 
   560,2 
1.793,5 
23,8 
76,2 
1920 
1.952,2 
   405,8 
1.546,4 
20,8 
79,2 
1922 
1.863,0 
   486,0 
1.377,0 
26,1 
73,9 
1926 
2.313,7 
   649,5 
1.664,2 
28,1 
71,9 
1939 
3.205,2 
1.156,8 
2.048,4 
36,1 
63,9 
1940 
3.274,0 
1.212,0 
2.062,0 
37,0 
63,0 
1945 
2.705,6 
1.118,5 
1.587,1 
41,3 
58,7 
1950 
2.858,9 
1.252,3 
1.606,6 
43,8 
56,2 
1954 
3.192,0 
1.537,0 
1.655,0 
48,2 
51,8 
1955 
3.277,2 
1.584,6 
1.692,6 
48,4 
51,6 
1959 
3.697,7 
1.767,3 
1.930,4 
47,8 
52,2 
1960 
3.815,7 
1.835,2 
1.980,5 
48,1 
51,9 
1965 
4.509,5 
2.238,8 
2.270,7 
49,6 
50,4 
1970 
5.117,1 
2.564,6 
2.552,5 
50,1 
49,9 
 
                                                 
5
Azərbaycanın  əhalisi  2006,  Bakı,  “Səda”,  2006,  s.19;  Население 
СССР  1987  (статистический  сборник),  Москва,  «Финансы  и  ста-
тистика»,  1988,  s.11;  1897,1926,  1939,  1959,  1970-ci  illərin  məlu-
matları  əhali  sayımları  üzrə;  1913,  1917,  1920-ci  illərin  məlumatları 
ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə