Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Ətraf mühitdən bir əşyanın və çox əşyaların tapılması



Yüklə 2,56 Mb.
səhifə14/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   10   11   12   13   14   15   16   17   ...   106
SRTFM

Ətraf mühitdən bir əşyanın və çox əşyaların tapılması.

Növbəti məşğələdə uşaqlara ətraf mühitdən eynicinsli əşyalar qrupunu ayırmağı öyrədirlər. Uşaqların bəziləri müstəqil olaraq o əşyaların toplusunu ayıra bilirlər ki, həmin əşyalar fəzaca bir qrupda birləşmiş olsun. Məs: akvariumda balıqlar, rəfdə stəkanda karandaşlar, gəlincik guşəsində divanda oturmuş gəlinciklər, maşının təkərləri, itin ayaqları. Lakin bəziləri bunu da tapmaqda çətinlik çəkirlər. Onda tərbiyəçi onlara istiqamətverici suallar verir. “Baxın, xalçanın üstündə və rəfdə nə çoxdur?” Bütün bunlara baxmayaraq uşaqların heç biri böyüklərin gördükləri çoxluqları görə bilmədi, stollar və stullar çoxluğu, uşaqların özləri və s.

Belə çətinliyin səbəbi nədir?

Qrup otağına səpələnmiş əşya çoxluğunu tapmaq üçün onlar ətraf mühitdən kifayət qədər mürəkkəb olan fəza-miqdarı analizin öhdəsindən gəlməlidirlər: hər hansı bir əşyanı ayırmaq, ona diqqəti cəlb etmək və nəzər yetirməli-eynicinsli əşya yenə varmı, varsa, otağın, meydançanın və s.-nin bütün sahəsində səpələnə biləcəyinə baxmayaraq onları fikrən bütöv tam halında birləşdirmək, yəni uşaqlar miqdarı cəhəti əşyaların fəza, keyfiyyət xassələrindən və fəza münasibətlərindən fikirdə ayırmağı öyrənməlidirlər. Çətinliyə baxmayaraq uşaqlar tapşırıqların yerinə yetirilməsinə böyük maraq göstərirlər. Bu maraq ondan irəli gəlirdi ki, uşaqlar artıq ətraf mühitə onları cəlb edən tərəfdən yaxınlaşırdılar.

İşə verilmiş miqdarda əşyanı müxtəlif rəngdə iki zolaqda düzməyə aid çalışmadan başlayırlar. Zolaqlar sağa və sola, yaxud yuxarı və aşağıya yerləşdirilir.

Yaxşı olar ki, bu iş oyun formasında aparılsın. Məs.”Pomidoru ləkə əkək”

Hər uşağın iki zolağı-ləki var. Zolaqları-ləki qarşımıza qoyaq. Əvvəlcə yaşıl zolağı qoyaq. Bax belə. Tərbiyəçi gəstərir. Sonra sarı zolağı yaşıl zolağın yanına qoyaq. Bax belə. Göstərir.

1) Yaşıl zolağın-ləkin üstünə 1 böyük pomidor. Sol əlinizlə zolağın küncünü tutun sağ əllə böyük pomidoru götürün. Onu ləkə soldan barmağınızın yanına qoyun.

Sarı zolağın üstünə biz şoxlu kiçik pomidorlar qoyacağıq. Sarı zolağı sol əlimizlə tuturuq. 1 kiçik pomidor götürüb sol tərəfdən barmağınızın yanına qoyun. İndi birini də götürüb o biri pomidorun yanına qoyun. Soldan sağa doğru çoxlu balaca pomidorların hamısını qoyun.

Sol əlimizlə zolağı tutub, sağ əllə pomidorları düzürük. Yaşıl ləkdə nə qədər pomidor var? – bir dənə, sarı ləkdə neçə balaca pomidor var? – Çoxlu.

Pomidorları boşqaba yığaq.

2)Başqa bostanda pomidorlar başqa cür əkilib. Yuxarıya yaşıl zolağa çoxlu böyük pomidorlar, aşağı sarı zolağa isə 1 dənə kiçik pomidor qoyun.

Tərbiyəçi uşaqları əşyaların miqdarını zolaqların rəngləri ilə, sonra isə yerləşdirilməsi ilə əlaqələndirməyi öyrədir.

Beləliklə, uşaqlar sol və sağ əlləri ayırmağı, əlləri fərqləndirmək əsasında isə əşyaların bir-birinə nəzərən solda və sağda olma vəziyyətini öyrənirlər.

Körpələr həmçinin əşyaların bir-birinə nəzərən yuxarıda və aşağıda olma vəziyyətini təyin etməyi öyrənirlər.

Uşaqlar tapşırığı yerinə yetirdikdən sonra tərbiyəçi onlardan xahiş edir ki, onların hər zolağında neçə pomidor olduğunu desinlər, istiqamətləndirici suallarla onlara kömək edir.

Daha sonra tərbiyəçi belə bir məşğələ keçirə bilər: Uşaqlara əvvəlcədən hazırlanmış stolun üstündən bir və çox əşyaların tapılması təklif edilir. Uşaq tərbiyəçinin göstərişi ilə əşyaları mütləq tək , həm də qrup halında tapmalıdır. Məs. Bir stolun üstünə 1it, 1 konus, 1 fincan, 1 ayı, 1 maşın oyuncağı, başqa stollarda isə həmin oyuncaqlar cəm şəklində yerləşdirilmişdir: 1 stolda çoxlu konuslar. Başqasında çoxlu fincanlar, üçüncü stolda çoxlu itlər və s. Uşaqlar göstərilən miqdarda oyuncağı tapırlar.

Tərbiyəçi hər bir uşağın inkişaf səviyyəsini nəzərə alaraq onlara çətinlik dərəcəsi müxtəlif olan tapşırıqlar verir. Uşaq “çoxlu fincan gətir” tapşırığını yerinə yetirməklə tək və çox fincanları fərqləndirməyi tapır. Uşaq üçün “ hansı oyuncaqdan istəyirsən çoxlu gətir” müstəqil seçim tapşırığı daha mürəkkəbdir. Ona görə də məşğələdən əvvəl uşaqların diqqətini stolların üstündəki oyuncaqlara cəlb etmək lazımdır. Stolların bəzilərində bir əşya, bəzilərində isə çox əşya var. Belə məşğələlərdə uşaqların bu terminlər haqqında bilikləri möhkəmləndirilir.

Tapşırıqlar getdikcə mürəkkəbləşir. Eyni bir stolun üstünə çox sayda ayı və bir ədəd it oyuncağı qoyulur. Uşaqlar eyni vaxtda bir və çoxu tapmalıdırlar. Onlar indi daha oyuncaqları gətirmirlər, stola yaxınlaşır və onun üstündə nə tapdıqlarını danışırlar. Bu, uşaqların nitqini inkişaf etdirir. Onlar çox və bir sözlərini işlətməyi öyrənirlər. Bir sayını isimlə işlətməyi öyrənirlər. Əvvəlcə uşaqlar ancaq oyuncaqların adlarını, sonra isə saylarını deyirdilər. “Fincanlar çoxdur”, “Ayı bir dənədir”. Belə ifadədə say xəbər rolunda işlədilir. Xəbər cümlənin fəal üzvüdür. Bu sübut edir ki, uşağın fikri miqdarı tərəfin müəyyənləşdirilməsinə yönəlmişdir. Tədriclə uşaqlar sadə cümlələr qurmağı öyrənirlər. Lakin tərbiyəçi onlara iki sadə cümləni bir mürəkkəb cümlədə birləşdirməyi öyrətməkdə davam edir. “Fincan çoxdur, ayı isə bir dənədir.”

Getdikcə axtarışların sahəsi genişlənir. Uşaqlar oyuncaqlar qrupu və tək-tək oyuncaqları ətraf mühitdən tapmağı öyrənirlər. Əvvəlcə müxtəlif yerlərdə(rəflərdə, stolların, xalçanın üstündə, stellajlarda və s.) oyuncaq qrupunu və əşyaları qoymaq olar. Uşaqlara otaqda çox və bir əşyanə tapmaq təklif edilir. Tərbiyəçi uşaqlara oyuncaqların qoyulduğu yerləri göstərir. “Baxın, xalçanın üstündə hansı oyuncaqdan çoxdur, hansı oyuncaqdan isə ancaq birdir.”

Belə çalışmaların aparılması nəticəsində ətraf mühitdən təbii şəraitdə əşyalar toplusunu və tək-tək əşyaları tapmaq uşaqlar üçün mümkün olur.

Uşaqların diqqətini əvvəlcə otağın müəyyən hissələrinə yönəldirlər. Onlar qrup otağının müxtəlif yerlərində hansı əşyanın çox, hansının bir dənə olduğunu tapmağı tədricən öyrənirlər.

Tərbiyəçi izah edir ki, əşyalar ancaq bir-birinin yanında düzülmür. Onlar bir-birindən uzaqda da ola bilər. Uşaqlar cavab verməyə çətinlik çəkərlərsə, onda tərbiyəçi onlara suallar verir: “Baxın, otağımızda pəncərələr çoxdur? Bəs, şkaflar? Otağımızda stollar nə qədərdir? Bəs stullar?”

Əşyaların keyfiyyət əlamətlərini müəyyənləşdirmək bacarığı onlar arasındakı miqdarı münasibətlərin təhlilinə keçməyə imkan verir.




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə