Milli Mətbuat və Jurnalistika Günü



Yüklə 26,01 Kb.
tarix21.02.2018
ölçüsü26,01 Kb.
#27395

Milli Mətbuat və Jurnalistika Günü

Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur.Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi qəzet cap etmək üçün hökumətə müraciət etmişdir. Xeyli zəhmətdən, əzab- əziyyətdən sonra 1875-ci il iyul ayının 22-də Bakıda qubernator mətbəəssində Azərbaycan dilində “Əkinçi “qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetin çap ilə Azərbaycan milli mətbuatınım əsası qoyulmuşdur.1875-ci il 22 iyul tarixindən 1877-ci il 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi “ayda iki dəfə 300-400-tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzə görmüşdür. “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının- Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar,Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur.Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi”qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sira maarifpərvər,demokratik naşirlər Şərqin geriliyini,ətalət və süstüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə,bu qəzet vasitəsi ilə xalqa çatdira bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikrlərin səslənməsi Azərbaycanı əsarət altənda saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqan kimi “Əkinçi” incəsənət və ədəbiyyata aid də yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı,şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan oyatmağa ,müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki,bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini “ziyali” sayan bəzi üzdəniraq insanlar “Əkinçi “nin üzərinə”hucum”a keçdilər. Beləliklə1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də,belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

                                                  Tədbirin keçirilməsi

      Bu gün Milli Mətbuatın yaranmasının 140 illik yubileyinin geniş oxucu kütləsinə çatdırilmas  və gənc nəslin Milli mətbuatmızdan bəhrələnməsi, onlarda milli ləyaqətin tərbiyə olunması,elmi dünyagörüşünün formalaşdırılması üçün bütün mədəni-maarif müəssisələri,o cümlədən kitabxanalar qarşısında mühüm vəzifələr durur.Bu əlamətdar ildönümü ilə əlaqədar Mərkəzi Kitabxanada və kitabxana filialarında keçirilən kitab sərgisi,məruzə ,mühazirə, söhbət,biblioqrafik icmal,oxucu konfransları və .s. kimi forma və metodlar oxuculara milli mətbuat haqqında geniş məlumat almalarına imkan yaradır.Bununla yanaşı kitabxanalar birinci növbədə, Milli mətbuatımız haqqında çap olunmuş ədiyyatın düzgün komlektləşdirilməsinə, özlərininin kataloqlarından,bibloqrafiq kartotekalarında yeni rubrikaların açılmasına və materialarının vaxtında əks edirilməsinə nail olmalıdırlar.

       Aşağıda Milli Mətbuatımızın  140 illik yubileyi ilə əlaqədar sərginin sxemini veririk.

  Başlıq: 22 iyul- Milli Mətbuat Cünüdür.



Sitat: : “Biz fəxr edə bilərik ki,milli mətbuatımızın böyük tarixi var”. İlham Əliyev.Azərbaycan Respublikasının Prezidenti.         

1. Axundov N. ”Molla Nəsrəddin”jurnalının nəşr tarixi- B.: Azərnəşr,1959.-250 s.

2. Axundov N. “Molla Nəsrəddin” // Axundov N.Azərbaycan satira jirnalları (1906-1920)-  B.:Az.SSR EA,1968.-s.16-63.

3. Molla Nəsrəddin səkkiz cilddə (1906-1931) VIII-cild 1929-1931-ci illər. B.:”Çinar-çap”Nəşriyyatı,2010.-690 s.

                                                     Dövri mətbuat:

 

1.”Molla Nəsərddin” jurnalının 100 illik yubileyi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Xalq qəzeti.-2006.-24 yanvar.S.1,

2. Aydınoğlu T.nömrə-25 illik fəaliyyətin möhkəm özülü : “Molla Nəsrəddin”-100 // Xalq qəzeti.-2006.-30 mart,1 aprel.- S.6.S.5.

3. Azərbaycan mədəniyyətinin görkəmli hadisəsi:” Molla Nəsrəddin-100” // Azərbaycan.-2006.-21 fevral.-S.6.

4. Əhmədov T.Dostluq salnaməsi: “Molla Nəsrəddin” -100 // Respublika.-2006.-29 aprel.-S.6.

5. Həbibbəyli İ. Möhtəşəm azərbaycançılıq dərsliyi:” Molla Nəsrəddin “-100 //Azərbaycan .-2006.-19 fevral.-S.3.

6. Xəlilzadə F. Azərbaycan mətbuatının əsəri: “Molla Nəsrəddin” 100 // Azərbaycan .-2006.-29 yanvar.-S.6.

7. Xəlilzadə F. Parlaq zəka sahibi :”Molla Nəsrəddin “-100 // Azərbaycan .-2006.-16 mart .-S. 11.

 8. Sizi deyib gəlmişəm.! Zamana qalib gələn felyetonlar: “Molla Nəsərddin” 7 aprel, 1906,№1// Azərbaycan.-2006.-1 aprel.-S.6,



9. Milli mətbuat və jurnalistika günü // QocayevƏ.Bayramlar və tarixi günlər.-B.: 2006.-S.40.

10.Quliyev.D.Azərbaycanda söz,fikir və məlumat azadlığının təmin olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır / D.Quliyev // Xalq qəzeti.-2010.-22  iyul.-S.5.

11. Azərbaycan mətbuatının banisi-Həsəni bəy Zərdabi // Azadlıq.-2011.-15 iyun.-S.14.                                                                  12 Əhmədov,T, Milli mətbuat yüksəliş yolunda / T.Əhmədov // Respublika .- 2010.-S.5.

13. Həsənov,H. Milli mətbuatın yaranması-milli istiqlala döğru atılan ilk addım / H. Həsənov //Xalq qəzeti.-2010.-22 iyul.-S.4.

14. Kamalqızı,R.”Əkinçi”nin müasiri- Müstəqil Azərbaycan mətbuatı / R. Kazımlı // Xalq qəzeti.- 2011.-22 iyul.-S.4.

15. Mehdixanlı,T. Milli mətbuatımızın banisi / T.Mehdixanlı // Təzadlar.-2010.-1 iyul .-S.14.       

16. Mətbuat nümayəndələri ümummilli Lider Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət etmişlər // Azərbaycan.-2009.-23iyul.-S.5.  

17. Əliyev ,İlham. Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı / İ.Əliyev //Azərbaycan qəzet.-23 iyul 2013.-S.1.

18. Xudiyev,Nizami . Mətbuatın inkişafında xüsusi mərhələ / N. Xudiyev // Azərbaycan qəzeti.-22 iyul 2014.-S.7

19. Aydınoğlu, Tahir. Azərbaycan dövləti azad,demokratik Jurnalistikanın inkişafının hərtərəfli himayə edir / T.Aydınoğlu // Xalq qəzeti.- 22 iyul 2014.-S.5.                                                         

20. Əliyeva,İradə Azərbaycan Milli Mətbuatı-140 Məsləkinə sadiq böyük mücahid /İ.Əliyev // Azərbaycan qəzeti.-22 iyul 2015 .-S.6,    

21. Həsənov,Həsən. Mətbuat Azərbaycan dövlətçilik maraqlqrının hər zaman uca tutmalıdır / H.Həsənov // Xalq qəzeti .-22 iyul 2015.- S.7.

22. Səfərli, Vüqar. Azərbaycan mətbuatı inkişaf yolundadır / V.Səfərli // Yeni Azərbaycan.-22 iyul 2015.-S.6

23.Səfərli, Vüqar.Mətbuata dövlət qayğısı ardıcıl və sistemli şəkildə həyata keçirilir / V.Səfərl  // İki sahil 22 iyul 2015.- S 16.

24. Qarabağlı,Səadət. Milli mətbuatımızın qururu- Üzeyir bəy Hacıbəyli / S.Qarabağlı //  Azərbaycan.-22 iyul 2015.-S.5.

25. Rüstəmov,Akif. “Əkinçi” Milli oyanışa,Tərəqqiyə,yol açan qəzet idi / A.Rüstəmov // Azərbaycan.- 22 iyul 2015.- S.5.

26. Əliyev, İlham :”Biz Fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var” / İ.Əliyev //Səs qəzeti 22 i
Yüklə 26,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə