Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Müxtəlif analizatorların iştirakı ilə çoxluqların tutuşdurulması



Yüklə 2,56 Mb.
səhifə16/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   12   13   14   15   16   17   18   19   ...   106
SRTFM

Müxtəlif analizatorların iştirakı ilə çoxluqların tutuşdurulması.

Bu yaşda analizatorların iştirakı ilə çoxluqların tutuşdurulmasının böyük əhəmiyyəti var. Tərbiyəçi musiqi çəkici ilə stola 2 ya da 3 dəfə vurur.(nəzərə almaq lazımdır ki, hər vurmadan sonra fasilə vermək lazımdır). Sonra uşağa təklif olunur: “Musiqi çəkici ilə mən nə qədər vurmuşamsa sən də o qədər vur”. Əgər uşaq vurğuları düz etməsə, kədərlənməyin, çünki bu yaşda nadir hallarda uşaqlar tapşırığı ilk dəfədən düzgün yerinə yetirir.

Stolun üstünə 1-3 gəlincik (ayı, meymun, kublar) qoyulur. Tərbiyəçi gəlinciklərin sayı qədər dəfə vurur və uşaqlara deyir: “Mən indi burada oturan gəlinciklərin sayı qədər dəfə yenə də vuracağam”. Sonra tərbiyəçi uşağa təklif edir ki, gəlinciklərin sayı qədər o da dəfə vursun. Belə tapşırıqlar uşaqlara imkan verir ki, çoxluqların hər birinin sayının müxtəlif olduğunu başa düşsünlər. Onlar öyrənirlər ki, bir əşyalar o biri əşyalardan həm çox, həm az, həm də onlar qədər ola bilər.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə