27
Perkutan koronar müdaxilə
SS-li və uyğun koronar anatomiyalı xəstələrdə stentlərin
istifadəsi, dərman örtüklü stentlərin meydana çıxması və adekvat
köməkçi müalicə, səriştəli həkimə həm tək, həm də çoxdamar
zədələnmələrində PKM prosedurlarını müvəffəqiyyətlə aparmağa
imkan verir. Rutin aparılan angioplastikada prosedur ilə əlaqədar
ölüm riski 0.3% - 1% -dir.
PKM, demək olar ki bütün hallarda simptomları yüngülləşdirmək
üçün AKŞ-ə alternativ olaraq nəzərdə tutula bilər. Mövcud dəlillərə
görə SS-də PKM-in sağqalma baxımından dərman müalicəsindən
üstünlüyü sübuta yetirilməmişdir, lakin PKM dərman müalicəsinə
nisbətən həyat keyfiyyətinə təsir göstərən hadisələrin (stenokardiya
tutması, təngnəfəslik, revaskulyarizasiyaya ehtiyac və ya fiziki yükə
tolerantlığın məhdudlaşması) azaldılmasına daha effektiv təsir
göstərir. İnvaziv texnologiyada olan irəliləyişlər həm yaxın və həm
də uzaq dövrdə angioplastikanın müvəffəqiyyətini artırmışdır və bu
məsələ təfsilatı ilə PKM üçün tövsiyələrdə müzakirə edilmişdir.
Cərrahi və perkutan koronar müdaxilənin müqayisəsi
Randomizə olunmuş tədqiqatların nəticələri göstərir ki, həm PKM və
həm də cərrahiyə simptomların müalicəsi üçün effektiv seçim kimi
nəzərdə tutula bilər. Lakin cərrahiyyənin üstünlüyü sübuta yetirilmiş
yüksək risk göstəriciləri olan populyasiya istisna edilməlidir.
Bir-iki damar xəstəliyi (SÖEA-nın yüksək dərəcəli proksimal
stenozundan başqa) olan diabetsiz xəstələrdə bir və ya daha çox
zədələnmə üzərində aparılmış angioplastikanın ilkin müvəffəqiyyət
ehtimalı yüksəkdir. Ümumiyyətlə, PKM-nin daha az invaziv təbiəti,
prosedur kimi riskinin çox aşağı olması və AKŞ-nin çox aşağı risk
yarımqruplarında sağqalma göstəricisinə təsir üstünlüyünün olmaması
kimi amillər onun ilkin yanaşma kimi aparılmasına əsas verir. Hər bir
xəstənin fərdi vəziyyəti müalicə strategiyası planlaşdırılarkən diqqətlə
nəzərdən keçirilməlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
Spesifik xəstələr və damar zədələnməsinə müvafiq yarımqruplar
SM-in funksiyası ciddi azalmış və/və ya cərrahi riski yüksək, sol əsas
kötüyün xəstəliyi, ŞD, çoxdamar xəstəliyi olan və əvvəllər AKŞ edilmiş
xəstələr revaskulyarizasiyanın növünü seçərkən xüsusi müzakirəyə səbəb
olurlar.
1.
Cərrahi riski çox yüksək olan xəstələr PKM ilə revaskulyarizasiyadan
xüsusən o halda fayda görə bilərlər ki, hədəf damar(lar)la perfuziya
edilən disfunksiyalı miokardda canlı toxumanın olması əyani surətdə
göstərilsin.
2.
Sol əsas kötüyün xəstəliyində PKM-in həyata keçirilməsi
mümkündür. Dərman örtüklü stentlərin istifadəsi zamanı metal
stentlərlə müqayisədə yaxşı nəticələr əldə olunmuşdur. Lakin, gələcək
tədqiqatların nəticələri bilinənədək cərrahi müalicəyə üstünlük
verilməlidir.
3.
Çox damar xəstəliyi olan ŞD xəstələrdə, AKŞ PKM-ə nisbətən ölüm
göstəricisini azaldır. Tədqiqatlar bu mübahisə doğuran vacib
məsələnin həllinə yönəldilmişdir, lakin hazırkı dövr üçün çox damar
xəstəliyi olan ŞD xəstələrdə, PKM həmin tədqiqatların nəticələri əldə
edilənədək ehtiyat üsul kimi nəzərdə tutulmalıdır.
4.
Əvvəllər AKŞ edilmiş xəstələrdə müalicə variantlarını müqayisə edən
randomizə olunmuş tədqiqatlar yoxdur. Simptomatik əsas vardırsa,
anatomiyanın müvafiq olduğu hallarda təkrari cərrahiyə əməliyyatına
təşəbbüs edilə bilər. Lakin müdaxilənin riskləri yüksəkdir. Belə
hallarda PKM simptomatikanı yüngülləşdirmək üçün təkrari
cərrahiyə əməliyyatına alternativ təşkil edir.
Dərman müalicəsi və revaskulyarizasiyanın müqayisəsi
Revaskulyarizasiyanın proqnostik faydası məlum olan yüksək
riskli populyasiya istisna olmaqla, başlanğıcda simptomları nəzarətə
götürmək üçün farmakoloji yanaşma tətbiq edilə bilər.
Revaskulyarizasiya, adekvat dərman müalicəsinə cavab verməyən və
ya yaşına baxmayaraq fiziki fəal qalmaq istəyən (müntəzəm fiziki
məşğələlər yerinə yetirən) xəstələrə anatomiyanın müvafiq olduğu
hallarda təklif edilə bilər.
Terapiyaya adekvat cavabın alınıb-alınmayacağı barədə xəstənin
müayinəsi zamanı mühakimə yürüdülməlidir. Optimal ikincili
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
profilaktik dərman müalicəsi, +/– beta blokada, +/– AÇF inhibisiya,
revaskulyarizasiyadan sonra xəstələrdə antianginal müalicəyə
ehtiyacdan asılı olmayaraq davam etdirilməlidir. Revaskulyarizasiya
üçün tövsiyələrin xülasəsi Cədvəl 3-də verilmişdir.
Cədvəl 3. Sabit stenokardiyada revaskulyarizasiya üçün
tövsiyələrin xülasəsi
Proqnoz
üçün*
Simptomlar
üçün**
Göstəriş
Sübut
səviyyəsi
Sübut səviyyəsi
PKM (PKM üçün uyğun anatomiya, riskin müvafiq
qiymətləndirilməsi və xəstə ilə müzakirə)
Tək damar zədələnməsində
dərman müalicəsinə
baxmayaraq I – IV sinif
stenokardiya
A
1
Çoxdamar zədələnməsində
dərman
müalicəsinə baxmayaraq
I – IV sinif stenokardiya
(diabetsiz xəstələr)
A
1
Dərman müalicəsi fonunda sabit
stenokardiyanın (I sinif) minimal
simptomları və bir, iki və ya üç
damar zədələnməsi, lakin
obyektiv olaraq sübuta yetirilmiş
əhəmiyyətli işemiyanın olması
D
1
AKŞ (cərrahiyə üçün uyğun anatomiya, riskin müvafiq
qiymətləndirilməsi və xəstə ilə müzakirə)
Stenokardiya və sol əsas
kötüyün xəstəliyi
A
1
A
1
Stenokardiya və obyektiv
olaraq sübuta yetirilmiş
əhəmiyyətli işemiya
A
1
A
1
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.