Şəkil 1. Döş qəfəsində ağrısı olan xəstənin
ilkin qiymətləndirmə alqoritmi
12
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
Laborator-instrumental müayinələr:
►
Laborator müayinələr
Ümumi qan analizi, kreatinin
Qanda acqarına şəkər
Qanda acqarına lipid profili
yh C-reaktiv zülal, homosistein, Lp(a), ApoA, ApoB
►
Döş qəfəsi rentgenoqrafiyası
►
EKQ
►
Exokardioqrafiya
►
Fiziki yük sınaqlı EKQ
►
Fiziki yük (ExoKQ, ssintiqrafiya və MRT) təsvir üsulları
►
Farmakoloji stress təsvir üsulları
►
Ürəyin stress maqnetik rezonans sınağı
►
Kompüter tomoqrafiya
►
Maqnetik rezonans arterioqrafiya
►
Koronar arterioqrafiya
Laborator müayinələr
SS olan bütün xəstələrdə risk profilinin təyini və müalicəyə
ehtiyacın olub-olmadığını müəyyənləşdirmək üçün qanda şəkərin
acqarına səviyyəsi və acqarına lipid profili (ümumi xolesterin, yüksək
sıxlıqlı və aşağı sıxlıqlı lipoproteidlər, triqliseridlər) yoxlanmalıdır.
Yüksəlmiş ÜX, ASLP və şəkər səviyyələri, həmçinin proqnozun
təyinediciləridirlər. Müalicənin effektivliyinin göstərilməsi və yeni
meydana çıxan şəkərli diabet xəstəliyinin təyini üçün lipid profili və
şəkər statusu vaxtaşırı yoxlanılmalıdır. Bütün xəstələrdə ümumi qan
və plazma kreatinini analizlərinin yoxlanılması məsləhətdir (D)
3
.
Şəkər yükləmə sınağı, xolesterin subfraksiyaları (ApoA, ApoB),
homosistein, lipoprotein (a) (Lpa), N-terminal beyin natriuretik
peptid (NT-BNP), hemostaz anormallıqlarının və yüksək həssaslıqlı
C reaktiv zülal (yh CRZ) kimi iltihab markerlərinin yoxlanılması
bəzi xəstələrdə rol oynaya bilər .
Troponinlər kimi miokardial zədələnmə biomarkerlərinin təyini
klinik qeyri-sabit xəstəliyin gedişində və ya kəskin koronar sindrom
meydana gəldiyi halda tövsiyə edilir (A)
3
. Klinik olaraq şübhə
olduqda qalxanabənzər vəzinin funksional vəziyyəti yoxlanılmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
14
Döş qəfəsi rentgenoqrafiyası
DQR yalnız ürək çatışmazlığı, qapaq xəstəlikləri və ağ ciyər
xəstəliklərinə şübhə olduğu hallarda göstərişdir (D)
3
. Kardiomeqaliya, ağ
ciyərlərdə durğunluq, qulaqcıqların genişlənməsi və ürək strukturlarının
kalsifikasiyası kimi patologiyalarda proqnostik əhəmiyyətə malikdir.
Sakitlik elektrokardioqrafiyası
Döş qəfəsində ağrısı olan bütün xəstələrə sakitlik halında 12
aparmada elektrokardioqram çəkilməlidir. Döş qəfəsində ciddi ağrısı
olan xəstədə qeyri-normal bir dəyişiklik olmasa belə, bu, miokardın
işemiyasını inkar etmir. Qeyri-normal EKQ ÜİX olması ehtimalını
artırır, lakin koronar arteriyaların obstruksiyası ilə əlaqədar xəstəliyin
ağırlıq dərəcəsini təyin etməyə imkan vermir (B)
2
. Digər tərəfdən, ST
seqmentinin depressiyası, Q dişinin olması, sol ön hemiblok və Hiss
dəstəsinin sol ayaqcığının tam blokadası tipli dəyişikliklər sabit
stenokardiyanın arzuolunmaz proqnozunun əlamətləridir.
EKQ müayinənin işemik tutma zamanı aparılması tövsiyə olunur. ST
seqmentinin geridönən depressiyası ÜİX-ni təsdiqləyir. Ürək fəaliyyətinin
uzunmüddətli monitorlanması ağrısız işemiya epizodlarının aşkar
olunmasına imkan verir. Bu, xəstədə, xüsusilə xəstəliyin RA olduqda,
ÜİX-nin olmasını təsdiq edir (C)
5
.
Exokardioqrafiya
Sakitlik zamanı exokardioqrafiya ürəyin qapaq xəstəlikləri və ya
hipertrofik kardiomiopatiya kimi simptomlara səbəb ola biləcək patolo-
giyaları və mədəcik funksiyasını qiymətləndirmək üçün istifadə edilir.
Exokardioqrafiya sırf diaqnostik məqsədlə, küylə müşayiət olunan
ürək qapaqlarının zədələnməsi, anamnezində hipertrofik
kardiomiopatiyası (B)
3
, EKQ dəyişikliyi olan (Hiss dəstəsinin blokadası,
Q dişcikləri və ya başqa patoloji dəyişikliklər, ST seqmentinin
dəyişiklikləri) (D)
3
, daha əvvəl keçirilmiş miokard infarktı (B)
3
, ürək
çatışmazlığı simptomları və əlamətləri olan xəstələrə aparılır (B)
3
.
SS-də uzunmüddətli sağqalmanın əsas prediktoru ExoKQ ilə
qiymətləndirilən SM funksiyasıdır, belə ki, bu funksiyasının pozulması
ölüm faizini artırır. SM hipertrofiyası da mühüm proqnostik əlamətdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.