S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə11/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   7   8   9   10   11   12   13   14   ...   145

 
Yuxu arteriyasının ahıl adamlarda, arterial hipertoniya nəticəsində 
h
əlqə  şəkilində  əyilməsi və  yerdəyişməsi,  onun  anevrizasına  oxşar 
v
əziyyəti yarada bilər. 
 
İkizirvəli və  ya iki pikli nəbz  (pulsus bisferiens) üçün hər ürək 
yığılmasından  sonra,  iki nəbz  dalğasının  hiss  olunması  səciyyəvidir. 
Onun 
əmələgəlmə  mexanizmi  qanın  sürətlə  aortaya  daxil  olması  ilə 
əlaqədardır. Ürəkdən aortaya yüksək sürətlə daxil olan qan cərəyanının 
maksimal sür
ətində  qalxan  aortanın  divarlarında  sorucu  effekt  yaranır 
(Bernulli effekti)  v
ə bunun nəticəsində divaryanı təzyiq güclü dərəcədə 
azalır. İkizirvəli nəbz yüngül dərəcəli aortal stenoz və ağır dərəcəli aortal 
requrg
itasiyanın birgə mövcudluğunda, yəni müştərəkliyində rast gəlinir. 
Ür
ək əzələsinin yığılma funksiyası zəiflədikdə, ikizirvəli nəbz itir. 
 
Aortal requrgitasiya
sı  olan  xəstələrin 30-40%-də  yuxu 
arteriyalarında titrəmə tapılır. Aortanın laylanan anevrizmasında sol bud 
arteriyası üzərində ikizirvəli nəbz qeyd edilə bilər və əks tərəfdə eyni adlı 
arteriyada o tapılmır. Belə bir tərəfli effekt aortanın laylanan anevrizması 
üçün s
əciyyəvidir.  İkizirvəli nəbz bəzi hallarda hipertrofik obstruktiv 
kardiomiopatiya  zamanı  və  ya güclü dərəcədə  inkişaf  etmiş  olan  aortal 
requrg
itasiyalı xəstələrdə də qeyd edilə bilər.  
 
Yuxu  arteriyası  üzərində  dikrotik  nəbzin  meydana  çıxması  ürək 
atımının  azalması,  periferik  damar  müqavimətinin  artması  və  aorta 
divarlarının  intaktlığı, yəni  elastikliyi  fonunda  qeyd  edilir  (ağır  ürək 
ça
tışmazlığı,  dilatativ kardiomiopatiya, ürək  tamponadası,  kardial 
əməliyyatlardan sonra, xüsusilə  aortal  qapağın  rekonstruksiyasından 
sonra ür
ək atımının azalması). 
 
Aşağı  ətraf  damarlarının  zədələnməsi çox vaxt koronar 
aterosklerozla birg
ə  rast gəlinir.  Ürəyin  işemik  xəstəliyi və  hipertoniya 
x
əstəliyi  olan,  50  yaşdan  yuxarı  xəstələrdə  qarın  aortasının 
anevrizmasının  mövcudluğunu  axtarmaq  gərəkdir (palpasiya, ultrasəs 
müayin
əsi). 
 
Ür
əyin  atım  həcmi və  bu həcmdə  qanı  qəbul edən arterial 
damarların rigidliyi,  arterial qan təzyiqini  yaradır. Diastolik qan təzyiqi 
periferik damar müqavim
əti,  aortanın  elastikliyi  və  diastola  zamanı 
arteriyalarda olan qanın həcmindən asılı olaraq müəyyən edilir. Aortanın 
v
ə digər arteriyaların sistola zamanı genəlməsi və diastola zamanı geriyə 
doğru  yığılıb daralması diastolik təzyiqi dəstəkləyir və  yüksək periferik 
damar müqavim
ətinin artmasında aortanın aterosklerotik rigidliyinə, yəni 
onun elastikliyin itirm
əsinə  baxmayaraq diastolik təzyiqin normal 
qalmasına və ya hətta yüksəlməsinə şərait yaradır. 
 
Böyük, y
əni yaşlı adamlarda normal qan təzyiqinin yuxarı sərhəddi 
140/90 mm c.s. t
əşkil  edir.  Uşaqlarda  sistolik  qan  təzyiqinin normal 
 
28 


göst
əricisi SAD = 90 (yaş x 5) : 3 düsturu ilə müəyyən olunur; diastolik 
qan t
əzyiqi uşaqlarda 60 ± 10 mm c.s-na bərabər olur. 
 
Ür
əyin  atım  həcminin  azalmasına  cavab  olaraq,  periferik  damar 
müqavim
əti  artır  və  bu qan təzyiqinin  normal  qalmasına  şərait  yaradır. 
Ür
ək çatışmazlığı proqressivləşdikcə, arterial qan təzyiqi azalır. 
 
Ür
əyin  atım  həcminin artması  nəticəsində  qanın  sistolik  təzyiqi 
artmağa başlayır; periferik damar müqavimətinin azalması diastolik qan 
t
əzyiqinin enməsinə səbəb olur. Aortal requrgitasiya zamanı sistolik qan 
t
əzyiqi,  arterial  damarların  və  o cümlədən  aortanın  elastikliyi  hesabına 
140 mm c.s-dan çox yüks
əlmir.  Yaşlı,  ahıl  şəxslərdə  aortanın  rigidliyi 
hesabına aortal requrgitasiya, sistolik qan təzyiqinin 180 mm c.s-na qədər 
yüks
əlməsinə  səbəb olur. Hipertoniya xəstəliyi fonunda qeyd olunan 
aortal requrgitasiya, periferik damar müqavim
ətinin  artması  hesabına 
normal qala v
ə ya bir qədər arta bilər. 
 
Arterial qan t
əzyiqinin  yuxarı  ətraflarda müxtəlif  olduğu  zaman, 
müvafiq  arteriyanın  obstruktiv  zədələnməsi (aterosklerotik və  ya 
embolik),  döş  qəfəsinin  yuxarı  dəliyi  sindromu,  boyun  qabırğasının 
mövcudluğu,  artefakt,  qapaqüstü  aortal  stenoz  haqqında  fikirləşmək 
lazımdır.  Xəstənin anamnezində  vertebrobazillyar  tutmaları  olduqda  və 
bir qolda arterial qan t
əzyiqi yüksəldikdə, qanın körpücükaltı arteriyaya 
onurğa  arteriyasından  geriyə  yönəlməsi  haqqında  fikir  yaranır  (qanın 
körpücükaltı oğurlanması sindromu).  
 
Aortal stenozda, damarlarda qan c
ərəyanının  pozulmasında,  nəbz 
dalğasının yayılma sürətinin azalmasında və nəbzin dolğunluğu azaldıqda 
N.S.  Korotkov  tonları  eşidilmir.  Tonların  qüvvətlənməsi üçün əvvəl 
x
əstənin qolunu  yuxarı  qaldırmaq  və  sonra tezliklə  qan təzyiqini 

əyyən etmək lazımdır; tonlar manjetin mərkəzi hissəsinin altında daha 
yaxşı eşidilir. Ona görə də fonendoskopun başını manjetin altına itələyib 
yerl
əşdirmək məsləhətdir. Bu zaman  fonendoskopun  başına  minimal 
t
əzyiq göstərilməlidir.  Şok  vəziyyətində  N.S.  Korotkov  tonlarının 
stetoskop vasit
əsilə  müəyyən etmək mümkündür, çünki fonendoskop 
yüks
ək tezlikli səsləri öz membranası ilə tuta bilmir.  
 
Arterial qan t
əzyiqinin müəyyən edilməsində aşağıdakı tövsiyələrə 
riay
ət olunması məsləhət görülür: 
-  civ
əli manometrdən  istifadə  edilməsi, çünki aneroid 
manometr il
ə onun arasında 10 mm c.s-na qədər fərq tapılır;  

manometrin  manjeti  normadan  ensiz  olduqda,  alınan 
göst
ərici 10 mm c.s-na qədər yüksək  alınır;  əksinə  manjet 
normadan enli olduqda, göst
ərici 5 mm c.s-na qədər azalır; 
-  manjeti sür
ətlə  hava ilə  doldurmaq və  yavaş  boşaltmaq 
lazımdır; 
 
29 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə