R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə8/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   4   5   6   7   8   9   10   11   ...   177

18 
 
Mənbələr  sırasına  mü xtəlif  dövlətlərin  rəsmi  şəxslə rin in  yazış mala rın ı, 
Qərbi  Avropa  dövlətlərinin  mü xtəlif  ölkələ rdə,  o  cü mlədən  Sə fəvi  dövləti  və  
Osmanlı Türkiyəsində fəaliyyət göstərən diplomatik  missiyalarına göndərdikləri 
mə ktub, depeşa, təlimatla rı, Sə fəvi dövlətinə bu və ya digər (iqtisadi, siyasi, dini 
təbliğat və s.)  məqsədlə yönəldilən şəxslə rə verilən tapşırıqları, habelə  məqsədli 
səfərdən qayıtmış ş əxslə rin hesabatlarını özündə əks etdirən sənədləri aid et mə k 
olar. 
Səfəvi  dövlətin in  XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllə rində  tarixinin  
(siyasi  vəziyyət,  iqtisadi  ə laqələr,  dini  görüşlər, 
mədəniyyət, 
məişət 
xüsusiyyətləri) öyrənilməsi üçün  xüsusi növ məxəz  rolunu bilavasitə bu dövlətə 
səyahət  etmiş  və  ya  yolüstü  bu  ölkədə  səfərdə  olmuş  şəxslərin  xat irə ləri  və 
səyahətnamələri  oynayır.  İngilisdilli  mənbələr  a rasında  da  s əyahətlərin  təsviri, 
şübhəsiz ki,  xüsusilə qiy mətlidir. Avropalı səyyahları, ilk növbədə Səfəvi dövləti 
ilə  t icarət  məsələ ləri  maraq landırd ığından,  onlar  bununla  bağlı  müvafiq  
məqa mlar  ü zərində  xüsusi  dayanırlar.  Tədqiqat  işimiz  üçün  A.Oleari, 
E.Kemp fer,  J.Şarden,  Korneli  de  Brü in  (1703-1707),  C.Hanvey  (1743-1747), 
Pyetro  della  Va lle  (1617-1623),  Yan  Streys  və başqalarının  verdiyi  mə lu mat lar 
xüsusi əhəmiyyət kəsb edir. Bəzi müəlliflər isə Səfəvi dövləti ərazisində heç vaxt 
olmamış, lakin bu ölkə barədə bizə  müasiri olduqları dövrün mənbələrindən əldə 
etdiklə ri əsasında qiymətli mə lu matla r vermişlə r. 
1632-c i ildə Şle zviq-Holşteyn hersoqu, Fridrix Kru ziusun başçılığı alt ında 
Moskvaya  səfirlik  yollay ır.  Səfirlik  1634-cü  ildə  çar  Aleksey  Mixay loviçin  
yanında  olur  və  İrana  keçib  getmək  üçün  icazə  verilməsini  xahiş  edir.  Bu  
səfirliyin  katib i  öz  s əyahəti  barədə  olduqca  maraqlı  təsvir  vermiş  Adam  Oleari 
(1603-1671) id i.  1636-1638-c i  illərdə Sə fəvi dövlətində olmuş A.Olea ri  1643-cü  
ildə  lat ınca  yazdığı  «Səyahətlər»  (67)  əsərində,  E.Braunun  sözləri  ilə  desək, 
«özünün  ehtiyatlı  müşahidələri»  (215,  s.  115)  ilə  bölüşmüş-dür.  Fars  və  türk 
dillərini  kifayət  qədər  ya xşı  bilən  A.Olearinin  əsəri  XVII  əsr  İran ına  dair  ən  
yaxşı  icmallardan  biridir.  A.Olearinin  əsəri  ingilis  dilinə  1669-cu  ildə  Con 
Deyvies  tərəfindən  tərcümə  edilmişdir.  V.Ba rtoldun  təbirincə,  «Gilan  ipəyinin  
İrandan  ixracın ı  təşkil  etmək  məqsədilə  Qo lştiniyadan  xüsusi  göndərilmiş 
səfarətin  iştirakç ısı,  ...a lman  alimi  Oleari  (Sə fəvi  dövləti  barədə  -  R.D.)  daha 
maraqlı məlu matlar verir» (92, s. 760). 
Hugenot  zərgər  Jan  Şarden  Sə fəvi  dövlətində  hər  dəfə  təqribən  altı  il 
olmaqla iki dəfə olmuşdur: 1664-1670 və 1671-1677. Onun «Səyahətnamə» (45) 
əsəri dəfələrlə nəşr edilmişdir. 


19 
 
Alman  təbiətşünası,  həkim  və  səyyah  olan  Engelbert  Kempfe r  (1651-
1716)  1683-1684-cü  illə rdə  Səfəv i  dövlətində  olmuşdur.  1685-c i  ilin  sonundan 
etibarən  Ost-Hind  ko mpaniyasının  həkimi  qis mində  Hindistan,  İndoneziya  və 
Siamda işləmişdir. E.Kempferin Səfəv ilərin sarayda Azərbaycan dilindən istifadə 
etməsi  haqqında,  Ba kıda  ola rkən  Abşeronun  neft  və  duz  mədənləri,  şəhərin  
iqtisadi  həyatı,  me marlıq  abidələ ri,  sənətkarlıq  e malat xanaları  və  s.  barədə 
verdiyi mə lu mat lar xüsusilə qiy mətlidir (14). 
XVII  əsrin  I  rübündə  romalı  Pyetro  della  Valle  Sə fəvi  dövlətinə  siyasi 
məqsədlə  səfər  edir.  Belə  ki,  o,  «şah  Abbası  (I  Abbas  -  R.D.)  Türkiyəyə  qarşı 
ispan  kralı  ilə  ittifaq  bağlamağa  sövq  etməyə  çalışırdı,  lakin  ispanlar 
Portuqaliyaya  sahib  olduqlarından,  ispanlar  və  iranlıların  maraqları  bir-birinə 
zidd  idi  və  iran lıların  (ingilislərin  kö məy i  ilə  -  R.D.)  Hö rmü z  liman ını  ə lə  
keçirməsi  ispanlara  qarşı  müharibə  aktı  demək  idi.  Odur  ki,  della  Valle  ö z 
məqsədinə  nail  o lmur,  ə ksinə,  iranlılarla,  ispanların  düşməni  ingilislər  arasında 
yaxınlaş ma baş verir» (92, s. 759).  Ye ri gəlmişkən,  Yəhya Qəzvin inin «Lubb-ət-
təvarix»  (1524)  əsəri  Avropada  məh z  Pyetro  della  Vallenin  italyancaya 
tərcüməsi sayəsində tanınmışdır. 
C.Hanvey  haqqında  yazılan lardan  məlu m  o lur  ki,  o,  «eyni  zamanda 
tanınmış  tacir,  səyyah,  ictimai  xadim...  və  müəllim  idi.  1712-ci  ildə 
doğulmuşdur.  S-Peterburqda  Dinqli  evinin  ş ərikinə  çevrilmiş  Hanvey  1743-cü  
ildə  ko mpaniyanın  maraq ları  ilə  əlaqədar  İran  və  Rusiyaya səfər  etmiş,  1750-c i 
ildə  Londona qayıtmışdır.  Burada o, ictima i fəa liyyətlə  məşğul olmağa başlamış, 
çox  sayda  yüksək  qurumlar  (institutlar)  yaratmış,  gənclərin  rifahı  ilə  xüsusilə 
maraqlan mışdır.  1786-cı  ildə  vəfat  edən  Hanveyin  şərəfinə  Vestminster 
Abbatlığında monu ment inşa edilmişdir» (220, s. 541-542, qeyd 1). 
1743-1744-cü  illə rdə  İranda  olmuş  Conas  Hanvey  1753-cü  ildə  özünün 
iki cild lik «An historical account of the British Trade over the Caspian Sea, with 
a journal o f travels» (Xəzər dənizi hövzəsində ingilis ticarətin in tarixi nəticələri 
və səyahətlər jurna lı)  (61) əsərin i çap etdirmişdir.  C.Hanvey bu  əsərini daha  iki 
cild lə  ta ma mla mışdır:  I  cild  -  «İran  inqilabı»  adlan ır  ki,  buraya  «Şah  Su ltan 
Hüseynin  hakimiyyəti,  əfqanların  müdaxiləsi,  Su ltan  Mir  Mah mud  və  onun 
xələ fi  Əşrəfin  hakimiyyətləri  haqda»  («The  reign  of  Shah  Sultan  Hussein,  with 
the  invasion  of  the  Afghans.  and  the  reigns  of  Sultan  Mir  Mah mud  and  his 
successor  Ashreff»)  hissə  daxildir.  II  cild  isə  «Uzurpator  Nad irqulunun 
hakimiyyətə yiyələnməsi...» («The history of the selebrated usurper Nadir Kouli: 
fro m his birth in 1687 till his death in 1747, to which are added some particulars 
of  the  unfortunate  reign  of  his successor  Adil  Shah»)  adlanır.  L.Lokharta  görə, 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə