R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə11/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   7   8   9   10   11   12   13   14   ...   177

24 
 
tarixşünaslığının ən əhəmiyyətli  mənbələrindən biri olan adı çəkilən əsərlə tanış 
olmaq imkan ı vermək istəyi ilə bu tərcü məni etmişdir (265, müqəddimə). 
Bu  günədək  Səfəvi  inzibati  maşını  haqqında  müfəssəl  mə lu mat  verən 
anonim  mənbə  -  «Təzkirat -əl-Mülük»  (69)  əsərini  Vladimir  Minorski  tərcü mə  
edib, 1943-cü ildə çap etdirmişdir. 
Biz,  Səfəv i  dövlətinin  tədqiq  etdiyimiz  dövr  tarixinə  dair  mə lu matları 
mü xtəlif  Avropa  dillərində  olub,  ingilis,  rus,  Azərbaycan  dillərinə  tərcü mə 
edilmiş  və  elə  buna  görə də  tərəfimizdən  istifadəsi  mü mkün  olmuş  ən  müxtəlif 
mənbələ rdən əxz etmişik (İ.Lerx  (21), H.  Bryus (64)  Oruc bəy Bayat (15), Həsən 
bəy  Rumlu  (39),  P.S.Gilanents  (20),  C.Be ll  (42),  K.  Brüin  (16),  G.Kare ri  (44), 
C.Kuk  (46),  Y.  Streys  (33),  J.Tiflisi  (36),  A.Şemaxesi  (34)  və  b.).  Həmin  
mənbələ rin  öyrənilməsi  və  Səfəv i  dövlətinin  tarixinin  tədqiqi  prosesinə  cəlb 
edilməsi  ba xımından  Y.Mah mudov  (145,  146,  147),  S.Onullahi  (173),  F.Əliyev 
(80,  81,  82,  112,  113),  O.Əfəndiyev  (109,  110),  M .Heydərov  (131,  132,  133), 
S.Aşurbəyli (85, 87,  88), H.Abdullayev (77,  78).  S.Məmmədov (152, 153,  154), 
Ə.Rəh mani (187), Ş.Fərzəliyev (116) və b. əsərlərində xey li iş görülmüşdür. 
1511-c i  ildən  alban  katalikosların ın  iqa mətgahına  çevrilmiş  Qandzasar 
monastırında 1702-ci ildə ali din i vəzifəyə seçilmiş və ömrünün axırına - 1702-ci 
ilədə k bu vəzifədə olmuş, əsl-kökü alban hökmdarları olan Mehranilə r sülaləsinə 
gedib  çıxan,  Qarabağın  Aşağı  Xaçen  mahalı  sahibkarları  nəslindən  olan  Yesai 
Həsən  Cəla lyanın  «Alban  ölkəsin in  qısa  tarixi»   (6)  əsəri  araşdırd ığımız  dövr 
barədə  xey li  maraq lı  materiallarla  zəngindir.  Burada  müəllifin  mü xtə lif 
hadisələrə  və  tarixi  şə xsiyyətlərə  erməni  millətçiliy i  ra kursundan  yanaşması, 
zənnimizcə,  Sə fəvi  dövlətinin  iqtisadi  vəziyyəti,  xüsusilə  vergi  sistemi  ilə  bağlı 
qiymət li  mə lu matla r  verən  əsərin  bir  mənbə  kimi  əhə miyyətini  a zalt mır. 
«Yesainin  katalikosluğu  elə  dövrə  təsadüf  edirdi  ki,  bu  vaxt  ticarət  kapitalının  
inkişafı  sayəsində  Qarabağ  əhalisinin  yu xarı  təbəqəsi  arasında,  tənəzzül  və 
dağınıqlıq  mərhələsini  yaşamağa  başlamış  Səfəvi  İran ı  zülmündən  azad  olmaq  
məqsədilə  hə rəkat  başlanır»  (198,  s.  6).  Şah  Su ltan  Hüseynin  müasiri  o lmuş 
Y.H.Cəla lyanın əsərində əhalinin siyahıya alın ması, onun üzərinə yeni vergilə rin  
qoyulması,  habelə  verg i  yığanlar  tərəfindən  incidilməsi,  Azərbaycanın  şimal 
hissələrində dövlət əleyhinə hərəkat və s. barədə mə lu matlar əhəmiyyətlidir. 
Əsərin ermən icədən ruscaya Azərb. SSR.  EA-n ın Tarix İnstitutunun elmi 
işçisi  T.A.Ter-Qriqoryan  tərəfindən  1940-cı  ildə  tərcümə  edilməsinə 
baxmayaraq,  yalnız  1989-cu  ildə  mərhum  akademikimiz  Z.Bünyadovun 
təşəbbüsü və redaktorluğu ilə nəşr edilmişdir.  Bundan əvvəl isə bu əsər üç dəfə - 
1839-cu ildə Şuşada, 1868-ci  ildə  Yerusəlimdə, M.Brosse tərəfindən fransızcaya 


25 
 
tərcüməsi  isə  1876-c ı  ildə  Peterburqda  «Erməni  hekayətləri  toplusu»  adlanan 
məc muən in II cildində çap edilmişdir. 
Anonim  müəllifın  «İran  şahı  Təhmasibqulu  xan ın  tarixi»  (12)  əsərinin  
fransız  d ilindən  ruscaya  tərcüməsində  tədqiq  etdiyimiz  dövrlə  bağlı  bir  sıra 
maraqlı  məlu matlar  vardır.  Əsərdə  əfqan  işğalından  sonra  Səfəvilər  sülaləsini 
müvəqqəti  bərpa  etmiş  Nadirqulu  haqqında  XVIII  əsr  Avropasında  mövcud, 
bəzən absurd fikirlər (məsələn,  mü xtəlif  mənbələ rdə onun isveçrəli, hollandiyalı, 
ingilis  və  ya  fransız  olması,  müs əlman lığ ı  guya  sonradan  qəbul  etməsi  və  s. 
barədə) öz əksini tap mışdır.  Əs ərin əsas mə ra mını Nadirin həyat və fəaliyyətini 
əks  etdirməyin  təşkil  etməsinə  baxmayaraq,  anonim  müəllif  Şah  Hüseynin 
(1694-1722)  hakimiyyət  illəri,  onun  xa rakter  və  xüsusiyyətləri,  ə fqan  təbəələr, 
onların liderləri - Mir  Veys, Mahmud, Əşrəf; Səfəvi paytaxtın ın süqutu haqqında 
ma raq  kəsb  edən  narrativ  s əciyyəli  mə lu matlara  da  diqqət  ayırır.  Əsərdə 
mübahisəli mü lahizələr (məsələn, əfqanların əslən Şirvandan olmaları (12, s .14), 
habelə şahzadə Təhmasibin  mühasirədə olan İsfahandan çıxarılma planı  ilə bağlı 
ermənilərin  əfqan  mühasirəçilərini  xəbərdar  et mələ ri  (12,  s.  24)  və  s.  barədə 
mə lu matla ra  rast  gəlinir.  Əsərdə  Şah  Hüseynin  ş ərab  düşgünü,  hərəmxana  
həyatının girovu olması, iradəsizliyi; ö z şərəf, ləyaqəti və dövlətin qüdrəti barədə  
qayğılanması  ucbatından,  hakimiyyətin  «lənətə  gəlmiş  xacələrin»  əlində 
cəmlən məsi  (12,  s.13),  habelə  uğursuz  varis  seçimi  və  s.  Səfəvi  sülaləsinin  
süqutunu şərtləndirən səbəblər kimi dəyərləndirilir. 
Əsərdə ermənilər və Ermən istan haqqında absurd, heç bir dəlilə və sübuta 
söykənməyən  fıkirlər  b irmənalı  şəkildə  hiddətə  səbəb  olur.  Belə  ki,  anonim 
müəllif  ço x  savadsızcasına  iddia  edir  kiErmən istan  ...  üç  hissəyə  bölünüb  ki, 
bunlardan  birincisi  Dəc lə  və  Fəratdan  qərbə  doğru  yerləşib  və  Turkomaniya  
adlanır,  paytaxtı...  Erzurem  (yəqin  Ərzuru m  nəzərdə  tutulur  -  R.D.);  ikincisi 
şimalda Gü rcüstanla Araz çayı arasında yerləşir və İrəvan əyaləti adlanır, paytaxt  
şəhərinin adı ilə; üçüncüsü isə... paytaxtı Tavris şəhəri olmaqla Aderbiyan (yəni 
Azərbaycan  -  R.D.)  adı  ilə  tanınır.  Uzun  müddət  Turkomaniyanın  sahibi  olan 
türklər,  dəfələrlə  bütün  Ermən istanı  ələ  keçirmək  üçün  həmlələr  etmişlər,  lakin  
əvvəllər  bu  onlara  nəsib  olmamışdır,  o  vaxtadək  ki,  İranda  baş  alıb  gedən  son 
özbaşınalıqlar (əfqan işğalları - R.D.) onlara əlverişli və rahat fürsət yaratdı» (12, 
s.94-95).  Şübhəsiz  ki,  bu  fikirlə r  məntiqsiz  olub,  başdan-ayağadək  uydurma, 
falsifikasiyadan  başqa  bir  şey  deyildir.  Müəllifin  ermən ipərəst  olub,  onların  
təəssübünü  çəkməsi  açıq-aydın  sezilir  ki,  bu  da  ona  obyektiv  olmaqda  mane  
olub.  Bununla  belə,  əsərin  önəmli  cəhəti  Nadirin  hakimiyyətə  gəlməsi  ilə  bağlı 
maraqlı faktlarla zəngin olmasındadır. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə