13
dövlətinin, xüsusilə, onun son dövr tarixin in o dövrün vacib tarixi prosesləri ilə
vəhdətdə vahid problem kimi a raşdırılmasıdır. Bu məqsədlə, Səfəvi dövlətinin
XVII əsrin sonu - XVIII əsrin əvvəllərində iqtisadi həyatı, siyasi tarixi,
mədəniyyət və məişət problemlərinə dair tədqiq olunan dövrün rəsmi
sənədlərində və tədqiqatçıların müvafiq araşdırma larında əksini tapmış
məsələ lərə, ilk növbədə, faktiki materiallara tərəfimizdən xüsusi diqqət
yetirilmiş, indiyə qədər məlu m o lmayan hadisə və faktlar aşkarlan mış, məlu m
məqa mlar isə dəqiqləşdirilmiş, yeni ba xımdan ş ərh edilmişdir.
Tədqiqat işi, əsasən, tədqiq olunan dövrə dair zə manə mizə qədər gəlib
çatmış istər Avropa, istərsə də şərq dillərində olan sənədlərlə müqayisə olunaraq
tənqidi analiz edilmiş ingilisdilli tarixşünaslıq nü mun ələri əsasında yazılmışdır.
Qarşıya qoyulmuş problemin həlli məqsədilə istifadə olunmuş ədəbiyyatın
bəzisinə A zərbaycan tarixşünaslığında ilk dəfə mü raciət o lunmuşdur.
Tədqiqat prosesi za man ı araş dırılan mövzunun ayn-ayrı aspektlərinin
öyrənilməsində böyük rol oynamış tanınmış Azərbaycan (O.Əfəndiyev,
Y.Mah mudov, F.Əliyev, S.Onullahi, S.Aşurbəyli, M .Heydərov, S.Məmmədov,
Ş. Fərzəliyev, B.Əh mədov, H.Abdullayev, Ə. Rəh mani, Ə.Əbdürrəh manov və
b.) və Rusiya (V.V.Bartold, İ.P.Petruşevski, P.P.Buşev, V.N.Lev iatov,
N.A.Smirnov, N.N.Tu manoviç, E.S.Zevakin və b.) tarixçilərin in əsərlərində
əksini tap mış mülah izələr və gəlin miş nəticələr nəzərə alın mışdır. Bununla belə,
hazırki əsərin yazılmas mda əsas vurğu tədqiqat mövzusunun adından məlu m
olduğu kimi ingilis və amerikalı müəlliflərin əsərlərində yer almış məlu matlara
edilmişdir. Belə ki, «elmin inkişafının hazırki mərhə-ləsində...ciddi tədqiqatların
aparılması zamanı bütün dillərdə olan mənbələrin ko mpleks istifadəsi zəruri
sayılır» (99, s. 8). Əlimiz çatan kitab xanalarda olmayan bir ço x q iy mətli
mənbələ rə əsaslanan və faktik materia l ba xımından zəngin olan bu əsərlərdə
Səfəvi dövlətinin ü mu mən və bizim üçün maraq kəsb edən son dövr tarixinə dair
xeyli əhəmiyyətli mate ria llar vardır. Mənbələr sırasına mü xtə lif dövlətlərin arxiv
sənədləri, rəs mi şəxslərin yazış ma ları; Qərbi Avropa dövlətlərin in Səfəvi dövləti,
Osmanlı imperiyası, Rusiya və s. fəaliyyət göstərən diplomatik missiyalarına
göndərdikləri məktub, təlimat və is marıcları; Avropa ölkələrinin konsullarının,
İngiltərə, Fransa və Hollandiya Şərqi-Hind ko mpaniyaları rezidentlərinin
verdikləri mə lu matlar; Sə fəvi dövlətinə bu və ya digər məqsədlə (siyasi, iqtisadi,
dini təbliğat və s.) yönəldilən şəxslə rə verilən tapşırıqla r, habelə məqsədli
səfərdən qayıtmış şəxslərin höku mətlərinə etdikləri hesabatları ö zündə əks
etdirən sənədlər; Səfəvi dövlətinə səyahət etmiş və ya yolüstü bu ölkədə səfərdə
olmuş şəxslərin xatirələri, səyahətnamələri və s. aid etmək olar.
14
Tədqiq etdiyimiz möv zunun daha əhatəli və detallarla təhlili üçün
əhəmiyyətli olan, bəzən tədqiqat işimizin xronoloji çərçivəsi hüdudları xaricinə
çıxan mənbələrə, o cü mlədən anonim və müəllifi bəlli o lan şərq və qərb
mənbələ rinə də mürac iət etməy i
məqsədəuyğun saymışıq. Bə zi şərq
mənbələ rin in ingilis, rus dillərində olan interpretasiyalarından da istifadə
olunmuşdur.
Tədqiqatın elmi yeniliy inə toxunarkən, qeyd etmək la zımdır ki,
Azərbaycan tarixşünaslığında ilk dəfə ola raq, son Səfəvi dövrü ciddi elmi
tədqiqat obyektinə çevrilmiş; ingilisdilli tarixşünaslıq nümunələri əsasında
işıqlandırılmış, bu dövrə dair ing ilis, amerikan, A zərbaycan və rus
tarixşünaslıqlarında mövcud məlu matlar müqayisəli şəkildə təhlil olun muş,
Səfəvi imperiyasının tənəzzül dövrü tədqiqat prosesinə cəlb edilmiş zəngin
faktiki materia lla r əsasında yeni baxımdan öyrənilmiş, dövlətin süqut səbəbləri
mü xtəlif tarixşünaslıqlarda əksin i tapmış mülahizələr bazasında təhlil edilmiş;
ingilis Şərqi-Hind ko mpaniyasının «Qombrun gündəliyi», «İran və Fars körfəzi
ilə bağlı sənədlər» adlı toplu, Hollandiya Şərq i-Hind kompaniyasının
«Daqrecister» qeydiyyat jurnalı və s. kimi ingilisdilli ədəbiyyat vasitəsilə istinad
etdiyimiz ilkin mənbələ r, habelə ingilis, Amerika tarixçilərinin ço x sayda orijinal
əsərləri elmi dövriyyəyə daxil ed ilmiş və təhlil olun muşdur. Bu mənbələr bizə
Səfəvi dövlətinin XVII - XVIII əsrin əvvəllərindəki tarixinə, ict ima i-siyasi,
iqtisadi, dini-mənəvi, beynəlxalq, o cü mlədən xa ric i-iqtisadi həyatına dair vacib,
əhəmiyyətli məqamları izləmək və xarici tarixşünaslıqda bu problemlə bağlı kök
salmış dominant mövqelərlə tanış olmaq imkanı yaradır. Belə ki, araşdırılmış
materia lla r sayəsində biz qərb tarixşünaslığında Səfəvi dövlət inin Zuhab
sülhündən (1639) sonra sülh şəraitində daxili vəziyyəti; xarici siyasəti; ordunun
inkişaf etdirilməsi qayğısına qalın maması; dövlət aparatında rüşvətxorluq,
korrupsiya və bürokratizmin baş alıb getməsi; dini sahədə təhlükəli tendensiyalar
və s. ilə bağlı nə zər-nöqtələrini müəyyən etmək imkan ı ə ldə etmiş oluruq ki, bu
da bizə belə bir qənaətə gəlməyə imkan verir: Osmanlı impe riyası kimi c iddi,
güclü rəqiblə, onun ən qüdrətli çağlarında uzunmüddətli müharibələr silsiləsi,
habelə böyük coğrafi kəşflərin mənfi nəticələri səbəbindən xeyli zə iflə miş Səfəvi
dövlətinin tənəzzü l və süqutunu, Azərbaycan və rus tarixşünaslıqlarında iq rar
edildiy i
kimi obyektiv
- sosial-iqtisadi a millərlə bərabər,
ingilisdilli
tarixşünaslıqda irəli sürülən subyektiv səciyyəli, ikinci dərəcəli amillər də
şərtləndirmişlər. İngiltərə, Fransa, Hollandiya Şərqi-Hind ko mpaniyalarının
Səfəvi dövləti ə razisində fəaliyyəti ilə bağlı yeni mə lu matla r isə Qə rbi Avropa
dövlətlərinin bu ölkədə həyata keçirdikləri ticarət ekspansiyasını yeni baxımdan
Dostları ilə paylaş: |