R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə5/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   2   3   4   5   6   7   8   9   ...   177

11 
 
nəqliyyat  vasitələri  ilə  təchiz  et məli  id ilə r;  nəhayət,  hollandiyalılar  istənilən  
malları  almaq  və  satmaq  hüququna  malik  id ilər...  1631-ci  il  Ho llandiya-İran  
müqaviləsinə  görə  Hollandiyada  ticarət  edən  Səfəvi  tacirləri  üçün  də  eyni 
hüquqlar  təsbit  olunurdu.  Lakin  bu  formallıqdan  başqa  bir  şey  deyildi,  çünki 
Səfəvi tac irləri... ço x nadir hallarda... Ho llandiyaya gedib çıxırd ılar» (133, s. 70).  
Avropa  ölkələrinin  Şərq  bazarları  uğrunda  mübarizəsinə  qoşulan  Fransa 
isə Səfəvi dövləti ilə  bilavasitə ticarət münasibətlərinə XVII əsrin 40-cı illərindən 
başlayaraq  girir.  1648-ci  ildə  şah  II  Abbasın  fərmanı  ilə  fransız  tacirlərinə 
portuqaliyalı, hollandiyalı və ingilis tacirləri ilə eyni hüquqlar bəxş o lunur. 1664-
cü  ildə  Səfəv i  sarayına  təşrif  buyurmuş  Fransa  səfirliyi  Fransa  dövlət  xadimi 
J.Ko lberin  təşəbbüsü  ilə  yaradılmış  Fransa  Ost-hind  (1664-1719;  bundan sonra 
Fransa  Şərqi-Hind  -  R.D.)  ticarət  ko mpaniyasının  «şah  xəzinəsinə  hər  il  30.000 
liv r  haqq  ödəmək  şərtilə,  mallarına  görə  gömrük  rüsumu  ödəməkdən»  azad  
olunmasına  nail  o lur  (208,  s.  44).  1671-ci  ildə  şah  hökuməti  fransız 
ko mpaniyasına Səfəvi dövləti ərazisində bəxş etdiyi gö mrüksüz ticarət imtiyazını 
bir daha təsdiq edir (208. s. 50). 
Alman  dövləti  olan  Holşteyn  də  XVII  əsrin  30-cu  illərində  xam  ipək 
bazarına giriş mək üçün mübarizəyə başlayır və bu məqsədlə Moskvaya və Səfəvi 
paytaxtına  xüsusi  səfarət  yollayır.  A.Olearin in  katib  qis mində  iştirak  etdiyi 
həmin səfirliyin  məqsədi  xa m  ipəyi  Volqa-Xə zər yolu ilə Moskvaya, oradan is ə 
Ba ltik  dənizi  vasitəsilə  Holşteynə  istiqamətləndirmək  idi.  Be lə  ki,  «okean 
ticarətində  Ho llandiya,  ing ilis  və  fransız  ko mpaniyala rı  kimi  güclü  rəq iblərlə  
rəqabət  imkanına  ma lik  olmayan  xey li  zə if  a lman  ticarət  burjua ziyası  özünün 
Şərq ölkələri  ilə ticarətini  Vo lqa-Xəzər yolu  ilə həyata keçirmək istəyirdi»  (133, 
s.  72).  Sə firlik  rəsmi  uğur  qazanırsa  da,  bir  sıra  iqtisadi  və  siyasi  amillər 
ucbatından  Holşteyn  ticarət  kompaniyası  öz  n iyyətlərini  praktiki  olaraq  
reallaşdıra bilmir. 
Səfəvi dövlətinin  xa rici tica rətində Rusiya ən əhəmiyyətli  mövqeyə ma lik 
idi.  V.V.Bartold  göstərdiyi  kimi:  «ruslar  (həmişə)  Xəzər  dənizin i  daxili  rus 
dənizinə çevirmə k  məqsədi güdürdülər» (92, s. 763).  Be lə ki: «Qərb i Avropanın 
ticarət-sənaye kapitalından zəif olan rus ticarət kapitalı, Rusiyanın  Ya xın Şərq, o  
cümlədən Səfəvi dövləti ilə ərazi yaxın lığ ı və rus hökumətinin  Vo lqa-Xəzər yolu 
vasitəsilə ticarətə  münasibətdə sərt siyasət yeritməsi sayəsində göstərilən coğrafi 
mə kanda daha güclü Qərbi Avropa kapitalı ilə rəqabət ehtimalından qurtulurdu... 
Vo lqa-Xə zər  yolu  üzrə  tranzit  ticarət in  perspektivliliyi,  bə zən  hətta  İstanbul  və 
Aleppodan (Hələbdən - R.D.) keçən xa m ipək tranzit ini zə rbə alt ına alırd ı » (133, 
s. 72.). 


12 
 
XVII  əsrin  son  rübündən  İsveç  də  Səfəvi  dövləti  ilə  tica rət  əlaqələri 
qurmağa can atmağa başlayır. 70-ci illərin sonunda Səfəvi sarayına İsveç kralının  
xüsusi qramotası ilə göndərilmiş  L.Fabrisiusun missiyasının məqsədi Səfəvi  xam 
ipəyini İsveçə istiqamət ləndirmə kdən ibarət id i. L.Fabrisius bu missiyanın həyata 
keçirilməsi  ilə  bağlı  xeyli  çətinliklə  ü zləşməli  olur.  Belə  ki,  onun  sözləri  ilə 
desək: «mənə (L.Fab risiusa - R.D.)  İsveçin nə kimi  kra llıq və ticarət baxımından 
necə  əlverişli  ö lkə  olmasını  (Sə fəvi  sarayındakıla ra  -  R.D.)  anlat maq  ço x  çətin  
oldu... » (9, s.71-72). 
Ümu mən, Səfəvi dövlətin in  xarici ticarət dövriyyəsinin həcmi  XVII əsrin  
mü xtəlif dövrlərində mü xtəlif olub,  xarici siyasət və iqtisadi səciyyəli amillərdən 
asılı  olaraq  ciddi  surətdə  dəyişirdi.  Portuqaliyalılar  və  hollandiyalılar  tərəfindən 
yaradılan  hər  cür  çətinliklərə  baxmayaraq,  İngilis  Şərqi-Hind  şirkəti  tədricən  
Şərqdə  və  o  cümlədən  Səfəvi  dövlətində  möhkəmləndi.  Fransa  1718-ci  ildə 
Səfəvi  dövləti  ilə  tica rət  müqaviləsi  bağlayaraq,  bu  ölkə  əra zisində  konsul 
xid mət ini  bərqəra r  etdi.  Ho llandiya  Şə rqi-Hind  şirkət i  Hörmü zdə  mövqelərini 
gücləndirdi.  Bütün  bu  sadalananlar  araşdırdığımız  dövrdə  Qərb  dövlətlərinin  
Səfəvi  dövlətinə  marağ ını  şərtləndirirdi  ki,  bu  da  ö z  növbəsində,  həmin  
dövlətlərin  tarixşünaslığında,  rəs mi  sənədlər  və  ayrı-ayrı  vətəndaşların  mü xtəlif 
səciyyəli  qeydlərində  bizim  üçün  maraq  kəsb  edən  çox  sayda  mə lu matla rın  
mövcudluğunu izah edir. 
Tədqiqatın  xronoloji  çə rçivəsi  bir  sıra  da xili  və  xa ric i  siyasi  amillə rlə ,  o 
cümlədən Səfəvi dövlətinin  son - tənəzzül və süqut dövrü ilə şərtlən ir. Bu dövrdə 
bir  sıra  obyektiv  və  subyektiv  səciyyəli  səbəblər  üzündən  (Şah  Süley manın  
/1666-1694/  uğursuz  vəliəhd  seçimi,  Şah  Hüseynin  /1694-1722/  dövlət  işlə rinə  
biganəliyi,  bacarıqsızlığı,  qətiyyətsizliy i,  hərə mxana 
mühitin in  varislərə 
destruktiv  təsiri,  irticaç ı  feodal  əyanları  və  şiə  ruhanilərinin  güclən məsi, 
müctəhid  Məhəmməd  Bağ ır  əl-Məclisin in  yeritdiy i  qeyri-tolerant  dini  siyasət, 
ordunun  uzun  müddət  /1639-cu  il  Zuhab  sülhündən  sonra/  fəaliyyətsiz  qalma 
səbəbindən  döyüş  ruhunun  zəiflə məsi  və  mənəvi  düşkünlük,  mərkə zdənqaçma  
mey llə ri  və  şah  hökumətin in  bunun  qarşısını  ala  bilmə məsi,  qeyri-adekvat  və 
qeyri-effekt iv  tədbirlə ri,  əfqan,  daha  sonra  rus,  türk  işğalları  v ə  bunların  
nəticələri,  Nad irin  hakimiyyəti  ələ  keç irmə k  uğrunda  mübarizəsinin  güclənməsi 
və s.) XVIII əsrin birinci qərinəsində Səfəvi monarxiyası siyasi səhnəni tərk edir. 
Tədqiqatın  xronoloji  çə rçivəsi  müəyyən  olunarkən  məh z  bu  a millə rə  daha  ço x 
diqqət ayrılmışdır. 
Hal-hazırki  tədqiqat  işimizin  əsas  məqsədi  ingilis  dilində  olan  istər  ilk 
mənbələ rdə,  istərsə  də  tədqiqat  əsərlərində  olan  məlu mat lar  əsasında  Səfəvi 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə