R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə7/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   2   3   4   5   6   7   8   9   10   ...   177

15 
 
təhlil  et məyə  imkan  verir  ki,  bu  da,  öz  növbəsində,  səfəvişünaslıq  elmin i  yeni 
fakt və qənaətlərlə zənginləşdirir. 
Tədqiq  olunan  mövzuya  dair  mövcud  ədəbiyyatın  çoxluğu  və  problemin  
çoxşaxəliliyi  səbəbindən,  əldə  etdiyimiz  bütün  elmi  nəticələrin  qətiliy i  və 
şübhəsizliy inə iddia etmirik; belə ki, istər tədqiqatımızda toxunulmuş,  istərsə də 
obyektiv  səbəblər  üzündən  əldə  edə  bilmədiy imiz  və  bu səbəbdən tərəfımizdən 
araşdırılmamış  mənbələr,  habelə  ayrı-ayrı  müəllif  əsərlərin in  bundan  sonrakı 
tədqiqi  eyni  problemə  dair  mövcud  mülahizə lərə  yenidən  ba xılmasına  səbəb 
olacaqdır.  Yəni  b iz  belə  bir  qənaətdəyik  ki,  Səfəvi  tarixinə  dair  yeni  mənbələr 
aşkar  olunduqca  və  tədqiqatlar  dərinləşdikcə  bu  tarixin  ayrı-ayrı  məsələləri 
barədə  yeni  fikirlər  və  mülahizə lər  irə li  sürüləcəkdir.  Biz,  hə mç inin,  ayrı-ayrı 
müə lliflə rin  fikirlərindən  iqtibaslara  adətən  olduğundan  daha  tez-tez  mü raciət  
etmə li  olduğumu zun  da  fərq indəyik.  Fikrimizcə,  tədqiqat  işin in  xa rakte ri,  yəni 
araşdırmamızın  tarixşünaslıq  səpgisində  aparılmasının  özü,  bu  növ  yanaşmaya 
müəyyən dərəcədə bəraət qazandırır. 
Hazırki  əsər,  Səfəvi  tarixin in  son  dövrünün  lazımınca  araşdırılmamış 
olduğu hazırki şəraitdə müəyyən praktiki əhəmiyyət də kəsb edir; belə ki, burada 
əksini  tap mış  faktiki  material,  araşdırmaların   nəticələri  və  ayrı-ayrı  qənaətlər 
istər Səfəvi dövləti və A zərbaycanın,  istərsə də digər dövlətlərin (İran,  Türkiyə, 
İngiltərə, Əfqanıstan və s.) tarixinə dair ü mu miləşdirilmiş əsərlərin tərtibi zamanı 
istifadə  oluna,  habelə  XVII  əsrin  sonu  -XVIII  əsrin  əvvəllərində  Qərb-Şərq  
kontekstində beynəlxalq münasibətlərin tədqiqi prosesinə cəlb edilə bilər. 
 
 
 
 
 
 
 
 


16 
 
I FƏSİL 
MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT 
§1. Mənbələr 
Tədqiqat  obyekti  seçdiyimiz  proble min  ingilisdilli  ədəbiyyatda  əks  
olunması vəziyyətini obyektiv surətdə araşdırmaq üçün öncə mövzu ilə bağlı  ilk 
mənbələ ri nə zərdən keç irmək vac ibdir.  Digər tərəfdən, Sə fəvi dövlətin in tarixin i 
ümu mdünya-tarixi proseslərinin çərçivəsi  xaricində, böyük coğrafı  kəşflər,  ilkin  
kapital y ığımı, Avropa ölkələrin in şərqdə müstəmləkə siyasəti və s. kimi ü mu mi 
tarixin əhə miyyətli  məsələlərini nəzə rə almadan tədqiq etmək  mü mkün deyildir. 
Odur  ki,  Sə fəvi  dövlətinin  XVII  əsrin  sonu  -  XVIII  əsrin  əwə llərində  Qə rbi 
Avropa  dövlətləri  ilə  münasibətlərin i  həm  ayrı-ayrılıqda  həmin  dövlətlərin  o 
dövrdəki  maraqların ı,  həm  də  ümu mən  bütün  Qərbi  Avropada  gedən  prosesləri 
nəzərə almaq şərtilə təhlil et mək  la zımdır.  Əlbəttə ki, burada ilk növbədə qərbdə 
yeni, kapitalist istehsal üsulunun bərqərar olmasın ı, tamamlan ma ü zrə o lan ilkin  
kapital  yığ ımı  prosesini,  bəzi  Qərb i  Avropa  ölkələrinin  Şərq lə  bağlı 
müstəmləkəçilik  niyyətlərini,  Niderland  (XVI  əsr),  İngiltərə  (XVII  əsr)  burjua 
inqilab larını,  Avropada  gedən  otuzillik  müharibəni  (1618-1648),  Rusiyada 
Ro manovların  hakimiyyətə  gəlməsini,  Rusiya-Səfəvi  münasibətlərini,  I  Pyotrun 
Xəzə rlə  bağlı  işğalçılıq  planla rın ı,  İngiltərə,  Fransa,  Hollandiya  Şərq i-Hind 
ko mpaniyalarının yaran malarını, öz  fəaliyyət məkanların ı genişləndirmələrini və 
s.  kimi  prosesləri  nəzərdən  qaçırmaq  olmaz.  Bu  cəhətdən,  Qərbi  Avropa 
dövlətlərinin   ticarət  siyasətlərin i,  kapital  yığ ımı,  şərqlə  bağlı  müstəmləkəçilik 
planlarını  özündə  əks  etdirən,  eyni  zamanda  araşdırdığımız  dövrdə  Səfəvi 
sülaləsinin  daxili  və  xarici  siyasət  yönündə  fəaliyyətini,  bu  dövlətin  siyasi-
iqtisadi həyatının bir ço x aspektlərini, habelə əhalinin  mədəniyyət və  məişətinin  
xüsusiyyətlərini özündə əks etdirən  məxəzlər sırasında Səfəvi dövləti ərazisində 
fəaliyyət göstərən İngiltərə Şərq i-Hind ko mpaniyasının__ «Qombrun gündəliyi»  
(58),  Ho llandiya  Şərqi-Hind  ko mpaniyasının  « Daqrecister»  qeydiyyat  jurnalı 
(48),  habelə  «İran  və  Fa rs  körfəzi  ilə  bağlı  sənədlər  »  adlı  məc muən in  (68) 
adların ı  çəkmək  olar.  Bu  məxəzlərdən,  obyektiv  səbəblər  üzündən  orijinalda 
istifadə imkan ından məhru m olmuş olsaq da, ingilisdilli tarixşünaslıq nü mun ələri 
vasitəsilə,  onla rla  b ilvasitə  tanışlıq  sayəsində  həmin  mənbələrdə  araşdırd ığımız 
dövrə dair mövcud faktiki materialları tədqiqat prosesinə cəlb edə bilmişik. 


17 
 
Qo mbrun  gündəliyində,  ingilis  Şərqi-Hind  ko mpaniyasının  Qo mbrun 
(Bəndər-Abbas) 
şurasının 
nümayəndələri, 
ko mpaniya larının 
gündəlik 
fəaliyyətini,  əlaqələ rin i  ə ks  etdirərə k,  baş  verən  bütün  hadis ələrə  aid  qeydlər 
etmişlər. «İran və Fars  körfəzi» seriyasından olan qeydlərin  XV cild inin  (1729-
1752-c i  illəri  əhatə  edir)  böyük  hiss əsini  Qo mbrun  şurası  agentinin  və 
ko mpaniyanın  İsfahan,  Bəsrə  şəhərlərində  nü mayəndələrin in  ço x  sayda 
mə ktubları  təşkil  ed ir  ki,  bunlar  da,  ö z  növbəsində,  Qomb run  gündəliyində 
toplanmışdır. Burada, ko mpaniyanın Səfəvi höku məti ilə əlaqələrinə, Nadir şahın 
donanma 
yaratmaq 
p lanlarına, 
İran 
körfəzində, 
ko mpaniyanın  
nümayəndəliklərin in  fəaliyyət  göstərdikləri  İsfahan,  Kirman,  Şiraz,  Bəsrə 
şəhərlərində baş verən hadisələrə aydınlıq gətirən xeyli material vard ır. 
«Daqrecister»  İsfahanın  mühasirəsinin  1722-ci 
ilin 
martından 
avqustunadək  olan  dövrünü  detallarla  əks  etdirən  qiymət li  və  ən  ətraflı 
mənbələ rdəndir.  Bu,  Hollandiya  Şərqi-Hind  kompaniyasının  İsfahandakı  baş 
nümayəndəsi  Nikolas  Şorer  və  onun  asistentləri  tərəfindən  aparılan  qeydlərin  
məc musudur.  İngilis  Şərqi-Hind  ko mpaniyasının  İsfahandakı  nümay əndələri 
Ouen  Filips  və  kö məkç isinin  hə min  dövrə  aid  qeydləri  də  o lduqca  ma raqlıdır. 
O.Filipsi  rezident  vəzifəsində  əvəz  etmiş  Vilya m  Kokkellin  adını  da  bura  əlavə 
etmə k la zımd ır. O, ko mpaniyanın İsfahandakı re zidenti ola rkən Əfqan Əşrəfin və  
II  Təh masibin  hakimiyyət  dövrü,  Nadirin  de-yure  hakimiyyətinin  başlanğıcının  
şahidi  olmuş,  onunla  şəxsən  kontaktda olmuş,  Şah  II  Təh masiblə  bir  neçə  dəfə 
mü xtəlif  şəraitlərdə  görüşmüş  və  məlu mat  toplamaq  imkanına  malik  o lmuşdur. 
1733-cü ilin may ında Qomb runa agent təyin edilmiş Vilya m Ko kke l 1737-ci  ilin  
fevralınadək  burada  qalmışdır.  Məhz  1737-ci  ilin  9  (20)  fevrahnda  V.Kokkell 
ko mpaniyalarının  Bo mbeydəki  sədrlər  şurasına  təyinat  alır;  bu,  Qomb run 
gündəliyindəki  xüsusi  qeyddən  aydın  olur  (58.24).  Hindistanda  ikən  Kokkell 
C.Frey zer  ilə  ya zış mağa  başlayır,  onu  lazımi  materiallarla  təchiz  edir  ki, 
sonuncu,  məh z  bunun  əsasında  özünün  «Nadir  şah»  əsərini  yazır.  Bu  barədə 
C.Frey zer, əsərinin müqəddiməsində belə ya zmışdır: «Nadir şahın ilkin fəa liyyəti 
barədə  hesabatı  mənə  təqdim  etdiyinə  görə,  bir  müddət  İranda  (Persia  -  burada 
Səfəvi  dövləti  -  R.D.)  re zident  olmuş,  onların  dilində  danışan,  ara-sıra  fatehlə 
(Nadirlə  -  R.D.)  birgə  yürüşlərdə  olan,  hal-hazırda  isə  İngiltərədə  yaşayan  bir 
centlmenə  hədsiz  minnətdara m»  (54,  s.71,128).  Mə lu mat  üçün  qeyd  edək  ki, 
C.Frey zer  ö zü  şəxsən  heç  vaxt  Səfəv i  dövlətində  olmamışdır;  o,  ingilis  Şərq i-
Hind  ko mpaniyasının  1730-1740-cı  illər  ərzində  Surat,  Kambay  və  Əhmədabad 
(Hindistan) müəssisələrinin dəftərxana-larında çalışmışdır. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə