Multikulturalizm - fəlsəfi lüğət
-
Rolzun məqsədi liberal demokratik cəmiyyətlər üçün
sosial əməkdaşlıq modelinin yaradılmasıdır.
-
Rolzun nəzəriyyəsi eyni zamanda ictimai mahiyyət daşıyır
və cəmiyyətdə fərdlərin inteqrativ münasibətlərinə istinad edir.
-
Kollektiv hüquqularda fərdiyətçiliyə yer verilməklə yanaşı
bu fərdlərə daha çox kollektiv və ya qrup kimliyinin və
məqsədinin daşıyıcıları olaraq baxılır.
-
Fərd və qrup mübahisəsində fərdiyyətçilər fərdin qrup və
ya kollektivdən daha əvvəl gəldiyini iddi edirlər.
-
Qrup və ya kollektiv hüquqların ilkinliyinə inanlar:
*
hər bir fərdin bir qrup və ya kollektiv içində dünyaya
gəldiyini,
*
mənliyini orada formalaşdırdığı üçün qrupu- fərdin var
olma şərti ilə- irəli sürürlər;
*
bu liberallar və kommuniteryanlar termini ilə də ifadə
olunur.
-
Kommunitaryan baxış tərzinin müdafiəçisi Vill Kİmil-
kaya görə:
*
fərdlər cəmiyyət tərəfindən qəbul olunan sərhədləri
açdıqda ictimai həyatda xaoslar yaranır;
*
digər tərfdən insanlardan sadəcə fərdi azadlıqları ilə
kifayətlənmələrini istəmək ehtiyaclara tam cavab vermir.
-
Liberal demokratik baxış tərzi:
*
müxtəlifliyə universal insan hüquqları və azadlıqlan
çərçivəsində baxır.
-
Yurqen Habermas etno-mədəni siyasəti pioritet qəbul edən
siyasi baxışlar ilə:
*
fərdi hüquqların universallığına dair siyasi baxış tərzinin
mənimsənilməsinin aynseçkiliyə səbəb ola biləcəyini qəbul edir.
-
Habermas konstitusional vətandaşlığı və demokratiyanı
müxtəliflikləri də əhatə edəcək şəkildə əsaslandırır:
35
Yaşar Əhmədov AzərHətəmov
*
“Konstitusional prinsiplərin içində yer aldığı siyasi
hakimiyyət daxilində bütün vətandaşlar eynidir. Məhz multi-
kultural cəmiyyətdə siyasi strategiya, müxtəlif həyat
anlayışlarının plüralizmini və inteqrasiyasını şüurlu şəkildə təşviq
edən konstitusional vətandaşlığa istinad etməlidir”.
-
Çoxlan multikulturalizmi ideologiya kimi xarakterizə edir.
-
Bəzi alimlərin fikrincə, Amerika millətlərin milləti, milli
mədəniyyətlərin və federasiyalann ümumi hakimiyyətidir:
*
belə ki, vahid dövlətin geosiyasi məkanında mövcud olan
multikulturalizm siyasəti kimi müasir “vətəndaş milləti” (“civic
nation”)
konsepsiyasında
onun
formalaşmasının
tarixi
modelindən törəyir.
-
Fərdlərin mədəni-müxtəlifliyinin vahid siyasi-mədəni
icmaya məxsusluğunun ümumi ortaq məxrəci və ya “qızıl ortası”
kimi onlann əsil mədəniyyəti, həm də vətəndaşlığı vətəndaş
millətinin müəyyənləşdirici meyar göstəricisidir.
-
Bu tip modeldə “millət”, “mədəni müxtəlifləşmə” ilk
əsasda:
*
etnik mənşə, etnik mədəniyyət yox,
^vətəndaşlıq və bu vətəndaşlığın mədəni göstəriciləri
deməkdir.
-
Qərbdə ABŞ, Fransa, İsveçrə, Böyük Britaniya, Belçika
həmin mədəni müxtəlifliyi əks etdirən vətəndaş milləti
konsepsiyasım əks etdirən gerçəklikdir.
-
Müasir gənc müstəqillik qazanan dövlətlərin əksəri:
*
həm “vətəndaş milləti”, həm “vətəndaşlıq”,
*
həm də “emik mədəni müxtəlif millət” elementlərini
özündə birləşdirən subyektdir;
*
bu elementlərin qarşılıqlı nisbəti həm dövlətdən dövlətə,
həm də tarixi zaman kontekstində belə fərqləndiricidir.
-
Amerikanizmin qlobal mədəniyyət kimi meydana
gəlməsinin səbəblərindən biri kimi ABŞ-m öz mədəniyyətlərini
multikultural mədəniyyət kimi qəbul etdiklərini göstərir.
36
Multikulturalizm - fəlsəfi lüğət
-
Multikulturalizm siyasəti ideyasında hər bir müasir millət
həm etnik, həm də siyasi-hüquqi vətəndaş icması rolunda çıxış
edir.
-
Bu konsepsiya, yəni vətəndaş (vətəndaş - ərazi) milləti
konsepsiyasının müxtəlif cəhətləri E.Smit, Q.Kon, R.Brubaker,
K.Briant,
V.Kimiicka
kimi
Qərb
nəzəriyyəçilərinin
konsepsiyalarında izah edilmişdir.
-
Bu yanaşmadan J.Linz və F.Stepan öz araşdırmaiannda
göstərir ki, “Vətəndaş millətinin formalaşması, ictimai
inteqrasiyanın dərinləşməsi demokratikləşmə prosesi ilə çox
bağlıdır.”
-
Qloballaşma dövründə xalqlann dinc şəkildə yan-yana
yaşaması ümumi dəyərlərə və səylərə söykənən daimi və
konstruktiv mədəniyyətlərarası dialoq deməkdir.
Multikulturalizmin “Amerika** modeli
-
Qərbsayağı multikulturalizmin formalaşmasında ikinci
mərhələyə Avropa dövlətlərinin müstəmləkə sisteminə xidmət
edən ideologiyası kimi baxmaq olar.
-
Bu zaman iki fdrqli yanaşma müşahidə olunur - birincisi,
Avropa dövlətlərinin müstəmləkə ölkələrin əhalisinə yanaşması:
*
Avropa dövlətləri Qərb dəyərlərinin dominantlığı üzərində
formalaşdırdıqları ideologiyanı müstəmləkə ölkələrində yeganə
üstün sivilizasiyalı mədəniyyət kimi təqdim etməyə çalışır və
yerli mədəniyyətlərə qarşı etinasız yanaşırdılar;
*
yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan
Avropa cəmiyyəti dünya miqyasında universal standart kimi
təqdim olunurdu;
*
belə olmasaydı Amerika qitəsində qədim Mayya
mədəniyyəti, Afrikada Misir mədəniyyəti. Şərqi Asiyada Hind,
Malay, Çin kimi ilkin sivilizasiya mədəniyyətləri istismara məruz
qalmazdı;
37
Dostları ilə paylaş: |