Yaşar Əhmədov Azər Hətəmov
-
Ancaq yunanh rasionalistlərin əksinə onlar ağlı daha
təvazökar və praktiki terminlər ilə ifadə edərək universallığı
vurğulayırdılar.
-
Məhz Loka görə, Tanrı insanlan var edib həm hüquqlar,
həm də vəzifələr vermişdir.
-
Lok təbii qanun nəzəriyyəçisi idİ, Mili isə praqmatikdir.
-XVIII əsrdən etibarən Viko, Monteskyu, Herder və
Monten kimi müəlliflər multi mədəniyyətin labüd olduğunu və
vacib olduğunu vurğuladılar.
-
Məhz Vikoya görə hər bir mədəniyyət özünəməxsusu
xüsusiyyətlərə malik olaraq müxtəlifliyi təşkil edir.
-
Monteskyu “Qanunların ruhu” adlı əsərində mədəni
müxtəlifliyi psixoloji deyil, sosioloji və siyasi baxımdan tədqiq
etmişdir.
-
Monteskyunun “Fars Məktubları” əsəri də multikultu-
ralizmin klassik mənbələrindən hesab olunur.
-
Herder isə klassik multikulturalizmdə dili önə çıxarır və
belə ifadə edirdi:
*“hər millət düşündüyü kimi danışır, danışdığı kimi
düşünür”;
*
ona görə məhz insan bir cəmiyyət daxilində formalaşır və
dəyərlər əldə edir.
-
Modern dövlət konsepsiyasında tək tip insan və tək tip
mədəniyyət anlayışı qəbul edilməzdir.
-
Volter hələ XVIII əsrdə belə deyirdi:
*“Fikirləriniz ilə razı deyiləm. Ancaq onlan ifadə etmə
haqqınızı axıra qədər müdafiə edəcəm”;
*bu anlayış birbaşa multikulturalizmin bütün sahələrdə
əsasını təşkil edİr.
-
Tarixdən də məlum olduğu kimi İkinci Dünya
müharibəsindən əvvəl Qərbdə:
*
etno-mədəni və dini müxtəliflik bir sıra anti-demokratik
hakimiyyətlər tərəfindən təzyiq altında idi;
32
Multikulturalizm - fəlsəfi lüğət
*
bəzi irqçi hakimiyyətlər tərəfindən də bu normal qəbul
edilirdi.
-
İkinci Dünya müharibəsinin başa çatması nəticəsində bu
qlobal arenada insan hüquqları, irqlərin və xalqların
bərabərhüquqlu olması və s. məsələlər istiqamətində siyasət və
hüquqi anlayışlarda islahatların həyata keçirilməsinə gətirib
çıxardı.
-
Bir sözlə, multikulturalizm Avropada köhnə etnik və
iyerarxiya modellərinin yerinə yeni demokratik vətandaşlıq
münasibətlərini bərpa etmə vasitəsi olaraq ortaya çıxdı və bu
istiqamətdə uğurlar əldə edilir.
-
Qərb ölkələrində multikulturalizm siyasəti bir çox
aspektdən aktuallıq kəsb edir;
*
liberallar ilə kommunitarian və ya kollektivistlər bu
istiqamətdə fərqli nəzəri-ideoloji əsaslara malikdirlər;
*
klassik liberalizmdən fərqli olaraq müasir liberallar həm
müştərək insan təbiətini, həm də insanların mədəniyyət ilə İç- içə
olduğunu qəbul edilrər;
*
Con Rouls əxlaqi müxtəliflik və fərqli yaxşı məfhum-
lannm meydana gətirdiyi problemlər ilə,
*
Kimilika müxtəliflik və fərqli həyat tərzlərinin meydana
gətirdikləri ilə,
*
Raz isə ikisi ilə birlikdə maraqlanır;
*Rolusun “Bir ədalət nəzəriyyəsi” əsəri etik plüralizm
mövzusunda sistemli bir kitabdır;
*
Raz “Azadlığın əxlaqı” əsərində xoşbəxtliyi axtarmağın
həyatın məqsədi, qayəsi olduğunu qeyd edir.
-
Vil Kimilika “Multikultural vətandaşlıq” adlı əsərində
insanlann xoşbəxt həyat əldə etmələri üçün iki prinsipə sadiq
qalmalannı vurğulayır:
*
birincisi, insanlar həyatlarım içdən, yəni nəyin yaşamağa
dəyər qazandırdığına dair dəyərlərə görə yaşamalıdırlar;
*
ikincisi, xəta etdikləri və hər an malik olduqları dəyərləri
təhliletmədən azad olmalıdırlar.
-
Çariz Taylor Russoya istinad edərək:
33
Yaşar Əhmədov AzərHətəmov
*
digər insanlar ilə olan münasibətlərimizin dialoqa
əsaslandığını vurğulayaraq,
*
demokratik çərçivdə də hər hansı bir cəmiyyətdə fərdi
kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir;
*
bu nəzəriyyə “Tanınma” adlanır.
-
Kommımitarian mənada iki prinsip vardır:
*
fərdlər olaraq insan hüquqlanmn qorunması,
*
ikincisi isə fərdlərin mədəni ictimai sferalara aid olması;
*bu mənada Volf, Mişel Valzer liberal demokratiya
mövzusunda Taylorun baxışlarını təhlil edirlər.
*digər tərəfdən Alasdair Macintyre “Əxlaqın ardınca” (after
virtue) əsərində etik qayda və qanunlann fərddən daha çox
ictimai, toplu şüurda meydana gəldiyini vurğulayır.
-
Kommunitarian dünyagörüş! ü Makintayra görə:
*
qrup və cəmiyyətdən kənar fərd müstəqil, öz başına inkişaf
edə bilməz.
-
İlk olaraq fərdiyyətçiliyi əsas götürən multikulturalizm
konsepsiyası:
*
fərdlərin qrup xüsusiyyətinə baxmadan hər bir fərdin
bərabər olduğu,
*
qanun qarşısında bərabər hüquqlara malik olduğu
düşüncəsinə istinad edir.
-
Məhz liberalizmin əsasını təşkil edən bu fərdiyyət anlayışı:
*
azadlıq, ifadə etmə və istədiyi kimi inanma hüquqlarını
təməl hüquqlar olaraq qəbul edir.
-
Con Rolz bunu özünün məşhur ədalət nəzəriyyəsi ilə
əsaslandırır:
*
“Ədalət anlayışı bir neçə şəxsin öz həyatını əksəriyyətin
xoşbəxtliyi naminə fəda edilməsinə icazə verə bilməz. Beləliklə
ədalətli bir cəmiyyətdə bərabərhüquqlu azadlıqlar əsas alınır və
bunlar ictimai maraqların və siyasi tələblərin mövzusu halına
gətirilə bilməz”.
34
Dostları ilə paylaş: |