Yaşar Əhmədov Azər Hətəmov
Multikulturalizmin Avstraliya modeli
-
Avstraliyada multikultural cəmiyyətin formalaşması uzun
müddət dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə
müşaiyət olunmuşdur.
-
I901-Cİ ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya
haqqında Qanun” izolyasionizm siyasətininin idarə olunmasında
hakim elita üçün inzibati əsas rolunu oynamışdır.
-
Vəziyyət yalnız aşağıda adı çəkilən qanunların qəbul
edilməsi ilə dəyişməyə başlamışdır:
*
“Vətəndaşlıq haqqında Qanun” (düzəlişlərlə) (1948);
*
“Miqrasiya haqqında Qanun” (düzəlişlərlə) (1958);
*
“Əcnəbilər haqqında Qanun” (düzəlişlərlə) (1984);
*
“Viza rejimi haqqında Qanun” (düzəlişlərlə) (1997).
-
“Multikulturalizm” termini siyasi leksikona ilk dəfə
1970-ci ildə - Avstraliyada İmmiqrasiya naziri vəzifəsində
çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir:
*
0
, anglo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın
aradan götürülməsində çox səy göstərmişdir.
-
1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin Problemləri
üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə Multikulturalizm
Problemləri Komitəsini yaratdı.
-
Bu Avstraliya dövlətinin immqrasiya siyasətində necə
mühüm rol oynadığının və onun irqçilikdən multikulturallığa
qədər inkişafında əldə etdiyi parlaq uğurların göstəricisidir.
Multikulturalizmin “Avropa**modeli
-
Qərbin multikulturalizm ideologiyasının formalaşmasında
üçüncü mərhələ kimi XX əsrdə Avropa ölkələrinin həyata
keçirdiyi miqrasiya siyasətini fərqləndirmək olar.
-
Avropanın bir çox ölkələrindədə də multikulturalizm
ideyalan populyarlaşdı və dövlətlər bu siyasətin tərəfdarı kimi
çıxış etməyə başladılar.
44
Multikulturalizm - fəlsəfi lüğət
-
ikinci dünya müharibəsindən sonra Avropa ölkələrinin
sürətli iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə
üstələyirdi:
*
əhalinin yaşlaşması və qitədən kənar ölkələrdə ucuz işçi
qüvvəsinin bolluğu Qərb dövlətlərinin keçmiş müstəmləkə
ölkələrindən miqrasiyam təşviq etməsi ilə nəticələndi;
*
bu zaman hər bir Avropa dövləti öz keçmiş imperiya
təbəələrinə üstünlük verirdi;
*
tarixi bağlılıq, dil, mədəni faktorlar miqrasiya axınları
üçün həlledici amil sayılırdı;
*
Britaniyada Hindistan və Pakistandan,
*
Fransada fransızdilli Afrika ölkələrindən,
*Hollandiyada Karib hövzəsi müstəmləkələrdən
miqrantlar çoxluq təşkil edirdi.
-
Keçmiş imperiyalar bu miqrasiyanı təşviq edirdilər və
bunun üçün müxtəlif təşkilatlar da yaratmışdırlar;
*
Britaniyanın başçılığı ilə Millətlər Birliyi (54 ölkə),
*
Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı
(56 Ölkə),
*
İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri
Təşkilatı,
*
Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin
Birliyi (9 ölkə)
*
keçmiş müstəmləkə əhalisinə siyasi-iqtisadi maraqlar
müqabilində miqrasiya üçün əlverişli şərait yaradırdı.
-
Bu mərhələdə multikulturalizm müstəmləkələrdən gələn
yeni sakinlərin Qərbin vahid dəyərlər sisteminə daxil olması və
miqrantların assimilyasiyasına yönəlmiş ideologiyaya xidmət
edirdi.
-
Qərbin müstəmləkə siyasəti həmin dövrdən əks effekt
verməyə başladı:
*
vaxtilə Avropalıların qanlı-qadalı İşğalçılıq siyasətindən
fərqli
olaraq
miqrantlar
Avropada
səssiz-səmirsiz
məskunlaşmaqla bu məkanı “işğal” etməkdədirlər.
45
Yaşar Əhmədov AzərHətəmov
~ Fərqli mədəniyyət daşıyıcılarını universal modelə tam
uyğunlaşdırmaq mümkün olmadı və bu prosesi təbii qarşılamaq
lazımdır.
-
Qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti
ilə bağlı mülahizələr də bu mərhələdən başlayaraq səslənməyə
başladı.
-
Amerikan modelindən fərqli olaraq “Köhnə qitə”də mozaik
cəmiyyət yaratmaq mümkün olmadı:
*
əsas səbəb kimi olaraq dominant etnosun yalnız öz mədəni
və dini dəyərlərinə üstünlük verməsini göstərmək olar.
-
Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən
cəmiyyətin yeknəsəq tərkib hissəsi olmalıdır:
*onlann fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri
ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir;
*
lakin hətta ikinci və üçüncü nəsi miqrantların uyğunlaşma
problemləri və dini ənənələri saxlaması multi- kultural siyasətdə
nəyinsə çatışmadığını göstərdi;
*Avropanın əksər ölkələrində hadisələrin belə axarına hazır
deyildilər;
*buna görə də miqrantlara münasibətdə aqressivlik
müşahidə olunur;
*
əslində “Köhnə qitə” indiyədək heç vaxt bu qədər yeni
sakinlə qarşılaşmamışdır.
-
XX əsrin əvvəllərində miqrantların ilk dalğası daha çox
siyasi mühacirlər idi:
*həm kəmiyyət, həm də təfəkkür tərzi baxımından hazırkı
işçi emiqrantlardan tamamilə fərqlənən siyasi mühacirlər Qərb
mədəni dəyərlər sisteminə daxil olmaqda heç bir problemlə
qarşılaşmadı;
*
hətta bu təbəqənin əksər hallarda ikinci nəsidən sonra milli
identiklik xüsusiyyətlərini itirdiyi və Qərb cəmiyyətinə tam
inteqrasiya olunduğu müşahidə olunur;
*
paralel olaraq gedən assimilyasiya ilə vəziyyət də normal
İdi;
46
Dostları ilə paylaş: |