Respublika Uşaq Kitabxanası


 Fevral – Ədəbiyyatşünas Esmira Şükürovanın 60 illiyi, (1958)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə14/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   10   11   12   13   14   15   16   17   ...   146

42 

 

3 Fevral – Ədəbiyyatşünas Esmira Şükürovanın 60 illiyi, (1958) 

 

Şükürova  Esmira  Seyfəl  qızı  1958-ci  il  fevralın  3-də  Azərbaycanda  Xaçmaz 



rayonunun Xudat kəndində anadan olmuşdur. Göyçay rayonundakı  Qarabaqqal kənd 

orta  məktəbini  bitirdikdən  sonra  ADU-nun  filologiya  fakültəsində  təhsil  almışdır 

(1977-1983).  Əmək  fəaliyyətinə  Göyçayda  Nizami  adına  narçılıq  sovxozunda  fəhlə 

kimi  başlamışdır.  ADU-nun  nəşriyyatında  korrektor,  redaktor  (1988-1992), 

Azərbaycan  Ali  Diplomatiya  kollecində  elmi  metodist,  sonra  “Azərbaycan 

diplomatiyası” jurnalında baş redaktorun birinci müavini olmuşdur (1993-cü ildən). 

“Respublika”  qəzetində  mədəniyyət  şöbəsinin  müdiri  vəzifəsində  çalışır  (1996-cı 

ildən).  “Məhəmmədhüseyn  Şəhriyar  (həyatı,  mühiti,  yaradıcılığı)”  mövzusunda 

namizədlik  dissertasiyası  müdafiə  etmişdir  (1998).  Ədəbi  fəaliyyətə  90-cı  illərdən 

başlamışdır.  “Ədəbiyyat”,  “Respublika”,  “Şəhriyar”  qəzetlərində  “Altay  dünyası” 

jurnalında çıxış etmişdir.   

 

Kitabları: “Şəhriyar poeziyasında xalq həyatı” (1996), “Məhəmmədhüseyn Şəhriyar 

(həyatı,  mühiti,  yaradıcılığı)”  (1998),    “Əgər  bir  ömrüm  də  olsaydı”  (2004),  “Hər 

ömürdən bir yarpaq” (2004), “Ədəbi düşüncələr” (2004) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 


43 

 

5 Fevral – Şair, dramaturq Mərkəz Qacarın 70 illiyi, (1948) 



 

 

 



 

 

 



 

 

     Quliyev  Mərkəz  Mikayıl  oğlu  1948-ci  il  fevral  ayının  5-də  Azərbaycanın  Füzuli 



şəhərində  anadan  olmuşdur.  Burada  orta  məktəbi  bitirdikdən  sonra  1971-1976-cı 

illərdə  Azərbaycan  Dövlət  Universitetinin hüquq  fakültəsində  təhsil  almışdır. Əmək 

fəaliyyətinə  1976-cı  ildən  Azərbaycan  Respublikası  Prokurorluğu  orqanlarında 

başlamışdır.  Ədəbi  fəaliyyətə  isə  orta  məktəbdə  oxuyarkən  başlamışdır.  İlk  şeirləri 

1958-ci  ildə  Füzuli  rayonunda  çıxan  “Qızıl  Araz”  qəzetində  dərc  edilmişdir.  Lirik 

şeirlər  yazsa  da,  yaradıcılığında  təmsil  başlıca  yer  tutur.  16  mindən  çox  təmsil,  10 

alleqorik pyesi vardır. O, publisistika ilə də ardıcıl məşğul olur. Əsərləri rus, ingilis, 

alman, ispan, fransız, fars dillərinə tərcümə edilmişdir.  

 

Kitabları:  “Şirin  səhvi”  (1989),  “Təmsillər”  (1994),  “Satqın  tülkü”  (1995), 

“Qarışqadan  filədək”  (1997),  “Sallaqxana  keçisi”  (1997),  “Xilaskar”  (1998), 

“Qeybdən gələn səs” (2000), “Rübai və bayatılar” (2001), “Qəzəllər” (2003), “Təklik 

məni  təklədi”  (2003),  “Düyünlənmiş  yumruq”  (2004),  “Kömürçü  oğlu”  (2004), 

“Acgözlükdən bəla” (2004), “Təqib” (2004), “Metroda terror” (2004). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 


44 

 

10 Fevral – Yazıçı Cəmşid Əmirovun 100 illiyi, (1918-1982) 



 

Cəmşid  Əmirov  Azərbaycan  ədəbiyyatında  detektiv 

janrının  banisidir.  Cəmşid  Əmirov   1918-ci  il fevralın          

10-da Azərbaycanın Naxçıvan şəhərində  anadan  olmuşdur. 

Orta  məktəbi  bitirib  Əzizbəyov  adına  Azərbaycan  Sənaye 

İnstitutuna  daxil  olmuş  (1934),  eyni  zamanda  respublika 

qəzetləri  ilə  əməkdaşlıq  etmişdir.  Son  kursda  institutu  tərk 

etdiyinə  görə  öz  ixtisası  üzrə  (mühəndis-geoloq)  işləməyə 

həvəs  göstərməmişdir.  “Azərbaycan  gəncləri”  qəzetində 

məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə müdiri 

(1940-1941),  “Bolşevik”  qəzetində  məsul  katib  (1941), 

“Əzizbəyovneft”  şirkətində  mühəndis-geoloq  (1941-ci  ilin 

mayından  dekabrınadək)  işləmişdir.  İkinci  Dünya 

müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, 

Çexoslovakiya,  Avstriya  və  Çində  olmuşdur.  Ordudan  tərxis  ediləndən  sonra 

“Amustral”ın tikintisində fəal iştirak etmişdir. Sonra “Azərbaycan gəncləri” qəzetində 

şöbə  müdiri,  “Sovet  ticarəti”  (Moskva)  qəzetində  xüsusi  müxbir,  Neftnəşrdə  baş 

redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində 

şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969-

1972)  olmuşdur.  Sonra  fərdi  təqaüdə  çıxmışdır.  “Vətən  müharibəsı”  (I  dərəcəli), 

“Qırmızı  ulduz” ordenləri,  “Döyüşdə fərqlənməyə  görə”,  “Köniqsberqin  alınmasına 

görə”, 


“Berlinin alınmasına 

görə”, 


“Almaniya üzərində 

qələbəyə 

görə”, 

“Yaponiya üzərində  qələbəyə  görə”  medallarına    layiq    görülmüşdür.  Ədəbi  



yaradıcılığa  1940-cı  illərdən oçerk, felyeton və hekayələrlə  başlamışdır. Onun  ilk 

mətbu  oçerki  “Dəqiqələr,  saniyələr...”  “Azərbaycan  gəncləri”  qəzetinin   28  

avqust  1946-cı il tarixli  sayında dərc edilmişdir. Cəmşid Əmirov 1982-ci il dekabrın 

29-da vəfat etmişdir. 



Kitabları:  “Sahil  əməliyyatı”  (1958),  “Brilliant  məsələsi”  (1963),  “Qara  Volqa” 

(1969), “Şəhər yatarkən” (1982)  və s. 



Filmoqrafiya: “İstintaq davam edir” (film, 1966), “Qara Volqa” (film, 1994). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə