Respublika Uşaq Kitabxanası


 Fevral – Şair, publisist Əbülfəz Naxçıvanlının 70 illiyi, (1948-2014)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə15/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   11   12   13   14   15   16   17   18   ...   146

45 

 

11 Fevral – Şair, publisist Əbülfəz Naxçıvanlının 70 illiyi, (1948-2014) 

 

  

Əbülfəz Naxçıvanlı 1948-ci ildə  Naxçıvanda  anadan  olub.  Naxçıvan  şəhər  



7  nömrəli  orta  məktəbi  bitirib.  1972-ci  ildə  BDU-nun  filologiya  fakültəsini  bitirib. 

“Qatar gedir” adlı ilk şeiri 1965-ci  ildə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində dərc 

edilmişdir.  Əbülfəz  Naxçıvanlı  Hüseyn  Cavidin  böyük  qardaşı  Şeyx  Məhəmmədin 

nəvəsidir. 1992-ci ildən “Maarif” nəşriyyatının redaktoru olmuş Ə.Naxçıvanlı çoxsaylı 

dərslik,  dərs  vəsaiti,  monoqrafiya  və  bədii  kitabları  redaktə  edib,  onların  ideya-

məzmun, dil-üslub cəhətdən qüsursuz çapında əməyini əsirgəməyib. Ə.Naxçıvanlının 

400-dən çox publisistik məqalədən, şeir və poemadan ibarət 11 kitabı, 2 monoqrafiyası 

nəşr edilib. Əsərləri özbək, türkmən, rus, gürcü dillərinə çevrilmişdir. Bir sıra şeirlərinə 

musiqi  bəstələnmişdir.  Şair,  publisist  Əbülfəz  Naxçıvanlı  2014-cü  ildə  dünyasını 

dəyişib. 

 

Kitabları:  “Toy  günü”  (1972),  “Yadına  düşəcəyəm”  (1980),  “Səyavuşun  faciəsi” 

(1993), “Qırılmaz ədəbi əlaqə” (1997), “Sevda yoxuşları” (2003), “İşığım ol gözümdə” 

(2003), “Sönməyən ulduzların işığında” (2003) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 



46 

 

12 Fevral – Şair, dramaturq İslam Səfərlinin 95 illiyi, (1923-1974) 



 

İslam  Səfərli 12  fevral 1923-cü  ildə Naxçıvanın 

 

Babək  rayonunun   Şəkərabad   kəndində  dünyaya  göz 



açmışdır.  Müharibə  illərində  qələmə  aldığı  “Ordumuza 

ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa 

söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor 

Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi “Təzə çiçəklər”, 

“Üçüncü  hərb  istəmirik”  və  s.  şeirləri  onun  hafizəsində 

buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə 

mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. 

“Sınaq  gecəsi”,  “Çex  qızının  məhəbbəti”,  “Yaralı  nəğmə”,  “Qığılcım”,  “Fırtınalar 

adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, 

“Abşeron  yatağı”  və  s.  biri-birindən  maraqlı  poemaları  diqqəti  çəkmiş,  yaddaqalan 

olmuşdu. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. “Göz həkimi”, 

“Ana  ürəyi”,  “Yol  ayrıcı”,  “Xeyir  və  Şər”,  “Dədəgünəş  əfsanəsi”  və  s.  müxtəlif 

vaxtlarda,  ayrı-ayrı  bölgələrdə  tamaşaya  qoyulmuş,  tamaşaçı  rəğbəti  qazanmışdır. 

İslam  Səfərli  oçerk,  novella,  libretto  və  kinossenari,  məqalələr  müəllifi  kimi  də 

tanınmışdır. Onun “İki könül bir olanda” (1947) balet-librettosu, “İki qardaş” (1950), 

“Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Şərqin qalibləri” (1960), “Bir stəkan çay” 

(1971) kinossenariləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkli itki” (1973) novellaları, və 

xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir. İslam 

Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A. S. Puşkin, M. M. Svetlov, 

S.  Marşak,  M.  Kərim,  M.  Tursunzadə,  K.  Koladze,          Y.  Dolmatovski  və  b.  kimi 

tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir. Şairin “Bakı, 

sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı 

qız”, “Nə vaxta qaldı”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi 

gəzirəm”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya 

çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir. Şair 6 noyabr 1974-cü ildə uzun 

sürən xəstəlikdən sonra əbədiyyata qovuşmuş və Fəxri Xiyabanda dəfn olmuşdur. 



Kitabları: “Bahar nəğməsi” (1954), “Qığılcım” (1963), “Qağayılar yorulanda” 

(1964), “Qoşa söyüd” (1965), “Göz həkimi” (1980) və s. 



Filmoqrafiya: “Ulduzlar sönmür” (film, 1971), “Göz həkimi” (film, 1985). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


47 

 

20 Fevral – Şair, dramaturq Əliağa Kürçaylının 90 illiyi, (1928-1980) 

Əliağa  Kürçaylı  1928-ci  il  fevralın  20-də  Salyan 

rayonu  Kür  Qaraqaşlı  kəndində  doğulmuşdur.  O,  orta 

məktəbin 9-cu sinfindən çıxaraq, Zaqafqaziya dəmir yolu 

idarəsinin 

Salyan  şöbəsində  mühasib  işləmişdir.  

Bakı  dəmir  yolu  texnikumunda  birillik  mühasiblər 

kursunda  oxuduqdan  sonra  baş  mühasib  olmuş,  Salyan 

dram  teatrında  eyni  vəzifəyə  dəyişilmişdir  (1946-1947). 

Bu  dövrdə  onda  poeziyaya  güclü  maraq  oyanmışdır. 

“Sənin gözlərin” adlı ilk şeiri ilə (“Azərbaycan gəncləri”, 

1946)  ədəbiyyata  gəlişi  uğurlu  olmuş,  mərkəzi  və  respublika  dövri  mətbuatda 

müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I 

Respublika  müşavirəsində  iştirak  etmişdir  (1947).  Bakıda  fəhlə  gənclər  orta 

məktəbinin  son  sinfini  bitirib  ADU-nun  filologiya  fakültəsinə  daxil  olmuşdur.  Onu 

M.Qorki  adına  Ədəbiyyat  İnstitutuna  təhsil  almağa  göndərirlər,  ab-havası 

düşmədiyindən  geri  qayıdıb  universitetdə  təhsilini  davam  etdirir  (1949-1954),  eyni 

zamanda  “Kommunist”  qəzeti  redaksiyasında  ədəbi  işçi,  “Ədəbiyyat  və  incəsənət” 

qəzetində  şöbə  müdiri  (1953-1955)  işləyir.  Moskvada  ali  ədəbiyyat  kursunun 

dinləyicisi  (1955-1957),  “Azərbaycan  gəncləri”  qəzeti  redaksiyasında  şöbə  müdiri 

(1959-1965), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar 

İttifaqı  nəşriyyat  şöbəsinin  rəisi  (1965-1966),  “Literaturnıy  Azerbaydjan”  jurnalı 

redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) 

işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Yazıçılar İttifaqında 

dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), “Yazıçı” nəşriyyatında (1978-ci ilin 

mayından ömrünün axırınadək) baş redaktor olmuşdur. Ə.Kürçaylı 30.07.1979-cu ildə  

Azərbaycan SSRİ əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Əliağa Kürçaylı

 

1910-ci il fevralın 11-də vəfat etmişdir.  



Kitabları: “Arifin bağçası” (1953), “Səfərə çıxıram” (1956), “Cavabsız məktublar” 

(1960), “Nargindən əsən külək” (1961), “Səfərə çıxmıram” (1965), “Durnalar cənuba 

uçur”,  “Həyatın  dolayları”  (1973),  “Dünya  ovcumdadır”  (1976),  “Ülkər”(1980), 

“Qəlbin sıxılsa əgər...” (1987), “Seçilmiş əsərləri” (2004) və s.  



Tərcümələri:  Sergey  Yesenin  “Şeirlər  və  poemalar”  (1965),  Dante  Aligyeri “İlahi 

Komediya” (1973). 



Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə