Respublika Uşaq Kitabxanası



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə10/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   6   7   8   9   10   11   12   13   ...   146

29 

 

 



Fevral 

Əlamətdar tarixi günlər və bayramlar 

2 Fevral – Ümumrespublika Gənclər Günü, (1997)  

4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005) 

7 Fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004) 

8 Fevral – Beynəlxalq nənələr və babalar günü, (2008) 

14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992) 

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü, (2012) 

17 Fevral – Təmənnasız Xeyirxahlıq İfadəsi Günü 

21 Fevral – Beynəlxalq Ana Dili Günü, (1999)  

27 Fevral – Beynəlxalq Qütb Ayısı Günü 



Bu tarixi unutmayaq 

26 fevral – Xocalı faciəsi, (1992) 



Azərbaycanın tanınmış şəxsiyyətləri 

Publisist, coğrafiyaşünas Budaq Budaqovun 90 illiyi, (28.02.1928-01.11.2012) 



Yubilyar yazıçı və şairlər 

Yazıçı, publisist Şamil Süleymanovun 80 illiyi, (03.02.1938) 

Ədəbiyyatşünas Esmira Şükürovanın 60 illiyi, (03.02.1958) 

Şair, dramaturq Mərkəz Qacarın 70 illiyi, (05.02.1948) 

Yazıçı Cəmşid Əmirovun 100 illiyi, (10.02.1918-29.12.1982) 

Şair, publisist Əbülfəz Naxçıvanlının 70 illiyi, (11.02.1948-2014) 

Şair, dramaturq İslam Səfərlinin 95 illiyi, (12.02.1923-06.11.1974) 

Şair, dramaturq Əliağa Kürçaylının 90 illiyi, (20.02.1928-11.02.1980) 

Ədəbiyyatşünas Feyzulla Qasımzadənin 120 illiyi, (22.02.1898-29.03.1976) 

Şair, publisist Səyavuş Sərxanlının 75 illiyi, (23.02.1943-2005) 

Yazıçı Ənvər Məmmədxanlının 105 illiyi, (29.02.1913-19.12.1990) 

Xarici ədəbiyyat 

Fransız yazıçısı Jül Vernin 190 illiyi, (08.02.1828-24.03.1905) 



İncəsənət 

Xalq artisti, bəstəkar Qara Qarayevin 100 illiyi, (05.02.1918-13.05.1982) 

Xalq artisti, aktyor Rafiq Əzimovun 80 illiyi, (06.02.1938) 

Xalq artisti, xanəndə Arif Babayevin 80 illiyi, (20.02.1938) 

Xalq artisti, aktrisa Sofiya Bəsirzadənin 100 illiyi, (28.02.1918-04.01.2000) 

 



30 

 

 



Milli Qəhrəmanlar Zirvəsi 

Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun 30 illliyi, 

(07.02.1988-19.06.2010) 

Azərbaycanın   Milli Qəhrəmanı Hüseynov Əfqan Qaraxan oğlunun 55 illiyi, 

(24.02.1963-01.11.1992) 

Azərbaycanın Milli Qəhrəmanı Rzayev Canpolad Yaqub oğlunun 50 illiyi, 

(26.02.1968-26.02.1992) 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


31 

 

 



Əlamətdar tarixi günlər və bayramlar 

 

2 Fevral – Ümumrespublika Gənclər Günü, (1997)  

 

   “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir”. 

                          Ümummilli lider Heydər Əliyev 

 

                       “Gənclik, əlbəttə, başqa nemətdir,  

                       Unudulmaz böyük səadətdir...” 

 

                                                

Hüseyn Cavid 

1  fevral  1997-ci  ildə  Respublika  Gənclər 

Forumunun  ildönümü  münasibətilə  gənclərin  bir 

qrupunu  qəbul  edən  Azərbaycan  Respublikasının 

Prezidenti  Heydər  Əliyev  “2  fevral  –  Azərbaycan 

Gənclər  Gününün  elan  edilməsi  haqqında”  Sərəncam  imzalamışdır.  Həmin  vaxtdan 

etibarən hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. 

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər 

siyasəti  mövcuddur  və  indi  həmin  siyasət  daha  qətiyyətlə  həyata  keçirilir.  Bu  gün 

ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını uğurlarla qeyd edirlər. Ulu 

öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə 

gənclər  siyasəti  mahiyyət  və  keyfiyyətcə  yeni  mərhələsini  yaşayır.  Prezident  İlham 

Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin 

mənəvi  inkişafı,  vətənpərvərlik  tərbiyəsi,  xarici  ölkələrdə  təhsili,  sosial  müdafiəyə 

ehtiyacı  olanların  problemlərinin  həlli  istiqamətində  görülən  işlər,  gənclər 

təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin 

nəticəsidir. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı 

fəaliyyət  göstərir,  minlərlə  gənc  lider  yetişir.

 

Yeni  Azərbaycan  Partiyası  Gənclər 



Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.

 

Azərbaycan  gənclərinin  xarici 



ölkələrdə  təşkilatlanması  da  uğurla  gedir.  Bu  gün  gənclərimiz  Avropa  və  dünyanın 

otuzdan  çox  nüfuzlu  beynəlxalq  gənclər  təşkilatında  təmsil  olunur  və  bununla  da 

beynəlxalq  gənclər  hərəkatının  fəal  tərkib  hissəsinə  çevrilirlər. Beləliklə, 

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu 

siyasət  sağlam  və  intellektual  nəslin  formalaşmasına  xidmət  edir.  Bütün  bunlar  isə 

Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.  



İnternetdə: 

www.books.google.com

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə