Respublika Uşaq Kitabxanası


 Yanvar – Vikipediya gününün yaranması, (1999)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə2/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   2   3   4   5   6   7   8   9   ...   146

 

15 Yanvar – Vikipediya gününün yaranması, (1999) 

Vikipediya  

–  İnternetdə  azad  şəkildə 

yayımlanan,  dünyanın  bir  çox  dillərində  viki 

texnologiyasının  tətbiqi  ilə  könüllü  istifadəçilər 

tərəfindən  yaradılan  ensiklopediyadır.  Yarandığı 

dövrdən, 

yəni 

 2001-ci 



ilin 

əvvəllərindən 

İnternetdə Viki  texnologiyası ilə  işləyən  ən  nəhəng 

layihə  Vikipediya  (Wikipedia)  –  azad  onlayn 

ensiklopediyasıdır.  

Layihənin  tarixi  1999-cu  ildən  başlayır.  Layihənin  baş  redaktoru,  təşkilatçısı 

Larri 

Senqer 


və 

Bomis 


kompaniyasının 

icraçı 


direktoru, 

layihəni 

maliyyələşdirən Cimmi  Uels  Viki  texnologiyası  əsasında  onlayn  ensiklopediya 

yaratmaq  qərarına  gələrək  onu Nupediya (NuPedia.com)  adlandırdılar.  Nupediya 

virtual  ensiklopediyası, 2000-ci  ilin  mart  ayından  fəaliyyətə  başladı. İngilis  dilində 

yaradılmış  bu  ensiklopediyanı viki-sayt  hesab  etmək  olmazdı.  Onun  əsasını alim və 

mütəxəssislər  tərəfindən  məqalələrin  dəqiq  yoxlanması  təşkil  edirdi.  Nupediyada 

məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında 

qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası 

bağlanarkən  orada  24  tamamlanmış,  74  yoxlama  prosesində  olan  məqalə  var  idi. 

Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-

ci  ilin 15  yanvar tarixində İnternetdə  fəaliyyət  göstərməyə  başlayır.  Nupediyadan 

fərqli  olaraq  Vikipediyada  məqalələr könüllü İnternet  istifadəçiləri  tərəfindən 

yoxlanılır  ki,  bu  da  ensiklopediyanın  çox  sürətlə  zənginləşməsinə  səbəb  olmuşdur. 

Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki" (saytın fəaliyyətinin əsasını 

təşkil  edən  texnologiya;  söz  özü  havay  dilində  "tez"  deməkdir)  və  "encyclopedia" 

(ensiklopediya) 

sözlərindən 

yaranıb.  Vikipediyanın  yaradıcıları  – Cimmi 

Ueyls və Larri Senger tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən 

insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq 

qərarına  gəlmişlər.  Bu  təşəbbüs  özünü  doğrultmuş  və  Vikipediya  qısa  zamanda 

dünyanın ən məşhur 25 internet saytı sırasına daxil olmuşdur. 2009-cu ildə aparılan 

araşdırmalara görə, ingilis dilində olan Vikipediya dünyanın ən çox oxunan və internet 

istifadəçilərinin  tez-tez  müraciət  etdikləri  saytlar  arasında  1-ci  yeri  tutmuşdur. 

Vikipediyanı  Britannika  kimi  digər  internet  ensiklopediyalardan  fərqləndirən  əsas 

cəhət  onun  açıq  olması,  yəni  istənilən  internet  istifadəçisinin  onu  redaktə  edə 

bilməsidir.  



İnternetdə: 

www.books.google.com 

 

 

 




 

16 Yanvar – Ümumdünya Bitlz Günü (The Beatles), (2001) 



  

   


 

 

 



 

 

 



 

 

 



2001-ci ildən YUNESKO-nun qərarı ilə hər il yanvarın 16-sı Ümumdünya Bitlz 

Günü kimi qeyd olunur. Bu tarix təsadüfi olaraq seçilməyib. 1957-ci il yanvarın 16-da  

Böyük Britaniyanın Liverpul şəhərində “The Cavern” klubu açılıb. Məhz bu klubda 

hələ o zaman heç kəsin tanımadığı gənc musiqiçilər ‒ Con Lennon, Pol Makkartni və 

Corc Harrison şöhrətə doğru ilk addımlarını atıblar. Bir neçə il sonra Rinqo Star da 

onlara qoşulub. 



İnternetdə:  

www.books.google.com

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

17 Yanvar – Ümumdünya Uşaq İxtirası Günü  



 

Hər  il  17  yanvar  dünyada  Uşaq  İxtirası  Günü  kimi  qeyd 

edilir. Maraqlıdır ki, bu tarix məşhur amerikalı siyasətçi Benjamin 

Franklinin  doğum  günü  tarixi  ilə  eyni  gündə  təyin  edilmişdir. 

1718-ci  ildə  12  yaşlı  Benjamin  balıq  üzgəclərini  xatırladan  iki 

qəribə  əşya  ilə  çimərlikdə  peyda  olur.  Ətrafdakıların  istehzalı 

gülüşlərinə  baxmayaraq,  Benjamin  o  gün  hamıdan  daha  sürətlə 

üzür.  Beləliklə,  üzgüçülük  üçün  ilk  lazımı  əşya  yaranmış  olur. 

Franklin  15  yaşında  olarkən  dünyaya  növbəti  bir  yenilik  – 

yellənən kürsünü bəxş edib.  

 

1824-cü  ildə  isə  fransız  çəkməçinin  15  yaşlı  oğlu  Lui 



Brayl  görmə  qabiliyyəti  olmayan    insanlar  üçün  xüsusi  şrift 

yaradıb  və  bu  hərflər  onun  şərəfinə  Brayl  şrifti  adlandırılıb. 

Qeyd edək ki, Lui atasının emalatxanasında çəkməçi bıçağına 

ilişərək  yıxılmış  və  5  yaşında  görmə  qabiliyyətini  itirmişdir. 

Lakin  Lui  öz  ixtirasının  köməkliyi  ilə  oxumağı  öyrənmişdi. 

Dünya hələ də bu ixtiradan istifadə edir.  

 

 

  



Amerikalı Frenk Epperson isə qışda 

küçədə  qalmış  1  stəkan  limonadın  onu 

milyonçuya çevirəcəyini 

ağlına 


belə 

gətirməmişdi.  Səhər  limonad  soyuqdan 

buza  çevrilmiş,  bununla  da  11  yaşlı 

Epperson “meyvəli buzu” ixtira etmişdir. 

O,  ilk  vaxtlarda  öz  ixtirasını  kütləvi 

istehsalata çevirməyi düşünmürdü və onu 

yalnız  18  ildən  sonra,  yəni  1923-cü  ildə 

donmuş limonad istehsalı ilə məşğul olan 

zavodu  yaratdıqda  xatırlayırdı.  1928-ci 

ildə isə patenti satmış və mütəmadi olaraq 

yaxşı gəlir əldə etmişdir. 

İnternetdə: 

www.books.google.com

 

 

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə