Referat tələbə: Əli Əliyev Müəllim: Etibar Yaqublu Bakı 2022 Giriş Plan


Əmək məhsuldarlığı əməyin səmərəliliyinin ən mühüm amili kimi



Yüklə 85,87 Kb.
səhifə8/9
tarix15.05.2022
ölçüsü85,87 Kb.
#87109
növüReferat
1   2   3   4   5   6   7   8   9
Əli Əliyev Statistika-2 referat

4. Əmək məhsuldarlığı əməyin səmərəliliyinin ən mühüm amili kimi

Hər şeydən öncə qeyd etməliyik ki, müxtəlif iqtisadi ədəbiyyatlarda iqtisadi ehtiyatlar əsasən 4 hissəyə bölünmüşdür. Bunlar müvafiq olaraq, torpaq, əmək, kapital və sahibkarlıq bacarığıdır. Əmək də öz növbəsində bir iqtisadi ehtiyat kimi işçilərin sayına, onların ixtisasına istehsal funksiyasının icra edilmə müddəti və intensivliyi ilə bağlı məsələləri özündə əks etdirir. Əmək məhsuldarlığı anlayışından bəhs etməzdən əvvəl müasir iqtisadi fikirlərə əsasən, məhsuldarlıq anlayışını izah edək. Bu anlayışı Amerika iqtisadçısı Skott Sink daha uyğun formada xarakterizə edərək qeyd etmişdir ki, məhsuldarlıq sadə dildə sistem tərəfindən istehsal olunan məhsula həmin məhsulun istehsalına çəkilən məsrəflər arasındakı nisbətdir. Bu zaman isə iqtisadi sistemə məsrəflər əməyi şəklində, kapital şəklində, enerji şəklində daxil edilir. Məhz buna görə də məhsuldarlığın verilmiş vaxtda verilmiş sistem tərəfindən istehsal olunmuş məhsulun miqdarının həmin müddət ərzində onların yaradılmasına və istehsalına sərf edilən ehtiyatlara nisbəti kimi şərh edilir.

Digər bir iqtisadçı alim Qreyson isə məhsuldarlığın məsrəflərin əvəzində alınan məhsul formasında xarakterizə etmiş və eyni zamanda, qeyd etmişdir ki, bu anlayışa fiziki şəkildə olan kapitalı, insan kapitalı və əmək ehtiyatlarını da aid etmək olar. Bununla yanaşı, o qeyd etmişdir ki, məhsuldarlıq anlayışı universal olub həm bazar iqtisadiyyatı ölkələrinin, həm planlı iqtisadiyyata malik ölkələrin təşkilatları və ümumilikdə ayrı arı təsərrüfat subyektlərini özündə əks etdirir. O, həmçinin səmərə və səmərəlilik anlayışlarını da məhsuldarlıq anlayışı ilə birləşdirərək, istehsalın səmərəli səviyyəsini əks etdirən bir sıra göstəricilərlə əlaqəsini şərh etmişdir.

C.Kendrik isə əmək məhsuldarlığı problemini bir sıra iqtisadçıların qəbul etdiyi və şərh etdiyi kimi, məsrəflərlə nəticə məhsul arasındakı nisbət formasında xarakterizə etmişdir.

Skott Sinkin məhsuldarlıq yanaşmasına sxematik şəkildə nəzər yetirək.

Sxem 1.2. Məhsuldarlığın ümumi anlayışı




Çevrilmə
məsrəflər






Çevrilmə
`əmək, kapital, torpaq əmtəələr, xidmətlər

verilənlər

Əmək məhsuldarlığı anlayışı və onun xüsusiyyətlərini isə ilk dəfə F.Kene xarakterizə etmişdir. Belə ki, onun fikirlərinə əsasən istehsal xərclərindən yuxarı olan xalis məhsulun mənbəyini torpaq və yaxud başqa sözlə, təbiətin gücü təşkil edir. Kenenin fiziokratlar məktəbinin nümayəndəsi olmağını nəzərə alaraq qeyd edə bilərik ki, ona görə həm də xalis məhsulu yaradan yalnız əməkdir.

Adam Smit bu anlayışa başqa bir mövqedən yanaşaraq, sərvətin artırılmasının mənbəyini maddi nemətlərin istehsalı üzrə ictimai faydalı əməkdə görürdü. O, yalnız bu cür əməyi məhsuldar hesab edirdi.

Obyektiv iqtisadi kateqoriya olan əmək məhsuldarlığı müəyyən bir dövr ərzində istehsal sferalarında fəaliyyət göstərən işçilərin məqsədəuyğun fəaliyyətinin səmərəlilik dərəcəsini ifadə edən, istehsalın səmərəliliyinin əsas göstəricisi kimi çıxış edir. Bununla yanaşı o, kapital qoyuluşunun səmərəliliyi, əmək haqqının real gəliri və digər iqtisadi kateqoriyalarla qarşılıqlı və sıx əlaqədədir. Onun məzmunun dəqiq müəyyənləşdirilməsi və müxtəlif sferalar üzrə əmək məhsuldarlığı göstəricilərinin hesablanması da çox mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, qeyd etməliyik ki, əmək məhsuldarlığının artım sürətini səviyyəsi, iqtisadi, sosial və mədəni inkişafının əsasını təşkil edir.

Müasir dövrdə işçinin əmək məhsuldarlığının yüksəldilməsi, insan cəmiyyətinin inkişafının əsas həll edilməli hesab edilən məsələlərindəndir. Bir sıra iqtisadçılar əmək məhsuldarlığı anlayışı ilə əməyin səmərəliliyi anlayışlarını qarşılıqlı formada şərh etmişlər. Əməyin səmərəliliyinin mühüm bir amili kimi çıxış edən əmək məhsuldarlığı haqqında V.P.Tkaçenko qeyd etmişdir ki, əmək məhsuldarlığı, əməyin səmərəliliyinin nəticəsini əks etdirir və əmək səmərəliyinə bütövlükdə işçi qüvvəsindən istifadə dərəcəsi, həmçinin, istehsal vasitələrini nə qədər məhsuldar tətbiq etməsi kimi məsələlər aid edilir. Başqa sözlə, əməyin səmərəli dedikdə, yalnız işçi qüvvəsindən səmərəli istifadə başa düşülür.

Q.N.Çerkosa görə isə, əməyin səmərəliliyi onun məhsuldarlığına nisbətən kiçik mahiyyətlidir. Bununla yanaşı o, bu haqda söylədiyi fikirlər də ifadə edir ki, işçinin əmək məhsuldarlığı, əməyin səmərəliliyi və intensivliyi göstəriciləri vasitəsilə müəyyən edilir.

Bununla yanaşı, bir sıra iqtisadçılar, əməyin səmərəliliyi anlayışından məhsuldarlığı nisbətən daha geniş məzmuna malik olduğunu qeyd etmişlər. Belə ki, Kostin söyləmişdir ki, əməyin səmərəliliyi maddi istehsala eyni zamanda 22 insanın əmək fəaliyyətinin müxtəlif sferalarına aid olub, həm iqtisadi, həm də sosial siyasi nəticə ilə müəyyən olunur. Məhz buna görə də bu anlayış əmək məhsuldarlığından fərqli olaraq, məcmu ictimai əmək məsrəfini, kəmiyyət və keyfiyyət xüsusiyyətləri, eləcə də fasiləsiz əmək fəaliyyətinin ölçülməsi üsulları ilə əlaqədar mühüm xüsusiyyətləri özündə əks etdirir. Bu xüsusiyyətlər isə aşağıdakılardan ibarətdir:


  • əməyi ictimai normal, sosial iqtisadi xüsusiyyətlərinin saxlanılması;

  • istehsal, qeyri-istehsal sferaları üzrə əmək ehtiyatlarından istifadə dərəcəsinin müəyyənləşdirilməsi;

  • istehsal xərclərinin azaldılması vasitəsilə yüksək keyfiyyətli məhsul istehsalının yerinə yetirilməsi;

Əməyin səmərəlilik dərəcəsi, xüsusilə də kapitalist ölkələrdə qarşıya qoyulan vəzifələrin icra edilməsi səviyyəsi ilə qarşılıqlı əlaqədə olaraq müəyyən edilir. Belə ki, qarşıya qoyulan məqsədə, vəzifəyə hansı formada nail olunursa, istehsalın və əməyin səmərəlilik dərəcəsi də bir o qədər yüksək qiymətləndirilir. Əldə edilən mənfəətin nə qədər yüksək olsa, səməli dərəcəsi də bir o qədər yüksək hesab edilir.

Əmək məhsuldarlıqlığı hər şeydən əvvəl, əməyin kəmiyyətinin dəyişilməsi və eləcə də pul formasında istehlak dəyəri istehsalın həcmi ilə əlaqədardır. İri müəssisələrdə məhsulun keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar məsrəflərin daha da çoxaldılması, əmək məhsuldarlığının azalmasına səbəb olan əsas amildir. Bunun əksinə olaraq isə keyfiyyəti nisbətən aşağı olan məhsul istehsalı, əmək məhsuldarlığının yüksəldilməsini əks etdirir. Bu onunla izah edilir ki, əməyin keyfiyyətinə edilən qənaət məhsulun miqdarının artırılmasına istiqamətlənir və belə olduqda da keyfiyyətsiz məhsul bazarın tələblərinə cavab vermirsə, bu, birbaşa olaraq, əmək məhsullarının artım tempinə təsir göstərmir və edə də bilməz.

Əməyin səmərəliliyinin mühüm amili hesab edilən əmək məhsuldarlığı və ümumilikdə bu anlayışları şərh edən V.V.Novojilov qeyd etmişdir ki, əməyin səmərəli anlayışından təkcə məhsulun miqdarı deyil, həmçinin bir sıra göstəriciləri ölçüyə gəlməyən xalq təsərrüfatının səmərəliliyi, əmək elementləri nəzərə alınır. Bu yanaşmaya müvafiq olaraq isə Novojilov qeyd etmişdir ki, qeyri istehsal sferası üzrə əmək məhsuldarlığından bəhs etmək daha məqsədəuyğun hesab edilir. Onun yanaşmasına əsasən maddi istehsal sferasında əmək məhsuldarlığından kənar əməyin səmərəliyi formalaşa bilməz. Son illərdə əmək fəaliyyətinin məqsədəuyğun zəruri səviyyəyə çatmasına və əmək məhsuldarlığının artımına da o formada müəyyən etmək olar ki, orada əmək vasitələri və cisimlərə qənaətbəxş hesab edilir.

Əmək məhsuldarlığa anlayışının və məhsuldarlıq səviyyəsini daha düzgün müəyyənləşdirilməsi üçün müxtəlif göstəricilər sistemindən istifadə edilir. Əmək məhsuldarlığı səviyyəsinin müəyyənləşdirilməsi ilə əlaqədar C.Qreyson tərəfindən əmək məhsuldarlığının aşağıdakı göstəriciləri təsnifləşdirilmişdir:



  • əmək məhsuldarlığının səviyyəsi və artım tempi ;

  • tendensiyalar ;

  • keyfiyyət ;

  • valyutaların dəyişmə kursları ;

  • müxtəlif təsərrüfat sektorları və sahələri ;

Bu anlayışlara nəzər yetirsək, qeyd edə bilərik ki, əmək məhsuldarlığının səviyyəsi və artım tempi, müəyyən müddət ərzində onun vəziyyətini xarakterizə edir və inkişaf templərini əks etdirir. Artım tempi isə müəyyən bir period ərzində əmək məhsuldarlığı səviyyəsinin dəyişməsini əks etdirən əsas göstəricilərdən hesab edilir. Tendensiyalar isə uzunmüddətli dövr ərzində əmək məhsuldarlığı templərində ki, dəyişiklikləri ifadə edir.


Yüklə 85,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə