Referat tələbə: Əli Əliyev Müəllim: Etibar Yaqublu Bakı 2022 Giriş Plan


I. Bütün günü iş vaxtı itkilərinə aşağıdakıları aid etmək olar



Yüklə 85,87 Kb.
səhifə6/9
tarix15.05.2022
ölçüsü85,87 Kb.
#87109
növüReferat
1   2   3   4   5   6   7   8   9
Əli Əliyev Statistika-2 referat

I. Bütün günü iş vaxtı itkilərinə aşağıdakıları aid etmək olar:

  • xəstəlik səbəbi ilə işə çıxmama,müdiriyyətin icazəsi və göstərişinə görə bütün günü boşdayanmalar;

  • üzürsüz səbəbdən işdən yayınma səbəblərinə görə yaranan iş vaxtı itkiləri və s.

II. Növbədaxili iş vaxtı itkilərinə isə əsasən bunları aid etmək olar:

  • istehsalın təşkilati-texniki şəraiti ilə bağlı olan itkilər;

  • işçinin özündən asılı olan bəzi vaxt itkiləri.

İşçinin iş vaxtından səmərəli istifadəsi, nəticə etibarilə, istehsal prosesinin səmərəliliyini və məhsuldarlığın yüksəldilməsini təmin edən əsas amil kimi çıxış edir. Yeni innovasiyaların tətbiqi nəticəsində istehsalın həcminin artması ilə iş vaxtına qənaətin əhəmiyyəti daha da artır. Çünki müasir innovasiya və bilik iqtisadiyyatında zaman faktoru müstəsna əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, əmək məhsuldarlığının iqtisadi mahiyyətini vaxt vahidinə düşən istehsalın həcmi müəyyənləşdirir, onda bu fikirin mənası və məntiqi tam aydınlaşmış olur.

Qeyd etdiyimiz kimi, məhsuldarlığn formalaşması və artımına təsir edən əsas amillərdən biri də təbii resurslardır. Əmək məhsuldarlığını müəyyən edilməsində xüsusi rolu olan bu amil bir çox istehsal proseslərinin son elementi olan resurslardır torpaq, su, xammal və faydalı qazıntı ehtiyatları. Təbii ehtiyatların həcmlərindəki fərqlər ölkələrin həyat səviyyəsi göstəricilərinə təsir göstərir.

Məsələn, ABŞ-nın ilk iqtisadi uğuru o zaman kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadəyə yararlı olan böyük həcmdə boş torpaqların olması ilə bağlı idi. Indiki zamanda isə, məsələn, Yaxın Şərqin bəzi ölkələri olan Qətərin, Küveytin yaxud Səudiyyə Ərəbistanın yalnız böyük neft ehtiyatlarına malik olduqları üçün dünyanın ən varlı dövlətləri siyahısına daxil olmaları heç kimdədə şübhə doğurmur. Təbii ehtiyatların məhsuldarlıq və iqtisadi artımın əsas amillərindən biri olmasına baxmayaraq onların varlığı heç də, hər zaman yüksək səmərəli istehsalın və sosial rifahın yaradılmasının mütləq şərti deyildir. Məsələn, neftlə zəngin olan Nigeriyada əhalinin yoxsulluq səviyyəsi neft istehsalından əvvəlki dövrlə müqayisədə daha da pisləşmişdir. Yaponiya isə təbii ehtiyatların azlığına rəğmən dünyanın ən varlı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Onun iqtisadi yüksəlişinin əsas səbəbi, bəlli olduğu kimi, resurs zənginliyi deyil, zamanında bilik iqtisadiyyatına sağlam keçid etməsi, insan kapitalının inkişafına xüsusi önəm verməsi, yeni innovasiyaların tətbiqini stimullaşdıması və nəticədə daha yüksək texnalogiyaya sahib olmaqla rəqabətqabiliyyətli məhsul istehsaslı və ixrac potensialına sahib olmasıdır.

Bilik iqtisadiyyatında daha müasir innovasiyaların tətbiqi nəticəsi olaraq əmək məhsuldarlığının artımını şərtləndirən mühüm amillərdən birinin texnoloji biliklərə sahib olmaq və onun istehsal prosesinə,habelə,xidmət sektoruna effektiv tətbiqidir.

Hələ bir neçə yüz il əvvəl amerikalıların mütləq əksəriyyəti fermer təsərrüfatlarında çalışırdı və o zamanlar mövcud olan kənd təsərrüfatı texnikası, maşın-mexanizmləri məhsul istehsalı üçün böyük əmək məsrəfləri tələb edirdi. Lakin texnoloji inqilablardan sonrakı idiki dövrdə yeni innovasiyaların,elmi yeniliklərin,yenilikçi təkliflərin tətbiqi və onların stimullaşdırılması hesabına ABŞ-ın əmək qabiliyyətli əhalisinin az bir hissəsi, demək olar ki, bütün ölkəni ərzaqla təmin edir və əhəmiyyətli bir hissəsini də ixrac etməyə müvəffəq olmagı bacarmışlar. Beləliklə, yeni kənd təsərrüfatı texnologiyalarının inkişafı, innovasiyaların tətbiqi əmək məhsuldarlığını artırmaqla, rəqabətqabiliyyətli son məhsul istehsalını genişləndirməyə imkan verdi. Bu isə, nəticədə, fermerlərin və əhalinin keyfiyyətli ərzaq təminatı və sosial rifahının artmasına səbəb oldu.

Əmək məhsuldarlığının artırılmasna bir sıra digər amillər - müəssisənin institusional infrastrukturunun təkmilləşdirilməsi, yeni və müasir standartlara cavab verən maşın və avadanlıqların,habelə,texnoloji yeniliklərin tətbiqi təsir edir. Ona görə də, əmək məhsuldarlığı mühüm statistik göstərici olaraq yeni innovasiyaların, insan kapitalının, müasir texnologiyaların tətbiqi və s. sahələrdə də əsas statistik göstərici olaraq istifadə edilir. Bu səbəbdən də, iqtisadiyyatın sahə və sektorları üzrə, habelə mikro səviyyədə əmək məhsuldarlığının səviyyə və dinamikasının hesablanılması, ona təsir göstərən müxtəlif amillərin müəyyənləşdirilməsi müasir iqtisadiyyatın, xüsusilə, statistikanın əsas vəzifələrindən sayılır.

Qeyd etmək lazımdır ki, əmək məhsuldarlığı, həmçinin,istehsal xərcləri ilə istehsalın həcmi arasındakı əlaqəni ifadə edən mühüm statistik göstərici hesab olunur. Məhsuldarlıq əsasən, iki qrup göstəricilər ilə xarakterizə olunur. Bunlara biramilli və çoxamilli məhsuldarlıq göstəricilərini aid etmək olar. Bir amilli məhsuldarlıq göstəricisi istehsalın yalnız bir amili əsasında hesablandığı halda, çoxamilli məhsuldarlıq isə istehsalın bir neçə əsas amili əsasında müəyyənləşdirilir. Həmçinin, onu da əlavə etmək lazımdır ki, iqtisadiyyatda əmək məhsuldarlığı göstəriciləri müxtəlif konsepsiya və yanaşmalara uyğun olaraq hesablanır. Bunlardan ən geniş yayılmışı və daha çox praktik mahiyyət daşıyanı məhsul buraxılışı, digəri isə əlavə dəyər konsepsiyasıdır. Hər iki konsepsiya və onların hesablanma qaydası iqtisadi mahiyyətinə görə biri-birindən fərqləndirilir

Onu da qeyd edək ki, əlavə dəyərə görə hesablanmış əmək məhsuldarlığı beynəlxalq təcrübədə daha doğru və adekvat göstərici hesab olunur. Lakin iqtisadi təhlillər zamanı kapitalın məhsuldarlığı və çoxamilli məhsuldarlıq göstəricilərindən də istifadə edilir.

Təqdim olunan məhsuldarlıq göstəricilərindən müxtəlif müəssisələrin, böyük şirkət və koorporasiyaların,eləcə də, ayrı-ayrı istehsal sahələrinin səmərəlliyinin təhlili və müqayisəsi üçün istifadə edilir. Həmçinin, bu məhsuldarlıq göstəricilərdən ayrı-ayrı ölkələr üzrə məhsul istehsalına çəkilən xərclərin müqayisə olunması üçün də istifadə edilir. Lakin bu göstəricilər əsasında həyata keçirilən müqayisələr həmişə özünü döğrulmurlar. Niyə və hansı səbəblərdən?

İlk növbədə, ayrı-ayrı ölkələr üzrə xərclərin hesablanması metodologiyası, qayda və üsulları, habelə, xərclərin tərkib elementləri bir çox hallarda əhəmiyyətli dərəcədə fərqlənir. Bu zaman məhsuldarlığın səviyyəsinin dəyişməsini xarakterizə edən məhsuldarlıq indekslərindən istifadə edilməsi məqsədəuyğun hesab edilir.

Məhsuldarlıq indeksi göstəricisi, məhsul istehsalının fiziki həcm indeksinin xərclərin fiziki həcm indeksinə kimi müəyyən edilir. Lakin onu da qeyd etmək lazımdır ki, bəzi zəruri məqamlarda istehsal olunmuş məhsula görə əmək məhsuldarlığı indeksi məhsul istehsalı üzrə fiziki həcm indeksinin əmək məsrəfi üzrə hesablanmış fiziki həcm indeksinə bölünməsi yolu ilə də hesablanır. Bu göstəricinin əsas iqtisadi mahiyyəti məhsul istesalında əmək ehtiyatlarından səmərəli istifadəni xarakterizə etməkdir.

Bu göstərici, həmçinin, əmək statistikasının, o cümlədən, əmək məhsuldarlığı statistikasının vacib göstəricilərindən biri olaraq qəbul edilir. Əmək məsrəfi faktiki işlənmiş saatların və ya haqqı ödənilmiş saatların miqdarı ilə müəyyən edilir və bu zaman əməyin keyfiyyəti də nəzərə alınır. Lakin əmək məhsuldarlığı indeksi işçilərin şəxsi keyfiyyətlərinin, peşəkarlıq, müasir bilik və vərdişləri mənimsəmə səviyyəsini, səmərəli fəaliyyətin məhsuldarlığa təsirini, əməyin intensivliyini tam ifadə etmir. Çünki istehsalın həcmi texniki və təşkilati amillərdən, həmçinin, istehsal güclərindən səmərəli istifadədən asılıdır.

Statistik təhlillər aparan zaman ölkələr üzrə əmək məhsuldarlığının səviyyəsini müqayisə etmək üçün ÜDM-in valyutaların alıcılıq qabilliyyəti pariteti göstəricisinə (ABŞ dollarında) əsasən hesablanması məqsədəuyğun hesab edilir. Alıcılıq qabiliyyəti pariteti statistik göstəricisi xüsusi seçilmiş məhsul və xidmət növləri əsasında əldə edilən qiymətlərin ölkələr üzrə müqayisəsindən alınır və vahid valyuta ilə ifadə edilir. Bu zaman ölkələr üzrə müqayisəli qiymətlər mübadilə məzənnəsi əsasında deyil, alıcılıq qabiliyyəti paritetinə uyğun olaraq hesablanır. Hesablamalar zamanı əmək məsrəfinin həcimi istehsal olunmuş əlavə dəyərdə əməyə görə kompensasiya məbləği ilə müəyyən edilir.



  1. Yüklə 85,87 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə