Referat tələbə: Əli Əliyev Müəllim: Etibar Yaqublu Bakı 2022 Giriş Plan


Əmək məhsuldarlığının səviyyə və dinamikasının hesablamasının bəzi məqamları



Yüklə 85,87 Kb.
səhifə7/9
tarix15.05.2022
ölçüsü85,87 Kb.
#87109
növüReferat
1   2   3   4   5   6   7   8   9
Əli Əliyev Statistika-2 referat

Əmək məhsuldarlığının səviyyə və dinamikasının hesablamasının bəzi məqamları

Statistik təhlillər zamanı əmək məhsuldarlığını müəyyənləşdirərkən bu göstəricinin iqtisadiyyatın hansı sahə və bölməsi üzrə hesablanmasına aid olmasına həmişə xüsusi diqqət yetirmək vacibdir. Nümunə üçün deyə ki, aqrar sektor müəssisələri üzrə məhsul vahidinə sərf olunan əmək məsrəfləri, ticarətdə isə bir işçiyə düşən mal dövriyyəsi hesablanır. Digər sahələrdə isə fərqli yanaşmalar mövcuddur. Əmək məhsuldarlığının iqtisadiyyatın bütün sahəvi qruluşu üzrə belə eynilik təşkil edən əsas göstəricisi birbaşa, yaxud düz göstəricidir:

 =

Burada, Q-vahid vaxt ərzində istehsal olunmuş məhsulun həcmi və ya bir işçi tərəfindən istehsal olunmuş məhsulun miqdarını ifadə edir. Bu göstəricinin tərsi isə, məhsul vahidinə hesablanmış əmək sərfini,əmək tutumunu xarakterizə edir.

İqtisadi təhlillər zamanı əmək məsrəfini hesablamanın xarakterinə görə müxtəlif ölçü vahidləri üzrə aprırlar: işlənmiş adam-saatlar, adam-günlər, hesab dövrü üçün işçilərin orta sayı yaxud bütün işçilərin orta siyahı sayı.

Hesablamalar zamanı, bəzi hallarda, əmək məsrəfi vahidinə uyğun olaraq əmək məhsuldarlığının hesablanması zərurəti yaranır. Bu zaman əsas hesablanacaq göstərici orta saatlıq və günlük məhsuldarlıq göstəriciləridir:

Orta saatlıq məhsuldarlıq ( s) = hesabat dövründə məhsul buraxılışının həcminin faktiki işlənmiş adam-saatların miqdarına bölünməsi ilə hesablanır.

Orta saatlıq məhsuldarlıq göstəricisi faktiki işlənilmiş vaxtın bir saatında məhsuldarlığın orta qiymətini ifadə edir. Bu göstəricini iş günün uzunluğuna vurmaqla orta günlük məhsuldarlığı almış oluruq. Onu da qeyd etmək lazımdır ki, əmək bazrının təhlili zamanı bir işçinin orta məhsuldarlığını hesablayarkən,əsasən, aşağıdakı universal əlaqə düsturundan da istifadə edirlər.

Burada, s - orta saatlıq məhsuldarlıq, g iş gününün orta uzunluğu, d - iş dövrünün orta uzunluğu (günlərlə ifadə edilir), di - isə istehsal heyətinin ümumi sayında işçilərin xüsusi çəkisini ifadə edir.

Bu göstəricilər arasındakı mövcud olan aslılıq əlaqəsini indeklər vasitəsilə aşağıdakı düsturla ifadə edə bilərik:

Bir qayda olaraq, statistik təhlillərdə əmək məhsuldarlığının səviyyə və dinamikasında baş verən dəyişiklikləri müəyyənləşdirən zaman natural, əmək və dəyər metodundan istifadə edilir. Natural metoddan, yalnız, hər hansı bir növ məhsul istehsalı zamanı istifadə edilməsi məqbul hesab edilir. Lakin çox çeşidli məhsul istehsal edən müəssisə və korporasiyaların bu metoddan istifadə etməsi məqsədəuyğun sayılmır. Bu zaman əmək məhsuldarlığının digər metodlarından istifadə edilməsi zəruridir: əmək və dəyər metodlarından.

Əmək məhsuldarlığının səviyyə və dinamikasında baş verən dəyişikliyi əmək üsulu ilə qiymətləndirərkən, ilk növbədə, faktiki əmək tutumunu müəyyənləşdirmək lazımdır və bu zaman əmək məhsuldarlığı indeksi düsturu aşağıdakı kimi olur:

burada, t0 - müqayisə dövründə müxtəlif növ məhsul vahidləri üçün əmək məsrəfini xarakterizə edən əmək tutumunu ifadə edir. Məhsul çeşidlərinin qiymətləri məlum olduqda əmək məhsuldarlığının dəyişməsi və səviyyəsinin müəyyən edilməsi dəyər metodu ilə hesablanır və bu zaman indeks düsturu aşağıdakı kimidir:



Onu da zəruri olaraq qeyd etmək lazımdır ki, əmək məhsuldarlığının dinamikasında baş verən dəyişikliyini təhlil edərkən daha çox dəyər metodundan istifadə edilir. Bu metoddan istər müəssisə, istərsə də, ayrı-ayrı iqtisadi sahə və sektorlar, eləcə də, ümumiqtisadiyyat səviyyəsində istifadə edilir.




Yüklə 85,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə