Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə18/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   14   15   16   17   18   19   20   21   ...   119

Məntiq ____________________________________________________________  

yatdır  (idrakdır),  xəyali  idrak  isə  bu  bağlılıq  qırıldıqdan  sonra 

həmin  idrakm  insan  zehnindəki  xəyali  formasıdır.  Xəyal 

qüvvəsinin sayəsində yaranan "təxəyyül"ə də yuxarıda işarə edildi. 

Həmçinin  hissi  idrakm  yuxarıda  dediyimiz  batini  forması  da 

belədir. 

İdrakm  bu  forması  uşaqlarda  və  qadınlarda  daha  güclü  olur. 

Uşaqlarm  bir  dəfə  görüb  xoşladıqları  şeyi  yaddan  çıxara 

bilməmələrinin,  qadmlarm  emosional  obnalarmm  və  insanm 

qorxulu  hadisə  ilə  üzləşib  illərlə  unuda  bilməməsinin  bir  səbəbi 

xəyal ilə bağlıdır. 

İdrakm bu növündə də heyvanlar insanla müştərəkdir. 

Gələcəkdə bu idraklarm təfəkkür zamam insana hansı yan- hş 

nəticələr verdiyini qeyd edəcəyik. 



Vəhmi idrak: 

İnsan  obyektlərlə  üzləşərkən  hissi  və  xəyali  idrakdan  əlavə, 

obyektlərin  xarici  görkəmləri  onda  üçüncü  bir  idrak  əmələ  gətirir 

və buna "vəhmi" idrak deyilir. Məsələn: qorxunc, vahiməli obyektlə 

üzləşərkən  onun  qorxusu  vahimə  qüvvəsi  ilə  dərk  olunur.  Bunda 

da  heyvan  insanla  müştərəkdü.  Belə  ki,  bu  idrak,  qarşı  tərəfdə 

müşahidə  edilən  halm,  şəxsin  özündəki  buna  uyğun  hal  ilə 

müqayisəsi nəticəsində meydana gəlir. 

Heyvarun  idrakı  burada  sona  çatır,  amma  insanm  yuxarıdakı 

daxili  qüvvələrinə  başqa  bir  qüvvə  də  əlavə  olunur  ki,  o  da 

"ağıl"dır. Yəni heyvan insanla əqü idrakdan başqa qalan üç idrakda 

müştərəkdir. 



Əqli idrak: 

Əvvəlcə  bir  misalla  izah  edək.  Tutaq  ki,  eyvanda  əyləşib 

səmanı  seyr  edirsiniz.  Elə  bu  zaman  səmanm  dərinliklərində  bir 

obyektin sizə tərəf gəldiyini müşahidə edirsiniz. Sizin "müşahi- äd 



etdiyiniz  halda  gördüyünüz",  həmin  obyektin  zehninizdə 

canlanaraq hasil olan (hüsuli) görüntüsü "hissi" idrak olur. Yəni 

62 



Zehin və Məntiq 

bu  hissi  idrakın  özü də  hüsuli idrakın bir  forması olur.  Müşahidə 

etdiyiniz  obyekt  səmada  itdikdən  sonra  onun  zehninizdə  qalan 

surəti  "xəyali"  idrak,  yaxud  bilik  adlamr.  Xəyalmızda  hasil  olan 

müxtəlif  şeylərin  vasitəsilə  zehninizdə  qurduğımuz  surətlər 

"təxəyyül" olur (məsələn, xəyalmızda özünüzü qədim zamanlarda 

təsəvvür  etməyiniz  kimi,  yaxud  fantastik  əsərlərin,  filmlərin 

yaradılması).  Bundan  sonra,  səmadan  sizə  tərəf  gələn  obyektin 

durmadan  yaxınlaşdığı  zaman  onun  qorxunc  varlıq  olduğunu 

görsəniz,  sizdə  qorxu  hissi  yaramr.  Onun  qorxulu  olduğu  da 

vahimə qüvvəsi üə dərk edilir. Buna da "vəh- mi" idrak, yaxud bilik 

deyilir. 



Bunlardan  sonra  zehnin  ağıl  qüvvəsi  ilə  əldə  edilən  yeni 

idrak  meydana  gəlir.  Əvvəlcə  ağıl  qüvvəsinin  "mücərrədləş- 

dirmə"si  (əvvəldə  qeyd  olunan  dörd  təfəkkür  formasından 

birincisi)  sayəsində  həmin  xəyali  elmlərdən  ümumi  məfhum 

yaradılır.  Məsələn:  əgər  insan,  yaxınlaşdıqca  həmin  obyektin 

cisim  olduğunu  görsə,  onun  "göy  cismi"  olduğunu  dərk 

edəcək.  Bu  da  zehnin  onu,  əvvəl  də  qeyd  etdiyimiz  dörd 

təfəkkür  formasından  birincisi  olan  "mücərrədləşdirmə" 

sayəsində 

"Bu, göy cisimidi/'

 kimi mənalandırmasıdır. Buna bir 

balaca izah verək: məlumdur ki, insan həmin obyekti müxtəlif 

xüsusiyyətləri,  məsələn:  hansısa  bir  rəngdə,  formada,  çö- 

küklük-qabarıqlığı  ilə  birlikdə  görür.  Amma  onu  bu  cüzi 

xüsusiyyətlərindən ayıraraq, təmizləyərək, onun üçün ümumi 

bir  məfhum  yaradıb,  onu  bu  xüsusiyyətlərdən  təmiz  halda, 

göy cisimi adlandırır. Bu cüzi xüsusiyyətlərdən əqli ayırma və 

təmizləməyə "mücərrədləşdirmə" deyilir. 

İkinci təfəkkür formasına da qısa olaraq belə işarə etmək 

olar:  insan  mücərrədləşdirmədən  sonra  alınan  məfhumun 

həqiqi  mahiyyətini  başa  düşməyə  çalışır.  Məsələn:  müxtəlif 

mən,  sən,  o  və  s.  kimi  fərdləri  müşahidədən  sonra,  zehin 

mücərrədləşdirmə  əməliyyatı  vasitəsi  ilə  yeni  bir  "insan" 

məfhumu  yaradır.  Belə  ki,  artıq  zehində  yer  alan  bu 

məfhumun 

63 



Məntiq ____________________________________________________________  

boy,  rəng,  haralı  olması  və  s.  kimi  cüzi  xüsusiyyətləri  olmur. 

Bununla  belə,  mücərrədləşdirmə  sayəsində  yaranan  "insan" 

məfhumu  zehin  üçün  bir  qədər  məlum  olsa  da,  amma  onun 

həqiqi  mahiyyəti  hələ  ki,  məchul  qalır.  Yəni  "insan"ın  əsl 

mənası  nə  deməkdir,  əsl  həqiqəti  nədir?  Bu  sualı 

cavablandırmaq  üçün  isə  zehin  ikinci  bir  tərəkkür 

formasından istifadə edir və bu təfəkkür formasına da "tərif" 

deyilir.  Mücərrədləşdirmə  əməliyyatı  çox  asan  bir  əməliyyat 

olub, ümumi xarakter daşıdığı halda, "tərif" təfəkkür forması 

xüsusi insanlara məxsusdur. Yəni hər bir insan heç bir çətinlik 

çəkmədən mücərrədləşdirmə əməliyyatı apara bilir və bunun 

üçün,  digər  üç  təfəkkür  qanunlarında  olduğu  kimi,  dəqiq 

şəkildə təfəkkürün şərtlərinə riaət etmək lazım deyil. 

Bundan  sonra,  həmin məfhumun  nümunələrini  bir-birin- 

dən  hansısa  xüsusiyyətlərinə  görə  bölünməsinə  baxmaq  olar. 

Məsələn:  "insan"  məfhumuna  düzgün  tərif  verdikdən  sonra 

onun  fərdlərini  alim-cahil,  güclü-zəif,  azərbaycanlı  və  qeyri- 

azərbaycanlı  kimi  bölmək  olar.  Məlumdur  ki,  bu  bölgü 

əməliyyatı da ağlın sayəsində hayata keçir və onu təfəkkürün 

üçüncü forması öyrənir və "bölgü" adlanır. 

Nəhayət,  insan  bu  əməliyyatlardan  sonra,  yaratdığı 

məfhumun  başqa  valıqlarla  əlaqəsinə  baxa  bilər;  onun 

haqqında hökm verə bilər. Məsələn: zehinin yaratdığı həmin 

"insan"  məfhumu  haqqında 

"İnsan  heyvanlardan  fərqli  olaraq 

cəmiyyət  hahnda  yaşamağa  və  başqalannm  hüquqlarına  riaət 

etməyə  məcburdur" 

hökmünü  kəşf  edə  bilər.  Bu  hökmü  isə 

isbatsız  olaraq  qəbul  etmək  düzgün  deyil.  Ümumiyyətlə  heç 

bir hökm isbatsız qəbul olunmur. Həmin isbat metodunu isə 

təfəkkürün  dördüncü  forması  araşdırır  və  "əqli-nəticə" 

adlanır. Təfəkkürün bu forması ilə bağlı olan aşağıdakı başqa 

bir  misala  baxaq:  alimlər  Günəşin  Şərqdən  çıxaraq  Qərbdə 

batdığını müşahidə etdikdə belə nəticəyə gəlmişlər ki, "Ya Yer 

Günəşin, ya da Günəş Yerin ətrafına fırlanır". Alimlərin 

64 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə