Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə16/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   12   13   14   15   16   17   18   19   ...   119

Məntiq ____________________________________________________________  

cələri  əhatə  etməlidir.  Bunlarm daha dəqiq  mənası  üçün  təfsirlərə 

müraciət  etmək  lazımdır.  Amma  biz,  idrakm  bildiyimiz  müxtəlif 

dərəcələrinə  əsasən, ümumi şəkildə deyə  bilərik ki, ayədə əvvəlcə 

sadə  idraka  işarə  edilmişdir.  Sonra  idrakm  yəqin  şəklindəki 

formasma,  daha  sonra  isə  yəqindən  də  üstün  formasma,  gözlə 

müşahidə ediləcək qədər yüksək dərəcəsinə işarə olunmuşdur.3^ 

Alimlər idrakm bu növləri və hər birinin dərəcələri haqqm- da 

geniş  şəkildə  izahlar  vermişlər.  Amma  idrakm,  bu  növlərin  hər 

birini  əhatə  edən  tərifini  isə  ümumi  şəkildə  aşağıdakı  kimi 

vermişlər: 

İdrak - Obyektin^^ özünün və ya əksinin insan varlığında 

hazır olması ilə yaranan şüurlu aktiv prosesdir və bu prosesdə 

insan  varlığında  yer  alan  obyekt,  yaxud  onun  əksi,  bilik 

adlanır. 

İdrak, yəni hər hansı bir ünsürün başqa bir ünsür (insan, yaxud 

he

3

Tvan)  hüzurunda,  zatmda  yer  almasıdır.  Bu  yer  aima  zamam 



ikinci  ünsürün  məkanma  çevrilən  birinci  ünsür  (insan,  yaxud 

heyvan)  öz  zatırun  var  olduğunu  birbaşa  dərk  etdiyindən,  onun 

zatmda  yer  alan  ikinci  ünsürün  də  varlığmı  öz  zatı  ilə  dərk 

etməlidir.  Belə  yer  almanm  əşyalarm  aynada  əks  olunaraq  yer 

almasmdan  fərqi  aktiv  olmadadır,  yəni  ikinci  ünsürün  məkanma 

çevrilən  birinci  ünsür  aynanm  əksinə  olaraq,  həmçinin  bu  yer 

almam  şüurlu  şəkildə  qavrayır  və  bu  prosesdən  agahdır.  Burada 

belə  izahm  mənası,  gələcək  dərslərdə  bəzi  zehni  proseslərin, 

həqiqətən də, idrak forması olduğunu göstərmək üçündür. İnsanm 

öz  zatmı,  onun  var  olduğunu  birbaşa  hiss  etməsi,  dərk  etməsi 

"hüzuri",  zatmda  yer  alan  ünsürlər  vasitəsi  ilə  xarici  obyektlərin 

varlığmı dərk etməsi isə "hü- 



Bax: IV hissə, I fəsil 

Burada, obyekt dedikdə, gerçək aləmdəki hər bir varlıq başa düşülür. Məsələn: insan, 

xarici aləm, xarici aləmdəki qanunlar və s. 

56 



Zehin və Məntiq 

suli"  idrak  forması  olur.  İndi  də  idrakm  növlərinə  və  idrak 

sayəsində  yaranan  biliklər,  yaxud  məlumatlar  sisteminə  baxaq. 

İdrak prosesi zamam dərk edən - "alim", dərk olunan "bilik" (yaxud 

elm,  məlumat)  adlanır.  Aşağıda  adı  çəkilən  hər  idrak,  bu  tərifin 

nümunəsi olacaq. 



İdrakın növləri və biliklər sistemi 

İdrak prosesi zamam yaranan biliklər bir neçə cəhətdən növlərə 

bölünür. 

-

 



Ya hüsuli (təcrübi), ya da hüzuridir (fitridir). 

-

 



Ya hissi, ya xəyali, ya təxəyyül, ya vəhmi, ya da əqlidir. 

-

 



Ya təsəvvür, ya da təsdiqdir. 

-

 



Ya zəruri, ya da nəzəridir. 

İnsarun  bir  şeyi  dərk  etməsi  "idrak"  prosesi,  bu  idrak  prosesi 

zamam  dərk  edən  -  "alim"  (idrakm  "subyekt"i),  dərk  olıman  - 

"məlum, bilik" (idrakm "obyekt"i) adlamr. 



Hüsuli (təcrübi) və hüzuri (fitri) idrak 

Obyektin "öz"ü və onun zehindəki inikası baxımmdan idrak iki 

yerə bölünür: 1. Hüsuli idrak, 2. Hüzuri idrak. 

Hüsuli  idrak  -  obyektin  insan  zehnindəki  inikasından 

ibarətdir. 

Yəni obyekt müstəqil olaraq xarici aləmdə mövcuddur və 

onunla  insan  arasmda  fasilə  olmasma  baxmayaraq,  beyində  əks 

olunmaqla  insanda  onun  haqqmda  müəyyən  bilgi  formalaşır.  Bu 

bilgi "hüsuli" (təcrübi) idrak adlamr. Admdan məlum olduğu kimi, 

hüsuli  idrak  obyekt  barəsində  hasil  olan,  kəsb  edilən  məlumatdır. 

Burada, xaricdə müstəqil olan obyekt məlum, insan alim və həmin 

məlumun insan beynindəki ini- 



38 İdrakm bu iki növü ilk dəfə İbn Sina tərəfindən kəşf edilmişdir. Şeyx İşraq (bax: II dərs) 

isə  bu  iki  növü  elmi  dəlillə  isbat  etmişdir.  Onun  verdiyi  isbatın  özünü  tam  şəkildə 

verməsək də, isbatın məğzi ilə dərsdə tanış olacaqsınız. 

57 



Məntiq ____________________________________________________________  

kası  isə  bilikdir.3^  Məsələn:  Amazon  meşəsində  bu  vaxtadək  bizə 

məlum olmayan bir canlı haqqmda ya eşitmək, ya da onu görməklə 

aydm, ya da qaranlıq bir təsəvvür əldə edirik. Amma bu canlım tam 

olaraq  tanımaq  bizim  üçün  qeyri-mümkündür.  Bunun  üçün 

aşağıda  qeyd  edəcəyimiz  "hüzuri"  (fitri)  idrak  lazımdır  ki,  canlı 

haqqmda  bütün  məlumatlar  bizə  məlum  olsun.  Burada,  canlı 

məlumdur, biz alim, canlı haqqmda qiyabi təsəvvür isə bilikdir. 



Hüzuri  idrak  -  obyektin  özünün  insan  varlığında  hazır 

olmasından  ibarətdir. 

Məsələn,  bizim  özümüzü  dərk  etməyimiz 

kimi,  yaxud  özümüzə  olan  elmimiz  kimi;  hər  kəs  öz  varlı-  ğmı 

bütün varlığı ilə dərk edir. Hər kəsin şəxsiyyəti onun təsəvvüründə 

deyil,  onun  hüzurunda  bütün  varlığı  ilə  hazırdır  və  insan  onu 

qavrayır,  duyur.  Burada,  obyekt,  yaxud  insanm  özü  məlum,  yenə 

insanm özü alim və yenə də insanm özü bilikdir və bu idrak, artıq 

hüsuli  yox,  hüzuri  idrakdır.  Çünki  burada,  obyekt  olaraq  insamn 

özü məlum götürülmüşdür. 

Hüzuri  və  hüsuli  idraklarm  yuxarıdakı  təriflərindən  sonra 

onlar arasmda aşağıdakı fərqləri əldə etmiş oluruq: 

1.

 



Hüzuri  idrak  hüsuli  idrakdan  öndədir.  Çünki  hüsuli  idrak 

xarici aləm haqqmda zehni məlumatdır və insan xarici aləmi dərk 

etməzdən əvvəl öz varlığım hüzuri olaraq dərk edir. 

2.

 



Hüsuli idrak zehni, hüzuri idrak isə ruhi hazırhq tələb edir. 

3.

 



Hüsuli  idrak  obyektin,  yaxud  məlumun  surətinin  alimin 

varlığmda,  hüzuri  idrak  isə  obyektin  özünün  alimin  varlığm-  da 

hazır olmasmdan ibarətdir. 

Azərbaycan  dilində  məlum  (bilinən,  bəlli  olan)  sözü  özünün  ərəb  dilindəki  tam 

mənasında işlənsə də, elm və alim sözləri ərəb dilində olan mənalarının yalnız birində — 

elm sözü biliklər sistemi və ya müəyyən bir elm sahəsi mənasında, alim sözü isə daha çox 

oxumuş, yaxud hər hansı bir elm sahəsində mütəxəssis olan adam mənasında işlənir. Ərəb 

dilində isə alim sözü hər hansı bir şeyi bilən, dərk edən insan mənasını da ifadə edir, elm 

sözü  isə,  ümumiyyətlə,  bilinən,  bəlli  olan  istənilən  məlumatın  idrak  prosesinə  deyilir. 

Müəllif elm və alim sözlərinin ərəb dilindəki qeyd edilən ikinci mənasını nəzərdə tutur. - 

Red. 

58 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə